MəHDƏVİYYƏt dialoqu kitab haqqinda



Yüklə 228,32 Kb.
səhifə3/6
tarix15.10.2018
ölçüsü228,32 Kb.
#74241
1   2   3   4   5   6

BİRİNCİ BÖLÜM.ŞİƏLİK

İŞARƏ


səh:21

səh:22

1.ŞƏLİYİN YARANMASINDA TARİXİ AMİLLƏRİN TƏSİRSİZLİYİ


BİRİNCİ SUAL:

Şiəliyin yaranmasında tarixi amillərin təsir olmuşdurmu?

Ya bu din bir etiqad proqramıdır ki, Quran ayələrindən və Rəsul Allah (s)- in əmrlərindən istifadə edilmişdir?

CAVAB:


Mövzunun aydın olmağı üçün Şiənin və xilaskar İmama etiqadın yaranmasının tarixi hadisə və amillərin heç bir rolunun olmaması və Şiənin bütün etiqadları bütünlüklə islamdan olmasını, başqa etiqada sahib müsəlmanların başlanğıcdan məada qədər istifadə etdiyi mənbədən götürülməsini, bir neçə mətləbin izahı ilə sizlərin nəzərinə çatdırırıq:

A) ŞİƏLIYIN RISALƏT ZAMANINDA ŞƏKILLƏNMƏ VƏ YARANMASI:

Möhkəm tarixi dəlillərə və çoxlu hadislərə əsasən Şiəliyin yaranma və şəkillənməsi Peyğəmbərin dövrünə təsadüf edir. Peyğəmbər (s)- ın ilkin islama dəvət illərindən başlamış və Səqəleyn hədisi vasitəsi ilə və rəsmi şəkildə bütün insanlara ötürülərək qədr xum hadisəsi və ilə sona çatmışdır.

Əlbəttə Peyğəmbər (s) ömrünün son günlərində xəstə yatağında olarkən bu mətləbi yazılı şəkilə salmaq istəmişdir ki,

səh:23

möhkəm tarixi dəlillərə, mötəbər rəvayətlərə və adil şahidlərə əsasən Ömərin qəbul etməməsi və peyğəmbər (s)- a ədəbsizlik etdiyinə görə Peyğəmbərin bunu yazmaqdan saxlamışdır.



Şiə etiqadının yolları bəzi zamanlarda Peyğəmbər (s)- ın yolgöstərmələrində işarə edilmişdir. Misal üçün onu qeyd etmək olar ki, İslam ümmətinin rəhbəri dəfələrlə münasib fürsətlərdə, öz çıxışlarında və əmrlərində İmamət məsələsinin əhəmiyyətinə təkidlə işarə vurmuşdur. Bir məşhur və möhkəm rəvayətdə buyurmuşdur:

من مات ولم یعرف إمام زمانه مات میته جاهلیه(1)

“Kim ki, öz zəmanəsinin İmamını tanımadan dünyadan köçsə, cahiliyyət dövründə ölmüş kimidir.”

İmamı tanımadan ölmək, cahiliyyət dövründə ölməyə bərabər hesab edilmişdir.

İmam (ə)- ın şəraiti nədir? və İmam (ə) hansı tayfadandır? və Məsum İmamların sayı on iki nəfərdir, bunların hamısı Peyğəmnbər (s)- ın mötəbər rəvayətlərində bəyan olunmuşdur.

Həmçinin İmam (ə)- ın elmi və ruhani sifətləri əlbəttə ki, alim və kamil olmalıdır və həmçinin bu məsələ Peyğəmbərdən sonra Rəsul Allahın canişini və Ümmətin İmamı olmaq İlahı vəzifədir ki, Risalət kimi Allah tərəfindən seçilir və bir çox başqa işlər kimi Quran və rəvayətlərdə açıqlanmışdır.

Şiə düşüncəsi İslamın zühurunun əvvəl illərində İslamın əsl mətnlərinə əsasən əsası qoyulmuşdur. Amma o zamanlar şiə düşüncəsinə müxalif baxışlar var idi ki, bunu sonralar Əhli Sünnət təfəkkürü kimi adlandırdılar və İslam və müsəlmanlar iki şöbəyə bölündülər.

Çünki Peyğəmbər (s) –ın vəfatından sonra bəzi şəxslər öz müxalif fikirlərini bilə- bilə ki, müsəlmanların cərgələrində qollara ayrılmağa gətirib çıxaracaqdır aşkar etdilər. Həzrətin həyatı dövründə xalis İslam qarşısında- sonralar ki, şiə İslamı adı ilə məşhurlaşdı- açıq –aşkar mövqe tuta bilməzdilər.

Bu qollara ayrılma rəsmi şəkildə Peyğəmbər (s)- dan sonra bir iddə insanların özbaşına Peyğəmbər üçün canişin təyin

səh:24
1- [1] . Bəharul Ənvar, cild 8, səh 368, Əllamə məclisinin bəyanı.

etməsi ilə özünü göstərdi.

Buna əlavə etməliyik ki, buna uyğun olaraq yol göstərilmiş və öncədən ehtimal olunan İslam əqidələri, müraciət və mötəbər mənbə kimi Qurani Kərimdə təfsir, tənzim və şərh olunmuşdur. Bu məsələ çoxlu ayələrdə, o cümlədən Nisa surəsində izah edilmişdir.

{وَلَوْ رَدُّوهُ إِلَی الرَّسُولِ وَإِلَی اُوْلِی الاَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِینَ یَسْتَنبِطُونَهُ مِنْهُمْ}(1)

“Halbuki əgər onu Peyğəmbər və öndə gedən ixtiyar sahiblərinə qaytarsaydılar, məsələnin kökündən xəbərdar olardılar.”

Bu ayə Allah Rəsulunun və məsum İmamların rəhbərliyinə aid istifadə edilir.

Mötəbər hədislərə uyğun olaraq, Peyğəmbər (s) bu Saleh mərcəni ki, o həzrətin qohumları və Məsum İmamlardır, səmimi olaraq buyurmuşdur: Onlar Quranla və Quran da onlarladır və onlar bir- birlərindən ayrılmayacaqlar.

Hətta bununla eyni vaxtda bir hədisidə əlavə edirlər:

فإن فینا أهل البیت فی کلی خلف عدولا ینفون عنه تحریف الغالین وانتهال المبطلین(2)

“Bizim aramızda Əhli- Beyt, hər nəsildə, o kəslərdir ki, dində möhkəmdirlər və hər cür təhrifatları və batil əhlinin fitnələrini dindən uzaqlaşdırırlar.”

B) XİLAFƏT MƏSƏLƏSININ BAŞLANĞICININ PLANI

Ümmətə rəhbərlik məsələsi elə besətin və vəhyin nazil olma başlanğıcından, çox və az şəkildə diqqət mərkəzində olmuşdur və hətta dastanından məlum olduğu kimi Həzrətə iman gətirməyi, həzrətdən sonra onun rəhbərliyi altında olmağı şərt qoyulmuşdur. Amma məşhur olduğu kimi Həzrətlər qəbul etmədilər.

Şiənin Peyğəmbərin yerinə bir şəxsin təyin olunma məsələsinə şiənin əsl baxışı, Allahın əmri kimi Peyğəmbərin həyatı dövründə, peyğəmbər (s) tərəfindən cəmiyyətə elan olunmuşdur və o zaman heç kəs buna müxalif olmadı. Hamı, hətta bəzi insanlar ki, sonralar səqifə cərəyanını ortaya atdılar,

səh:25
1- [1] . Nisa surəsi, 83 ayə.

2- [2] . Bəharul Ənvar, cild 2, səh 92, hədis 21.

sevindilər və beyyət edərək təbrik etdilər. Amma gizli şəkildə elə həmin andan hiylə və plan çəkdılər və hətta iş elə yerə çatdı ki, Peyğəmbərə sui- qəst etmək istədilər.

Peyğəmbər (s)- dan sonra bu məsələ böhran səviyyəsinə çatdı və müxaliflər şiddətlə və fövqəladə nifrətlə məsləhət adı altında işə qoyuldular və təhdid və elə atmosfer yaratdılar ki, sonda Peyğəmbər (s)- ın elan etdiyi məsələyə müxalifətlik etdilər və iş o yerə çatdı ki, Həzrət Zəhranın (s) müqəddəs məqamına xəyanətə cəsarət etdilər və Peyğəmbər (s)- ın müsəlmanlar üçün təyin etdiyi yolu dəyişdirdilər. Böyük ədəbsizlik etdilər və hətta Peyğəmbərin yeganə övladının hörmətinə ləkə yaxdılar.

Əlbəttə əvvəl illərdə bu iki təfəkkür, şiə və sünni Əli (ə)- ın tədbir tökməsi ilə əlaqədar, şiddətli və aşkar şəkildə üzbəüz dayanmamışdılar, amma təkcə öz hökumətlərinin qanuniliyi məsəlsini zehinlərində düşünürdülər və başqaları isə bu məsələyə biganə idilər və ya hökumətə bağlı idilər, bu məsələni ortaya çəkmirdilər və düşünürdülər ki, artıq bu məsələ sona çatmışdır. Amma bəzi Ömər Bin Xəttab kimi şəxslər başa düşürdülər ki, Peyğəmbər (s) tərəfindən elan olunan o proqramın mövcudluğu onların əməllərini daim qanunilik nöqtey- nəzərindən sual altına alacaqdır. Buna görə də İnsanların o əsl İslam təfəkkürünə dönməmələri üçün siyasi işlər həyata keçirirdilər, elə bu səbəbdəndir ki, təqribən 14 əsr peyğəmbər (s)- dan hədisin deyilməyi qadağan olunmuşdu və Ömər bilirdi ki, əgər həzrət Əli (ə)- ı bu yoldan uzaqlaşdırmaq üçün bir tədbir tökməsə özündən sonra mütləq o iş üzərinə gələcəkdir.

O bilirdi əgər o vəsiyyəti- məlum deyil ki, doğrudur ya ki, ya Osman özü vəsiyyətnamədə yazmışdı- Əbubəkrə aid etməsə, Ömərin ölümündən sonra Şiə təfəkkürü şiddətli şəkildə yenidən gündəmə çıxacaq və bunların planları suya düşəcəkdir.

Buna görə altı nəfərlik şura təşkil etdi və elə proqram tərtib etdi ki, Əmirəl Möminin Əli (ə) yenidən evdə oturmalı oldu.

Bununla belə buradada Peyğəmbər (s) tərəfindən təyin olunan proqram xatirələrdə yeniləndi və Osmanın

səh:26

hakimiyyətinin sonlarında o, ümumi camaatın qəzəbinə və nifrətinə düçar oldu və müsəlmanlar onun əleyhinə qiyama qalxdılar və bununla yenidən Peyğəmbər (s)- ın canişin məsələsi yenidən gündəmə gəldi və bir çox səhabə o əsl Peyğəmbər (s)- ın əmrınə qayıtdılar və Həzrət Əli (ə)- ı Peyğəmbərin həqiqi canışini olmasını elan etdilər və onun əmri altında itaət və cihadı ən üstün ibadət hesab etdilər.



Beləliklə Şiə əqidəsi Peyğəmbər (s)- ın canışini məsələsində heç vaxt yenidən unudulmadı və insanların qəlblərinə həmişəlik olaraq həkk oldu ki, Əhli- Beyt (ə) məzlumdur və onların haqqları qəsb olunmuşdur.Şəxsiyyətlər və şairlər Hüşamın müqabilində şiənin görüşünü bəyan etdilər və hətta Musa bin Nəsir kimilər ki, -

Afrikanın hakimi idi və onun nökəri Tariq İspaniyanı fəth etdi- baxmayaraq ki, Bəni Üməyyə hökumətinin işçilərindən idi, amma şiə təfəkkürünün tərəfdarlarından idi və sonda şiələrə etdiyi yardımlara görə onun mal- dövləti müsadirə olundu və işindən uzaqlaşdırıldı.

Hətta bu iş elə yerə çatdı ki, Müaviyə və Yezidin ailəsinə bu baxış nüfuz etdi və Yezid bin Müaviyənin oğlu rəsmi şəkildə öz ata və cəddini məhkum etdi və Həzrət Əli (ə) və Əhli- Beyt (ə)- ın haqqını etiraf etdi və Bəni Abbasın dövründə də bu məsələ həmin vəziyyətdə davam etdi.

Şiə təfəkkürünün və mahiyyətinin haqq olması, siyasi cəhətdən bəyan olunmamalı və bu təfəkkürün ardıcıllarına dövlətdə məsuliyyət verilməməlidır, amma iş o yerə çatdı ki, zalım və qasib Bəni Abbas hakimləri, Mənsur, Harun və Məmun şiə təfəkkürünün haqq olmasını qəbul etdilər, hərçəndki, əməldə onu əzirdilər.

“Muntəsir” və bəzi Bəni Abbas hakimləri nəticədə Peyğəmbər (s)- ın canişinlik məsələsində şiə təfəkkürünə yönəldilər və hətta dedilər ki, “Nasir” ki, öz zamanında Samirədə qeybət zirzəmisi tikdirmiş və o bu ışlə məşhur olmuşdur və qeyd edirlər ki, o özünü Həzrət on ikinci İmam Mehdi (ə)- ın nayibi hesab edirdi.

Bu qeyd olunan mətləblərin nəticəsindən aydın olur ki,

səh:27

doğru islam elə həmin şiə təfəkkürü və Risalət əsrində bəyan olunanlardır ki, on dörd əsrdir qeyd edilməkdədir və tarixin bu görüşün əmələ gəlməsində heç bir rolu olmamışdır, bəlkə bu baxışın mövcud olması tarix boyu çoxlu hərəkatların, qiyamların və böyük hadisələrin həyata keçməsində böyük təsiri olmuşdur və bəzi sadə və az məlumatlı insanlar əksinə belə düşünürlər ki, Şiə hökuməti Misr, Afrika, İran, İraq və nəhayət Səfəvi qiyamı, hamısı hadisələr idi ki, Şiə baxışı onları həyata keçirdi və bu bunlar bu baxışın əmələ gəlməsində heç bir rol oynamamışlar.



C) TƏSƏNNÜ VƏ BU FIRQƏ TERMİNİ ( ŞİƏ MÜQABİLİNDƏ)

RİSALƏT ƏSRINDƏN SONRA

Təşəyyuh kimi təsənnü məzhəbi də siyasətin şəkillənməsi barəsində təhlilləri olmuşdur və tədriclə məzhəb bunu himayət etdi, əlbəttə Peyğəmbər (s) tərəfindən canişinin təyin olunma məsələsi siyasi xarakter daşıması düzgün deyildir və elə bu siyasət qollara ayrılmağa və ixtilafa səbəb oldu və İmamət barəsində yeni etiqadın yaranmasına səbəb oldu ki, əsl və xas İslamın ardıcıllarına şiə firqəsi kimi siyasi baxış formalaşdı.

Amma Şiənin bu cərəyandan sonra həyata keçirdiyi siyasət həqiqi İslam təlimləri əsasında idi, siyasi don geyinməkdən öncə bu əsl əqidə və din idi və əqidə idi ki, siyasəti də öyrənmişdi.

Bu səbəbdəndir ki, siyasətçilər bu əqidə ilə müxalifdirlər və çalışırlar ki, bunun müqabilində böyük miqdarda pullar xərcləyərək və təhdid edərək öz tərəflərinə çəkərək  təzə  firqə və cərəyan yaratsınlar və bu yolla xilafətin təyin olunma yolundan azdıraraq növbəti dövrlərdə məzhəbi şəkilə saldılar.

Əlbəttə bu cərəyan cəmiyyətin müdiriyyətin əldə saxlamaq istəyənlərin əlində idi və əgər şiənin baxışını başqa tərəfdə görməsəydilər, əks təsir göstərtməzdilər və o firqə müqabilində yeni firqə , Əhli- Sünnət adlı firqəni kəşf etməzdilər.

Buna görə də siyasət,  təşəyyuh və Peyğəmbər (s) tərfindən elan olunmuş proqrama müxalifət amili oldu və başlanğıcda o

səh:28


dövlət başçıları aydın təfəkkürlə düşünmək əvəzinə bu siyasəti bəyan etdilər və nigarançılıqla işə qoyuldular.

Çoxlu amillərın ən öndə gələnlərdən biri daxili silahlı toqquşmalar nəticəsində İslamın məhv olmasıdır ki, bu amil müxtəlif siyasi məzhəbi rəqibləri silaha əl atmağdan çəkindirirdi. Bu şiə təfəkkürünə müxalif olan rəhbərlərə o zamanın işlərini əllərində cəmləşdirməsinə yardım etdi.

Buna baxmayaraq onlar əməldə sabit təfəkkürü izləmədilər və əsl beyyətə və cəmiyyətin seçiminə heç zaman hörmətlə yanaşmadılar, onların hökumətlərinin əsasını güc və təhdid təşkil etdi. Əbubəkrin hakimiyyətə gəlməsinə səbəb olan Səqifə hadisəsindən sonra Ömər ki, məxsus kobudluq və qəlizliklə, qılıncı çəkərək küçələrı dövr vurmağa başladı və insanları Əbubəkrə beyyətə məcbur etdi və bu iş elə yerə çatdı ki, Həzrət Əli (ə)- dan da beyyət tələb etdilər və o həzrəti beyyətə görə tutdular və bəzi deyiləsi olmayan cəsarətlər edərək və Həzrət Zəhra (s)- a və onun pak ailəsinə hörmətsizlik edərək zor gücünə məscidə gətirdilər. Ömərin hakimiyyəti özünün söylədiyinə görə Əbubəkrin vəsiyyətinə görə qurulmuşdu- Əbubəkr can verirdi və bəzən o huşdan gedib- gəlirdi- vəsiyyət mövzusuna gəlindi və özündən sonra hakim təyin etməsinin yerinə Osman, Ömərin adını vəsiyyətnaməyə yazdı və Əbubəkr özünə gələndən sonra bunu təsdiq etdi!

Bütün olanlar və ya ümümiyyətlə vəsiyyət ortada idi ya yox? Hər halda Ömər hakimiyyətə gəldi və heç kəs Əbubəkrə demədi ki, “

غلب علیه الوجع(1)

Huşu özündə olmayan şəxsin sözlərinin etibarı yoxdur, Amma bu bəhanə ilə Peyğəmbər (s)- a vəsiyyətnamə yazmağı qadağan etdilər.

Hər bir halda Əbubəkrin təyini ilə Ömər işləri əlində cəmlədi və özündən sonra üçün altı nəfərlik şura təşkil etdi.

Bəs məlum oldu ki, seçimdə heç bir halda cəmiyyətin haqqından istifadə edilmədi. Amma Osmanın öldürülməsindən

səh:29
1- [1] . Nəhcül bəlağanın şərhi, İbn Əbil Həmid, cild 2, səh 55.

sonra, müsəlmanlar həzrət Əli (ə)- ın evinə axışdılar və hamı ona beyyət etdi. Sonralar hərçəndki, şiə təfəkkürünə müxalif olanlar öz kitablarında çalışdılar ki, hökumətlərinə şəri don geyindirmək üçün ümumi beyyəti ya həll əhlini, müqaviləni və digər zidd sözləri və hətta qələbə və gücü əsas ünvan kimi bəyan etdilər.

Amma gücdən başqa burada heç bir şey meyyar deyildi və elə etdilər ki, insanların  xəlifənin təyin etdiyi hakimə beyyət etməkdən başqa yolları qalmadı.

Ona görə şiənin müxalifləri, hökumətdə ümumi qanunun olmadığını və hətta müasir dövrdə onların ən böyük təhqiqatçılarından biri bu həqiqəti taparaq deyir ki, ümumiyyətlə İslam siyasətdə hakimin təyininə aid xüsusi metod qey etməmişdir və hər bir halda cəmiyyət özü bunu təyin etməlidir. Bu halda hökumət qanuni cəhət əldə edir.

D) MüSəLMANLARıN IKI QRUPA, SüNNI Və şIəYə BöLüNMəSININ AMILLəRI

Bu bölünmənin həqiqi səbəbi yüksək rütbə və rəyasət əldə etmək idi.

Bəziləri gələcək rəhbərlikdə yer almayacaqlarını görərək elə Peyğəmbərin dövründən qruplaşmağa başladılar və planlarına uyğun olaraq meydana daxil oldular, onların planlarında ən mühüm olanı Peyğəmbər (s) –ın baxışı müqabilində yeni fikir cərəyanı yaratmaq idi və sonra bunu yaymağa başladılar və

“حسبنا کتاب الله“

şüarı verdilər ki, İmamətin müvcud etibarını azaltsınlar və nəticədə onu etibarsız qələmə versinlər. Elə bu səbəbdəndir ki, Peyğəmbər (s) öz vəsiyyətini yazmaq istədikdə, şiddətlə mane oldular və Sünni mənbələrinində nəql etdikləri kimi Ömər dedi:”

غلب علیه الوجع! حسبنا کتاب الله(1)

“Bu sözləri Peyğəmbər ağrı şiddətindən və zəfər mərəzindən söyləyir! Allahın kitabı bizə bəsdir.”

səh:30
1- [1] . İbn Əbil Hədid, cild 2, səh 55 .

Bəzilərinin nəqlinə əsasən o dedi:

إن ّ الرجل لیهجر(1)

“Peyğəmbər sayıqlayır”- Nəuzu Billah.

Hər halda o mane oldu və dedi ki,

حسبنا کتاب الله

yəni biz Peyğəmbərin vəsiyyət və aydınlaşdırmalarına ehtiyacımız yoxdur.

“Şiə” ləqəbini Peyğəmbər (s) tərəfində Əli (ə) – ın tərəftarlarına verilmişdir. Peyğəmbər (s)  onun səmimi ardıcıllarını şiə adlandırdı., amma bu iş müsəlmanların iki dəstəyə bölünməsinə səbəb olmadı. Hərçənd ki, Səlman, Əbuzər, Miqdad və s... kimi səhabələr Əli (ə) –a xüsusi etiqadları var idi. Amma müxaliflər müqabilində müstəqil şəkildə qruplaşmamışdılar və Peyğəmbə (s) –ın məsləhəti hamının Əli (ə)- ın dalınca getməli olduğu idi.

Amma bu əmrlə müxalifət Peyğəmbər (s)- ın vəfatından sonra açıq- aşkar oldu.

Bəzi insanların arzusu olan hakimiyyət və rəyasət eşqi, Peyğəmbərin canişin təyin etdiyi Əli (ə) –a qarşı ayağa durmğlarına səbəb oldu və İslam cəmiyyətində təfrəqə yaratdılar.

Əgər bu bölgünü ört- basdır etmək istəsək, qeyri-həqiqi izah vermiş olsaq, deməliyik ki, bu təfrəqə müsəlmanların zəif imanları ücbatından yarandı və peyğəmbər (s)- ın dediklərini və göstərişlərini İlahi vəhy həddində mötəbər bilmədilər və güman edirdilər ki, Allahın kitabı onların hidayəti üçün kifayətdir və Peyğəmbər (s)- ın dediklərinə ehtiyac yoxdur, elə bil ki, Peyğəmbər (s) –la özlərini Quranın əsaslarının və məqsədinin dərkində eyni görürdülər.

Buna görə onun təyin etdiyi proqrama və metoda tabe olmadılar və dərk etdikləri öz şəxsi nəzər, məsləhətlərini və intriqalarını, Peyğəmbər (s)- ın əmrlərindən üstün bildilər və ya o Həzrətin bəzi hökumət və cəmiyyətin müdiriyyət əmrlərini şəraitdən asılı olaraq dəyişilməsini qəbul etdilər.

səh:31
1- [1] . Bəharul Ənvar, cild 30, səh 535.

Onlar Xilafət məsələsini də belə işlərdən hesab edirdilər və inanırdılar ki, hərçənd Peyğəmbər özündən sonra canişin təyin etmişdir, amma onların fikirlərinə görə Peyğəmbər (s)- ın söylədiklərinin vəhy qədər etibarı olmadığına görə nəticədə onunla müxalifətin caiz olduğunu hesab etdilər və nəticədə Peyğəmbər (s)- ın vəfatından sonra onun sözlərini eşitməməzliyə vurdular və onu kənara qoydular və bu düzgün olmayan bəhanələrlə Xilafəti təyin olunmuş macərasından çıxartdılar.

Doğrudur ki, onlar o şəraitdə cəmiyyəti idarə etmək üçün, xilafəti möhkəm saxlayan düzgün nizamlı fikrə sahib deyildilər, buna baxmayaraq israr edirdilər ki, Peyğəmbər (s)- ın seçdiyi şəxs ya cəmiyyətin idarəsin ələ almamalı ya da məsləhət deyil. Bu o halda idi ki, onlar Peyğəmbərin başqa əmrlərində israr edirdilər, amma bu məsələdə əksinə əməl etdilər. Peyğəmbər (s)- ın bir nəfəri ordunun başçısi təyin etdiyi zaman da onlar onu rahat qoymadılar. Hər halda onlar özləri üçün bunun haqq olduğunu hesab edirdilər ki, Peyğəmbər (s)- ın əmrlərinə sahib çıxıb, onu istəfikləri kimi dəyişdirməyi öz fikirlərinə görə lazım hesab edirdilər və günahdan da pis səbəblərə əl atdılar.

Bunların müqabilində Həzrət Əli (ə) və bir neçə nəfər onun artdıcılları, Peyğəmbər (s)-ın əmr və təliminin haqq olmasına inanırdılar və deyirdilər: Peyğəmbər (s) –ın sözləri vəhy hökmündədir və bəlkədə vəhyin özüdür. Çünki Quran bu barədə belə buyurur:

{وَمَا یَنطِقُ عَنِ الْهَوَی}

{إِنْ هُوَ إِلاَّ وَحْیٌ یُوحَی}(1)

“O kefi istəyəni ( havadan) danışmır! nə söyləyirsə bu  nazil olan vəhydən başqa bir şey deyil!

{وَمَا آتَاکُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاکُمْ عَنْهُ فَانتَهُوا}(2)

“ Peyğəmbər hər nə sizin üçün gətirdisə götürün- və yerinə yetirin- və hər nəyisə inkar etdisə ondan çəkinin”

O həzrətin əmr və inkarları azaldıb və çoxaltmadan əməl olunmalıdır və biz həmişə Peyğəmbər (s)- ın hidayət və təliminə möhtaciq və İslam dini hər cəhətdən kamil və möhkəmdir və

səh:32
1- [1] . Nəcm surəsi, 3 və 4 ayə.

2- [2] . Həşr surəsi, 7 ayə.

onda naqislik və çatışmamazlıq yoxdur.

İstilah olaraq bu qrupa deyilir ki, bu hədisin izah və təfsir yolu bağlıdır və Əli 9ə)-ın xilafəti Allahın əmri kimi vəhy olunmuşdur.

{یَا أیُّهَا الرَّسُولُ بَلِّغْ مَا اُنزِلَ إِلَیْکَ مِن رَّبِّکَ}(1)

“Ey Peyğəmbər!Allah tərəfindən nazil olanları kamil şəkildə insanlara çatdır!”

Hər halda müsəlmanlar iki qrupa bölündülər və həqiqətdə odur ki, onlar ki, sünnəti rədd edərək, şərhə və qiyasa üstünlük verirlər, bunlar barəsində “Əhli Sünnət” terminin istifadə edilməsi düzgün deyil. Bəlkə bu ünvan o kəslərə verilməlidir ki, Qurana və Peyğəmbərin sünnətinə bağlı olub və olmuşlar.

Eyni vaxtda o kəslər ki, bu cümləni “حسبنا کتاب الله” bəhanə edərək müsəlmanları iki dəstəyə böldülər, burada əsas mövzu o idi ki, Peyğəmbər (s)- ın risaləti həmin Allahın kitabıdır və Peyğəmbərin sünnətinə ehtiyac yoxdur! Hər halda bu dəstə özlərinə məxsus fikir tərzləri ilə Peyğəmbər (s)- ın  Əli (ə) haqqında dəqiq əmri ilə müxalifət etdilər. Amma Əli (ə)-ı ev dusdağı etdikdən sonra bu səhv fikirlərlə irəli gedə bilməyəcəklərini və bu şüarı حسبنا کتاب الله söyləməklə cəmiyyətin əhkam problemlərini həll edə bilməyəcəklərını gördülər və  bir çox  mövzularda   Peyğəmbər (s)-ın sünnətinə geri döndülər.

Əlbəttə şiə təfəkkürünün müxalifləri bu şüardan kifayət qədər bəhrələndilər və məlumatsız və ümumi qrupları aldatdılar və Peyğəmbər (s)-ı vəsiyyətnamə yazmaqdan saxladılar, onlara belə deyirdilər: Peyğəmbər (s)-ın Əli (ə)-ın xilafəti barəsində əmrinə ehtiram göstərmək lazımdır, amma Quran əsas mehvərdir deyib, bəhanə edərək onu kənara qoydular. Bunların əsas hədəfi “Qədir hədisini” və “yəvmul dar”-ı və başqa hədislərin önə çıxmamasını təmin etmək idi.

Amma sonra hədissiz işləri idarə edə bilməyəcəklərini və hədis müqabilində ictihadın mümkünsüzlüyünü gördülər və Allahın Əhkamınıa sahib çıxaraq izah və qiyasa üz tutdular və

səh:33
1- [1] . Maidə surəsi, 68 ayə.

müxtəlif mövzularda şəkk- şübhə yaratdılar.

Təşəyyu məzhəbinin və həmçinin İslamın yaranmasının tarixi hadisələrlə heç bir əlaqəsi yoxdur. Əlbəttə şəxslərin siyasi vəziyyətlərinə və bəzi hadisələrin baş verməsinə tarixi hadisələr təsir etmişdir, amma bütün işlərdə bu əsl səbəb deyil, misal olaraq: İmam Zaman (ə)-ın qeybinin əsas səbəb və hikmətləri- bəzi xəbərlərə əsasən – zülümkar hakimlərə beyyət etməməsi və s olmuşdur, amma o həzrətin var olması və qeydətin əsası mütəvatir hədislərə əsasən qəti olan bir əmr idi ki, onun proqramı öncədən müəyyən olunmuş və müəyyən olunduğu kimi həyata keçməkdədir. Bu o demək deyildir ki,  Imamət məsələsi tarix boyu tədriclə önə çıxmış və tarixin seyri onu zəruri və lazım etmışdir.

Tarixi təhqiq edərkən aydın şəkildə məlum olur ki, xilafət barəsində əhli sünnə cərəyanı tarixi silsilə hadisələrinin səbəblərin nəticəsində əmələ gəlmişdir. Amma şiə təfəkkürü İmamət barəsində dəfələrlə söyləndiyi kimi behsətin başlaması nəticəsində Allah təalanın əmri və Peyğəmbərin yol göstərməyi ilə bünövrəsi qoyulmuşdur.

“Eyni zamanda şiə təfəkkürü tarix yaradıb nəinki, onu tarix yaradsın”

Şiə təfəkkürünə müxalif olanlar deyirlər: Bu barədə Peyğəmbər (s)-ın yol göstərməsi olmamışdır, buna görə Peyğəmbər (s)- ın vəfatından sonra müsəlmanlar arasında təşviş və nigarançılıq artdı və onların bir şəxsi xəlifə təyin etmələrinə səbəb oldu və bu iş səqifədə məlum mübahisə və keşməkeşlərdən sonra nəticədə Əbubəkr Peyğəmbər (s)- ın yerinə canişin təyin olundu və sonra cəmiyyətdə baş verən hərcmərcliyi və xoşa gəlməyən hadisələri önləmək üçün Əbubəkr Öməri canişin təyin etdi və Ömər də altı nəfərlik şura təşkil etdi ki, özündən sonra canişin təyin etsinlər.

Bütün bu hadisələrin  xüsusi səbəbi var idi ki, siyasətə meyillik onların başında dururdu.

Halbuki, bu baxışın tərəfdarları bu mühüm hadisəni təbii qələmə vermək istəyirlər, amma həqiqətlər bu hərəkətin təbii

səh:34


olmasına səhv tutmağa imkan yaradır və şiə baxışına görə İmamət barəsində müxtəlif tərəflərdən təyin olunma imkanı yaradır.

F) MƏZHƏBİN ƏSAIı ƏHLI- BEYT (ə)- İN RƏHBƏRLİYİNİN HİMAYƏTİDİR

Əhli- Beyt (ə)- ın rəhbərliyinin himayət edilməsi başlanğıcdan islam təliminin əmrinə əsasən yerinə yetirilir. Səqifə və Əbubəkrin canişinliyi ilə müxalifət edən şəxslərin məqsədi yalnız dini təkliflərin və Peyğəmbər (s)- ın yol və təliminin qorunmasından ibarət idi. “ Şiənin əsli və üsulları”, “Şiə tarixi”, “Tarixdə şiə” və digər sünni və şiə kitablarına müraciət edərkən aydın olur ki, şiəliyin yüksəlişi bir məzhəbi məqsəd daşımışdır.

Nəhcül Bəlağə kitabında Əmirəl Möminin (ə)- ın xütbələri bunları təsdiqləyir ki, Əhli- Beyt (ə)- ın həqiqi mövqeyi insanların maddi, mənəvi və məzhəbi rəhbərliyidir ki, hökumətin bir şöbəsi kimi hesab edilir.

səh:35

səh:36

2.ŞİƏ VƏ SİLAHLI QİYAM


İKINCI SUAL:

Məsum İmamın şərtlərindən biri silahlı qiyamdırmı?

Silahlı qiyam mütləq şəkildə hər şəraitdə şiə proqramının bir hissəsidirmi?

Yəni şiə daim zülümkar hakimlərlə silahlı mübarizə halında olmalıdırmı?

Yoxsa bu mözuda həmçinin əmr be məruf və nəhy əz münkirdə bəyan olunan olan o şərt, əsas nəzər hesab edilir?

Şiə Bəni Üməyyə hökumətinə qarşı silahlı qiyamda hansı rolu oynamışdır?

CAVAB:

Şiə kafirlərlə cihad mövzusunda İslam fikirlərindən başqa etiqada malik deyildir ki, bu fiqh kitablarında müfəssəl şəkildə bəyan olunmuşdur. Əksər Fəqihlər cihadı Məsum İmamın varlığında əgər İmam cihada dəvət edirsə vacibliyini qəbul edirlər.



Amma İslamın varlığının, müsəlmanların namuslarının müdafiyəsi və düşmənlərin islam hüdudlarına hücumundan qorunmaq, istər fiziki istərsə də mədəni və ya iqtisadi olsun hamı üçün vacibdir və hətta bu ayənin hökmünə görə vacib hesab edilir.

səh:37


{وَاَعِدُّواْ لَهُم مَّا اسْتَطَعْتُم مِّن قُوَّهٍ وَمِن رِّبَاطِ الْخَیْلِ تُرْهِبُونَ بِهِ عَدْوَّ اللهِ وَعَدُوَّکُمْ}(1)

Allahın düşmənini və öz düşmənlərinizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin!

Fiziki və mədəni sərhədlərin qorunmasına hazırlıq vacib ilahi təklifdir. Cəbhə və Fiziki döyüşdə nizami silahlarla təchizatlanamaq və mədəni və iqtisadi cəhətdən müdafiə olunmaq üçün məxsusi vasitələri hazırlamaq İmamın hüzr dövrü ilə qeybət dövründən heç bir fərqi yoxdur.

Müsəlanın evi, ailəsi, mal və canı yadların hücum və xətərindən amanda olmalıdır.

ومن قتل دون ماله فهو شهید(2)

“və hər kəs özündə olanların müdafiyəsi zamanı öldürülərsə şəhitdir”

İslam vətəni hamının evidir ki, amanda olmalıdır.

Bunlar xarici düşmənlərlə münasibətlərin icmalı idi. Amma daxildə islama zidd cərəyanlarla və daxildə münafiqcəsinə yüksək rütbə əldə etmək üçün İslam və müsəlmanlara zərbə vuranlarla elə həddə davranılmalıdır ki, bu fəsadlar və islama zidd hərəkətlər həll olsun.

Əlbəttə əgər bu hərəkətlər İslamın varlığını təhlükəyə atarsa ya islam əhkamını və islam cəmiyyətinin əmniyyətini xətərə salarsa bu təhlükələrin aradan qaldırılması üçün nizami hərəkət ehtiyacı yaranır, bu şəraitdə silahlı qiyam vacibdir.

Xülasə, şiə təfəkküründə müxalif və zalim cərəyanlara etinasızlıq məhkum olunur.

Müsəlman, islam və müsəlmanın izzət və şərəfinə və Allah kəlamının yüksəlməsi ilə əlaqədar olan bütün işlərə əhəmiyyət verməli və öz üzərinə düşən vəzifəyə əməl etməlidir.

Amma İmamın İmamətliyinin şəraitini, Zeydiyyəyə bənzədirlər, silahlı qiyam etmək və yaxud hər hansı rəhbər silahlı qrup yaratsa və zahirən qiyam və silahlı mübarizə etməsə

səh:38
1- [1] . Ənfal surəsi, 60 ayə.

2- [2] . Bəharul Ənvar, cild 10, səh 226.

bu istər Seyyid, istərsə də Peyğəmbər (s)- ın ailəsindən olsun bu onun İmam olmamasına dəlalət etmir, necə ki, İmam Zeynəlabidin, İmam Baqir və İmam Sadiq (ə) bu yolu seçmişdilər. Əvvəla İslamın və islam kələməsinin müdafiyəsi və yüksəlməsi üçün silahsız mübarizə həmin dövrdə və o şəraitdə silahlı qiyamdan daha da təsirli idi.

İkincisi, Mahmud Bin Lubeyd Həzrət Zəhra (s) –dan nəql etdiyi hədisdə belə buyurulur:

مثل الإمام مثل الکعبه إذ یؤتی ولایأتی(1)

İnsanların vəzifəsi ictimai İmamın ətrafında toplanmaq və onun yolu və İslam kəlamınının yüksəlişi və dinin hədəfinin qorunması üçün hazir olduğunu elan etməkdir. Bu halda İmam məsləhət olanı edəcəkdir.

Əmirəl Möminin (ə) Osmanın qətlindən sonra insanların hay- küy və sevinclə beyyət üçün ona tərəf axışdıqları zaman o insanları cavabsız qoymadı, buyurdu:

اما والذی فلق الحبه وبرأ النسمه لولا حضور الحاضر وقیام الحجه بوجود الناصر وما أخذ الله علی العلماء ألا یقاروا علی کذه ظالم ولا سغب مظلوم ، لألقیت حبلها علی غاربها ولسقیت آخرها بکأس أوّلها ولألفیتم دنیاکم هذه ازهد عندی من عطفه عنز(2)

“Agah olun! Allaha and olsun, o Allaha ki, toxumu sındırdı, insanı yaratdı, əgər mənim ətrafıma toplaşmış cəmiyyət olmasaydı, və mənə yar olmaq üçün qiyam ediblər, bu baxımdan höccət tamamlanmışdır və əgər Allah qarşısında Alimlərin öhdə və məsuliyyəti olmasaydı- hər cəmiyyət- sitəmkarların at qarınları və zülm görənlərin aclığı müqabilində sakit oturmalı olsaydılar, mən xilafəti dəvə cilovu kimi buraxardım və ona heç diqqət etməzdim və sonda onu başlanğıcda su ilə dolmuş fincan edərdim- o vaxt- yaxşı başa düşərdiz ki, sizin dünyanız- bütün zinətləri ilə- mənim nəzərimdə qoyunun burnunun suyundan da dəyərsizdir!”

Amma Bəni Üməyyə əleyhinə olunan silahlı qiyamlar, xəvariclər tərəfindən edilən qiyamlardan başqa ki, bunların heç biri nəticə vermədi, o biri qiyamların məqsəd və səbəbi Həzrət Seyyidil Şühəda (ə)- ın qatillərindən qisas almaq və Əhli- Beyt

səh:39
1- [1] . Baharul Ənvar, c 36, s 352.

2- [2] . Nəhcül Bəlağə, saleh süblər, c 3, 17 qismət.

(ə)- ın məzlumiyyətinə etiraz etmək olmuşdur. Bu qiyamlar Eynil verdə və Muxtar qiyamlarıdır ki, hər ikisində çoxlu sayda şiələr iştirak etmişdilər. Sonra cənab Zeydin və başqa qiyamların hamısı Əhli- Beyt (ə)- a məhəbbət və hörmətlərindən və Bəni Üməyyəyə nifrətlərindən baş vermişdir. Kumeyl kimi şəxsiyyətlər və  Əbdilrəhman Bin Mühəmməd Bin Əşəs qiyamda idilər və ya axırıncı qiyam ki, müntəha bəni Üməyyə hökumətinin məğlubiyyəti ilə sonlandı və İslam məmləkətlərində onların höküməti sona çatdı.

Canyandırıcı Kərbəla faciəsinin əsl məqsədi və Zeyd bin Əli (ə)- ın şəhadəti və ya bir sözlə Əhli- Beyt (ə)- ın məzlumiyyəti idi.

Eyni zamanda bu Bəni Üməyyəyə qarşı qiyamda mühüm olan şey şiənin rolu və Əhli- Beytin məzlumanə vəziyyəti idi. Hərçənd Seyidil Şühədanın şəhadətindən sonra İmamlar qiyam etmədilər, çünki, bu vəziyyətdə silahlı qiyamı ədalətli İslam dövlətinin yaradılması üçün münasib görmədilər buna görə başqa səngərlərdə İlahi təklifləri və  əhkamı insanlara çatdırdılar və çoxlu İslamdan kənara çıxmaları dəf etdilər. Hətta qələbədən sonra Bəni Üməyyə əleyhinə olan sonuncu qiyamda baş verənlərdən sonra tənha o əqidəyə layiq olan şəxs İmam Cəfər Sadiq (ə) idi. Baxmayaraq ki, bu işi Həzrətə təklif etmişdilər, İmam Sadiq bunu qəbul etməkdən imtina etmişdi. Onun tərəfindən belə siyasətin seçilməsi, şiə etiqadına görə nəticədə Peyğəmbər (s) tərəfindən verilən əmr idi ki, vəhy vasitəsilə Peyğəmbər (s)- a xəbər verilmişdi. Buna əlavə olaraq hər İmam mövcud şəraitdə öz təklifini hamıdan yaxşı bilir və həmişə daha mühüm işləri başqa işlərdən üstün tutur. Əgər Həzrət bu yolu seçməsəydi, İslamın məsləhətinə olan mühüm bir şey zay olacaqdı. Çünki, hər bir nəzər sahibinə məlumdur ki, belə şəraitdə, İslamın nurani əhkamını icra etmək və  hökuməti ədalətli İslam nizamını işə salmaq imkanı mövcud deyildi.

səh:40

3.İMAM SADİQ (ə) VƏ ŞİƏ MƏZHƏBİ


ÜÇÜNCÜ SUAL:

Məgər İmam Cəfər Sadiq (ə) təşəyyuh məktəbinin qurucusudur, ya onu izah və aydınlaşdıran olmuşdur?

CAVAB:

İmam Sadiq (ə) şiənin əsas təfəkkürünü- çoxlu sayda Əhli- Beyt (ə)- ın dost və aşiqləri



Onu tanıtdırmamalı idilər- hamıya göstərdilər. O böyük elmi mədrəsənin təsisi ilə cəmiyyəti islamın düzgün həqiqətlərinin- ki, İmam Əli (ə) və Əhli- Beyt (ə)- ın ardınca gedərək həyata keçməsi ilə məlumatlandırdı, bu halda ki, İmam Sadiq 9ə)- dan öncəki dövrlərdə maarifin yayılması o Həzrətin dövründə olduğu həddə deyildi.

Bu o mənada deyildir ki, İmam Cəfər Sadiq (ə) şiə təfəkkürünün yaradıcısıdır, çünki deyildiyi kimi şiə təfəkkürü Peyğəmbər (s)- ın zamanında aydın şəkildə idi və Böyük Peyğəmbər (s)- ın mötəbər hədislər və aydın hidayətləri onun keyfiyyətini məlum etmişdir.Zamanın ötməsi və hadisələri baş verməsi onun təkmilləşməsində heç təsiri olmamışdır, əlbəttə sonrakı dövrlərdə xüsusuylə İmam Sadiq və İmam Baqir (ə)- ın dövrlərində onun təbliğ, yayılma və tənzimində bu işlərin təsiri olmuşdur və hətta bu hadisənin özü bu təfəkkürün haqqaniyyətini

səh:41

müxalif təfəkkürlər müqabilində daha da aşkar etdi.



Şiə təfəkkürünün İmamət məsələsində qələbəsinin səbəblərindən biri də insanların Bəni Üməyyənin hakimiyyəti dövründə Peyğəmbərin canişini deyib onun yerində oturan hakimlərin əməl və rəftarlarında İslam əhkamına və Üsuluna uyğun heç bir şey görməməkləri oldu.

Bu iş hətta cəmiyyətin onlara qarşı qiyamına səbəb oldu. Baxmayaraq ki, bu qiyamların əksəriyyəti gücün vasitəsi ilə məğlubiyyətə düçar oldu və zahirdə Bəni Üməyyə hökuməti davam etdi, amma bu hadisələr şiə təfəkkürünün insanların qəlblərində yayılmasına və möhkəmlənməsinə səbəb oldu.

səh:42

4 İMAM SADİQ (ə)- DAN ÖNCƏ


DÖRDÜNCÜ SUAL:

Təşəyyuh məzhəbi İmam Sadiq (ə)- dan öncə də dini liderlərin əmrlərində əsas müzakirə obiyekti olmuşdurmu?

CAVAB:

Əvvəldə söylədiyimiz kimi şiə təfəkkürü Peyğəmbər (s) tərəfindən yaradılmış əsl İslam təfəkkürüdür. Bu məna və mətləbi Əmirəl Möminin Əli (ə)- ın kəlamlarından və Nəhcül Bəlağədən istifadə edərək başa düşmək mümkündür.



İmam Baqir və İmam sadiq (ə) bu təfəkkürü müxtəlif sahələrdə insanlar üçün şərh edərək, insanların bu barədə məlumatlarını kamilləşdirdilər və bu məsələlərdə İfrat və təfritləri həll etdilər.

Onlar İmamətin əsl və tam islamı olduğunu isbat etdilər ki, həqiqəti və onun dərəcələrinin söyləyənlərin Məsum İmamlar olduğunu bildirdilər. Məlum olduğu kimi onlar bütün İslam məfhum və  terminlərinin və Quran ayələrinin izah və təfsir edənləridir. Misili olmayan və böyük vəziyyətlərdə onların elmi məlum olur, hamı o böyük şəxsiyyətlərin əsl İmamət məfhumunun kamil və əsas şəkildə tanınmasına cavabdehlik səlahiyyətlərinə və eyni halda yeganə etimadlı mənbə olduğlarını başa düşdülər. Bu o mənada deyil ki, İmamətin

səh:43

əsasını onlar yeni kəşf etmişlər və ya  qeyb aləminə imanları olmayan insanların sözlərinə əsasən, tarixin müxtəlif hadisələrinin nəticəsi olaraq yaranmışdır.



Həmçinin əhl sünnətın mötəbər rəvayətlərindən olan, Əli Binəl Hüseyn (ə), İmam Baqir və İmam Cəfər Sadiq (ə) haqqında rəvayətə əsasən, “Əhməd Şakir” “Əl Baisul Həsis” kitabının şərhində belə yazır: “Bu axırıncı İmamdan öncəki İmamların mənəvi mövqiyyəti və İmamətləri insanların qəlblərində çox möhkəm idi.”

İmamların Quran natiqi olmalarına etiqad, yəni onlar Quranın xüsusi məna və izahını bilmələrini, İmam Baqir (ə)- ın uca atası İmam Zeynəlabidin (ə)- dan olan rəvayətə və ondan da əvvəl Əmirəl Möminin (ə), İmam Həsən və İmam Hüseyn (ə)- dan rəvayətlərə əsasən dəfələrlə bəyan olunmuşdur və Peyğəmbər (s) şəxsən özü təvatir hədislərdən də üstün olan hədisdə Məsum İmam (ə) –ı Quranla eyni səviyyətə göstərmişdir. Əhli sünnət kitablarında İmam Zeynəlabidin (ə)- ın xütbəsinin təfsirində belə nəql olununr ki, Əhli- Beyt (ə)-dan İmamlar səmimi seçimdir və bu böyüklərimiz xilqətin yeganə mərcə və ilahi höccətləridir.

səh:44

5.ŞİƏ TƏFƏKKÜRÜNÜN ELMİLİYİ


BEŞİNCİ SUAL:

Cəmiyyətin idarə olunması  Əmirəl Möminin (ə)- ın dövründə 5 il müddət kimi qısa zamanda  Məsum imamların ixtiyarında olmamışdır. Şiə baxışına əsasən dini hökumətin yaradılması, hansı səviyyədə cəmiyyətdə əməli şəkildə həyata keçirtmək imkanı mövcutdur?

CAVAB:

Şiə təfəkkürü bir məntiqi təfəkkürdür ki, təlimat nöqtey- nəzərindən həyata keçirtmək imkanı olub və vardır.



İmamət məsələsində şiənin baxışı Peyğəmbər (s)- dan sonra cəmiyyətin dini və siyasi lideri o şəxs ola bilər ki, Peyğəmbər (s)- ın insanlar üçün gətirdiyi bütün Əhkam və Üsul elmində hamıdan elimli olsun. Tərəddütsüz  Peyğəmbər (s)- ın dövründə bu xüsusiyyətlərə malik Əli (ə)- dan başqa heç bir şəxs yox idi. Buna görə də Peyğəmbər (s) özündən sonra onu canişin təyin etdi və sonra oniki nəfər olan Məsum İmamları tərtiblə bütün cəmiyyət üçün bəyan etdi.

Əlbəttə bu onların Peyğəmbərə qohumluqlarına görə deyildi, bəlkə bu onların mənəvi

və elmi bacarıqlarının xüsusiyyətlərinə görə idi ki, Allah təala insanların içindən Peyğəmbərin canişinliyi üçün yalnız

səh:45


onları seçdi. Necə ki, Quran Peyğəmbərlərin canişinləri barəsində belə buyurur:”

{إِنَّ اللّهَ اصْطَفَی آدَمَ وَنُوحاً وَآلَ إِبْرَاهِیمَ وَآلَ عِمْرَانَ عَل_ی الْعَالَمِینَ}(1)

“Allah təala Adəm, Nuh, İbrahim övladlarını və İmran ailəsini aləmlər içərisində seçilmiş (üstün) etdi.

Əgər insanlar bütün işlərdə doğru yolda hərəkət etmək istəyirlərsə onların ardınca getməli və onları özlərinin ağası olaraq vacib şəkildə onlara itaət etməli olduqlarını bilməlidirlər və onların işlərinə Peyğəmbər (s)- ın işləri kimi hörmət bəsləməlidirlər. Bu halda şiə təfəkküründə bəyan ediləm Əhkam və proqramlar xəyali və realliqdan uzaq olmayacaq və onların həyata keçirtmək imkanı yaranacaqdır. Əksinə onlar əsl İslam təlimləridir ki, əgər şərait yaranarsa bütün cəmiyyətlərdə istifadə olunma qabiliyyətinə malikdir.

Əgər biz tarixin bəzi bölmələrində, bəzi kəslərin siyasəti aydınlaşdıraraq əməli şəkildə onun qarşısını alırlar, bu onların aydınlaşdırma bacarığının olmaması demək deyil, bəlkə bu əhkam insanın reallıqlarını nəzərə alaraq seçilmişdir. Buna görə bütün bəşəriyyət onun dalınca gedir- və şiə etiqadına görə nəhayət ona çatılacaqdır. Bu iş Allahın axırıncı höccəti olan Axiril Zaman tərəfindən həyata keçiriləcək və bütün bəşər bir vahid nizamla idarə olunacaqdır.

Buna əlavə olaraq Peyğəmbərlər (s)-ın dəvəti haqqın bəyanı, nicat və doğru  yolu nişan verməkdir. Əgər elmlə insanlar bunu qəbul etməsələr, onlara demək lazımdır ki,

{إِنَّا هَدَیْنَاهُ السَّبِیلَ إِمَّا شَاکِراً وَإِمَّا کَفُوراً}(2)

“Biz doğru yolu ona göstərdik, istər şükr edən olar- qəbul edər- istərsə də naşükür olar.”

Buna görə Peyğəmbərin vəzifəsi İlahi Əhkamını bəyan etməkdir ki, buda əsl imamətdir. İnsanlardır ki, Peyğəmbərin və Məsum İmamların dəvətini qəbul edib və onun icrasında onlarla əlbir olamalıdır və bu işin onlar üçün aydınlaşmasına şərait yaradacaqdır.

Məsum İmamlar (ə)- ın əməl və siyasətləri, əməli və nəticə

səh:46
1- [1] . Ali İmran surəsi, 33 ayə.

2- [2] . İnsan surəsi, 3 ayə.

verən, eyni halda reallıq olmuşdur.

Misal üçün Əmirəl Möminin (ə)- ın, Həzrət Müctəba və Seyyidil Şühəda (ə)- ın bütün əməlləri zəmanəsinin şərtlərin və reallıqın nəzərə alaraq öz işlərini həyata keçirtmişlər.

Məsələn Əgər İmam Həsən (ə) Müaviyyə ilə sülh etdisə o bütün şəraiti nəzərdən keçirərək ən münasib yolu seçdi. İmam Hüseyn (ə) da bilə- bilə Yezidə beyyət etməkdən imtina etdi və Kərbəlaya gedərək o bütün müsibətləri qəbul etdi və nəhayət öz məqsədinə çatdı. Bəli, əgər İmam Hüseyn (ə) başqa şəraitdə olsaydı, yəni hökumətin ələ keçirtmək şəraitinin və vasitəsinin yarandığını görsəydi, yenə də haqqı əldə etmək və Peyğəmbər (s)- ın xilafətindən özgələri uzaqlaşdırardı. Amma onun dövrü elə idi ki, bu məqsədi həyata keçirtməyin uyğun olmadığını bilirdi və buna görə elə metoda əl atdı ki, İslam dünyasını ayağa qaldırdı və İslamı canlandırdı. Doğrudur, zahirdə onlar xilafəti ələ keçirə bilmədilər, amma bütün insanların qəlblərində Müafiyyədən uzaqlaşdılar və Müaviyyənin İslam üçün planları suya düşdü və sonralar bu iş barəsində belə dedilər:

محمدی الحدوث و حسینی البقاء

O biri Məsum İmamlar da  öz şəraitlərinə uyğun olaraq, öz vəzifələrinə əməl edərək İslamı qorudular.

İmam zaman (ə)- ın zühuruna inam şiənin təsəlli qaynağı və insanların müqavimət ruhu, səbr və dözümləri oldu və dinə etinasızlıq və ümidsızliyin qarşısın aldı və bu bir etiqatdır ki, şiəliyin təlim mətnlərində və mötəbər hədislərdə ona diqqət olunmuşdur və bu İmam Baqir və İmam Sadiq (ə)- ın zəmanəsində daha da diqqət mərkəzində oldu və insanların zalım hökumdarların cinayyətlərinə görə şiəliyə doğru qayıdışlar çoxaldı.

İnsanlar başa düşdülər ki, Peyğəmbərdən sonra bəzi səhabələrin İmamətin əslində dəyişikliklərin olması İslamda heç bir şeyi dəyişdirməyəcəyini güman edirdilər, amma sonra necə faciələr yaratdılar və İslamı öz yolundan çıxartdılar və xilafəti qəsb olunmasından tutmuş insanlara zülümlər edildi və şeytana qayıdışlar oldu. Bu insanların İmamət barəsində imanlarını gücləndirdi və başa düşdülər ki, yalnız bu əqidədir ki, İslam

səh:47


proqramlarını həyata keçirdir və onu kədərli və təəssüblü şəkildə sona çatdırır.

Buna görə Məsum İmamların hərəkət və rəftarları bir tərəfdən, zalım və sitəmkar xilafət qəsbkarlarının rəftarları başqa tərəfdən , şiə təfəkkürünün insanların qəlbinə daha çox nüfuz etməsinə səbəb oldu və onun ardınca Məsum İmamlara dönüş gücləndi və buradadır ki, biz görürük İmam Sadiq (ə) öz zəmanəsində hökumət başçılarının təlaşına baxmayaraq, ümumi insanlar arsında sevgi qazandı, hətta şiəni onun adı ilə tanıyırlar.

səh:48

6.ZƏMANƏNİN QƏSBKAR HÖKUMDARLARI MÜQABİLİNDƏ ŞİƏNİN MÖVQEYİ


ALTINCI SUAL:

Şiənin Hakimlər müqabilində mövqe tutması necə və hansı meyyarlar əsasında idi?

CAVAB:

Şiənin mövqeyi həmişə İslamın qorunması və dinin qalıcılığı, zülümkar və qəsbkar hökümdarların qanunsuzluğunu sübut etmək olmuşdur və həmişə çalışmışdır ki, şəri vilayətə əsaslanan İslam hökumətini qursun.



Şiəlikdə şəriət məfhumlarının bəyan edilməsi yalnız Kitab və sünnət əsasındadır və bu barədə Quran belə buyurur:

{وَجَادِلْهُم بِالَّتِی هِیَ اَحْسَنُ}(1)

“ Və onlarla ən yaxşı metodlarla, isbat və münazirə et!”

Elə metodla dialoq və müzakirə et ki, ən yaxşısı olsun və xüsusi şəraitdə təqiyyə əsasında elə əməl et və davran ki, başqaları düzgün islam və həqiqi şəriətə doğru hidayət olsunlar və zəmanənin qəsbkar və rəhimsiz hökumdarlarının zülümlərindən və hökümranlıqlarından xaric ola bilsinlər.

Buradan görürük ki, tarix boyu yalnız şiə olmuşdur ki,

səh:49
1- [1] . Nəhl surəsi, 125 ayə.

zalım hökumətlərə qarşı daim qiyamlar etmişdir.

Şiə o kəslərin İmamətliyinə etiqadı vardır ki, Peyğəmbər (s) özü dəfələrlə bunu bəyan etmişdir və şiə həmişə mövqeyni İslam təlimləri və Peyğəmbər (s)- ın yolu əsasında qurmuşdur və lazım şəraitin yaranmaması müqabilində, Əmirəl Möminin (ə) kimi öz zəmanəsində zahirən sükut və kənara çəkilərək, bunu qiyamdan üstün tutmuşlar və ya İmam Müctəba (ə) kimi rəftar edərək İslamı yox olma təhlükəsindən qorumuşlar.

Amma Kərbəla hadisəsi və Seyyidil Şühəda (ə)- ın Yezidə beyyətdən imtina etməsi bir qiyam idi ki, tarix boyu bunun timsalında hərəkət görülməmişdir. Bu hərəkət bütün müsəlmanlar üçün nümunə və mübarizə proqramıdır.

Baxmayaraq ki, zahirdə Əbaəbdillahın qiyamı məğlub oldu, amma həqiqətdə qalib qiyam idi, ona görə ki, doğru İslamı canlandırdı və şiələrin üzlərindən naümidliyi götürdü və fikirlərinin sabit və qüvvətlənməsinə səbəb oldu.

İmamlar öz elmləri ilə bilirdilər ki, insanların qəlblərində Əhli- Beyt (ə) olan etiqad və imanı gücləndirmək lazımdır. Bu yolla onlar siyası, elmi və mədəni tərəflərdən güclənərək, bu yolla hökümdarlara qarşı çıxmaq və tərtiblə həqiqi İslam hakimiyyətinin zəminini yaratmaq istəyirdilər.

səh:50

7.ŞİƏLİYƏ ĞOLOVV TÖHMƏTİ


YEDDİNCİ SUAL:

Bəzi yazıçılar, bir sıra ifrata varıb yollarını azmış firqələri şiə ilə eyni cərgədə hesab edirlər. Təəssüflər olsun ki, şiəni Ğolovvla ( şişirtmə) ittiham edirlər və biz bilirik ki, bu bir töhmətdir ki, bizim dövrümüzdə də bu Vəhabilər tərəfindən nəşr, çap və risalə yolu ilə şiə maarifinə ləkə yaxırlar. Əgər mümkündürsə bu barədə bir az izah verərdiz?

CAVAB:

Ğolovvlu əqaid məsələsi keçmişdən böyük sabiqəyə malikdir və bu barədə Qurani Kərim Yəhud və Nəsranilərin timsalında belə buyurur:



 “ Yəhudilər dedilər: Üzeyr Allahın oğludur! Və Nəsranilər dedilər: İsa Allahın oğludur!”

Müsəlmanlar arasında da bu xəstəlik bu hədisdə bəyan edilir:

لستلکن سبل من کان قبلکم حذوا النعل بالنعل والقذه بالقذه حتی لو ان احدهم دخل حجر ضب لدخلتموه(1)

“Hansı yolu getmək istəyirsiniz ki, sizdən öncəkilər getmişdilər, ayaq-ayaqa və qulaq-qulağa, hətta əgər onlardan biri kərtənkələ dəliyinə girərsə, sizdə ora daxil olarsınız”. Bu

səh:51
1- [1] . Bəharul Ənvar, c 21, s 257.

fikirlərə Əmirəl Möminin (ə)- ın barəsində də  rast gəlinir.

Bəzi qruplar onun barəsində İlahilik və Allahlıq iddia etdilər və o Həzrəti öz şerlərində Allah kimi mədh etdilər:

انت خالق الخلایق من     زعزع ارکان خیبر جذما

قد رضینا به اماما و مولی           وسجدنا له الها و ربنا

“Yaradılanları sən yaratdın, o kəs ki, xeybər qalasının möhkəm bünövrəsini lərziyə gətirdi. Biz ondan razıyıq ki, öncül və ağamızdır və ona səcdə və torpağa doğru əyilirik ki, o bizim Allah və pərvərdiğarımızdır.”

Bəziləri böyütmə və mübaliğə baxımdan bu sözləri və şerləri söyləyənlər deyirlər- həqiqətdə biz o həzrəti özümüzə Allah hesab etmirik.

Buna əlavə olaraq o Həzrəti özündən rəvayətdə belə buyurur:

هلک فی رجلان، محب غال ومبغض قال(1)

“İki qrup mənim barəmdə yanıldılar, mənə ya məhəbbətlərində  ifrata vardılar ya da düşmənlik edərək məqam və yüksək rütbəmi dandılar”

Hər halda tarix boyu bəzi belə qruplar var olub və vardırlar ki, öz əqaidlərində mübaliğə edərək ifrata varırlar. Bu kənara çıxmaların ən yüksəyi kimi isə Allah məqamına gətirməkdir.

Hər halda bu yodan kənara çıxmalar Əsl islam və şiə əqaidinə ziddilər.Belə əqaidlər daha çox özlərini  Əhli Sünnət hesab edən Sufilərdən yaranmışdır. Bunlarda əsasən Hulul və ittihad və s kimi kələmələr gözə dəyir. Xoşbəxtlikdən şiələr içində sufilik məsələsi Məsum İmamların (ə) hidayətverici hərəkətləri nəticəsində, Əhli təsənun içərisində olduğu həddə rövnəq tapmadılar, bəlkə Məsum İmamlar (ə), onların ardıcılları və böyük alimlər tərəfindən məhkum olunaraq, kənara atıldılar.

Bəs bu işin şiəyə nisbət verilməsi töhməttən başqa bir şey deyil. Şiə əqaidi tovhid, Nübuvvət, İmamət, Ədalət və Məad və başqa məsələlərində inhirafatlı və ğolovvlu mətləblərdən uzaqdır. Bu ona görədir ki, Məsum İmamlar (ə) iki və yarım əsr dinin qoruyucuları olmuşlar və elə əməl etmişlər ki, şirklə yoğrulmuş əqaidlər bu məzhəbə nüfuz edə bilməmişdir. Sonralar kitabların və məqalələrin çap olunması sayəsində bu

səh:52
1- [1] . Nəhcül Bəlağ, sübhül Saleh, Qasirin sözləri, ş 117.

etiqad daha ətraflı izah olunmuşdur.

Əlbəttə sonradan şiəlikdə sufi və xanqah kimi əqidələr peyda oldular və Əli (ə)-ın vilayət və hörmət adı altında ifratlı əqaidi bəyan etdilər və amma alimlərin uyğun cavabları nəticəsində onlar daha çox müqavimət göstərə bilmədilər.

Şiə məzhəbində əhəd olan Allahın cəlal və camal sifətlərinə şərik qoşulmur. Peyğəmbər (s)- ı və Məsum İmamları (ə)- ı Allahın bəndələri hesab edilir ki, hər cəhətdən Allaha möhtacdırlar, yalnı Allahı zati olaraq Uca bilirlər.

Əlbəttə Şiə  ayə və rəvayətlərə uyğun olaraq bu böyük şəxsiyyətlərin sifət və fəzilətlərə və ali məqama və dərəcəyə malik olmalarını zikr edir və onları höccət, İmam, Vəli, möcüzə və kəramətlərin sahibi və əmri bilirlər. Bu sifətlərin heç birində ğolovv və şirk iyi gəlmir və bütün bunlar göstərir ki, onlar kamal və yüksək übudiyyət mərtəbəsinə çataraq Allahın əmrləri qarşısında təslim olurlar.

Nəhayət, İmamət Quran və rəvayətlərdən və Peyğəmbər (s)-ın hədislərində bəyan olunan İslamın əsaslarından biridir və tarixdə baş verən hadisələrin, məğlubiyyətlərin və zamanın onun təkmil və formalaşmasında heç bir təsir və rolu olmamışdır.

Buna əlavə olaraq İmam barəsində olan sifətlərdə heç bir ifrat yoxdur və bunların bütünü hədislərə uyğun olaraq isbat olunmuşdur.

ولا یملک لنفسه نفعا ولا ضراً(1)

“Və bacarığın ziyan və xeyri özünə yoxdur”

Hətta İmam, Peyğəmbər deyil, yəni ona əhkam və şəriət vəhy olmur- hərçənd mühəddisdir, yəni mələklər onunla danışırlar- amma onun mələklə əlaqəsi nəbi ilə vəhy mələyinin əlaqəsi kimi deyil, fərq yalnız Peyğəmbərə İlahi əhkam vəhy olunmasındadır. Çünki, bütün Üsul və Əhkamın vəhyi və risalət, Peyğəmbərin rehləti ilə sona çatdı.

İmamşünaslıqın vəzivəsi İmam olan şəxsin Allah tərəfindən Petğəmbər (s) vasitəsilə elan olunaraq İmamlığa seçiləni tanıtdırmaq və onları Peyğəmbər (s)  kimi ümumi hakim və

səh:53
1- [1] . Baharul Ənvar, c76, s 167, h 7.

bütün dini və dünyəvi işlərdə mütləq vilayət sahibi olduğunu və peyğəmbərlik sifətindən başqa bütün sifətləri- elm, ismət və s mali olduğlarını onlar üçün sübut etməkdir və xülasə biz hamımız Məsum İmamlar (ə)- ı  bütün dini və dünyəvi işlərdə haqq olduğunu tanımalıyöğ. Maddi təfəkkür sahibləri və qeyb aləminə inanmayan şəxslər, Allaha, qeyb aləminə, peyğəmbər və İmamlara ğolovvlu sifətlər verirlər, çünki maddi insan bu sifətləri başa düşməkdə acizdir. Misal olaraq Maddi fikirli insanların nəzərində, Həzrət İbrahim, Musa və İsa (ə)- ın möminlərin inandığı möcüzələr bir növ ğolovv hesab edilir. Halbuki, burada heç bir ğolovvdan söhbət gedə bilməz. Bunların hamısı həqiqətdir ki, onların uca məqamının nişanəsidir. Ğolovv odur ki, Peyğəmbər və İmamı Allah hesab edək və ya Allahın onlarla birləşmiş və s hesab edilsin.

səh:54

8.MÖTƏZİLƏ İLƏ ŞİƏNİN ƏLAQƏSİ


SƏKKİZİNCİ SUAL:

Üsuliddinin beş əsas yerə bölünməsinin səbəbi nədir? Bu məsələdə şiə ilə mötəzilinin əlaqəsinin rolu olub ya xeyr?

CAVAB:

Şiə İslam və məzhəbi məsələlərdə bütün firqələrlə dialoq və mübahisələr etmişdir ki, buna şiə kitablarında işarə olunmuşdur. Amma heç bir etiqadi məsələ onların təsiri altına düşməmişdir. Deyildiyi kimi şiə təfəkkürü islamın özüdür, amma o biri firqələr yeni yaranmışdır.



Şiə əqaidi bu beş əsasla məhdudlaşmır. Əksinə çoxlu digər məsələr buraya aid olunur. Əlbəttə İslam və məzhəb əqaidini tovhid, nübuvvət və məadla və ya tovhid və nübuvvətlə xülasə etmək olar. Həmçinin İmamət, məad və başqa məsələlər Peyğəmbər (s)- ın dəvət etdiyi və onlardan xəbər verdiyi və xəbərlərə uyğun olaraq, nübuvvətə və onun dediyi bütün xəbərlərə imana bərabər hesab edilir.

الایمان بالنبوه ایمان بکل ما انبأ عنه النبی

“Nübuvvətə etiqad Peyğəmbərin xəbər verdiyləri şeylərə imana bərabərdir.”

Həmçinin beş üsuliddin: tovhid, nübuvvət, məad, ədalət və imamətdir ki, hər müsəlmanın bunlara etiqadı olmalıdır, ağıl və

səh:55

şər də bunu qəbul edir. Qisa şəkildə əqaidin qeyd edilməsi o səbəbdəndir ki, şiə İmamət və Ədalət məsələlərini o biri etiqad üsulları ilə eyni cərgədə hesab edir. Amma Əhli Sünnət- Əşəri firqəsi-nin buna etiqadları yoxdur.



Şiə öz əqaidini Peyğəmbər (s), Quran və Məsum İmamların rəvayətlərindən götürmüşdür və heç biri mötəzilə firqəsinin təsiri ilə olmamışdır. Çünki bu firqə sonralar əmələ gəlmişdir.

Əgər şiə və mötəzilə firqəsinin arasında bəzi oxşarlıqların olduğunu görürüksə, bunun vasitəli və ya vasitəsiz olaraq Məsum İmamlardan götürüldüyü qənaətinə gəlirik. Bu misal

“الجبر و التشبیه امویان و العدل و التوحید علویان”

 çox məşhurdur ki, bizim iddiamızı təsdiqləyir.

Buna əsasən bəzi yazıçılar ki, şiə məzhəbindən və onun keçmişindən xəbərsiz idilər və mötəzilə və əşəri məzhəbini təhqiq edirdilər, şiə alimlərinin məsələn Seyyid Murtəzanın Əşəri əqaidinə müxalif olduğlarını görüb sandılar ki, onlar mötəzilədəndirlər. 

səh:56


Yüklə 228,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə