Малик башга бир јердә дејир


ON ÜÇÜNCÜ FƏSİL ZAMANIN TƏLƏBLƏRİ (2)



Yüklə 1,54 Mb.
səhifə13/26
tarix16.08.2018
ölçüsü1,54 Mb.
#63623
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

ON ÜÇÜNCÜ FƏSİL

ZAMANIN TƏLƏBLƏRİ (2)


«Allah yanında yer üzündə gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar lallardır»29.

Bir qədər əvvəl qeyd etdik ki, zamanın tələb və ehtiyaclarını biz iki cür mənalndıra bilərik. Deyə bilərik ki, hər hansı bir dövrdə meydana gəlmiş yenilik əvvəllər mövcud olmadığı üçün həmin dövrə aiddir. Bunun üçün də, həmin yenilikləri qəbul edib onunla ayaqlaşmaq lazımdır. Bunu da qeyd etdik ki, zamanın tələbləri dedikdə, belə bir anlam əldə etmək olduqca səhv və əsassızdır. Çünki baş verən yeniliklər ya irəlləyiş və tərəqqidən, ya da ictimai pozuntulardan meydana gəlir. Bütün dövrlərdə bəşər hər iki cərəyanla qarşılaşa bilər. Demək, əgər hər hansı bir şey təzədirsə, heçdə o demək deyildir ki, biz onu hökmən qəbul etməliyik. Eyni qayda olaraq, hər hansı bir şeyin köhnə olması, onun yaxşı olmasına dəlalət etmir. Demək, hər hansı bir şeyin yaxşı olması, onun təzə və ya köhnə olmasından asılı deyildir. Belə ki, bir çox hallarda hər hansı bir şey yeni olmasına baxmayaraq, heç də özünü doğrultmayır. Zamanın tələb və ehtiyaclarına verilən başqa bir anlam, əhalinin əksər hissəsinin istək və zövqü ilə əlaqələndirilir.

Yəni insan daim yaşadığı cəmiyyətin (əhalisinin əksər hissəsinin) istək və nəzərlərinə tabe olub, onlarla həmahənglik etməlidirmi? Xeyr, Bu da düzgün deyildir. Beləki, bir çox hallarda əhalinin əksər hissəsi müxtəlif cərayanların təsiri altına düşərək, qeyri-məntiqi və insan təbiəti ilə tam ziddiyyətlik təşkil edən hər hansı bir şeyi müsbət qiymətləndirirlər. Bir qədər əvvəl biz bu barədə ətraflı söhbət etdik.

Lakin zamanın tələbləri üzərində düşünməli olduğumuz başqa bir anlam da (təfsirdə) verilmişdir. O da zamanın ehtiyacları məsələsidir. İnsan bütün dövrlərdə özünün həqiqi hədəflərinə çatmaq üçün ikinci dərəcəli hesab olunan bəzi şeylərə ehtiyac duyur. Yəni insanın bu ehtiyaclarından başqa birinci dərəcəli digər sabit ehtiyacları da vardır. Onun birinci dərəcəli sabit ehtiyacları ikinci dərəcəli qeyri-sabit və dəyişgən ehtiyaclarının meydana gəlməsinə səbəb olur.

İnsan bu ehtiyacların aradan qaldırılması üçün daim müxtəlif alət və vasitələr axtarır. Vasitə və alətlər isə daim dəyişilməkdə və inkişafda olur. Bəşəriyyətin qarşılaşdığı bu dəyişiyliklər zamanın tələblərini, zamanın ehtiyaclarına çevirmişdir. Məsələn, insan qış fəslində istiliyə ehtiyac duyur. İlin dörd fəsli nə qədər davam edəcəksə, onun istiliyə olan ehtiyacı da eyni qaydada olaraq davam edəcəkdir. Lakin fərqli olan insanın öz ehtiyaclarını hansı vasitə ilə aradan qaldırmasıdır. Məsələn, əvvəllər daşkömür ən başlıca istilik mənbəyi hesab olunurdu. Daşkömürə duyulan ehtiyac artdıqca, qiyməti də artırdı. İş o yerə gəlib çatdı ki, daşkömürə dair şer və təsniflər yazılmağa başladı. Məgər daşkömür bəşəriyyətin birinci dərəcəli ehtiyaclarından olmuşdurmu? Xeyr. Daşkömür insanların qızınması üçün istifadə olunan adi bir təbii sərvətdir. Beləki, sonralar onu neft əvəz etməyə başladı. Demək, istər daşkömür istərsə də neft, insanın ikinci dərəcəli ehtiyaclarındandır. Onun birinci dərəcəli ehtiyacı, istiliyi təmin etməkdir.

Zamanın tələbləri dəyişmir dedikdə, bir çox hallarda baxıb görürük ki, əslində dəyişilən zaman ehtiyaclarıdır. Belə ki, meydana gələn yeni alət və vasitələr daha ucuz, daha qüdrətli və istifadə olunması daha asandır. Hər bir alim və düşüncəli şəxsin qəbul etməli olduğu zamanın tələb və ehtiyacları da bundan ibarətdir. Bütün bunlar dediklərimizin xülasəsi idi. Lakin haqqında söhbət açmaq istədiyimiz şey, insanın sabit və qeyri-sabit (dəyişgən) ehtiyaclarıdır. Bəzilərinin fikrincə, insanın bütün ehtiyacları qeyri-sabit və dəyişgəndir. Ümumiyyətlə, insanın sabit ehtiyacı olmur və zaman dəyişdikcə, onun tələbləri, ehtiyacları da dəyişir. Bir vaxtlar daş ömürünə ehtiyac duymuşsa, zaman dəyişdikcə neftə və sair yanacaq məhsullarına ehtiyac duymağa başlamışdır. Əlbəttə, onların dedikləri həm maddiyata şamil olur, həm də mənəviyata. Dinə gəldikdə isə, onlar dinin mövcud olub-olmaması barədə söhbət açmağa hazır deyillər. Bu haqda deyirlər: «Bir vaxtlar bəşər dinə ehtiyac duyduğu halda, zamanı keçdikcə, dinə olan ehtiyacı yavaş-yavaş aradan qalxmışdır». Dinə ehtiyac duymadıqda isə təbii olaraq, daş kömür kimi, din də öz yerini başqa şeylə əvəz etməlidir. Materialistlər adətən belə bir məntiqə əsaslanmışlar. Onların fikrincə, dünyada heç bir şey sabit deyildir. Hər şey dəyişilməkdədir, bəşərin ehtiyac duduğu şeylərə bir zamanlar ehtiyac duyduğu üçün meydana gəlmiş və dövr dəyişməklə, ehtiyac duyduğu şeylər də ya öz mahiyyətini itirmiş, ya da məhv olub aradan getmişdir. Təəssüflər olsun ki, onlar minlərlə cavanı özlərinin belə bir məntiqi ilə haqdan uzaq salmışlar.


BU MƏSƏLƏYƏ FƏLSƏFİ BAXIŞ


Lakin biz bu məsələni açıqlamalıyıq. Bu ümumi qanunun mahiyyəti iki yolla açıqlanır. Onlardan biri fəlsəfi, digəri isə ictimai xarakteri daşıyır. Fəlsəfi xarakter dedikdə, dünyada heç nəyin sabit qalmadığı və hər şeyin dəyişiləcəyi, ictimai xaraker dedikdə isə, ictimaiyyətdəki hər bir şeyin ehtiyac üzündən meydana gəldiyi nəzərdə tutulur.

İctimai ehtiyaclar isə daim yenilməkdədir. Deməli, hər bir şey cəmiyətdə müvəqqəti olaraq qalır. Daim dəyişiklik və qeyri-sabitlik tərzi-təfəkkürü necə, düzgündürmü?

Hər şeyin daimi dəyişiklikdə olmasını qəbul etmək, heç də düzgün olmazdı. Lakin maddi aləmin qeyri-sabitliyi və diyişilməsi tamamilə düzgündür.

Yəni dünyada elə bir maddi varlıq tapmaq olmaz ki, yarandığı ilk gündən axıradək həmin xüsusiyyət və quruluşda qalmış olsun. Sizi əhatə edən dağlar yarandığı ilk gündən həmin quruluşda olmuşlar, lakin axıradək həminki kimi qalacaqlarmı? Dənizlər necə vardırlarsa, eləcə də qalacaqlarmı? Xeyr! İslam alimləri Nəml surəsinin 88-ci ayəsini aləmdəki varlıqların dəyişikliyinə dəlalət etdiyini bildirmişlər. Ayədə deyilir: «Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedirlər. Bu, hər şeyi bacarıqla yerli-yerində edən Allahın gördüyü işdir».

Dağ burada misal olaraq çəkilmişdir. Yəni aləmdə mövcud olan bütün varlıqlar qeyri-sabit və daim dəyişilməkdədir. Alimlərdən biri qədim zamanlardan bəri demişdir: «Yəni çayda çimən bir şəxs əgər səhəri günü yenə də həmin çayda çimərsə, nə su dünənki su olur, nə də şəxsin özü dünənki şəxs? Demək bir şəxsin eyni çayda iki dəfə çimməsi qeyri-mümkündür, aləmdəki maddə və varlıqların dəyişilməsində heç bir şəkk-şübhə yoxdur. Götürək, Xəzər dənizini. Coğrafi təhqiqatlar göstərir ki, yarandığı ilk gündən bu günümüzdədək, sahil ərazisində nəzərə çarpacaq dərəcədə dəyişiyliklər baş vermişdir. Qitələr arasında yaranmış fasilələri də buna bir misal çəkmək olar. Belə ki, qədim dünyanın ərazisinə nəzər saldıqda, qitələr arasında hal-hazırki fasilələrin mövcud olmadığının şahidi oluruq. Lakin illər, əsrlər keçdikcə yerin quru əraziləri bir-birindən ayrılmış və böyük qitələr halına düşmüşdür. Yer üzünün havasında baş verən dəyişiyliklərə nəzərə salın. Əlli il bundan əvvəlki soyuqları indi görmək olurmu? Dünyada hər şey köhnəlir. Gözə görünməyən atom zərrəciklərinin yaranma, intenivlik fəallıq (cavanlıq) fəaliyyətsizlik qocalıq mərhələsini keçirələr. Milyonlarla atom ölür və onların yerinə yeni milyonlarla atom meydana gəlir. Dünyada heç bir varlıq sabit və daimi deyildir. Ola bilsin, bəziləri bəzilərindən daha çox davam gətirsin, lakin əvvəl-axır onun da sonu gəlib çatacaqdır. Ənbiya surəsinin 34 və 35-ci ayələrində deyilir: «Səndən əvvəl də (dünyada) heç kəsə əbədi həyat (ölməməzlik). Belə olduğu təqdirdə, sən ölsən, onlar dirilmiş qalacaqlar?! Hər kəs ölümü dadacaqdır».

Əgər ayədəkihər kəskəlməsini zat məasında götürsək, ayənin mənası belə olacaqdır: «lakin hər şey daimi dəyişiklikdədir» deməyimiz düzgün olardımı? Xeyr! Belə ki, bəzi varlıqlarda baş verən dəyişiyliklər bir qədər fərqli olur. Bu varlıqlardan biri də, insan ruhudur. İnsan qocalır və xarici görünüşündə qocalıq əlamətləri özünü büruzə verir, lakin ruhu dəyişməz olaraq qalır.

İNSAN RUHUNUN SABİTLİYİ


Elm bunu sübut etmişdir ki, insan bədəni «sellul» adlanan kiçik hüceyrələrdən təşkil olunmuşdur və bu seylullar iki hissəyə bölünürlər: Əsəb və qeyri-əsəb selulları. Qeyri-əsəbi sellular həm yeniləşir, həm də köhnəlir. Bu məsələni bütün dövrün alimləri təsdiq etmişlər. Əsəb seylulları barədə isə bu fikirdədirlər ki, seylullar ölmür, lakin onların xarici görünüşü dəyişilir.

Demək, əgər bir insanın nəzərdə tutarsınızsa, sanki hər hansı bir insanı və ya məscidi nəzərdə tutmuş olursunuz. Əgər məscidin divarlarını, qapı pəncərələrini, günbəzini söküb yenidən tikərlərsə, bəlkə də kimsə bunun gördüyü həmin məscid olduğunu güman etsin. Lakin əslində, bu artıq həmin məscid deyildir. Əgər öz bədənimizə nəzər salsaq, bir neçə il ərzində onda nə qədər dəyişikliklərin baş verdiyinin şahidi olacağıq. Bədənimizdə dəyişikliklər necə baş verirsə, yenidən təmir olunan məscidin quruluşunda da həmin dəyişikliklər müşahidə olunur. Xarici görünüşümüz dəyişilsə də, daim sabit qalan bir həqiqət vardır, o da bizim şəxsiyətimizdir.

Əvəz etdiyimiz paltarlar kimi zahiri görünüşümüz dəyişildikdə, şəxsiyyətimiz daim sabit olaraq qalır və dəyişməyir. İbni Sinanın Bəhmənyar adlı olduqca zirək və bacarıqlı şagirdi var idi. Bəhmənyar əvvəllər zərtüşt dinində olmuş və sonralar İslamı qəbul etmişdir. Zamana dair irəli sürdüyü nəzəriyələrin birində demişdir: «Hər şeyi müəyyən edən zamandır. Zaman hər şeyin mahiyyətinin (zatının) bir hissəsini təşkil edir və zaman dəyişdiyi üçün demək hər şey dəyişiklikdədir».

İbni Sina şagirdinin bu fikiri ilə razılaşmayıb deyir: «Hər şey demək» heç də düzgün deyil. Lakin Bəhmənyar fikrindən əl çəkmək istəmir. Bir az keçdikdən sonra Bəhmənyar İbni Sinaya sual verir, lakin İbni Sina ona cavab vermir. Bəhmənyar nə üçün cavab vermədiyini soruşduqda, İbni Sina deyir: «Sualı kimə verirsənsə, ondan da cavabını gözlə. Bəhmənyar təəccüblənir. İbni Sina deyir: «Sən belə bir əqidədəsən ki, zaman dəişilməklə hər şey dəyişilmiş olur. Demək, əgər bir qədər əvvəl kiməsə sual vermiş olsan, zaman dəyişilməklə sual verdiyin şəkildə artıq həmin şəxs olmayacaqdır. Belə olduğu bir halda sən kimdən cavab gözləyirsən? Demək qəbul etməmisən ki, insanın şəxsiyyəti sabit və dəyişilməzdir. Sənində şəxsində şəxsiyyətin bir şagird kimi sabit və dəyişilməzdir».

Ruh haqda söhbət açmaq, hər şeyin daim dəyişiklikdə olduğunu hesab edən fəlsəfi ideologiyaya əks cavab verməkdir.

TƏBİƏT QANUNLARI SABİTDİR


«Hər şeyin dəyişməsi» və «qanunlar dəyişiyliklərdədir» dedikdə, bir-birinindən ayrı-ayrı mətləblər nəzərdə tutulur. Qanun, yəni əşyaların onun əsasında dəyişilməsi. Deyirik, dünyada heç bir quruluş olduğu kimi qalmır. Lakin həmin quruluş üçün mövcud olan qanun daim dəyişirmi? Xeyr! Qanunun özü dəyişilmədən sabit qalır. Məsələn, Darvin bu fikirdə idi ki, o canlılar üçün bir sıra qanunlar ixtira etmişdir. Lakin belə bir sual meydana gəlir. Darvin deyir bütün canlılar daim təkamül və dəyişilməkdədir, onun qanunları daim təkamül və dəyişilməkdədirmi? Yəni uşaq böyüdüyü kimi və ya Darvinin özünün dediyi kimi, dəyişilib, başqa bir növə düşür. Darvinin elmi qanunları daim dəyişilir? Xeyr! Bu qanunlar ilk gündən sabit olaraq dünyaya hakim olmuş, axıradək də sabit olaraq qalacaqdır. Digər qanunlar kimi ümumi cazibə qanunu da daim sabit və dəyişilməzdir. Əgər biz «Peyğəmbər (s) həmin bədənlə əbədi olaraq qalacaqdır desək» bəlkə də, kimsə fəlsəfə qanuna əsasən haqlı olaraq deyəcəkdir ki, heç bir varlıq əbədi olaraq qalmır. Demək, Peyğəmbər (s)-ın da əbədi olaraq qalması qeyri-mümkündür. Əgər biz şəxsin özünü nəzərdə tutsaq, tutulan irad tam əsaslı olardı. Lakin nəzərdə tutulan şəxsin özü, yəni xarici varlıq kimi mövcud olması deyil qanundur. Yəni Peyğəmbər (s)-ı həqqaniyyəti, Quranın onun haqda bizlərə verdiyi göstərişlərdir.

Başqa bir misal. Əgər kimsə, Quran ayələri yazılan kağızlar köhnəlmir deyirsə, bu o deməkdir ki, köhnəlməyən, kağız üzərində yazılan ayələrin məna və məfhumudur. Qanun köhnəlmədiyi kimi kağız üzərində yazılan ilahi qanunlar da (Quran ayələri) öz mahiyyətini itirmədən köhnəlmirlər.

Cisim köhnəlir və tədriclə, aradan gedir. Qanun isə həqiqətlə həmahəng olduqda, daim qüvvədə qalır və öz mahiyyətini itirmir. Həmahəng olmadıqda isə, bu deməkdir ki əvvəlcədən əsassız və düzgün olmamışdır. Demək, bəşəriyyətin daim bir sıra sabit qanunlarının mövcud olması, təbii bir haldır.

Bir anlıq Qurana nəzər salaq:

Rəhman surəsinin 26-cı ayəsində deyilir: «Yer üzündə olan hər kəs fanidir». Təkvir surəsinin 1 və 2-ci ayələrində isə deyilir: «Günəş (əmmamə kimi saralıb) sönəcəyi zaman; Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman».

Demək, bir gün günəşi və onun ətrafında dövr edən ulduzlarda köhnəlib aradan gedəcəkdir.

Göründüyü kimi, Quran aləmdə mövcud olan varlıqların (cisimlərin) əbədi olmadığını təsdiq edir. Lakin haqqında söhbət açdığımız, istədiyimiz şey cisim deyil qanundur. Dediklərimizdən məqsəd budur ki, bəşəriyyətin bir sıra daim sabit və dəyişilməz səmavi qanunları vardır.

Bəzən deyirlər; feodalizm köhnəldiyi üçün pisdir. Sanki əraziləri qarət edib yüzlərlə insanı şəxsi mənafeinə xatir işləməyə vardır edən belə bir istismarçı və zülmkar olmuş və indi köhnəldiyi üçün pisdir. Belə çıxır ki, eybi yalnız köhnəlmisindədir. “Feodolizm köhnəlmişdir” deyənlərə təəccüb edirəm. Məgər feodalizm təzə olduğu zaman yaxşı idimi ki, köhnəldikdə öz əhəmiyyətini itirsin? Feodalizm mövcud olduğu dövrdə nə qədər təhlükəli idisə, bu günlər də əgər mövcud olarsa, bir o qədər zərərli və təhlükəlidir. Yaranmış məhz belə bir tərzi təfəkkür, köhnə adət-ənənələrə mənfi münasibət bəsləməyə səbəb olmuşdur. Bəzən misal çəkərək deyirlər: «Məgər insan eyni paltarı nə qədər geyinməlidir?!».

Qəribədir hər şeyi geyimlə müqaisə etmək olarmı?!

Belə bir məntiqə əsaslanan şəxslər bilməlidirlər ki, onların istinad etdikləri belə bir mənafe tərzi-təfəkkür qanunlara deyil, maddi varlıqlara və cisimlərə sidq edir.


İCTİMAİ BAXIŞ


Bir qədər əvvəl haqqında söhbət açdığımız məsələyə, yə~ni zamanın tələblərinə qayıdaq. Qeyd etdik ki, bəşəriyyətin ehtiyaclarının bəziləri sabit və dəyişməz, bəziləri isə qeyri-sabit və dəyişgəndir.

Hər şeyin dəyişgən olduğunu hesab edən şəxslər, bu günlər hətta kommunistlərin belə qəbul etmədikləri «təxəyyül prinsipi»ni meydana gətirmişlər.

O da bundan ibarətdir ki, ictimaiyyətdə mövcud olan hər bir şey, o cümlədən sənət, din, əxlaq, siyasət, hüquq, məlumatlar, qəzavət, ailə və məişət və s. eyni kökdən nəşət tapır. Əgər kökündə dəyişiklik baş verərsə, həyatın bütün sahələrində dəyişikliklər baş vermiş olar. Hər şeyin kökünü iqtisadiyyatla bağlı olduğunu hesab edirlər. İqtisadi sahələrdə alət və vasitələr dəyişildiyi üçün bu dəyişikliklər həyatın digər sahələrinə də öz təsirini göstərir. Çünki bütün bunlar istehsal alətlərindən əldə olunan məhsullardır.

Lakin belə bir tərzi-təfəkkür olduqca səhv və əsassızdır. Çünki dediklərindən belə bir nəticəyə gəlmək olur ki, insanın bütün fəaliyyətləri qarnı üçündür. Daim bu sual məni özünə cəlb etmişdir. İnsaniyyətdən, ümum bəşər hüquqdan dəm vuran avropalılar, bəşəri necə tərif edirlər? Əgər bunu deyiriksə, dediklərimiz tamamilə düzdür, çünki «Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam»30 və «Biz, Adəm övladını şərəfli hörmətli elədik»31 ayələrinə etiqadımız var. Əgər siz insanın bütün fəaliyyətlərini qarnına xatir etdiyini hesab edirsinizsə, bəs insaniyyət dedikdə nə nəzərdə tutursunuz? Əgər incəsənətin, əxlaqın mənəviyyatın, dinin nəfsi ehtiyaclardan irəli gəldiyini hesab edirsinizsə, bəs insaniyyəti nədə və harada axtarmalıyıq? Belə olduğu bir halda, insanlarla heyvanlar arasında nə kimi fərq olacaqdır? Xeyr! Əgər insanın nəfsi varsa da, ağlı və şüuruda vardır.

O, gördüyü işlərin bir çoxunu nəfsinə xatir deyil, ağıl və şüuru buna hökm etdiyi üçün görür. Dinə etiqadı olduğu üçün bəzi işlərini də iqtisadi mənafelərinə xatir yerinə yetirir. Əlbəttə, biz ictimaiyyətin bir amil kimi fəaliyyətə səbəb olduğunu inkar etmək istəmirik. Biz, ibadətin insan qəlbində şölənən nur olduğunu deyirik.

İqtisadi mənafedən güzəşt, gözəl xüsusiyyətlərdəndir. Alimlərin bir çoxu elmə xatir iqtisadi mənafelərinə göz yummuşlar. Şah illər boyu İbni Sinanı zindanında saxladıqdan sonra başa düşür ki, onun barədə haqsız olaraq xəbərçilik etmişlər. Bunun üçün də onu azad etmək qərarına gəlir. Lakin İbni Sina şagirdlərini başına yığıb, onlara dərs verər və deyərdi: «Bizim bu soyuq zirzəmidə gördüyümüz bu iş var-dövlətdən və hakimiyyətdən daha yaxşıdır».

Demək, bəşər daha uca amalına xatir öz iqtisadi mənafeindən keçməyə belə hazırdır. “Bəşərin bütün ehtiyacları onun iqtisadiyyatı ilə bağlıdır və iqtisadiyyat dəyişgən olduğu üçün onun bütün ehtiyacları da dəyişgəndir” deyənlər, böyük səhvə yol vermiş olurlar.


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə