Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə4/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   2   3   4   5   6   7   8   9   ...   159

Giriş 

3

 

nimsədikdən  sonra  uzun  müddət  bununla  kifayətlənərək,  heç  bir  yeni 



şey    ixtira    etmək    məcburiyyətində  qalmamışlar.  Yalnız    yeniliklərin  

cəmiyyət  tərəfindən  qiymətləndirilməsi  və  ixtiraların  tezliyi  sonuncu 

minillikdə kəskin dəyişmişdir. Onu da qeyd etmək lazımdır ki, qədimdə 

edilmiş  ixtiralar,  məsələn:  Cənubi  Amerikada  kəşf  edilmiş  press, 

Avstraliyada  kəşf  edilmiş  bumeranq  və  eskimosların  düzəltdikləri 

harpunlar  öz  dahiyənalığı  ilə  heç  də  yeni  dövrdə  edilmiş  ixtiralardan 

geri  qalmırlar.  Ona  görə  də,    “qədimdəki  insanların  intellektinin  bu 

gunkü  insanlara  nisbətən  aşağıdır”  demək  düzgün  olmazdı.  Sadəcə 

olaraq o zaman texniki təkamül çox yavaş gedirdi.  

Texnikanın  ləng  inkişafı  cəmiyyətin  primitiv  olması  ilə  bağlı  idi.  O 

dövrdə  insanlar  tayfa  başçılarının  göstərişi  ilə  gündəlik  azuqə  əldə 

etməklə  məşğul  idilər.  Digər  tərəfdən  bu  cəmiyyət  çox  konservativ 

olduğundan  hər hansı bir sadə insanın ixtira baxımından verdiyi yenilik 

təklifi  heç  bir  nəticə  verməyəcəyi  halda,  bu  onun  öldürülməsi  ilə 

nəticələnə  bilərdi.  Ona  görə  də,  mövcud  texnikanın  məqsədyönlü 

təkmilləşdirilməsi  və  inkişaf  etdirilməsi  ilə  məşğul  olan  yox  idi.  Bu 

təmayül kəndlərdə daha çox nəzərə çarpırdı. Sonradan böyük şəhərlərin 

yaranması  cəmiyyətin  quruluşunda  təkamülə  gətirdiyi  kimi,  texnikanın 

inkişafına da şərait yaratmışdır.  

Digər tərəfdən böyük şəhərlərdə çoxlu insan kütlələrinin cəmləşməsi 

yeni ideyalara malik insanların sıxlığını artırmışdır. Onu da qeyd etmək 

lazımdır ki, hər bir cəmiyyətdə çox az adam tapılır ki, texnikanı inkişaf 

etdirmək  qabiliyyətinə  malik  olsunlar.  Bu  adamların  yalnız  kiçik  bir 

hissəsi  özündə  dözümlülük,  enerji  və  cəsarət  taparaq  öz  ideyalarını 

praktikada reallaşdırmağa qadir olur.  

Məsələn, Almaniyada patent idarəsinin verdiyi məlumata əsasən ildə 

30  min  yeni  ixtira  qeydiyyatdan  keçir.  Əgər  Almaniyada  yaşayan  80 

milyon  əhalini  nəzərə  alsaq,  demək  olar  ki,  hər  2666  nəfərə  bir  ixtira 

düşür.  Buradan  göründüyü  kimi,  qədimdə  kiçik  tayfalarda  (50-100 

nəfər)  ixtira etməyə qabil adamların olması ehtimalı bu günkündən çox 

aşağı olmuşdur.  



Giriş 

4

 

Insanların  cəmləşdiyi  böyük  yaşayış  məntəqələrində  ixtiraçıların 



sıxlığı  yüksək  olduğundan  bu  cəmiyyətlərin  texniki  inkişafı  da  yüksək 

idi.  İxtiralar  meydana  gəldiyi  andan  dünyanın  müxtəlif  yerlərində 

yaşayan  başqa  sivilizasiyalara  da  yayılmağa  başlayır.  Bu  yeniliklər 

əsasən  aralarında  ticarət  əlaqələri  olan  dövlətlərə  ötürülürdü.  Eyni 

prosesi  ticarət  yolunun  üstündə  yerləşən  dövlətlərə  də  aid  etmək  olar. 

Bizim  eradan  1000  il  əvvəl,  yüksək  mədəniyyətə  malik  olan  Aralıq 

dənizi  hövzəsində  yerləşən  dövlətlər,  Hindistan,  Çin  və  Orta  Asiya 

dövlətləri  arasında  sıx  əlaqə  hökm  sürürdü.  Bu  dövlətlərin  birində 

yaranan  ixtira  müəyyən  vaxtdan  sonra  o  biri  dövlətlərə  də  yayılırdı. 

Texniki  təkamülün  bir  dövlətdən  başqasına  ötürülməsi  həmin 

dövlətlərdə hökm sürən təbii iqlimdən və onun coğrafi mövqeyindən də  

asılı  idi.    Məsələn,  qədimdə  Avropada  və  Asiyada  baş  verən  texniki 

yeniliklərin  Cənubi  Amerikaya  aparılmasının  ləngiməsi  də  bununla 

bağlı idi.     

Sivilizasiyanın  ibtidai  inkişaf  dövründə  insanlar  öz  ilkin  əmək 

vasitələrini  düzəltdikləri  zaman,  təbii  hadisələri  yalnız  umumi  şəkildə 

müşayət  edərək  bu  dəyişiklikləri  emprik  şəkildə  tətbiq  edə  bilirdilər. 

Cəmiyyətin  sonrakı  inkişafı  ərəfəsində  biliklərin  artması  və  istehsala 

artan  ehtiyac  nəticəsində  təxminən  XV  əsrin  ikinci  yarısından 

başlayaraq  təbiətdə  baş  verən  dəyişiklər  hərtərəfli,  elmi  əsaslandırılmış 

şəkildə öyrənilməyə başladı.  

XVIII  əsrdə  İngiltərədən  əsasını  götürən  və  sonralar  başqa  ərazilərə 

yayılan sənaye inqilabı, iri həcmli istehsalın maşınların tətbiqi ilə həyata 

keçirilməsi ilə istehsal münasibətlərinin yeni formada təşkil olunmasına 

gətirib çıxarmışdır. Yeni istehsal prosesində  maşınların, kimya  və digər 

təbiət  elmlərinin    nəticələrinin  tətbiqi  texnikanın  və  cəmiyyətin  yeni 

səviyyəsi  ilə  diktə  olunurdu.  Sənaye  inqilabının  başlanğıcı  dövründə 

ilkin  iş  maşınlarının,  məsələn,  buxar  maşınının  və  başqa  texniki 

vasitələrin tətbiqi məhdud elmi və praktiki təcrübələr əsasında aparılırdı. 

Bu  zaman  yaranan  yeni  istehsal  prosesi,  elmin  istehsal  prosesinin 

məhsuldarlığı ilə birbaşa əlaqələndirilməsinə  gətirib  çıxarmışdır.  Buna  



Giriş 

5

 

görə  də,  bu  dövrdən  başlayarq  texniki  elmlər  tətbiqi  xarakter  almağa 



başlamışdır.  İstehsal  proseslərinin  praktiki  nəticələrə  meyyilənməsi 

texniki  elmin  başqa  təbiət  elmlərindən  ayrılmasını  zəruri  etmişdir. 

Texniki  elmlər  insanların  məqsədyönlü  fəaliyyət  göstərmələri  üçün 

tətbiq  olunan  süni  sistemlərin  yaranma  qanunauyğunluqlarını  öyrənən 

elmlər toplusu kimi formalaşmağa başlayır.  

Həm təbii,  həm də texniki  elmlər fəaliyyət  göstərmələri üçün böyük 

məbləğdə  vəsait  tələb  etmələri  ilə  bərabər,  həm  də  müəyyən  həcmdə 

təcrübi  biliyə  malik  insan  kütləsinə  ehtiyac  yaradırdı.    Bu  insan  kütləsi 

xüsusu  biliyə  malik,  texniki  sistemləri  layihələndirə  və  işlədə  bilən  

mühəndis  və  texniklərdən  ibarət  idilər.  XIX  əsrin  ortalarına  qədər 

mühəndislər  təbiət  elmi  ilə  məşğul  olan  işçilərlə  birlikdə  fəaliyyət 

göstərirdilər.  Sonralar  texnikanın  istehsal  proseslərində  tətbiqi  və 

cəmiyyətdə rolu daha da artdığından,  mühəndislər cəmiyyətdə bir elitar 

qrup kimi çıxış etməyə başlayır.  

Qədimdə 

insanların 

gündəlik 

həyatının 

yaxşılaşdırılmasında 

mühəndislərin rolunun böyük  olmasına baxmayaraq tarixi salnamələrdə 

onlar  haqqında  çox  az  yazılmışdır.  Bu  onunla  bağlıdır  ki,  tarixi 

səlnamələr  o  dövrdə  saraylarda  yazılırdı.  Bu  salnamələrdə  başqa 

adamlara  nisbətən  saray  əyanlarına  daha  çox  yer  ayrılırdı.  Məsələn, 

salnamələrdə  şahlar  güclü  və  qəhrəman  döyüşçü  kimi  təsvir  edilirdi. 

Sezar    haqqında  hamı  eşidib,  amma  onunla  eyni  zamanda  yaşamış,  ilk 

dəfə  mərkəzi  istilik  sistemini  ixtira  etmiş  məşhur  tikinti  mühəndisi 

Sergius Oratanı isə heç kim tanımır.  

Təbiət  elmləri  son  dörd  əsrdə  irəliyə  misli  görünməmiş  addım 

atmışdır.  Keçmişdə  geniş  yayılmış  astrologiya  və  kimyagərlik  elmləri 

ilə  bərabər  mühəndislik  elmi  də  böyük  sıçrayışla  inkşaf  etmişdir. 

Sonuncu  min illikdə  müasir maşınqayırmanın əsaslarını öyrədən, yayan 

və    inkişaf  etdirən  texniki  məktəblərin  yaranması  ilə  mühəndislik  elmi, 

tanınmış    mühəndislər  tarixdə  özünəməxsus  yer  tutmağa  başlamışlar. 

Mühəndislərin  ixtiraları,  yaratdığı  əzəmətli  tikililər,  konstruksiyalar 

məqsədyönlü şəkildə çap olunaraq, bu elmin incəliklərinin dünya  infor-  



Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə