MəHDƏVİYYƏt dialoqu kitab haqqinda



Yüklə 228,32 Kb.
səhifə5/6
tarix15.10.2018
ölçüsü228,32 Kb.
#74241
1   2   3   4   5   6

ÜÇÜNCÜ BÖLÜM.MƏHDƏVİYYƏT

İŞARƏ


səh:81

səh:82

15.İMAMƏT VƏ HƏZRƏT MEHDİ (ə) IN ZÜHURUNA ETİQADIN ƏSAS MƏNBƏLƏRİ


ON BEŞİNCİ SUAL:

Həzrət Mehdi (ə)- ın İmamətliyinin məqamı, etibarı, rəhbərliyi və zühuruna inam hansı İslam mənbələrindən istifadə olunmuşdur?

Baş vermiş hadisələr və keçən zamanın bunun təkmilləşməsində hansı təsirləri olmuşdur? 

CAVAB:


Imamət və cəmiyyətə rəhbərliyə etiqad Islamn əsas məsələlərindən biri olub və onun təlimində yer almışdır. Quran ayəsinə uyğun olaraq İmamət təyin olunandır ki, Həzrət İbrahim Xəlil (ə) böyük imtahanlatdan sonra ona əta ediıldi.

{وَإِذِ ابْتَلَی إِبْرَاهِیمَ رَبُّهُ بِکَلِمَاتٍ فَاَتَمَّهُنَّ}(1)

Sünni və şiənin nəql etdikləri müxtəlif rəvayətlərə görə bu seçim Peyğəmbər (s)- ın Əhli- Beytində edilmişdir və bu böyük ilahi nemət onlar üçün ixtisaslaşmışdır.

Bu əsasda müəyyən olunmuşdur ki, hər əsrdə bu ailədən bir nəfərə lazimi səlahiyyətləri həyata keçirmək üçün İmamət və rəhbərlik onların öhdəçiliyinə verilmişdir.

səh:83
1- [1] . Bəqərə surəsi, 124 ayə.

Belə şəxs Allahın höccəti, Qurana bağlı, insanlara yol göstərən və din və şəriətin qoruyucusudur. İmamətin əsli Peyğəmbər (s)- ın dövründən bu günə kimi davam etməkdədir və bizim dövrümüzdən dünyanın sonuna qədər davam edəcəkdir. Həzrət Mehdi (s)- zühur dövrünün zahiri kamal və gözəlliyi sevinc və şənlik vericidir və ədalətli vahid dünyəvi hökumətin o həzrət tərəfindən qurulması ilə bəşər istedlarının üzə çıxması, təfəkkürlərin təkmilləşməsi, yerin və göylərin bərəkətinin aydınlaşması və dünya xeyr, ədalət və bərəkətlı olacaqdır.

Yeni dünya ümməti üçün proqrqmların təşkili, ədalətli və tovhid hakimiyyətin inkişafına xidmət edəcək, yalnız İslam təlimlərindən istifadə olunacaqdır. Qurani Kərim bir neçə surədə bunu elan etmiş və yüzlərlə nəbəvi rəvayət Mehdi (ə)- ın zühurundan sonra yer üzündə İslamın dünyəvi olacağı, ədalətli hökunətin qurulacağı və kamil əmniyyət bərqərar olacağı qeyd olunmuşdur və onu risalət ailəsindən, Əli (ə) və Fatimə (ə)- ın övladı olacağı və həmdə onun ad və künyəsinin Peyğəmbər (s)- dan olduğunu xəbər vermişdir.

Həzrət Mehdi (ə)- ın zühuruna sifətləri ilə birlikdə etiqad İslamın əvvəl illərində aydın  olunmuşdur. Etibarlı hədislərə uyğun olaraq Peyğəmbər (s) bu mübarək hadisəni xəbər vermiş və ümmətdən bu böyük günün intizarında olmağı istəmişdir. Baxmayaraq ki, zühur məsələsi İslamın dünyaya yayılması və haqqın batil üzərində qələbəsinin işarə olunması ilə əlaqədar başa düşülür. Amma bu o mənada deyil ki, zühur məsələsi yalnız bir məfhum  kimi hədislərdən anlaşılır. Buna dəlalət edən rəvayətlərin mətn və mənası bir başa şəkildə onu sübut edir.

Bu əqidənin yaranmasında məqsəd məlum olduğdan sonra demək olar ki, bu ümumi şad xəbər və pozulmayan vədə, rəvayət əsasındadır. Peyğəmbər (s)- dan sonra baş verən hadisə və vəziyyətlər, onun yaranmasında rol oynamamışdır. Ona görə ki, bu  təfəkkür risalət əsrində başlamışdır və ona aid hədislərın

səh:84


sayı minə yaxındır ki, hədis və təfsir kitablarında geniş surətdə qeyd edilmişdir və əhli süünətin böyük Alimləri bu barədə kitablar çap etdirmişlər və yazılmış bu kitabların üzərindən oniki əsrdən çox zaman keçir və bu kitasblar böyük İslam alim və mütəfəkkirləri tərəfindən yazılmışdır. Səmimiliklə qeyd etmək lazımdır ki, Mehdi (ə)- ın zühurunu Peyğəmbər əkrəm (s) xəbər vermiş və bu xəbəri səhabə və onlardan sonra gələn insanlara nəql etmişlər.

səh:85


səh:86

16.QURAN VƏ MƏHDƏVİYYƏT


ON ALTINCI SUAL:

On iki İmamların vilayəti, Həzrət Mehdi (ə)- ın ədalətli hökuməti və İslamın dünyaya yayılmasına Quranı Kərimdən hansı ayəni dəlil gətirmək mümkündür?

CAVAB:

On iki İmamların vilayət və İmamət məsələsinə dəlalət edən ayələr kifayyət qədərdir.



Buna misal olaraq Rəd surəsinin 7 ayəsini nümunə göstərə bilərik:

{إِنَّمَا اَنتَ مُنذِرٌ وَلِکُلِّ قَوْمٍ هَادٍ}(1)

“ Yalnız sən qorxudan və hər tayfa üçün hidayət vericisən.”

Bundan başqa Bəqərə surəsinin 124 ayəsində belə buyurulur:

{لاَ یَنَالُ عَهْدِی الظَّالِمِینَ}(2)

“Mənim əhdim zalimlərə çatmaz! – və yalnız sənin övladlarından olan o dəstə ki, pak və məsumdurlar, bu məqama layiqdirlər.”

Bu barədə Allah təala Yunus surəsinin 35 ayəsində belə buyurur:

{اَفَمَن یَهْدِی إِلَی الْحَقِّ اَحَقُّ اَن یُتَّبَعَ}(3)

səh:87
1- [1] . Rəd surəsinin 7 ayə.

2- [2] . Bəqərə surəsinin 124 ayə.

3- [3] . Yunus surəsinin 35 ayə.

“De: Haqqa yönəldən bilən kəs, dalınca gedilməyə layiq şəxsdir.”

Bu ayələr cəmiyyətin məsum rütbəyə sahib İmamsız olmaması və ən alim olmasına dəlalət edilməsində istifadə olununr və bu şiə etiqadına məxsusdur. Bu barədə Qurani Kərim, Nisa surəsinin 59- cu ayəsində belə buyurur:

{اَطِیعُواْ اللّهَ وَاَطِیعُواْ الرَّسُولَ وَاُوْلِی الاَمْرِ مِنکُمْ}(1)

“Ey İmam gətirənlər! Allaha, Peyğəmbərə və özündən olan ixtiyar sahiblərinə itaət edin!”

Bu şiə məzhəbində İmam və əmr sahibinin məsum olmasında istifadə olunur. Buna görə bu ayədə birbaşa şəkildə insanlara əmr edilmişdir ki, əmr sahiblərinə itaət edilsin.

Peyğəmbərə itaət mütləq olduğu kimi əmr sahiblərinə də itaət mütləq edilmişdir.

Əlbəttə ona mütləq şəkildə itaət olunan mömin şəxs, məsum olmalı və xəta və səhvdən uzaq olmalıdır. Məlim olduğu kimi İmamların məsumluğuna etiqad yalnız şiə məzhəbində mövcutdur.

Əlavə olaraq bu hədis və ayələrin təfsiri ona dəlalət edir ki, bu ayədə və digər ayələrdə -أطیعوا الله məqsəd  oniki İmamlardır və bu təfsirlərdə o böyük şəxsiyyətlərin adları da müəyyən olunmuşdur.

Sonda İslam dinin dünyaya yayılması və onun bütün dinlər üzərində qələbəsinə Tövbə surəsinin 32, 33 ayələrini, Fəth surəsinin 28 ayəsini və Səf surəsinin 6 və 8 ayələrini və s nümunə göstərmək kifayyətdir.

Bu ayələrdə Həzrət Mehdi (ə)- ın zühuru ilə haqq dininin bütün dinlər üzərində qələbəsi və verilmiş vədələrin həyata keçməsi anlaşılır.

Amma İmam Mehdi (ə)- ın zühuru barəsində təfsir olunan ayələr təqribən yüzə yaxındır və “Əl Höccətu fiyma nuzilə fil qaimul höccət“ kitabında bunlar toplanmışdır. Buna misal olaraq aşağıdakı Nur surəsinin, 55 ayəsini nümunə göstərmək olar:

{وَعَدَ اللهُ الَّذِینَ آمَنُوا مِنکُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَیَسْتَخْلِفَنَّهُم فِی الاَرْضِ کَمَا اسْتَخْلَفَ الَّذِینَ مِن قَبْلِهِمْ وَلَیُمَکِّنَنَّ لَهُمْ دِینَهُمُ الَّذِی ارْتَضَی لَهُمْ وَلَیُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ اَمْناً یَعْبُدُونَنِی لاَ یُشْرِکُونَ بِی شَیْئاً

səh:88
1- [1] . Nisa surəsinin 59- cu ayə.

وَمَن کَفَرَ بَعْدَ ذٰلِکَ فَاُوْلَئِکَ هُمُ الْفَاسِقُونَ}(1)

“ Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə- yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar, deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini , onlar üçün onların Allahın bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin- əmanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, əsl fasiqlərdir!”

Qəsəs surəsinin 5 ayəsində belə buyurulur:

{وَنُرِیدُ اَن نَّمُنَّ عَل_ٰی الَّذِینَ اسْتُضْعِفُوا فِی الاَرْضِ وَنَجْعَلَهُمْ اَئِمَّهً وَنَجْعَلَهُمُ الْوَارِثِینَ}(2)

“Biz istəyirik ki, o yerdə zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək.”

Ənbiya surəsinin 105 ayəsi də bu məzmundadır:

{وَلَقَدْ کَتَبْنَا فِی الزَّبُورِ مِن بَعْدِ الذِّکْرِ اَنَّ الاَرْضَ یَرِثُهَا عِبَادِیَ الصَّالِحُونَ}(3)

“Biz Zəbur kitabından sonra Tövratda da yalnız saleh bəndələrimin varis – hökumət – torpağa daxil olacağını yazmışdıq.”

səh:89
1- [1] . Nur surəsinin, 55 ayə.

2- [2] . Qəsəs surəsinin 5 ayə.

3- [3] . Ənbiya surəsinin 105 ayə.

səh:90


Yüklə 228,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə