16
hesablamalarına görə islam maliyyə bazarının pul dövriyyəsi 3 ildən sonra 2 dəfə
artaraq 1400 milyard dollara çatacağı proqnozlaşdırılır.İslam bankçılığı üzrə
aktivlər,depozitlər
və
maliyyə
göstəriciləri
Bank
Negara
Malaziyanın
hesablamalarına görə aşağıdakı kimi olmuşdur:
Cədvəl 4: Özəl Finans Qurmları ststistik göstərici.
İlin əvvəlindən sonuna
kimi
% dəyişimi
2006
2007
2006
2007
Cəmi aktivlər:
Bütün maliyyə qurumları
İslam bankçılığı
10133
(3962)
17881
(5202)
63.5
(22.0)
76.5
(31.3)
Cəmi depozitlər:
Bütün maliyyə qurumları
İslam bankçılığı
7264
(3283)
9895
(3223)
47.5
(19.6)
36.2
(-1.8)
Cəmi maliyyələşmə:
Bütün maliyyə qurumları
İslam bankçılığı
6143
(2400)
10750
(3351)
75.9
(22.1)
75.0
(39.6)
Maliyyələşmə-depozit
dərəcəsi %
Bütün maliyyə qurumları
İslam bankçılığı
84.6
(73.1)
108.6
(104.0)
12.7
(- 0.7)
24.1
(30.9)
İstinad: Bank Negara Malaziya–2007
.
Son illər islam banklarının aktivlərinin artmasında yüksək temp müşahidə
olunur.Belə ki,islam bankları aktivləri son illər 15 % böyüməkdədir və 2008-ci il
ABŞ-da yaranan və tezliklə bütün dünyanı bürüyən maliyyə böhranı zamanı bir
çox banklar öz mənfəət illərini zərərlə başa vurduğu halda islam bankları mənfəətlə
çıxmışlar.
17
Qlobal səviyyədə İslam maliyyə aktivləri
Illər
2006 2007
Kommersiya bankları
397
537
Investisiya bankları
66
85
Sukuk istiqrazları
42
80
Fondlar
16
17
Takaful
10
10
Total
531
729
İstinad: IFSL estimates based on The Banker,
Enrst & Young,
World Islamic Funds & Capital Markets
Conference
2007-ci ildə Malaziyanın bankçılıq sahəsində takaful sənayesinin aktivlərinin
cəmi 2.8 mld ABŞ dolları təşkil etmişdir.Takaful aktivləri 2003-2007-ci illərdə
27% -lik artımla inkişaf etdi.Asiya Bank Tədqiqat Qrupuna istinadən dünyada 75
ölkədə 300-ə qədər İslam maliyyə təşkilatı vardır.Dünyanın 100 ən böyük islam
bankı 26.7% illik aktiv artım tempinə malikdir və qlobal İslam Maliyyə sənayesi
illik 15-20% artıma malikdir.
İslam iqtisadiyyatı və bankçılığı ötən əsrin 70-ci illərindən nəzərəçarpacaq
yüksəlişə nail olub və indi də bu sahədə davamlı inkişaf dinamikası müşahidə
olunur. İslam maliyyə sistemində təkcə İslam Maliyyə İnstitutları deyil, həmçinin
onların bazarda özünəməxsus yer tutan müqavilələr üzrə tərəfdaşları da yaxından
iştirak edir. Bundan başqa, bir çox müsəlman ölkələri iqtisadi və maliyyə
qurumlarını İslam maliyyə əsaslarına tam uyğunlaşdırılmış şəkildə transformasiya
olunurlar. İndi bəzi MDB dövlətləri də İslam maliyyə biznesində həyata keçirilən
layihələrə ciddi maraq göstərir.Hal-hazırda İslam maliyyə təsisatlarının 80%-dən
çoxu Fars körfəzi ölkələrinin payına düşür, maliyyə fondlarının 42%-dən çoxu isə
Fars körfəzi, Cənub və Cənub-Şərqi Asiya ölkələrində təmərküzləşmişdir.
İslam bank sistemi birmənalı olaraq bu və ya digər layihənin həyata
keçirilməsi üçün faizsiz kreditləşməni həyata keçirir. Bununla yanaşı, xarici ticarət
əməliyyatlarını maliyyələşdirməklə əldə olunan mənfəətdə iştirak edir. İstər faizsiz
kreditləşmənin aparılmasında, istərsə də mənfəətdə iştirakda əldə olunan pay
əməliyyatların sonunda müəyyənləşdirilir. Bir qayda olaraq banklar daha çox
18
ticarətlə bağlı idxal-ixrac əməliyyatlarını maliyyələşdirirlər. Burada onların
əməliyyatda iştirak etməklə əldə olunan mənfəətin payı faiz kimi deyil, ticarət
mənfəəti kimi görünür. İslam bankının klassik bank sistemindən fərqi onun
mənfəətdən əldə etdiyi payın aparmış olduğu əməliyyatların sonunda muəyyən
etməsi ilə əlaqədardır. Beləliklə də, o, əvvəlcədən müəyyən edilən faizdən,
ribadan, sələmdən tam uzaqlaşa bilir.
İslam bankçılığında faiz alıb vermək, haram olan məhsulların istehsalı və
xidməti sektorlarına (qumar, tütün və spirtli içki kimi) kredit verilməsi qadağandır.
. Pulun mahiyyəti, funksiyası və tədavülü islam iqtisadiyyatında olduqca çevik və
ciddi yer tutur. Əsrlər boyu pulun sələmə, ribaya verilməsi qadağalarını əsas
götürən müsəlman ölkələri ondan səmərəli istifadə mexanizmini həll edə
bilməmişdilər. Düzdür, keçən əsrin sonunda, 1899-cu ildə Misir müftisi
Məhəmməd Əbdo ilk dəfə olaraq pulun banklarda yığılması və ondan mənfəət kimi
pay alması haqqında fətva vermişdir. Lakin müsəlman ölkələrində bu fətva
birmənalı qəbul edilməmişdir. Yalnız 1975-ci ildə Ciddədə Kral Əbdüləzizin tə-
şəbbüsü ilə açılan İslam İnkişaf Bankı (İİB) islam dünyasında kreditləşmə
prosesinin mahiyyətini işıqlandırdı. Onun sonrakı fəaliyyəti, xüsusən İslam
Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələr arasında maliyyə-kredit, eləcə də
iqtisadi inteqrasiya əlaqələrinin formalaşmasına ciddi təsir göstərdi. Düzdür, ondan
bir il əvvəl, 1974-cü ildə təsis edilmiş və Misirdə fəaliyyət göstərməyə başlamış
Nasir Sosial Bankı da islam təmayüllü kreditləşmə ilə məşğul olmağı qarşıya
qoymuşdur. Lakin İİB öz fəaliyyəti ilə istər müsəlman, istərsə də qeyri-müsəlman
ölkələrində öz nüfuz dairəsini genişləndirə bilmişdir.
Bundan əlavə, müsəlman ölkələrində islam əsaslı ticarət bankları da
fəaliyyət göstərir.Ümumiyyətlə, İslam bank sistemini 3 qrupa bölmək olar:
1. İslam İnkişaf Bankı (İİB);
2. Sosial səpkili islam bankları (SİB);
3. İslam əsaslı ticarət bankları (İTB).
İslam
bankçılığı
hər
ölkənin
bank
sektorunda
öz
təşkilati
quruluşuna,fəaliyyətinə görə fərqlənir və müxtəlif formalara bölünür: