19
1) İslam bankları hökümət sektorunda (Pakistan,İran,Sudan);
2) İslam bankları qarışıq sektorda,yəni burada həm ənənəvi bankçılıq,həm də
islam bankçılığı fəaliyyət göstərir.(Türkiyə,Misir,İordaniya, Malaziya)
3) Bank olmayan maliyyə institutları (Banqladeş,Hindistan)
İslam bankçılığını hər bir ölkə Quran və Sunnət ilə yanaşı öz qanunları ilə də
tənzimləyir.Belə ki,hər bir ölkənin praktikasında bunlar fərqlənir.
İslam Bank sistemi öz fəaliyyət sistemini əsasən üç prinsip üzərində qurur:
1. Mudaraba.
2. Muşərəkə.
3. Murabaha.
Əsasən hüquqi mahiyyət daşıyan bu məfhumlar bank işinin tənzim-
lənməsində əsas götürülür. Bütün iqtisadi fəaliyyət islam hüquq normaları ilə
tənzimləndiyindən, bank sistemi də belə normaya ciddi məruz qalır. Çünki bank
fəaliyyəti kreditləşmə ilə əlaqədar olduğundan və onun işində lap cüzi də olsa,
sələmin faizini açıq əks etdirməlidir. Mudaraba-islam bank fəaliyyətində əsas
götürülən bu prinsip bu və ya digər işin görülməsi və ya layihənin hazırlnması
üçün ideyanın, fəaliyyətin birləşməsi, ortaq bir işin və ya ticarətin aparılması
reallaşır. Burada bir sözlə desək, bir tərəfdən pul qoyulur, digər tərəfdən əmək.
Bank və onunla tərəfdaşlıq qurmaq istəyən şəxs müştərək razılaşma yolu ilə hər
hansı layihəni, mənfəət və ziyanın bölgüsünü əvvəlcədən gəldikləri sövdələşməyə
uyğun olaraq həyata keçirirlər.
Mudaraba ortaqlığı zamanı pul qoyan tərəfə “Rəbbultal”, əməyini, ideyasını,
fəaliyyətini qoyan tərəfə isə “mudarib ”, “amil”, “kirad” və ya “mukarada” deyilir.
Müdarabə müqaviləsinin əsas özəllikləri aşağıdakılardır:
• Sərmayə sahibi olan adam ilə əməyini,bacarıq və təcrübəsini ortaya qoyan
şəxsin mənfəət/zərərə ortaq olmaları;
20
• Tərəflərin mənfəət/zərər paylarının dəqiq bəlli olmaması və mənfəət/zərərin
tərəflər arasında əvvəlcədən təyin olunmuş bir nisbətdə bölünməsi;
• Zərərin tamamilə sərmayədara aid olması;
• Sərmayənin əməyini qoyan tərəfindən idarə olunması;
• Sərmayədarın isə yalnız yoxlama səlahiyyətinə sahib olması;
• Burada sərmayə qızıl,gümüş,pul şəklində olmalıdır.
İslam bank işinin ikinci mühüm prinsipi müşərəkədir. Müşərəkə iki tərəfin
ortaqlığa girməsi deməkdir. Müşərəkə prinsipində hər hansı bir layihənin həyata
keçirilməsində partnyorla bankın əməkdaşlığa girməsi nəzərdə tutulur. Hər iki tərəf
payçı kimi iştirak edir. Belə şəraitdə partnyor bankın malını tədricən satın almaq
imkanına malik olur və mənfəətdən pay qoyulmuş sərmayəyə görə deyil, ümumi
faydaya görə bağlanmış sazişə əsasən götürülür.
Murabaha prinsipində klassik islam hüquqi anlayışı özünü büruzə verir. O,
əsasən satın alınan bir şeyin üzərinə iş görməyi əlavə etməklə, bir başqasına
satılmaqsını ifadə edir. Komisyon qaydası ilə alınan mallar sərmayəsinə və ondan
aşağı qiymətə də satıla bilər . Bu o zaman baş verir ki, alınan malın nə qədər iş
əlavə etmək mümkünlüyünün müəyyən olunacağı şəraitdə baş verir. Banka bu və
ya digər malın alınmasını sifariş edən partnyor həmin malı bank vasitəsilə alır.
Həmin malı alan tərəfdaş onu reallaşdıra bilmədikdə, bank onu geri satın alır,
müəyyən bir iş əlavə etməklə onu təkrar satır. İslam bank işində əməliyyatların
aparılması zamanı yalnız verilən borclara görə çox aşağı hədlərinin inzibati
xidməti tutulur.
İslam bankları öz gəlir və mənfəətlərini aşağıdakı fondların istifadəsindən əldə
edir, bunlara aiddir:
• Mudaraba
• Muşarəkə
• Murabaha
• İcara
• İcara va İqtina (İcarə alınması)
•Muşarəkə Mutanaqisa
21
•Borc xidmətinə qarşılıq kredit
•faizsiz kredit.
İslam bank əməliyyatları və müqavilələr Fiqh-Əl-Muammalat (İslam qayda
və qanunları) əsasında aparılır.
Şəkil 1.islam bankçılığında bağlanan əsas müqavilələr.
Faizsiz fond toplama üsulları 2 əsas qrupa bölünür:
•Cari hesablar;
• qatılma hesabları;
İslam bankçılığında fond toplama formaları yuxarıda da göstərildiyi kimi cari
və qatılma hesabları olaraq iki yerə ayrılır.
- Cari hesablar: İslam bankçılığında hüquqi və fiziki şəxslər tərəfindən
açılan,istənilən zaman tam və ya qismən geri çəkilmə xüsusiyyəti daşıyan,
qarşılığında faiz və dividentlər ödənməyən hesablara cari hesab deyilir. Bu
hesablar müştərinin istəyi ilə milli və ya hər hansı bir dönərli valyutada açıla bilər.
Cari hesablarla əməliyyatların aparılması məsuliyyəti və tərəflərə verəcəyi fayda
ölkə qanunları və bank tərəfindən tənzimlənir. Müddətsiz əmanətlər kimi cari
hesablarda olan vəsaitlər də islam bankçılığını həyata keçirən banklar üçün xərcsiz
qaynaqlardır. Bu cür passiv əməliyyatların bütün passiv əməliyyatlar içərisindəki
payının artırılması iştirakçı bankların xərcini aşağı salacaq və nəticədə bu
vəsaitlərdən səmərəli istifadə etməklə öz gəlirlərini artıracaqlar.
- Qatılma hesabları - islam bankçılığını həyata keçirən banklarda hər hansı bir
işin görülməsində gəlir və zərərə şərik olmaq formasında açılan hesablara qatılma
hesabları deyilir. Əmanətini faizsiz banka yatırdaraq qatılma hesabı açdıran şəxs
MÜQAVİLƏLƏR
Muavadat
(Ödənişlər haqqında müqavilə)
Muşarakat
(Tərəfdaşlıq müqavilələri)
Tabarruat
(Xeyriyyə müqavilələri)