4
önündə olan belə bir faktla üzləşməkdəyik ki, çağdaş zəmanəmizin bir çox elmi və
texniki nailiyyətləri bilavasitə Qərb alimlərinin adıyla bağlıdır. Günümüzdə bu bir
gerçəklik olaraq hamı tərəfindən qəbul edilir. Lakin, elmin inkişafı tarixindən bu
da məlumdur ki, Qərbdə Renessans dövründən sonra inkişafa qədəm qoyan Avropa
ölkələrinin elmi bazaları, mənbələri əsas etibarilə müsəlman Şərqinin orta əsrlərdə
əldə etmiş nailiyyətləri olmuşdur. Tarixin şahid olduğu kimi, İslam mədəni bölgəsi
həmin dövrlərdə elm və mədəniyyət sahəsində aparıcı rol oynayırdı. Bankçılıq
inama, güvənə söykənən bir qurum olduğu üçün Miladdan öncəki dövrlərdə
bankçılıq baxımından ən güvənli,etibarlı yerlər məbədlər, kilsələr və din adamları
idi. Qədim Yunan məbədlərində toplanmış sərvətlər, qızıl və gümüş faiz , qazanc,
gəlir gətirən işlərə yatırılmışdır. Avropada XII əsirdən sonra ticarətdə, XIX əsirdən
etibarən isə sənayedə sürətli inkişafın başlanması bank və bank qurumlarının da
inkişafını sürətləndirmişdir. İslam ölkələrinin bu ölkələrlə iqtisadi və ticarət
münasibətləri nəticəsində bank fəaliyyəti İslam aləminə də yayılmışdır. Amma
İslamda faiz haram sayıldığı üçün bu banklarda faiz əməliyyatları həyata
keçirilmirdi. Belə bir bankçılığın, yəni faizsiz, faiz əməliyyatlarından xaric, İslam
dini baxımından qanuni sayılan başqa əməliyyatları aparan İslam bankının qurulub,
qurulmayacağı, qurularsa hansı ölçü və sərhədlər içində çalışa biləcəyi
xüsusiyyətləri müsəlman iqtisadçılar tərəfindən araşdırılmaya başlamış, tətbiq
qayda və qanunları , normativ hüquqi aktları hazırlanmağa başlanılmışdır. Tarix
boyunca insanlar, qarşılaşdıqları məsələləri həll etmək məqsədiylə yeni həllər
axtarmışlar və fərqli nəzəriyyələr inkişaf etdirmişlər. Mövcud təşkilatların
qarşılaşılan problemlərin həllində qeyri-kafi qalması, yeni təşkilatların qurulmasını
qaçınılmaz etməkdədir. İndiki vaxtda qarşılaşılan iqtisadi problemlərin əhəmiyyətli
bir hissəsinin, yuxarıda da işarə edildiyi kimi, mövcud bank və kreditləşmə
sistemindən qaynaqlandığını dərhal qəti qəbul etməsi, bu sahədə alternativ həllərin
ortaya qoyulmasını qaçınılmaz etməkdədir. Müsəlman ölkələrində müxtəlif iqtisadi
inkişaf modelləri tətbiq olunsa da, vahid islam ideologiyası nəzərə alınmazsa,heç
vaxt islam prinsipləri ilə işləyən bir iqtisadi sistemin yüksək nəticə qazanması baş
tutmayacaqdır. Lakin İslam iqtisadiyyatının prinsiplərinin ümumi xarakter
5
daşıması, onun iqtisadi inkişafın əsasında durması vahid islam inkişaf modelini
formalaşdıracaqdır.
İslam iqtisadiyyat modelinin əsasları, müsəlman cəmiyyətlərinin həyat
standartları ilə formalaşmış qaydalardan və onların iqtisadi sahədə mənimsədikləri
və tətbiq etdikləri prinsip və üsullardan qaynaqlanır. İslamın nəzərdə tutduğu
iqtisadi modelin əsasları bilinmədən, islam bankçılığın tam mənada başa düşülməsi
və sistemdən gözlənilən faydanı əldə etmək mümkün olmaz.
İslam banklarının yaranması üçün maddi zəminləri 1973-cü ilin neft böhranı
yaratmışdır ki, bu zaman neftin qiymətlərinin kəskin artması nəticəsində yaxın
Şərq ölkələrinə neftdən gələn dollarlar axını ilə əlaqədar olmuş və bu isə öz
növbəsində islam banklarına geniş əmanət hovuzu yaratmaq imkanını vermişdir.
Son on il ərzində İslam banklarının aktivlərinin artım tempi ildə təxminən
10-15% təşkil edib və güman edilir ki, gələcəkdə bu tendensiya qorunub
saxlanılacaq. Lakin İslam bankçılığının ənənəvi maliyyə sistemində tətbiq edilməsi
prosesinin bir çox ölkələrdə, o cümlədən Azərbaycanda tətbiqi öyrənilməkdədir.
Azərbaycanda bütün iqtisadi institutlarda geniş miqyaslı və əsaslı bazar
dəyişiklikləri aparılmaqda, özəlliklə də Azərbaycan maliyyə bazarında İslam
bankçılıq sisteminin tətbiqi ictimai müzakirə mövzusudur.
Azərbaycanda İslam bankçılıq modelinin tətbiqi ucuz və uzun müddətli
maliyyə mənbələrinin cəlb edilməsinə yol aça bilər və investiyasının gəlirlik
səviyyəsini artırmağa imkan verə bilər. Həmçinin, Azərbaycanda İslam bankçılıq
modelinin tətbiqi ölkəni İslam dünyasının maliyyə mərkəzinə dönüştürə bilər.
İslam bankçılıq modelinin mövzusu ilə bağlı problemlərin tədqiqi sahəsində
Azərbaycan iqtisadçı alimləri bir sıra elmi əsərlər nəşr etdirmişlər, o cümlədən
M.Meybullayev, Z.F.Məmmədov, R.Atakişiyev və başqalarının əsərlərini xüsusilə
qeyd etmək olar və tədqiqatları diqqətə layiqdir.
2000-ci illərdə İslam bankını açmaq cəhdləri Azərbaycan da həyata
keçirilmişdir. Beləliklə, İslam maliyyə institutlarının öyrənilməsi dünya iqtisadi
6
ədəbiyyatda kifayət qədər aktual mövzudur, həmçinin, ölkəmizdə və xaricdə
iqtisadi agentlər üçün praktiki maraq kəsb edir.