Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə5/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   2   3   4   5   6   7   8   9   ...   159

Giriş 

6

 

masiya məkanında qısa bir müddətdə yayılmasına xidmət edir. 



Buradan  texnikanın,  o  cümlədən  maşınqayırmanın  insaniyyətin 

inkişafında böyük rolu olması özünü aydın göstərir. Artıq bu sahə təkcə 

insanların  gündəlik  həyatında  yaranan  məişət  problemlərinin  həllində 

yox,  həm  də  inkişaf  etmiş  sənaye  dövlətləri  tərəfindən  digərlərinə  qarşı 

aparılan  böyük  siyasətdə  təzyiq  vasitəsi  kimi  istifadə  olunur.  Ona  görə 

də,  bu  kitabda  maşınqayırmanın  tarixi  araşdırılarkən  bu  sahənin 

cəmiyyətə sosial təsiri nəzərdə tutulur. 

 

Kitabın  əsas  məqsədi  bu  gün  bizə  məlum  olan  elmi-texniki 



tərəqqinin,  siviliyasiyanın  ümumi  tarixi  ilə  əlaqəli  olan,  uzun  və 

mürəkkəb  tarixi  inkişaf  yolunu  müxtəlif  mərhələlərdə  aydınlaşdırmağa 

xidmət  edir.  Burada  təkcə  maşınların  yaranmasının  texniki  tərəfi  yox, 

həm də onları cəmiyyətlə əlaqəli təsiri nəticəsində baş vermiş mədəni və 

sosial dəyişikliklər izah edilir. 

İnsanların 

formalaşması 

dövründə 

istehsal 

alətləri 

və 

münasibətlərinin  yaranması  məsələlərinə  toxunan  bu  kitabda,  sonrakı 



mərhələlərdə  əsasən  elm  və  texnika  arasındakı  qarşılıqlı  təsirə  böyük 

əhəmiyyət  verilir.  İstər  antik  dovrdə,  istər  orta  əsrlərdə  və  istərsə  də 

yaxın  keçmişdə  insanların  gündəlik  tələbatlarını  ödəmək  üçün  lazım 

olan  istehsal  alətlərinin  yaradılması  cəhdlərinin  təhlili  ön  planda  durur. 

Maşınqayırmanın  tarixinə  əsasən  üç  mərhələdə  baxılır:  sənaye 

inqilabına qədərki, ondan sonrakı və son zamanlar  avtomatlaşdırmanın 

yaranması ilə xarakterizə olunan elmi-texniki dövr.   

Mündəricata  nəzər  saldıqda  görmək  olar  ki,  kitabın  birinci  fəslində 

texniki  avadanlıq  və  alətlərin  yaranmasının  əvvəlində  baş  vermiş  ilkin 

cəhdlərin  xronoloji  təhlili  verilir.  Həmçinin,  ikinci  fəsildə  geniş  təsvir 

edilmiş  sənaye  inqilabı  üçün  ilkin  şərtlərin  formalaşmasında  bunların 

rolu oxuculara çatdırılır.  

İkinci  fəsildə  sənaye  inqilabının  əsas  şərtləri  göstərilir  və  ayrı-ayrı 

dövlətlərin  misalında  bu  prosesin  dünyada  baş  verən  texniki  tərəqqinin 

genişlənməsinə təsiri nümayiş etdirilir.    

Sonuncu yüzillikdə maşınqayırmanın və ümumi texnikanın inkişafın- 




Giriş 

 

7

 

da  baş  verən  dəyişikliklərin  əsas  istiqamətlərinə  avtomatlaşdırmanın 

təsiri  özünə  III  fəsildə  yer  alır.  Bu  fəsildə  keçən  əsrin  ortalarında 

yaranan  hesablama  texnikası  ilə  müşaiət  olunan,  bu  günə  kimi  ümumi 

inkişafa güclü təsirə malik bir prosesin gedişi verilir.   

Maşınqayırma 

ümumi 

texnikanın 



tərkib 

hissəsi 


kimi 

araşdırıldığından, kitabda mənbə kimi təkcə texniki mətnlər yox, həm də 

mədəni  və  sosial  tarixə  aid  müxtəlif  mənbələr,  elmi  alətlər  və  texniki 

artefaktlardan  da  istifadə  olunmuşdur.  Məsələyə  belə  yanaşma  

maşınqayırmanın  tarixi  ilə  ümumi  tarix  fənni  arasında  əlaqə  yaradaraq 

ona  yaxın  olan  sahələri  də  əhatə  edir.  Kitabda  təsvir  olunan,  müxtəlif 

tarixi  mərhələlərə  aid  texniki  yeniliklərin  təsviri  zamanı  Avropa 

kitabxanalarında 

saxlanılan 

ilkin 


mənbələrdən 

geniş 


istifadə 

olunmuşdur.  Qədim  dövrün  mühəndislərinin  bu  və  ya  digər  məsələyə 

münasibətləri  verilərkən,  onların  yazılış  üslubu  saxlanmışdır.  Burada  

məqsəd  o  dövrlərdə  texnika  ilə  məşğul  olmuş  insanların,  əsasən  də 

mühəndislərin  öz  fikirlərini  təsviretmə  qabiliyyəti  haqqında  təsəvvür 

yaratmaqdır.  

Ümumiyyətlə,  bu  kitabda  sonuncu  yüzillikdə  hərbi  texnikada  baş 

verən  tərəqqi  haqqında  məlumat  verilmir.  Məqsəd  bu  sahənin 

insaniyyətin  başına  gətirdiyi  fəlakətlərə  bəraət  qazandırmamaqdan 

ibarətdir.    

Maşınqayırmanın  tarixinin  bu  kitabda  verilən  təsviri  yeni,  innovativ 

texniki avadanlıq və texnologiyalar haqqında böyük zaman intervalında 

baş vermiş texniki dəyişikliklər əsasında retrospektiv olaraq ümumi fikir 

söyləmək imkanı verir. 

Kitabın  mətnini  reprezentativ  təsvir  etmək  üçün  sonda  vacib 

sözlərdən ibarət registr verilmişdir. Oxucuların nəzərinə o da çatdırlır ki, 

yazılışı  azərbaycan  dilində  tələffüzündən  kəskin  fərqlənən  yer  və  insan 

adları mötərizədə original şəkildə göstərilmişdir.    

 

 

 




Maşınqayırmanın yaranması 

 

I.  Sənaye  inqilabına  qədərki  dövrdə  maşınqayırmanın 



yaranması və inkişafı 

 

1.1.  Maşınqayırmanın cəmiyyətin inkişafında yeri 

 

 

M

üasir  cəmiyyətdə  gündəlik  həyatın  tərkib  hissəsinə  çevrilmiş 

texniki 


vasitələrin 

hazırlanması 

üçün 

açar 


rolunu 

oynayan 


maşinqayırmanın  vacib  bir  sənaye  sahəsi  olması  təkzib  olunmazdır.  Bu 

qənaətə  texnikanın  bu  günkü  səviyyəsinə  nəzər  saldıqda  gəlmək  olur. 

Maşınqayırmanın bir neçə yüz il əvvəl bir elm  kimi cəmiyyətin  mədəni 

inkişafında nə dərəcədə rol oynaması haqqında fikir soyləmək, ancaq bu 

elmin inkişaf tarixini təhlil etdikdə mümkün olar.  

Maşın  və  sonralar  yunanların  işlətdiyi  “Machinarium”  insan 

sivilizasiyasının əvvəlində çox ibtidai formada mövcud olmuş və yalnız 

sonralar,  daha  inkişaf  etmiş  mədəni  mərkəzlərin  yaranmasından  sonra 

formalaşmağa başlamışdır.  Adından göründüyü kimi bu elm maşınların 

tətbiqi ilə bağlı olub, bir-biri ilə hərəkətli birləşmiş hissələrin köməyi ilə  

hər hansı bir tapşırığın mexaniki yerinə yetirilməsindən bəhs edir.    

İlk  dəfə  olaraq  maşın  kəlamını  Aristotel  b.e.ə.  340-cı  ildə  özünün 

“Mexanikanın  problemləri”  kitabında  işlədərək  lingləri,  çarxları  və 

vintləri  belə  adlandırmışdır  [1.1].  Maşın  sözü  qədim  yunan  dilindən 

götürülmüşdür,  mənası  “machina”  yəni  mexaniki  əmək  vasitəsi 

deməkdir.



 

İlk  dövrlərdə  maşınlarla  məşğul  olanlara  mexaniklər,  bu 

sahəyə  isə  mexanika  deyirdilər.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 

mexanika  sözü  də  qədim  yunanlara  məxsus  olub  -  əl  qabiliyyəti, 

sənətçilik kimi mənalar daşıyır.  

Antik  dövrdə  qədim  yunan  alimləri  Arximed,  Ktesibios,  Filon  və 

başqa  dühaların  mexanikaya  maraq  göstərmələrinə  baxmayaraq,  o 

dövrdə  bu  sahə  bir  elm  kimi  mövcud  deyildi  [1.1

1.4].  O  dövrün 



mühəndisləri (mühəndis ərəbcə “həndəsəni bilən” deməkdir) ideyalarını 

heç bir metoda əsaslanmadan və hesablama   aparmadan,  yalnız   malik 

 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə