MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə22/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   18   19   20   21   22   23   24   25   ...   106

_____________Milli Kitabxana______________

QARDAŞIM

SÜLEYMAN RÜSTƏMƏ

Gün çırtadı, göz qamaşdı,

Araz mənlə xosunlaşdı,

Eşqim ayaqyalın qaşdı,

Səsin gəldi, Süleymanım!

Sənə qurban mənim canım!

Mən ölmüşəm, ağlayan yox,

Gözlərimi bağlayan yox,

Bir od yaxıb dağlayan yox,

Soyuq bizi kiridibdi,

Şaxta bizi qurudubdu.

Neftimizi basdırırlar,

Millətə qan qusdururlar,

Bir iddəyə qısdırırlar,

Qalan qalır acbəsusuz,

Cavandısa acdı, quduz.

Qırx ildi ki, dustağam mən,

Qaralar içrə ağam mən,

Deyirsən bəs ki, sağam mən?

Bağırmaqdan iş qurtulub,

Boğaz-bağırsaq yırtılıb.

Biz millətin var harası?

Hardan sağalsın yarası?

Öz şeytanı, öz barası,

Buna deyir: "Qaç çapan",

Ona deyir: "Vur şikarı!".

Bir əl silah, bir el yalın,

Biri tünük, bir qalın,

Deyir ki, haqqızı alın!

Amma hansı kömək ilə?

Yemək olur demək ilə?



_____________Milli Kitabxana______________

Millət yıxan - öz qalası,

Sərbaz kimdir? - Öz balası.

Öz qanıdır, öz colası,

Necə deyim: Çal çatlasın,

Qovuq kimi vur patlasın!

Böyükbaşlardı təqsirkar,

Kiçikbaşda nə təqsir var?

Yenə ərteş dura havar,

Millətin də işi işdir,

Yoxsa dava mərgümüşdür.

Millətə varmı faydası?

Hər qab sınır - öz baydası!

Bu şeytanın öz qaydası:

"Dəedəm mənə kor deyibdi,

Hər gələni vur deyibdi".

Qorxum budur, oyun ola,

Millət yenə qoyun ola.

Kimdir bizə boyun ola?

Ki, qurdu biz qova bilək,

Qurdun şərrin sova bilək.

Amma bizim mücahidlər,

Hər biri min cana dəyər,

Topa, tanka baxar məyər?

Qan-qan deyir hayxırması,

Acıqlı bir şir balası.

Köməkləşən gedir maha,

Bizə kömək yoxdur daha,

Bizimki qalmış Allaha.

Şeytan quluymuş şahımız,

Bizim də var Allahımız.

Biz bir dərya qan vermişik,

Zindanlarda can vermişik,

Qırx nəsil qurban vermişik,




_____________Milli Kitabxana______________

Şəriətitək insanlar,

Təxti kimi pəhləvanlar.

Biz etisab etdik tamam,

Əliyalın etdik qiyam.

Qoyun, gəlir nayib-imam!

Cəhad desə, dartılarıq,

Qırılsaq da qurtularıq.

Başlara sovrulur saman,

Gözləri doldurub duman,

Ya Əli! Ya imam-zaman,

Dada çatın, ki dardayıq,

Qurddu, küləkdi, qardayıq.

Səsin mənə nəfəs oldu,

Qəbir genə qəfəs oldu,

Bir balaca həvəs oldu,

Dedim, genə durum yazım,

Özümə bir qəbir qazım.

Hərdən belə səsin gəlsin,

Gözümüzün yaşın silsin,

Mənim də bir üzüm gülsün.

Haçan səni görə billəm?

Qol boynuva hörə billəm?

Qardaşların gözündən öp,

Bəxtiyarın üzündən öp,

Səmədin də sözündən öp,

Mən də təkəm, sizə qurban,

Tək canım hammuza qurban!



Təbriz, Deh ayı, 1357


_____________Milli Kitabxana______________

ŞATIR OĞLAN

Şatır oğlan, görüm Allah sənə versin bərəkət,

Qoy unun yaxşı ələnsin, xəmirin əllənsin.

Çox bişir, yaxşı bişir, göydə fırıldat kürəyi,

Minbər üstə çörəyin qoy qalanıb təllənsin.

Təndirin Tur təkin ərşdən alsın işığı,

Ərsinin beyrəqi-əhrar təkin millənsin.

Kasıbın qisməti yox bağlı plov döşləməyə,

Bu yavan səngəyi bir qoy sahalıb sellənsin.

Qeyrətin qurbanı, sən müştərini tez yola sal,

El içində yaramaz arvad-uşaq vellənsin.

İki riyallığı satsın xozeyin bir tümənə,

Dişi düşmüş qocanın ağzı nədir dillənsin?

Ey mənim şərimə çox mail olan vərdəstə,

Deynə: Şair çörəyi qoy qurusun, güllənsin.

Mən lığırsa yeyə bilsəm də, fülus lazım olar,

Bu susuz bağça nə lazım bu qədər bellənsin?

Sarı yazlıqdan olan güllü, qızarmış səngək,

Gərək ağzında əriktək əzilib həllənsin.

Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa,

Qaçmışam Təbrizə, qoy yaxşı-yaman bəllənsin.

Bağçamız fasid olub, hər gül əkərsən açmaz,

Yeri daşlıqdı, gərək toprağı qərbillənsin.

İddiası çox olan boş təbilə bənzəyəcək,

Neyləmək, zurnaçının burnu gərək yellənsin.

Bu gicəllənmədən, ey çərxi-fələk, sən də yorul!

Bu həyasız günə gözlər nə qədər zillənsin?

Sədinin baği-Gülüstanı gərək həşrə qədər,

Alması sellələnib, xurması zənbillənsin.

Lənət ol badi-xəzanə ki, Nizami bağının

Bir yava gülbəsərin qoymadı kakillənsin.

Arizu cəlgələrində biz əkən tum-dənələr,

Deyəsən, sağələnib, qoy hələ sünbüllənsin.

Qissə yox, qafiyə yox, axtarıram, tapmayıram,

Yeridir Şəhriyarın təbi də tənbəllənsin.

Təbriz, Tir ayı 37



_____________Milli Kitabxana______________

QAÇAQ NƏBİ

Dur qəfəs qapısın bir açaq, Nəbi,

Bu sınıq qanadla bir uçaq, Nəbi,

Ay qoçaq Nəbi!

Qazamat istidi, yata bilmisən,

Analar beşiyin sata bilmisən,

Öz ata yurdunu ata bilmisən,

Qeyrətin qurbanı, ay qaçaq Nəbi,

Ay qoçaq Nəbi!

On beş il gavurun zülmünə dözdün,

O nəqşə çəkdikcə, nəqşəsin pozdun,

Şimdi ki, obadan-eldən of üzdün,

Qəm yükün çatmışam, dur köçək,

Nəbi, Ay qoçaq Nəbi!

Dördbir dövrəmizi saldatlar aldı,

Qələlər ucaldı, qaranlıq saldı,

Zindanın işıqsız, günəşsiz qaldı,

Hümmətin ucadır, dam alçaq,

Nəbi, Ay qoçaq Nəbi!

Bir kəsin qalmayıb yarü yoldaşdan,

Qalsa da, fayşadır, doymaz oynaşdan,

Gecən qoy aşaq bu dağdan, daşdan,

Zindanı qazmışam, dur qaçaq,

Nəbi, Ay qoçaq Nəbi!

Dedin bəs vətən də sabiq vətəndir?

Gördün ki, dostum yox, hamı düşməndir,

Vətəndən qafan bir quru kövşəndir,

Ondan da əl çəkib vaz keçək,

Nəbi? Ay qoçaq Nəbi!

Çöllərdə çəkmişdim vətən zillətin,

Görəymiş özüm də çəkim qürbətin,



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə