MaliYYƏ faküLTƏSİ


Fəsil 1.  İslam maliyyə  modelinin  nəzəri fəlsəfi əsasları



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   2   3   4   5   6   7   8   9   ...   24

 

7

                 Fəsil 1.  İslam maliyyə  modelinin  nəzəri fəlsəfi əsasları                            



1.1.  İslam maliyyəsinin tarixi inkişafı  

İslam  bankçılıq  (interest-free  banking)  termini  İslam  Bankçılığı 

anlayışından  daha  geniş  bir  sahəni  əhatə  edir.  Çünki  dünyanın  bir  neçə  ölkəsində 

müxtəlif məqsədlərlə qurulmuş olan, ancaq İslami olaraq səciyyələndirilə bilməyən 

İslam banklar da vardır

*

.  



İslam maliyyə hüququnun (“fikh”in

*

) ərəb ölkələri arasında intensiv tətbiqi 



təcrübəsi  bu  gün  daha  fəal  bir  sıra  ərəb  ölkələrində  (Səudiyyə  Ərəbistanı,  MƏR, 

Küveyt  və  s.)  həyata  keçirilir.  Lakin  XX  əsrin  80-90  illərində  bank  işinin 

məqsədyönlü  islamlaşdırılması  və  şəriət  adətlərinə  uyğun  islam  maliyyə 

hüququnun tətbiqi prosesi daha çox ilk növbədə İranda inkişaf etmişdir.  

İranda  İslam  bankçılıq  fəaliyyəti  21  mart  1984-cü  il  tarixindən  etibarən 

qüvvəyə  mindi

*

.  1984-cü  ildə  İran  məclisi  (İslam  Məsləhətçi  Assambleyası) 



tərəfindən  islam  maliyyə  hüququ  qəbul  olunub  təcrübədə  istifadə  edilməyə 

başlandı.  Qəbul  olunmuş  qanunvericilik  aktlarına  əsasən  1985-ci  ilin  mart  ayına 

qədər  ölkədə  tamamilə  bütün  fəaliyyət  göstərən  maliyyə  institutlarının  qəti 

islamlaşdırılması  həyata  keçirilmişdir.  Lakin  təcrübədə  bank  tənzimlənməsi  və 

nəzarəti üzrə yeni prinsiplərin və tələblərin tam real tətbiqi həqiqətdə beş ildən çox 

müddət  tələb  etmiş  və  yalnız  keçən  əsrin  90-cı  illərinin  əvvəlində  başa 

çatdırılmışdır.  Depozit  və  borc  faizlərinin  əlavə  hesablanması  və  tutulması 

təcrübəsi  bank  əməliyyat  və  investisiya  fəaliyyətindən  tam  sıxışdırılıb 

çıxarılmışdır. Bu gün ölkə bankları müştəri-əmanətçilərə tələb olunana qədər islam 

depozitlər  (cari  hesablar),  islam  toplama  hesablarını  (əmanət  depozitlərini)  yaxud 

həmçinin  İslam  uzun  müddətli  investisiya  depozitlərini  təklif  edirlər.  Tələb 

olunana  qədər  depozitlərin  və  cari  hesabların  (current  account  deposits)  sahibləri  

                                                

*

  Dünya  səviyyəsində  İslam  Bankçılığı  olaraq  adlandırılan bu  sistem, məsələn  Türkiyədə  faizsiz    bankçılıq  olaraq 



adlanır.  

*

  İstifadə  edilən  “fikh”  termini  İslam  maliyyə  hüququnu  ilk  növbədə  müsəlman  cəmiyyətində  hər  növ 



müqavilələrdən  irəli  gələn  investisiya  mübahisələrinin  və  maliyyə  toqquşmalarının  şəriət  qayda  və  adətlərinə  və 

fətvalara – islam banklarının dini şuralarının onların fəaliyyətinin əsas məsələləri üzrə qərarlarına uyğun real həlli 

təcrübəsinin ümumiləşdirilməsi üsulu kimi eyniləşdirir.  

*

 



İslam  Bank  Qanunun  qəbul  edilməsi  ilə  İran  bank  sistemi  bütünlüklə  faizsiz  bankçılıq  fəaliyyəti  həyata 

keçirirlər.

  

 



 

8

çek  kitabçalarından  istifadə  etmək  (açılmış  hesab  məbləğində)  və  çeklərlə 



hesablaşmalar  aparmaq  imkanını  əldə  edirlər.  Toplama  hesablarının  və  əmanət 

depozitlərinin  sahibləri  həmçinin  bank  maliyyə  ehtiyatları  və  borclarının  alınması 

imkanı  baxımından  müəyyən  preferensiyalardan  (üstünlüklərdən)  istifadə  edirlər. 

Əmanət  qoyuluşları  və  depozitlərini  saxlayan  şəxslərin  stimullarına  və 

imtiyazlarına  həmçinin  islam bankları tərəfindən  hesab sahiblərinin Məkkəyə dini 

səfərinin maliyyələşdirilməsi aid edilir.  

Bu  gün İran təcrübəsinə çox  yaxın bir  istiqamətdə Pakistanda  milli kredit-

bank  sektorunun  tam  islamlaşdırılması  həyata  keçirilir.  Burada  İran  modelinə 

analoji  olan  son  dərəcə  sərt  islamlaşdırma  modeli  tətbiq  edilir,  son  dərəcə  qısa 

məhdud  müddətdə  bütün  kredit-bank  sisteminin  əsaslı  yenidən  təşkili  üzrə  eyni 

vasitələrdən və üsullardan istifadə olunur.  

1983-cü  ildən  isə  Malayziyada  ölkə  qanunvericiliyində  aparılan 

təkmilləşdirmələr  nəticəsində  İslam  Bankların  yaradılması  üçün  hüquqi  baza 

formalaşdırılmışdır.  Məhz  bundan  sonra  da  bu  ölkədə  də  çoxlu  sayda  islami 

banklar qurulmuşdur.  

Türkiyə  Cümhuriyyətində  isə  1984-cü  ildə  “Özəl  Maliyyə  Qurumları”  ilə 

bağlı qanunun qəbulu ilə bu ölkədə də islam bank prinsiplərinə əsaslanan maliyyə 

qurumlarının  fəaliyyət  göstərilməsinə  geniş  imkan  yaradılmışdır.  Bu  hadisədən 

sonra 1985-ci ildən bir-birinin ardınca Faysal Finans və Al-Baraka Türk  kimi özəl 

maliyyə qurumları fəaliyyətə başlamışdır.  

Kredit-bank  sektorunun  islamlaşdırılması  prosesləri  ayrı-ayrı  ərəb 

ölkələrində  müxtəlif  intensivlikdə  inkişaf  edirlər.  Onların  arasında  bank  işinin 

islamlaşdırılması  mexanizmləri olduqca  intensiv şəkildə son on  il ərzində  İrandan 

sonra Pakistanda tətbiq edilirdi.  

Pakistanda  1999-cu  ilin  dekabrında  Ali  Məhkəmə  borc  faizi  -  riba  üzrə 

istənilən əlavə hesablamanı və tutulmanı islam əxlaqı normalarına zidd hesab etmiş 

və  hökumətin  üzərinə  2001-ci  ilin  ortalarına  qədər  ölkədə  birləşdirilmiş  tam 

islamlaşdırılmış  maliyyə  və  kredit-bank  sisteminin  tətbiqi  vəzifəsini  qoymuşdur. 

Ölkənin  bank  təcrübəsinin  bu  qədər  qısa  müddətdə  yeni  prinsiplərə  keçməsi  ilk 



 

9

növbədə  ilkin  dövrdə  bankların  depozit  və  xüsusilə  investisiya  fəaliyyətinin 



pisləşməsinə  səbəb  olmuşdur.  Həmçinin  fərdi  sahibkarlıq  sektoru,  xüsusilə  kiçik 

firmalar, fərdi sahibkarlar və tək sahiblər banklarla ehtiyatla münasibət qururdular, 

çünki  onlar  üçün  bankdan  cəlb  olunmuş  maliyyə  ehtiyatlarının  faktiki  dəyəri 

əhəmiyyətli dərəcədə artmağa başlamışdır. Bununla bərabər rəsmi bank sektorunda 

faizin  ləğvi  çox  vaxt  qeyri-rəsmi  (sələmçilik)  borc  bazarında  və  parabank 

sektorunda  kreditin dəyərinin artmasına səbəb olurdu.  Hətta  yerli kiçik  fərdi  milli 

sahibkarlığın borc ehtiyatlarının alınması zəruriliyi daima artdığından paralel “qara 

maliyyə  bazarının”  fəaliyyəti  genişlənməyə  başlamışdır.  Maliyyə  və  kredit-bank 

strukturlarının  tam  islamlaşdırılması  əsasında  ölkədə  aparılan  bank  islahatları 

çərçivəsində  yerli  kredit  bazarında  dövlət  sektorunun  mövqelərinin  əhəmiyyətli 

dərəcədə möhkəmlənməsi ehtimalı iri sənaye sahibləri və biznesmenlərdə müəyyən 

narahatlıq  doğururdu.  Digər  tərəfdən  iri  fərdi  sahibkarlar  və  investorlar  çox  vaxt 

onlardan  bank  qarşısında  özünün  real  balansının,  ilk  növbədə  onların  həyata 

keçirilmiş  investisiya  layihəsi  nəticəsində  aldıqları  faktiki  mənfəətin  həcmi 

haqqında  məlumatların  tam  açıqlanmasını  tələb  edən  islam  maliyyələşdirmə 

üsullarından  istifadə  etməkdən  birbaşa  boyun  qaçırırlar.  İslam  bankının  borc  alan 

müəssisənin  faktiki  mənfəəti  haqqında  məlumatı  həmin  müəssisənin  biznesi 

haqqında bir çox digər məlumatları ilə olduğu kimi real əldə etmək imkanı adətən 

olduqca məhdud, zəif unifikasiya edilmiş və çox vaxt islam banklarının rəhbərləri 

tərəfindən ən münasib investisiya qərarının qəbulu üçün az faydalı olur. Yerli fərdi 

sahibkarların  və  investorların  idarə  etmə  bacarıqları  olduqca  zəif  olur,  onlar  üçün 

yüksək  olmayan  rəsmi  davranış  etikası,  götürülmüş  öhdəliklərin  vaxtında  yerinə 

yetirilməməsi səciyyəvidir, bu da islam bankının əməliyyatlarında PLS-prinsipinin 

tətbiqini obyektiv surətdə çətinləşdirir. Vəziyyət onunla çətinləşirdi ki, ilk növbədə 

yeni  islam  maliyyələşdirməsi  prinsiplərinə  keçən  banklar  və  maliyyə  institutları 

avtomatik  olaraq  dövlət  nəzarəti  altına  yaxud  bilavasitə  olaraq  dövlət  sektoruna 

keçirdilər. Lakin ölkədə fərdi milli sahibkarlığın möhkəmləndirilməsi üzrə ümumi 

strategiya  ilə  hərəkət edən Pakistan  hökuməti bu  gün artıq bir sıra  islam  bankının 

və  digər  islamlaşdırılmış  maliyyə  və  kredit  idarələrinin  xüsusi  sahibliyə  verilməsi 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə