Малик башга бир јердә дејир


ON BEŞİNCİ FƏSİL İSLAM DİNİNDƏ FİQH VƏ İCTİHAD



Yüklə 1,54 Mb.
səhifə15/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

ON BEŞİNCİ FƏSİL

İSLAM DİNİNDƏ FİQH VƏ İCTİHAD


ON BEŞİNCİ FƏSİL

İSLAM DİNİNDƏ FİQH VƏ İCTİHAD
«Barı hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün) qalsın ki, camaat (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onunla (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!»34.

İqbal Lahuri görkəmli İslam müfəssirlərində olmuşdur. O, Pakistanda müsəlman ailəsində dünyaya gəlmiş, ilk təhsilini orada başa vurmuş və daim İslam eşqi ilə yaşamışdır. İqbal Lahuri avropalılara qarşı özünəməxsus baxışa malik idi. Ali təhsilini fəlsəfə sahəsində yazmış və ingilis dilində avropa şərqşünaslarının mənbə kimi istifadə etdikləri bir neçə kitab təlif etmişdir. O, İslama böyük rəğbət bəsləyir və bişəriyyətin, bu ilahi din vasitəsilə nicat tapacağını hesab edirdi.

İqbal yenilik tərəftarları olmaqla yanaşı, bu günümüzün məsələlərilə yaxından tanış idi. Onun yazdığı işlərdə daim diqqət mərkəzində olmuşdur.

İqbal deyərdi: «Atam mənə bir söz dedi və onun bu sözü mənim üçün bir dəri oldu. Günlərin bir günü səhər Quran oxuyurdum. Atam məndən soruşdu: «Nə edirsən?». Dedim: «Quran oxuyuram». Dedi: «Quranı elə oxu ki, sanki sənə nazil olmuşdur». Atamın bu sözü daş üzərində yonulan naxış kimi qəlbimdə özünə yer etdi və o gündən tilavət edirdim. Bütün ayələrin ətrafın düşünüb daşınır və onları dərk etməyə çalışırdım.


İQBAL LAHURİ VƏ İBNİ SİNANIN İCTİHAD BARƏDƏ DEDİKLƏRİ


İqbal Lahurinin dediyi məşhur bir söz haqda söhbət açmaq istəyirəm.

O, deyir: «İctihad, İslamın mühərrikidir».

Yolda hərəkət edən avtomobilə nəzərə salın. Onu hərəkətə gətirəcək hər hansı bir qüvvə olmayınca, hərəkət etməsi qeyri-mümkündür. İbn Sina özünün «Şəfa» adlı kitabında ailə və ictimai əsaslar haqda aşkar fikir irəli sürərək deyir: «İnsanın yaşamaq üçün duyduğu ehtiyaclar tükənməz və sonsuzdur. İslamın əsasları isə bütün dövrlərə şamil olaraq, sabit və dəyişilməzdir. Bu əsaslar nəinki dəyişilməyir, əksinə olaraq, bəşər həyatında qanun kimi bütün zamanlarda qüvvədə olaraq qalır». Bunun üçün də ictihadı zəruri hesab etmişdir. Yəni dini hökmlərdən meydana gələn yeni məsələləri tətbiq etmək üçün bütün dövrlərdə dini mütəxəssislər olmalı və mövcud şəraiti yaxşıca dərk etdikdən sonra qəti hökm verməlidirlər.

Deyə bilərik ki, bu günlər sözün əsl mənasında ictihad öz mahiyyətini itirmişdir. Bir çoxları belə təsəvvür edir ki, müctehidin vəzifəsi, bütün dövrlərdə hökmü eyni olan məsələlərdə hökm verməkdir. Məsələn, təyəmmüm etdikdə, əlləri torpağa bir dəfə vurmaq lazımdır ya iki dəfə? Bəziləri bir dəfə vurmağın kifayət etdiyini, bəziləri isə iki dəfə vurmanı düzgün hesab edirdilər. Bir haldaki əlləri torpağa bir dəfə və ya iki dəfə vurmağın bir o qədərdə əhəmiyyəti yoxdur. Əhəmiyyət kəsb edən zamanın yeni məsələləridir. Bütün bunları nəzərə alaraq, İbn Sina ictihadı zəruri hesab etmişdir. Əhli-təsənnün alimləri isə ictihadın əhatə dairəsini məhdudlaşdıraraq, dini məsələlərdə yalnız Əbu Hənifənin, Malik ibn Ənəsin, Şafei və Əhməd ibn Hənbəlin çıxartdığı hökmlərlə kifayətlənməyi hesab etmişlər.


QURANIN İŞLƏTDİYİ İFADƏ


Qurani-kərimdə bu haqda deyilir: «(Ehtiyacı olmadıqda) möminlərin hamısı birdən çıxmamalıdır. Bari hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün) qalsın»35.

Ayənin təfsirində müxtəlif fikirlər irəli sürülmüşdür «Möminlərin hamısı birdən çıxmamalıdır» dedikdə, nə nəzərdə tutulur? Nə üçün çıxmalıdırlar? İctihad üçün.

Quran bu müqəddəs hədəfi gözəl bəyan edir: «Hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün».

«Liyətəfəqqəhu fiddin» ayəsindəki təfəqquh kəlməsi öyrənmək kimi tərcümə olunsa da, dini elmdən daha dərin və geniş məna daşıyır. Elm geniş məna daşıyır və əldə olunan məlumata elm deyilir. Lakin «təfəqquh» insanın hər hansı bir şey barədə dərin və hər tərəfli məlumat əldə etməsinə deyilir.

Rağı İsfahani özünün “Mofrədat” adlı kitabında bu kəlməni belə izah edir: «Təfəqquh insanın zahirdən batinə yol tapmasına deyilir. Gözlə görünüb hiss olunan və hiss olunmayıb, dərk etmək təfəqquh deməkdir. Dində isə, təfəqquh insanın səthi məlumatlarla kifayətlənməyib, onun dərinliklərinə yol tapmasına deyilir».

Nəql olmuş hədislərdən birində deyilir «Gün gələr Quranın yalnız zahiri təlim olunar və İslamın adı qalar»36.

Əli (ə), Bəni-Üməyyə haqda söz düşdükdə, onların gələcəyi haqda deyir: Bəni-Üməyyə İslamın həqiqi mahiyyətini aradan aparıb, camaatın zahiri görünüşünü nümayiş etdirər».

Demək, biz İslamın iki cür, yəni həm onun həqiqi mahiyyətini, həm də zahiri görüşünü nəzərdə tutmalıyıq və nəyin bahasına olursa olsun, həqiqi mahiyyətini dərk etməyə çalışmalıyıq.

Dostlardan biri deyir: «Bir vaxtlar başım bərk qarışıq idi. Mənim üçün olduqca böyük əhəmiyyət kəsb edən və heç bir zəhməti olmayan iş üçün yaxın dostlarımdan birindən mənə kömək etməsini xahiş etdim. O, isə camaat namazına gedəcəyini və bunun üçün də mənə köməklik edə bilməyəcəyini bildirdi».

Düzdür, camaat namazında iştirak etməyin böyük savabı vardır və nəql olmuş bir çox hədis və rəvayətlərdə bu məsələyə xüsusi diqqət yetirilmişdir. Camaat namazının özü necə? Bunun fəlsəfəsi nədən ibarətdir? İslamın tövsiyə etdiyi bu məsədə ən başlıca mehribançılığın, səmimiyyətin artması, bir-birlərinin çətinlikləri ilə maraqlanıb onların aradan qaldırılması, kütlə halında namaz qılmaqla ruhiyyələrin güclənməsidir. Demək, namazın özü bu xeyirxah işin zahiri görünüşü, sadalanan məsələlər isə onun ruhu və mahiyyətidir.

Bütün bunlar İslamın zahir və batindən ibarət olduğuna dəlalət edir.

BU BARƏDƏ BİR MİSAL


Demək, təfəqquh lazım və zəruri məsələdir. İctihadı bütün dövrlərdə zəruri hesab edən və onu dini hərəkətə gətirəcək qüvvə adlandıran şəxslər də ilk növbədə məhz bunu nəzərə almışlar. Məsələn Ənfal surəsinin 60-cı ayəsində müsəlmanlara belə bir əmr olunur: «(Ey möminlər!) Allahın düşmənini öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirləri qarşı bacardığınız qədər qüvvə (cihad üçün bəslənən) döyüş atları tədarük edin».

Göründüyü kimi, ayədə nəyin nəzərdə tutulduğuna, yəni hədəf və məqsədə də işarə olunur.

İslam qüdrəti basılmaz bir dindir, bunu hamı etiraf edir. Vil Darant deyir: «Heç bir din İslam dini kimi öz tərəftarlarına qüdrət və çətinliyə dəvət etməmişdir. İslam, müsəlmanlara güclü və qüdrətli almağa tövsiyə, zəif və kimdənsə asılı olmağı isə, qətiyyətlə yasaq edir. İslam müsəlmanları bu düşmənlərinin ürəklərinə qorxu salmaq üçün qüdrətli olmağa çağırır. İndinin özündə də, böyük qüdrətli ölkələri öz tabeçiliyinə keçirmiş və onların qəlblərinə qorxu toxumunu səpmişdir. Quran, müsəlmanları qeyri-müsəlmanlar onlara hücum etməyə cürət etməsinlər və qəlblərində onlara qarşı qorxu yaranmasın deyə, mümkün qədər güc və qüdrət əldə etməyi əmr edir. Biri başqasına hücum etmək üçün həmçinin başqalarının təcavüzünün qarşısını almaq üçün təcavüzə məruz qalan şəxs qüdrətli olmalıdır. Quran qüdrətli olmağı yalnız təcavüzün qarşısını almaq və müdafiə üçün tövsiyə edir».

«Hər hansı bir camaata qarşı olan işiniz, sizi ədalətsizliyə sövq etməsin»37.

Düşmənlər həddi aşdıqda belə, onlara qarşı mübarizə aparərkən, həddi aşmamağı əmr edir və eyni zamanda İslam başqasına təcavüz etməyə icazə vermir.

Peyğəmbər (s)-ın sünnətinə nəzər saldıqda, fiqhdə “Səbq və rimayə” adlanan bir sıra adət və ənənələr meydana gətirdiyinin şahidi oluruq. Hər iki əməl, yəni «səbe» (at yürüşü) və «rimayə» (at almaq) İslam mövqeyi-nəzərindən müstəhəb və bəyənilmiş bir işdir. İslam bu iki şeydən başqa bütün çəkişmələri haram etmişdir. Əgər Peyğəmbər (s) at sürməyi və at almağı müsəlmanlara tövsiyə etmişsə, bu o deməkdirmi ki, onlar zamanın dəyişilməsinə baxmayaraq at almağa və at sürməyə davam etməli və bunu Peyğəmbər (s) sünnəti adlandıraraq, daim yaşatmalıdırlar? Xeyr. Belə bir nəticəyə gəlmək olduqca səhv və xoşsuzdur. Əgər Peyğəmbər (s)-ın yaşadığı dövrə nəzər salsaq, onun «bacardığınız qədər qüvvə tədarük görün» ayəsinin əməli olaraq həyata keçirdiyinin şahidi olacağıq. Peyğəmbər (s) o dövrün döyüş və müdafiə olma üsullarını nəzərə alaraq, müsəlmanlara belə bir dəyərli tövsiyə etmişdir.

Demək, İslamın məqsədi müsəlmanlara ox atmağı və at sürməyi tövsiyə etmək deyil, yaşadıqları şəraitə uyğun olaraq, döyüş vasitələrinə yiyələnib, düşmən müqabilində qüvvə toplamaqdır. Dində təfəqquh dəm dərindən düşünüb-daşınmaq da məhz buna deyilir.

DİGƏR BİR MİSAL


Başqa bir misal Nəhcül-bəlağədə deyilir: «Günlərin bir günü Əli (ə)-ın səhabələrindən biri ona etiraz edərək deyir: «Nə üçün saç saqqalına rəng vurmayırsan? Məgər Peyğəmbər (s) buyurmamışdımı, ağ tüklərinizi rəngləyin?». Əli (ə) onun dediklərini təsdiq etdi. Həmin şəxs bir daha nə üçün bunu etmədiyini soruşduqda, Əli (ə) buyurdu: «Peyğəmbər (s) belə bir hökmü ehtiyac duyulduğu zaman vermişdir. Belə ki, müsəlmanlar düşmənlə döyüş meydanında qarşı-qarşıya durduqda, ordunun böyük hissəsi çox yaşlı ağ saç şəxslər təşkil edirdi. Düşmən onların qoca olduğunu görüb ruhiyyələnməsin deyə, belə tədbirə əl atmış və müsəlmanlara saç saqqalların rəngləməyi əmr etmişdi. Verilən hökm o dövrə aid idi. Hal-hazırda isə buna heç bir ehtiyac yoxdur».

İslamın müsəlmanlara verdiyi ümumi hökm isə, daim sabit və diyişilməzdir. O da istər döyüş meydanında, istərsə də adi həyatda, qeyri-müsəlmanların müsəlmanlara ruhiyələnməsinə şərait yaratmamaq və onlara təhqir gözü ilə baxmağa yol verməməkdən ibarətdir. Bunun üçün də nəyin bahasına olursa olsun, hər bir mövcud çatışmamazlıqların aradan qalxmasında əlindən gələni əsirgəməmiş və müsəlman ictimaiyyətinin günü gündən güclənməsinə köməklik etmişdi.

İslam dininin ən başlıca xüsusiyyətlərindən biri də, zaman dəyişilməkdə olan ehtiyaclarını daim sabit və dəyişməz olan ehtiyaclarla əlaqələndirməkdən ibarətdir. Bu əlaqələri də yalnız müctehid üzə çıxarıb qəti hökm verə bilər. Bu da, İslamın daimi inkişafından xəbər verir.

Tarixə nəzər saldıqda, müxtəlif dövrlərdə müsəlmanlara bəzi geyimlərin haram olduğunun şahidi oluruq. Həmin dövrün mövcud şəraiti ilə yaxından tanış olduqda isə həmin geyimlərin haramlığının səbəbi bizə məlum olur. Məsələn bir vaxtlar müsəlmanlara başlarına şlyapa qoymaq haram edilmişdir. Həmin dövrə nəzər saldıqda, bizə məlum olur ki, o dövrdə yalnız məsihilər başlarına şlyapa qoymuş və onlar başqalarından bununla fərqlənirmişlər. Belə bir şəraitdə ad və şərəfinin qorunması üçün müsəlmanlara məsihilərə xas olan geyimlərdən istifadə etmək təbii ki, haram olmalı idi. Lakin illər ötüb keçmiş şlyapa və sair geyimlər tək məsihilər tərəfindən deyil, dil və milliyətindən asılı olmayaraq, digər millətlər tərəfindən də geniş şəkildə istifadə olunmağa başlamışdır. Yaranmış belə bir şəraitdə hər hansı bir paltarın haramlığına dair fitva vermək təbii ki, qeyri-məntiqi olardı.

Mənə belə gəlir ki, ictihad İslam dininin möcüzəvi xüsusiyyətlərindəndir. İctihad heç də o demək deyildir ki, hər hansı bir şəxs oturub elə hey eyni sözləri təkrar etmiş olsun. İslam elə bir yüksək xüsusiyyətə malikdir ki biz onu hərəkətə gətirmədən, özü-özünü hərəkətə gətirib bütün çətinlikləri aradan qaldırır. Özünün bir sıra qeyri-sabit və dəyişgən qanunlarını sabit qanunlarına tabe edib, öz ixtiyarını əldən vermir. Bu müqəddəs İlahi dinin insana bəxş etdiyi böyük nemətlərdən biri də, bəsirətdir.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə