MəHDƏVİYYƏt dialoqu kitab haqqinda



Yüklə 228,32 Kb.
səhifə2/6
tarix15.10.2018
ölçüsü228,32 Kb.
#74241
1   2   3   4   5   6

MÜTƏRCİMDƏN


Elmin inkişaf və məlumatların partlayışı əsrində kütlənin bütünlüklə bu elmlərə və məlumatlara tam agahlığı yoxdur. İnsanlar özlərinin fərdi və ictimayı xüsusiyyətlərinə uyğun və həmçinin zaman və məkan mövqelərinə münasib şəkildə çalışırlar. Onlar sadəcə yaşayışın gündəlik ehtiyaclarını ödəmək üçün lazım olan bilgiləri və məlumatları əldə etmək istəyirlər.

Dini elmlərdə bu qaydadan istisna olunmur. Məhdişünaslıq elminin bütün bölümlərini və böyük alimlərin söylədiklərini mənimsəmək, baxmayaraq ki, bu sahənin mütəxəssisləri üçün qeyri mümkün deyil, lakin kütlə üçün nə lazımdır və nə mümkün. Məhz buna əsaslanaraq deyirlər: "Hər müsəlmana vacibdir adətən ehtiyacı olduğu məsələləri öyrənsin".

Qarşınızda olan kitab Məhdəviyyət dialoqu adlanır. Bu kitab kütlənin və elmsevərlərin asanlıqla şəri hökümləri kəsb etməsinə əsaslanaraq tənzim edilmişdir.

Bu kitabdan ümumi kütlənin səmərəli istifadə etməsi üçün çalışmışıq tərcüməni aydın, müxtəsər və terminlərdən uzaq şəkildə tənzimləyək.

Uca Tanrıdan bu toplunun silsiləvi şəkildə, davamlı surətdə çap olmasını diləyirik.

Əziz oxucuların təklif və fikirləri bu toplunun daha da intensiv olmasına səbəb olacaq.

səh:9

səh:10

ÖN SÖZ


€�EY SAHİBİ- ƏZZƏMAN ƏDRİKNİ€�

Allah– təalə bütün xəlq olunmuşları “Həzrət Məhdi (ə) itaət etməyə ” çağırmışdır. Çünki, ona itaət “peyğəmbərə itaət”- dir. Peyğəmbərə itaət isə “Aləmlərin rəbbi olan Allaha itaət”- dir. Allah bütün aləmi özünə ibadət və itaət üçün yaratdı.

{وَمَا خَلَقْتُ الْجِنَّ وَالإِنسَ إِلاَّ لِیَعْبُدُونِ}

“Mən cin və bəşəri özümə ibadət etmək üçün yaratdım.”(1)

Mehdi (ə)-a itaət üçün insanların ürəklərində onun vilayəti və məhəbbəti olmalıdır, onun məhəbbətini qazanmaq üçün isə onu tanımaq lazımdır.

Məhdi (ə)- ı tanımadan onun məhəbbəti qəlblərdə oturmur, onun məhəbbəti olmadan ona itaət etmək lazımi dərəcədə formalaşmır. Ona tabe olmadan “dindarlıq” həyata keçmir və dindar olmadan yoldan azma, zəlalət və  zülmətdə qalmaq qətiləşir. Bunu necə ki, duada bizlərə öyrədilir:

اللهم عرفنی حجتک فإنّک ان لم تعرفنی حجتک ضللت عن دینی(2)

Allahım sən öz höccətini mənə tanıtdır, əgər sən öz höccətini mənə tanıtdırmasan, mən din yolundan azaram.

Buyurdular:

من انکر المهدی فقد کفر

Hər kəs Mehdi (ə)-ı inkar edərsə, kafir olmuşdur.

səh:11
1- [1] . Zariyat surəsi, 51, 56 ayə.

2- [2] . Kafi, cild 1, səh 337, hədis 5.

Buyurdular:

معرفه أهل کل زمان إمامهم الذی تجب علیهم طاعته(1)

Hər kəs öz zamanəsinin İmamını tanımadan ölərsə, cahiliyyətdə ölən insanlar kimidir.

Elə bu səbəbdəndir ki, İslam dini həmin təşəyyoh – dinin ardınca getməkdən ibarət deyil və İmamət əsasında din əmrlərinin ardınca getmək, həmin İlahi hakimiyyətdir- məna tapmır və Peyğəmbərdən sonra İmamlara və onların rəhbərliyinə etiqad, dünyaya yayılan Mehdəviyyətin qəbulunda nizam-intizam tapır.

Təşəyyoh həqiqi xalis Mühəmməd islamından başqa bir şey deyil.

İmamət əziz İslam Peyğəmbərinin risalətinin davamlılığından başqa bir şey deyildir.

Məhdəviyyət, qeyb dövründə İmamın həyat və axtarışlarından və zühur əsrində isə tovhid və ədalətin dünyəvi hakimiyyətindən başqa bir şey deyildir.

Elə bu baxışdır ki, İslamın düşmənləri bütün tarix boyu şiəlik, İmamət və Mehdəviyyətin məhv edilməsi üçün müxtəlif hiylə və intriqa proqramları həyata keçirmişlər.

Daim küfr və nifaq ardıcıllarının fəaliyyətləri üçün şərait yaranaraq, şiə yolunun ardıcıllarını təzyiq altında saxlamışlar. Xilafətlərini gücləndirmək və özlərinin qeyri islami hərəkətlərini izahlandırmaq üçün müsəlman görnüşlü hakimlər, İmamət mövzusuna şübhələr daxil edərək, mübariz insanları əzmək və sülh insanlarını naümid etmək üçün Mehdəviyyətin əslini inkar etdilər.

Buna baxmayaraq təkcə şiənin mahiyyəti, İmamətin zənginliyi və Mehdəviyyətə inam olmuşdur ki, Peyğəmbərin doğru sünnətini saxlamış və Quran təlimlərini və gələcəyi təmin edən vilayət maarifinin inkişafını təmin etmişdir.

Bu kitab ən qiymətli kitablardan biridir ki, qiymətli Ustad və yazıçı Həzrət Ayətullahül- Üzma Safi Gülpayiqani tərəfindən təlif olunmuşdur. Bu kitab üç əsas mövzuda – “Şiə”,

səh:12
1- [1] . Baharul ənvar, cild 8, səh 368, hədis 41.

“İmamət” və “Məhdəviyyət” sual - cavab metodu ilə ən təsirli nəşrlərdən biridir və bu kitabda mövcud şübhələrə ən qısa və müxtəsər şəkildə cavab verilmişdir.

MÜQƏDDƏS CƏMKƏRAN MƏSCİDİNİN

 NƏŞRİYYAT BÖLMƏSİNİN MÜDİRİ

HÜSEYN ƏHMƏDİ

səh:13


səh:14

MÜƏLLİFİN ÖN SÖZÜ


Bu kitab əziz oxuculara İmamət, ümmətin rəhbəri və Məhdəviyyətə etiqad və Həzrət Mehdi sahibil əmrin zühuru mövzularının izahlı sual- cavab şəkilində təqdim olunmuşdur.

Ümidvaram, onun fəzilətlərini əks etdirməkdə zəif, möhtac və gücsüz olan kitabı dövranın Ağası və sığınacaq yeri olan Əsrin Sahibi İmam Zaman (ə) və yaxşıların rəhbəri bu şərəfi bizlərdən qəbul edər.

səh:15

səh:16


_Həzrət Ayətullahül- Üzma Safi Gülpayiqaninin maarif radiyosu və müqəddəs Cəmkəran məscidi nəşriyyatının müdir və işçiləri ilə görüşündən bəyanatlar_

Mən əvvəla, bütün əziz və alicənab insanları bu yolda uğurla xidmət göstərdiklərinə görə təbrik və ehtiramımı sizlərə təqdim edirəm və inanıram ki, sizin həyata keçirtdiyiniz proqramlar və Əhli- Beyt (ə) maarifinə marağınız, xüsusiylə Həzrət Vəli Əsr (ə)- a sonsuzdur. İnşəallah Ağanın xüsusi inayətinə səbəb olaraq bundan da əla səviyyədə Həzrətin əmrlərini insanların gündəlik həyat və imanlarında istifadə ediləcəkdir, necə ki, özü bu barədə belə buyurur:

من مات ولم یعرف إمام زمانه مات میته جاهلیه

Buna görə əgər biz insanların dini həyatlarını qorumaq istəyiriksə, bizim zamanımızda ən mühüm məsələlərdən biri insanları onun mübarək vücudu və onun barəsində olan xəbər, hədis, məqam, möcüzə, faydaları, kəramət və bərəkəti ilə məlumatlandıraq və bəşəriyyəti gələcəyə ümidləndirək və bəşəriyyət üçün gündən- günə artan heyrət insanların öz  həyatlarını mənasız və püç hesab etmələrinə səbəb olur, buna görə cəmiyyətə ruh və can veriniz.

Bu məsələ çox mühümdür. Bizim cəmiyyətin mahiyyəti Mehdi və İmam zamanın varlığındadır və biz özümüzü ona aid hesab etməli və aləmin əbədiliyini onun vücudu ilə bağlılığında görməliyik, buyururlar:

ولو بقیت الارض بغیر حجه لساخت باهلها

səh:17

Biz bu haqqa inanırıq və inanırıq ki, bizim var olmağımız və hətta onun fəzilətlərini zikr etdiyimiz bu məclis belə İmam Zaman (ə)- ın vücudu ilə bağlıdır.



Əgər biz buna nə qədər çox itaət etsək və nə qədər çox bu mövzu ətrafında təhqiq etsək və insanları daha çox məlumatlandırsaq və onlar İmam Zaman (ə)- ı daha çox dərk etsələr, bu həqiqətdə elə həmin Allahı dərk etməkdir.

Necə ki, Seyiddil Şühəda (ə) bir rəvayətdə belə buyurur: Allah təala insanları yaratmamışdır; məgər ki, onu tanısınlar, onu tanıdığdan sonra, ona ibadət etsinlər.

Bir şəxs belə dedi: Yəbnə Rəsulillah, Allahı dərk etmək necə olur?

Buyurdular:

معرفه أهل کل زمان إمامهم الذی تجب علیهم طاعته

Bu zamanda Allahı dərk etmək İmam Zamanı (ə) dərk etməkdir.Nə vaxt ki, İmam zaman (ə)- ı tanıdıq, Allahı da tanımışıq, Allahı tanımaq vasitəsi Əhli- Beyt (ə)-dır.

Ümumiyyətlə onlardır ki, insanlara Allahı tanıtdılar və mərifət verdilər. Əgər onlar olmasaydılar və onların hidayətləri olmasaydı, hər nə qədər insan düşünsə və təhqiq zamanı təfəkkür etsə belə heç bir yerə çata bilməz, yalnız onlardır ki, bəşəriyyətə haqqı göstərirlər. Bu cümlə mühümdür ki,

معرفه أهل کل زمان إمامهم الذی تجب علیهم طاعته

Allahın dərki hər zaman, İmam zamanın dərkidir ki, onlara İmam Zamana itaət etmək vacibdir.

Çox gözəl, indi ki, siz Əlhəmdulillah belə yola qədəm qoymusuz və bu barədə proqraqmlar həyata keçirmiş və keçirirsiz. Həm siz əziz “Maarif radiyosu” əməkdaşları və həm də müqəddəs Cəmkəran məscidində xidmət edən əzizlərim, insanların müqəddəs Cəmkəran məscidinə diqqətinə, məqalələr, nitqlər və o Həzrət haqqında deyilən mətləblər, daha çox təsir edir.

Məgər heç diqqət etmisiniz ki, insanlar belə necə axın- axın bu müqəddəs məkana gəlirlər? Necə ki, çərşənbə axşamları insanlar müqəddəs Cəmnkəran məscidinə axışırlar və heç yorğunluq hiss etmədən, insan ilin on iki ayı ərzində diqqətli olur ki, Cəmkərana gəlsin.

səh:18


Mən bəzən söyləyirəm ki, insanların qəlbləri Həzrətin əlindədir və o qəlblərin sahibidir, çox hallarda biz bunun nümunələrinin şahidi oluruq.

Bəzi hallarda insanlar da bir meylin şahidi oluruq ki, bunlar bizim gözlədiklərimizin əksinədir, yəni bu adi vəziyyətə uyğun olaraq, belə olmamalıdır, bunun əksi olmamalıdır. Amma gözlədiyimizin əksinə hadisələr cərəyan edir. Bu zaman insan başa düşür ki, heç bir sirr yoxdur, məgər ki, Həzrət özü bunların sahibidir.

Bu iş çox böyük işdir və siz bunu qənimət hesab etməlisiz.

Doğurdanda bunun onlara çatdırılması necə ləzzət vericidir və nə qədər şirindir ki, insan Həzrət Vəli Əsr (ə)- ın fəzilətlərin təhqiq edib, insanlara çatdırsın.

Biz baxmayaraq ki, mənzilimdə böyük məclis təşkil etmişdik, oradan gəlirəm. Amma hal bu ki, bundan əvvəl  bu zəmində kitablar təhqiq etmişdim, Bu məclisə bəzi kitablar gətirmişdilər ki, bunları oxuyum və elə olmasın ki, bu kitabların mövzusu zəif olsun. Əlbəttə belə kitablar zəif olmamalı və insanlar arasında şübhələr yaratmamalıdır.

Belə proqramları həyata keçirənlərin özləri diqqət etməli və ya bu barədə məlumatı olanlara müraciət edilməlidir və onlarla məsləhətləşilməlidir ki, bu proqramlar o Həzrətin şəninə layiq olsun. Bu çox əhəmiyyətlidir.

Sonda sizlərə əziz qardaşlar, “Maarif radiosuna” və müqəddəs Cəmkəran məscidində işləyən əməkdaşlara təşəkkür edirəm və sizinlə iftixar hissi keçirdirəm və qeyd edirəm ki,

یالیتنی کنت معکم

Kaş ki, mən də sizinlə belə şərəfli işdə birlikdə çalışaydım və götürdüyünüz kəramətdən mən də faydalanaydım.

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatu.

səh:19

səh:20


Yüklə 228,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə