Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə2/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   2   3   4   5   6   7   8   9   ...   159

Ixtisarlar 

III


 

İxtisarlar 

 

Mətndə təkrar olunan sözlər ixtisar olunmuş şəkildə verilmişdir. Burada aşağıdakı 

göstərişlər nəzərə alınmalıdır: 

 

alm. 



almanca 

dəq   


dəqiqə   

ərəb.  


ərəbcə 

fran.  


fransızca 

ingl. 


ingiliscə 

ital.   


italyan 

kq   


kiloqram 

km   


kilometr 

lat.   


latınca 

 



metr 

mm   


millimetr 

sm   


santimetr 

 



ton 

yun.  


yunanca 

 



 

Redaktordan ön söz  

 

 



 

İnsan  fəaliyyətinin  inkişaf  tarixi  onun  ətraf  mühitlə  fəal  qarşılıqlı 

əlaqəsi vasitələrinin yaradılması cəhdləri təkamülünü özündə əks etdirir. 

Bu  vasitələrdən  biri  və  ən  əhəmiyyətlisi  texnikadır.  Müasir  insanın 

fəaliyyətinin  elə  sahəsi  yoxdur  ki,  orada  texnikadan  istifadə  edilməsin. 

Texnikanın  vasitəsi  ilə  insan  öz  tələbatını  ödəmək  istiqamətində 

imkanlarını  xeyli  genişləndirmiş,  əqli  və  fiziki  əməyinin  böyük  bir 

hissəsini  maşınlara  həvalə  edə  bilmişdir.  Maşınqayırmanın  tarixi  insan 

fəaliyyətinin  inkişaf  tarixi  ilə  vəhdətdə  olub,  onun  bütün  sahələrində, 

mədəniyyət,  siyasət,  sosial  və  iqtisadi  münasibətlərdə  təzahür  edir.  Bu 

cəhətdən      ilk  dəfə  olaraq azərbaycan  dilində  maşınqayırmanın  tarixinə 

dair  təqdim  edilmiş  kitab,  respublikamızın  mədəni  həyatında 

əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər.  

Maşınqayırmanın  tarixi  kifayət  dərəcədə  əhatəli,  məzmunlu  şərh 

edilmiş  və insan cəmiyyətinin  inkişafında  maşınqayırmanın rolu zəngin 

materiallarla  izah  edilmişdir.  Ən  qiymətlisi  odur  ki,  maşınqayırmanın, 

texnikanın  təkamülü  insan  cəmiyyətinin  durmadan  artan  tələbatının 

ödənilməsi  əsasında  hərəkət  alması  sadə  və  aydın  şəkildə  oxucuya 

dəfələrlə çatdırlır.  

Maşınqayırmanın  inkişafında  ABŞ,  Rusiya,  Avropa  ölkələrinin 

qabaqcıl  təcrübəsi  ilə  bərabər  ilk  dəfə  olaraq  azərbaycan  oxucusuna 

Şərq mədəniyyətinin, müsəlman aləminin maşınqayırmanın, texnikanın, 

texniki  elmlərin  inkişafında  töhfəsi  şərh  edilmişdir.  Bu  töhfənin 

köklərində 

qədim 

Şərq 


mədəniyyətinin 

olması 


dürüst 

qiymətləndirilmişdir.  

Təqdim olunan kitabın ən əhəmiyyətli cəhəti, onun texnika sahəsinə, 

xüsusi ilə maşınqayırma sənayesi sahəsinə maraq formalaşması, həm də 

onu  qismən  ödəməsidir.  İstənilən  sahə  üzrə  təhsil  alan  və  ya  fəaliyyət 

göstərən  hər  bir  mütəxəssisin  ixtisas  səviyyəsi,  həm  də  bu  sahə  də, 

görülən işlər və bu sahənin inkişaf tarixi haqqında məlumatı ilə səciyyə- 



 

 

lənir.  Bu  cəhətdən  təqdim  olunan  kitab  mütəxəssislər  üçün  əhəmiyyət 



daşıyır.   

Hazırda  respublikamızda  texniki  təhsilin  ən  böyük  problemi  uşaq 

yaşlarından,  orta  və  ali  təhsildə  texnikaya  olan  marağın  yaradılması, 

texniki  yaradıcılıq  mədəniyyətinin  formalaşdırılmasıdır.  Maşınqayır- 

manın  tarixinə  dair  zəngin  məlumatla  təchiz  olunmuş  kitab  bu  marağın 

ödənilməsi  istiqamətində  ən  önəmli  və  əhəmiyyətli  tədbir  hesab  edilə 

bilər.  

Təqdim olunan kitabın maraqlı cəhəti ondadır ki, onun müəllifi Rezo 

Əliyev  Avropa  təhsil  məkanında  ixtisas  dərəcəsini  təkmilləşdirilmiş 

yeni nəsl azərbaycanlı ziyalılarının nümayəndəsidir. Rezo Əliyev 1992-

ci 

ildə 


Azərbaycan 

Texniki 


Universitetində 

“Maşınqayırma 

texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisasını bitirmiş, 1995-

ci ilə qədər həmin universitetdə elmi-tədqiqat işləri ilə məşğul olmuş və 

1995-ci  ildə  Almaniyanın  Frayberq  Dağ  Akademiyasında  Alman 

Akademik Mübadilə Xidmətinin təqaüdü ilə bir illik elmi staj keçmişdir. 

Yüksək 

bilik 


və 

qabiliyyət 

nümayiş 

etdirən 


Rezo 

Əliyev 


“Konstruksiyaetmə  və  maşınqayırma  texnologiyası”  kafedrasında 

saxlanmış  və  o,  05.01.2001-ci  ildə  yüksək  sürətli  frezləmə  sahəsində 

doktorluq dissertasiyası müdafiə etmişdir.  

Hal-hazırda  Rezo  Əliyev  Frayberq  şəhərində  ACTech  GmbH 

firmasında  aparıcı  mütəxəssisdir.  Rezo  Əliyev  kəsmə  prosesinin 

optimallaşdırılması,  yüksək  sürətli  emal  üçün  alətlər,  CAD/CAM 

texnologiyaları,  sürətli  hazırlama  texnologiyası  sahəsində  fəaliyyət 

göstərir.  2005-ci  ildə  onun  “Sürətli  hazırlama  texnologiyasının 

mütərəqqi  üsulları”  adlı  kitabı  işıq  üzü  görmüşdür.  Bu  kitabda 

maşınqayırma  texnologiyasında  ən  müasir  və  mütərəqqi  üsullar 

haqqında məlumat oxuculara çatdırılır.   

Oxuculara  təqdim  olunan  “Maşınqayırmanın  tarixinə  dair”  kitabda 

çoxlu  miqdarda  nadir  şəkillərdən  istifadə  olunmuşdur  və  bu  şəkillər 

onun oxunmasını asanlaşdırır və əyaniləşdirir.  

 



 

Kitab  sadə,  aydın  azərbaycan  dilində  yazılmışdır.  Hesab  edirəm  ki, 

kitab  geniş  oxucu  kütləsinin  marağına  səbəb  olacaq  və  texnika 

sahəsində təhsil alan oxucular üçün dərs vəsaiti kimi istifadə oluna bilər.   

 

 

 



Azərbaycan Texniki Universitetinin  

“Maşınqayırma texnologiyası”  

kafedrasının müdiri, t.e.d., prof.  

 

V.Z.Mövla-zadə 



 

 



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə