MaliYYƏ faküLTƏSİ



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26331
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

 

28

razılaşdırılmış  müəyyən  hissəni  tələb  edir.  Bu  sistemdə  banklar  özlərini  qorumaq 



üçün  geniş  maliyyə  alətlərindən  və  ya  törəmə  alətlərdən  (derivatives)  istifadə 

etmir.  İslam  bankları  daha  çox  varlığa  əsaslanan  (asset-based)  bankçılığın  müasir 

variantını tətbiq edirlər. Ona görə də bu banklar riskli kredit verməyə yanaşmırlar. 

İslam bankçılığında aşağıdakı sahələrə kreditlərin verilməsi qadağan edilir: 

1.  Spirtli içki istehsalı ilə məşqul olan sahələr; 

2.  Tütün və tütün məhsulları istehsalı sahələri; 

3.  Qumar,kazino fəaliyyəti ilə məşqul olan sahələr və s. 

İslam  bankçılığının  iqtisadi  inkişafa  şərait  yaratmasını  aşağıdakı  istiqamətlərlə 

izah etmək olar. 

1. İslamın dəyişilən zamana, iqtisadi mühitə uyğun gəlməsi, 

2.  İslamda  qeyri-adi  müxtəlif  fərqli  milli-ərazi  xüsusiyyətlərinin  inteqrasiya 

olunmasına üstünlük verilməsi. 

3. İqtisadi inkişafa təminat verən və islam mənəvi dəyərlərinə xələl gətirməyən 

elementlərin insanların davranışında tətbiq olunması. 

4.  Təriqət  və  məhzəb  müxtəlifliyinin  olmasına  baxmayaraq,  islamda  vahid 

mənəvi birliyin mövcud olması və qorunması prinsiplərinə riayət olunması. 

5.  İslam  sivilizasiyasının  dinamik  və  sintezli  xarakterdə  olması,  dini-mənəvi 

dəyərlərin  möhkəmlənməsinə  aid  olanları  hər  şəraitdə  qəbul  etməsi,    lakin  hər 

cür fərdi sərbəst inkişafı ləngidən elementlərini rədd etməsi. 

İslamın  mənəvi  dəyərlərinin  bəşəriliyi  onun  universal  və  hərtərəfli  xarakter 

daşımasıdır. İslam  heç bir  milli çərçivə, sərhəd, qapalı  inkişaf  və konkret  müddəti 

qəbul  etmir.  O,  hər  cür  dəyişilən  şəraitə  uyğun  gələn  inkişafetmə  potensialına 

üstünlük  verir.  Bu  baxımdan  işdə  islamda  iqtisadi  dəyərlərin  mövcud  olması, 

xüsusən  əmlak,  mülkiyyət  və  torpaq,  icarə,  maliyyə  -  kredit,  bank  işi  və  ticarət 

sahəsindəki  münasibətlərin  formalaşması  istiqamətindəki  rolu  qeyd  olunur.  Eləcə 

də  müsəlman  dövlətlərində  islam  mənəvi  dəyərlərinə  əsaslanan  iqtisadi  sistemin 

formalaşması  istiqamətləri,  iqtisadi  inkişafa  imkan  verən  mühitin  yaradılması  və 

qorunması  imkanları,  dövlətin  iqtisadiyyata  müdaxiləsi  və  s.  məsələlərinə  diqqət 

yetirilir. 



 

29

İslam  bank  sistemi  öz  iqtisadi  mahiyyətinə  görə  fəaliyyətini  faizlə  deyil, 



mənfəətlə  əlaqələndirdiyi  üçün  o  heç  vaxt  müflisləşməyə  məruz  qalmır,  çünki 

onlar  tamamilə  yeni  bir  mühit  əsasında  formalaşırlar  ki,  bu  da  yalnız  "əməklə 

pulun"  birləşməsinə,  əməliyyatların  sonunda  mənfəətdən  pay  almağa,  eləcə  də 

ticarət  mənfəətinin  əldə  olunmasına  əsaslanır.  Digər  tərəfdən,  islam  bankları  ilə 

klassik  bank  sistemi  nə  aktiv,  nə  də  passiv  əməliyyatlara  görə  heç  vaxt 

uzləşmədikləri  üçün  onlar  hər  cür  rəqabətdən  uzaqdırlar.  Eləcə  də  islam  bank 

sistemi  yardım  xarakterli  kreditləşməyə  üstünlük  verdiyi  üçün  onun  mahiyyəti 

tamamilə klassik bank sistemindəki vəsaitə görə faizin əldə olunması prinsipindən 

fərqləndiyindən bunların iqtisadi həyatda oynadığı rollar da tamamilə müxtəlifdir. 

     İslam iqtisadiyyatının əsas məqsədi ölkənin sərvət və nemətlərindən istifadə 

olunmasında  bütün  əhali  üçün  bərabər  şəraitin  yaradılmasıdır.  İslamda  bərabərlik 

prinsipini  heç  də  müxtəlif  əmək,  peşə,  işgüzarlıq  qabiliyyətinə  malik  olanların 

gəlirlərini,  bərabər  həyat  tərzini  əhatə  etmir.  Çünki  eyni  iqtisadi  mühit  və  şərait 

maddi  nemətlərin  əldə  olunması  üçün  bərabərlik  yaratsa  da,  lakin  adamlar  dini-

mənəvi  dəyərlərin  mənimsənilməsi,  icra  və  əməl  olunmasında  müxtəlif  mövqedə 

dururlar. Qurani-Kərimdə bu barədə çox müfəssəl qeyd olunmuşdur: «. . . Sizin hər 

biriniz üçün bir şərait və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi (eyni şəriətə 

tabe) vahid bir ümmət edərdi. Lakin (bu  müxtəliflik) Allahın verdikləri {sərvət və 

nemətlərlə)  ilə  sizi  imtahan  etmək  üçündür»  (5.  Əl-Maidə  surəsi,  ayə  48).  Digər 

tərəfdən,  ruzi  baxımından  da  insanlar  müxtəlif  mövqedə  dururlar.  «Allah  ruzi 

baxımından birinizi digərinizdən üstün etmişdir» (16. Əl-Nəhl surəsi, ayə 71). 

Ona  görə də  islam  iqtisadiyyatında sərvət və  nemətlərin bərabər bölgüsü deyil, 

onların  əldə  olunması  üçün    bərabər  şəraitin  yaradılması  əsas  prinsipdir.  Eyni 

zamanda bu sərvət  və  nemətləri əldə edə bilməyənlər  üçünsə, əldə olunan  maldan 

ən  zəruri  ehtiyacı  ödəmək  üçün  bərabər  bölgü  tətbiq  olunur.  Çünki  islamda  hətta 

valideynlərdən  miras  qalmış  əmlak  belə  övladlar  arasında  müxtəlif  bölünür. 

«Valideynlərinizdən  və  övladlarınızdan  hansı  birinin  xeyir  və  mənfəət  cəhətdən 

sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü), Allah tərəfindən müəyyən 

edilmişdir»  (4. Ən-Nisa surəsi. ayə 11). 



 

30

İslamın  əsaslarının  iki  əsas  bünövrəsi  olan  Quran  və  Sünnət  faizi  bir  zülm 



olaraq görər və buna görə də qadağan edər. Bu Quranda belə göstərilmişdir: “ faizi 

yeyənlər məhşərdə ancaq şeytan çarpmış kimi qalxarlar. Bu onların ; “Alış-veriş də 

faiz  kimidir”  demələrindən  irəli  gəlmişdir.  Amma  Allah  alış-verişi  halal,  faizi 

haram  buyurdu.  ”  İslam  bankçılığı  öz  sistemində  Allahın  buyurduğu  qanunlara 

əsaslanan  etik  bankçılıqdır.  Bu  cür  bankçılıq  son  dərəcə  etik  yanaşma  və  iş 

metodikası tələb edir. İslam bankçılığının əsas fəaliyyət sahələri kimi aşağıdakıları 

göstərmək olar: 

1.  Sosial  kreditlər  -  maaşların  və  gəlirlərinin  on  qatına  qədər 

evlənən,əməliyyat olan və ya müalicə olunanlara öz ehtiyaclarını ödəmək 

üçün beş il müddətinə  verilir və yalnız 1% nisbətində məsrəf alınır. 

2.  İstehsal  krediti-dövlətin  inkişaf  planına  uyğun  iqtisadi  fəaliyyətləri 

dəstəkləmək məqsədi ilə istehsalçılara 5 il müddətinə verilən vəsait. 

3.  Tələbə 

kreditləri-ali 

təhsil 

alan 


tələbələrin 

təhsil 


xərclərinin 

qarşılanmasıdır, sonradan bu banka yüksək gəlir gətirə bilər; 

4.  İnvestisiyalar - bank əmanət və gəlirlərinin bir hissəsini ya ortaqlıq,ya da 

yalnız özü tək iştirak etməklə görəcəyi işlərə investisiya etməkdədir. 

5.  Cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş vəsaitlər - bu banklar 

istər  qorumaq  məqsədi  ilə  istərsə  də,  yatırım  məqsədi  ilə  banka  qoyulan 

əmanətləri  qəbul  etməkdədir.  Əmanət  istənilən  vaxt  çəkilə  bilər  və 

əmanət sahiblərinə bu imkanlardan istifadə etməyə şərait yaradılır: 

1)  uyğun  şərtlərə  sahib  olan  bankın  müştərilərinə  kredit  verilməsində 

üstünlük; 

2)  Maliyyə  ilinin  sonlarında  bankın  tətbiq  edəcəyi  maddi  imtiyazlardan  və 

hədiyyələrdən istifadə haqqı; 

3) sosial yatırımlarda istifadədə birincilik 

İslam  bankları  İslam  iqtisadi  sisteminin  bir  parçası  və  əsas  sütunlarından 

biridir.İslam bankçılığında yatırılan depozitlər 2 cür ola bilər: 

1.  Müddətsiz  depozit      -geri  çəkilmə  tarixi  göstərilmədən  banka  qoyulan 

depozitlər; 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə