14
2000-ci ildə Malaziyanın Kuala–Lumpur şəhərində beynəlxalq standartlarla
işləyən “İslam Maliyyə Xidmətləri İdarəsi” yaradıldı və bundan sonra dünyada
islam bankçılığının inkişafı böyük əks-sədaya səbəb oldu.Bir çox qeyri-müsəlman
ölkələri də bu bankların iş prinsiplərini öyrənməyə başladılar.İslam iqtisadiyyatının
və islam banklarının son 10 ildə yüksək templə artması bu cür iqtisadi modelin
dünya iqtisadi sistemində güvənilən bir iqtisadi sistem olduğu aydın oldu.
2004-cü ilin sentyabr ayında Britaniyanın paytaxtı Londonda ilk İslam bankı
yaradıldı və bu banklar tez bir zamanda yerli banklarla rəqabət aparmağa
başladılar.İslam bankları fəaliyyət göstərdikləri ölkələrdə adi banklarla yanaşı
dayanıqlı mövqe qazanmışlar.Hal-hazırda 150-yə yaxın maliyyə qurumu islam
dəyərlərinə üstünlük verməklə,daha doğrusu onu həyat kredosuna çevirməklə
fəaliyyət göstərirlər.Bu maliyyə qurumları qeyri-müsəlman ölkələrində də,məsələn
Böyük Britaniya,ABŞ,Filippin və Skandinaviya (Danimkarka,Norveç və s.)
ölkələrində əhəmiyyətli mövqe qazanmışlar.Bir sıra amerikan və ingilis bankları
(Sitibank,UBS,HCBS və s) müştərilərə islam qanunlarına uyğun xidmət göstərmək
üçün xüsusi şöbələr təşkil etmişlər.İslam qanunları ilə idarə olunan fondların
ümumi məbləği,ekspertlərin hesablamalarına görə 150 milyard dollara yaxındır.
Son illər islam banklarının aktivlərinin artmasında yüksək temp müşahidə
olunur.Bu bəzi mənbələrdə 15%-20% nisbətində göstərilir.
Şəkil 2.islam bankları aktivlərinin illər üzrə artım tempi.
15
Şəkil 3. 2007 və 2006-ci illərdə islam qanunları ilə idarə olunan fondların
artım göstəricisi.
3
5
.3
0
3
2.578
3
3
.9
6
2
5.828
5
9
.9
2
4
6.181
0.0
10.0
20.0
30.0
40.0
50.0
60.0
A
Z
N
(
m
ln
.)
йанвар
ф евр ал
мар т
2007
2006
Amerika və Qərbdə maliyyə böhranının təsirinin getdikcə artmasına
baxmayaraq İslam maliyyə institutları və bankçılığı sürətlə inkişaf etməkdədir.
Xatırladaq ki, ötən günlərdə Vatikanın rəsmi qəzeti də bu böhrandan yeganə çıxış
yolunun İslam bankçılığı olduğunu bildirmişdir. İslam bankçılığının 2008-ci ildə
böyük uğur əldə etməsinin əsas səbəbi bundadır ki, burada Amerika və Qərb
bankalarındakı kimi öhdəliklər sərt və ciddi deyildir. Amerika və Qərb banklarında
bankların inkişafı kredit faizləri üzərində qurulsa da, İslam bankçılığında bu
faizlərlə deyil, investisiyaların inkişaf etdirilməsi ilə bank sektoru inkişaf etdirilir.
2008-ci ildə onun uğur qazanmasının bir səbəbi də bu olmuşdur ki, burada ipoteka
kreditlərindən də faiz tutulmur. ABŞ-da da məhz maliyyə böhranının əsas səbəbi
bu idi ki, insanlar ipoteka kreditlərinin artan faizlərini ödəyə bilmirdilər. Bu da son
nəticədə 1,7 trilyon dollar kreditin qaytarılmamasına səbəb oldu.
İslam maliyyə bazarının pul dövriyyəsi 2009-cu ilin birinci rübü üçün 700
milyard dollar məbləğində qiymətləndirilir.İslam iqtisadçı ekspertlərinin