10
ehtimalını istisna etmir. Milli kredit-bank sektorunun tam islamlaşdırılması
əsasında bank islahatlarının olduqca ciddi problemi ondan ibarətdir ki, dövlət
(“milliləşdirilmiş”) banklarının yerli xüsusi borc alan müəssisələrin idarə etmə,
əməliyyat və investisiya fəaliyyətinə real müdaxiləsi Pakistanda onsuz da olduqca
ağır olan korrupsiya problemini gücləndirə bilər. Tam islamlaşdırılmış maliyyə və
kredit-bank strukturunun effektiv fəaliyyətinin real perspektivləri əsasən həmçinin
hökumətin ölkədə bütün təsərrüfat və investisiya fəaliyyətini, bu zaman fərdi
investorların islam banklarına qarşı etibarını sarsıtmadan, islam əsasa real keçirə
bilib-bilməyəcəyindən asılı olacaqlar.
İranda, Pakistanda və Sudanda istisna olmadan bütün islam dövlətlərində
milli
banklar öz
fəaliyyətində ənənəvi bankçılıq prinsiplərini rəhbər
tutmaqdadırlar. Məsələn, Bəhreyndən sonra müsəlman dünyasının ikinci maliyyə
mərkəzi hesab olunan Malayziyada islam bankları ənənəvi banklarla paralel
fəaliyyət göstərir.
2000-ci ilin dekabr ayının sonunda Malayziyanın Labuan adasında
Səudiyyə Ərəbistandan, Küveytdən, Malayziyadan və digər müsəlman
ölkələrindən bankirlərin müşavirəsi keçirilmişdir və İslam maliyyə bazarının
yaradılması haqqında qərar qəbul edilmişdir. Onun ticarət meydanları Bəhreyndə
və Labuanda yerləşməkdədir.
Son illər bütün dünyanın diqqətini daha çox cəlb edən islam bank fəaliyyəti,
inkişaf kursunu sürətləndirərək davam edir. İFSL-yə (Beynəlxalq Maliyyə xidməti
London) görə 1990-cı illərdə ən çox 150 milyard dollar təşkil edən islam fondların
2009-cu ildə 1 trilyon dollara yaxın olacağı güman edilir. Bu gün beş qitədə 80-ə
yaxın ölkədə fəaliyyət göstərən islam maliyyə təşkilatı və bankları sayı 300-dən
artıqdır. Son beş ildə orta olaraq 23,5 % nisbətində artım olan sektorun 2013-cü
ildə 1,5 trilyon dollara yüksələcəyi nəzərdə tutulur. Dünyadakı müsəlman əhalinin
2,5 milyard olduğu nəzərə alınarsa, 2020-ci ildə islam bank fəaliyyəti həcminin 4
trilyon dollara yüksəlməsi gözlənilir.
Bu sahə yuxarıda da qeyd etdiyimiz kimi illik 15-20% kimi əla templərlə
inkişaf edir. İslam banklarının ənənəvi banklar kimi maliyyə sektoruna yox, məhz
11
real sektora xidmət etməsi çox mühüm bir faktordur. Buna görə də artıq qeyri –
İslam ölkələrində də (İngiltərə,ABŞ,Sinqapur və s) belə banklar təqdir olunmaqda
və yaradılmaqdadır.
Beləliklə, biz qeyd etdik ki, hal-hazırda islam maliyyə institutları dünya
maliyyə sistemində getdikcə daha böyük rola malik olurlar. Eyni zamanda ənənəvi
islam maliyyə məhsulları onların həmçinin adi banklar tərəfindən nisbətən asan
təklif edilə biləcəyi şəkildə uyğunlaşdırıla bilər. Həmçinin islam banklarının
ənənəvi bank bazarlarına çıxışı çox vaxt həm bankların özlərinin uyğunlaşması,
həm də bank fəaliyyətinin qanunvericilik tənzimlənməsilə əlaqədar müəyyən
çətinliklərlə bağlı olur.
İslam maliyyə müəssisələri həm tələbatın artması, həm də bir neçə
müsəlman ölkələri tərəfindən kifayət qədər maliyyə resursların yığılması
nəticəsində dünyada kifayət qədər geniş yayılmışdır. Çox ehtimal ki, islam
banklarının inkişafında mövcud olan tendensiyalar qalacaq, çünki nefti ixrac edən
ölkələr xeyli gəlir almağı davam edirlər, islam dövlətlərinin maliyyə bazarları
inkişaf etməkdədir, qərb şirkətlər isə xarici investorların cəlb olunmasında rəqabət
aparırlar.
Bunun
hamısı
islam
banklarının
fəaliyyət
göstərməsinin
xüsusiyyətlərinin dərindən öyrənməsi və onların ənənəvi maliyyə bazarlarına
çıxarılması üçün zəmin yaradır.
Belə ki, dünyada İslam bankçılığı prinsipləri əsasında fəaliyyət göstərən
bank təşkilatlarının məcmu aktivləri 2010-cu ildə 1 trilyon ABŞ dolları həddini
üstələyib. Analitiklərin fikrincə, qlobal maliyyə böhranının davam etməsi fonunda
İslam bankçılığına tələbat artır, çünki məhz bu prinsiplər əsasında fəaliyyət
göstərən bank təşkilatları daha yüksək dayanıqlıq nümayiş etdirib.
İslam qaydalarına (Fiqh-Əl Muamalat) görə, bankların faiz verməsi
qadağandır. Hal-hazırda müsəlman ölkələrindən olan İranda, Sudanda, Malaziyada,
Bəhreyndə, Körfəz ölkələrində və dünyanın müxtəlif yerlərində İslam qaydaları ilə
fəaliyyət göstərən banklar mövcuddur. Bəzi iqtisadçılar ilk İslam bankları
yaradılanda faizsiz işlədiyi üçün onların tez iflas edəcəyini düşünürdülər. Ancaq
12
dünya maliyyə böhranı vaxtı İslam banklarının iflas əvəzinə depozitlərini artırması
sübut edir ki, onların fəaliyyət davamlılığı digər banklarla nisbətdə daha güclüdür.
Müasir ənənəvi banklarla rəqabət aparan ilk islam bankları 1950-1960 –cı
illərdə Pakistanda yaranıb.İslam bankçılığı prinsipləri ilə fəaliyyət göstərən
bankların tez bir zamanda sürətli inkişafı digər müsəlman ölkələrində də bu sahəyə
marağı artırdı. 1960-cı ildə Misirdə və Malaziyada, 1970-ci illərdə isə əsas
kapitalını neft pulları təşkil edən Körfəz ölkələrində İslam şəriəti ilə işləyən
banklar fəaliyyətə başladı. Keçən əsrin axır on illiklərində isə təxminən 30-a yaxın
belə bank fəaliyyətə başladı.
1979-cu ildə dünyada ilk dəfə olaraq Pakistanda İslami qaydalarla işləyən
dövlət bankı açıldı. Bu proses 1985-ci ilə qədər davam etdi. Belə ki, 1983-cü ilin
iyul ayında Malaziyada, sentyabr ayında isə Sudanda dövlət səviyyəsində İslam
qanunları ilə işləyən banklar yaradıldı.Şah dövrü devrildikdən sonra İslam
inqilabının qalib gəldiyi İran Respublikasında da 1984-cü ilin mart ayında "Bank
Qanunları"-nın layihəsi hazırlandı və "İran Dövət Bankı" yaradıldı.Artıq 1985-ci
ildə dünyada islam prinsipləri ilə işləyən 50-dən çox İslam bankı var idi.
1990-cı il fevral ayının 26-da Bəhreyndə İslam Maliyyə Təşkilatı təsis
edildi.Bu artıq dünya bank sistemində islam bankçılığının özünü doğrultduğunu
göstərirdi.Bundan sonra 1991-ci ildə İndoneziyanın ilk İslam bankı “Muamalat
Bank”quruldu.2000-ci ilə kimi isə təxminən 200-ə yaxın İslam Maliyyə Təşkilatı
yaradıldı.Onların 40%-i Şərqdə,20%-i Afrika ölkələrində,qalan 40%-i isə Amerika
və Avropa ölkələrində idi.Bu islam bankları ənənəvi banklardan fərqlənir.Klassik
bankların gəlirlərinin formalaşmasında faizli gəlir gətirən aktivlər üstünlük təşkil
etdiyi təqdirdə,islam bankları əməliyyatları faizsiz aparır və islam iqtisadiyyatı
qarşısında duran vəzifələrin icrasında fəal iştirak edirlər.İslam bankları öz
ölkələrində adi banklarla yanaşı dayanıqlı mövqe qazanmışlar.Məsələn, Türkiyə
Cümhuriyyətində Özəl finans Qurumları kimi tanınan islam bankçılıq prinsipləri
ilə işləyən banklar tez bir zamanda inkişaf etmiş və sürətlə inkişaf etməkdədir.
Dostları ilə paylaş: |