Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə4/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   2   3   4   5   6   7   8   9   ...   29

13 
məsafədə hər yüz metrdən bir duran televiziya kameraları 
qarşısında  gözdən  itib.  Ehtiyat  idmançıların  axatarışları 
heç bir nəticə verməyib. İdmançını səhərə qədər axtarsalar 
da tapa bilməyiblər". 
"Bu da sənin xəbərin!" deyə Maksim təəccüblənərək 
tanımadığı  Sobolun  halına  acıdı.  Axı  Sobol  heç  də 
tanınmamış  deyildi!  Son  aylarda  onun  şəkli  "Olimpiya 
qəzeti"nin  birinci  səhifəsini  bəzəyirdi,  özü  də  bir  neçə 
dəfə!  Və  görünür,  növbəti  olimpiadada  amerikalı 
idmançılar üçün onun əsas rəqib hesab edilməsi tamamilə 
mümkün idi. 
 
  
Bilici Babanın söylədikləri 
 
Filateliya poçt markalarının toplanması və poçtla bağlı 
markalı sənədlərin öyrənilməsi deməkdir; İngiltərədə 
yaranıb və ilk dəfə elə burada məktubların yola 
salınması üçün pul əvəzinə poçt markalarından istifadə 
olunub. Belarus poçt markaları ilk dəfə 1920-ci ildə 
Latviyada çap olunub. 
Poçt markası xüsusi işarəli kağızdır, milli poçt idarələri 
tərəfindən buraxılır və satılır. Adətən marka xırda ölçülü 
kağız parçadan ibarət olur; qıraqlarında xırda dişciklər 
var, arxasına isə yapışqanlı maddə sürtülür. 
Məkik – ağac materialından düzəldilən qayıqdır. Bir qayda 
olaraq onu palıddan, şamdan, ağcaqovaqdan 
düzəldirlər. Ölçüləri uzununa 2,5-dən 10 metrə qədər, 
eninə isə 1-1,5 metrə qədər olur. Belə məkiki təkpərli 
avarla idarə edirlər. XX əsrin əvvəllərində qayıq məkiki 
sıxışdırıb aradan çıxartdı. 
 


14 
 
Bütün ölkə idmançını axtarır 
 
Təklif gəldi ki, çay axınını dayandırsınlar. Nəticəsi 
nə ola bilər? İdmançı Sobol sağdırmı? 
 
 
əmin ərəfədə "Olimpiya qəzeti" mətbəədə çapa tam 
hazır olanda ölkənin Milli Olimpiya komitəsi ilə Su 
Ehtiyatlarının  mühafizəsi  üzrə  Baş  Departamentin 
birgə  iclası  keçirilirdi.  İclasın  gündəliyinə  bir  məsələ 
salmışdılar:  "İdmançını  tapmaq  və  həqiqəti  aşkar  etmək 
üçün Ptiç çayının axınını dəyişdirib onun suyunu sahələrə 
və  çöllərə  axıtmağa  dəyərmi?.."  Bu  məsələ  müzakirə 
olunarkən qəzetdə artıq iki xırda məqalə dərc olunmuşdu. 
Və  Maksimka  da  durduğu  yerdəcə  lal-dinməz  həyəcanla 
bu  məqalələrə  baxırdı.  Məqalələrdən  birinin  müəllifi 
çaylar  üzrə  ekspert,  Su  üzrə  Baş  Məsləhətçi  Stepan 
Pavloviç  Nemanski  idi.  O,  oxuculara  müraciətlə 
yazırdı:"Müasir mexanizmlər imkan verir ki, bir neçə saat 
ərzindəcə  çay  axınını  dayandıraq.  Novopolun  qarşısında 
tikilən  bir  neçə  mühərrikli  qapının  bağlanmasına  əmr 
verilsə, bu işi dərhal həll etmək olar. Su həddi aşınca axıb 
ətraf  ərazilərə  dağılacaq.  Lakin  sahələrə  və  çöllərə 
istiqamətlənəcək su ehtiyatlarına gəlincə burda məsələ bir 
qədər  qəlizləşir.  Təkcə  ona  görə  yox  ki,  çayətrafı  yüz 
metrlərlə torpaq ərazi bataqlığa çevriləcək. Təkcə ona görə 
yox ki, balıqlar otluqların içindəcə susuz qalıb məhv olub 
gedəcək. Həm də məlum deyil axı qunduz, su xərçəngi və 
Ptiçin  digər  canlı  varlıqlarının  başına  nə  oyun  gələcək! 
Axı siz də bilirsiniz ki, bu gün planetdə onların sayı bir elə 
çox  deyil.  Biz  hər  zaman  fəxr  etmişik  ki,  bizim  Ptiç 
çayımız  tərtəmizdir  və  o,  su  heyvanlarına  da  təhlükəsiz 
sığınacaq verib..." Maksimka qunduzlar barədə oxuyanda 


15 
daha çox kədərləndi. Bir dəfə məktəbdə ona demişdilər ki, 
son  yüz  ildə  Belarusda  qunduzların  artımı  uğurla  həyata 
keçirilir,  indi  onların  sayı  iki-üç  yüz  il  bundan 
qabaqkından  daha  çoxdur.  Hətta  Polesyanın  bəzi 
nöqtələrində  qunduzlar  özlərini  daha  çox  sahib  kimi 
aparırdılar.  Bütöv  çay  şəhərcikləri  salmışdılar,  bəndlər 
tikmişdilər,  subasar  otlaqlarda  bəndlər  quraşdırmışdılar. 
Xarici  kinomatoqraflar  bu  yerlərə  gəlməyi  xoşlayırdılar, 
çünki Avropanın heç bir yerində onlar qunduzun hakimlik 
istedadı  barədə  filmlər  çəkə  bilməzdilər.  Bu  dövrdə 
Belarusda qunduzların sayı təxminən 100 min idi. Əlbəttə, 
digər bir məsələ də vardı... Hesab edirdilər ki, qunduzlar 
Belarusda  iki  yüz  il  bundan  qabaq  tamam  yox  olub.  Və 
yalnız  XX  əssrin  30-cu  illərinin  əvvəllərində  bu  maraqlı 
zəhmətsevər  vəhşilərin  sürüsünü  Beryozin  çayında  aşkar 
ediblər...Maksimka  tarixi  kitablardan  bilirdi  ki,  dünyada 
elə  yaşayış  məntəqələri  var  ki,  oranın  sakinləri  yüz  illər 
ərzində qunduzu özləri üçün əsas dost və mühafizəçi hesab 
edirlər.  Hələ  yüz  il  əvvəl  Bobruyskda,  Mogilyevdə 
qunduza hətta heykəl də qoyublar. Hələ müxtəlif ölkələrin 
şəhər  gerblərində  bu  zəhmətkeş  heyvanın  obrazı  əks 
olunub:  məsələn,  Almaniyanın  Beverka  şəhərinin, 
Noveçin  Ompi,  İsveçrənin  Bibirşteyn,  Polşanın  Lomji, 
Rusiyanın  İskitima,  Fransanın  Vetrona...  şəhərlərinin 
gerblərində bu heyvanın əksi var. 
"Olimpiya  qəzeti"nin  müxbirlərinin  fövqəladə 
hadisəyə  şərh  verdiyi  ikinci  material  tanınmış  xilasedici 
Mixasya  Sergeyeviç  Polesskinin  müsahibəsi  idi. 
Maksimka bu adam haqqında əvvəllər də eşitmişdi. Bilirdi 
ki, Polesski itmiş bataqlıqların ölkəyə qaytarılmasında çox 
işlər görüb. Hələ üçüncü sinifdə oxuyarkən "Təbiəti qoru" 
dərsində Polesskinin şagirdi olmuş gənc müəllimə Oressa 
Pavlovna Lyubanskaya bu barədə onlara söyləmişdi. 


16 
"...Ptiç çayının axınını dayandırmaqla biz idmançını 
xilas  etməyə  cəhd  göstərə  bilərik.  Lakin  qayıq  və  elə 
Sobolun  özü  də  kifayət  qədər  ciddi  təchiz  ediliblər. 
İdmançının əyninə geydiyi rezin gödəkçə təhlükə zamanı 
şişir  və  əsl  rezin  qayığa  çevrilir.  Bundan  başqa  qayığın 
sahibi  qayığa  yüngül  qıfıllarla  bağlanıb.  Təhlükəli 
vəziyyət  yarananda  və  qayıq  aşanda  idmançı  suya 
tullanmağa imkan tapır. Bu halda qıfılın qayışları bir neçə 
metr uzanır. Və lazım olanda idmançı yenidən qayığa tərəf 
üzə  bilir.  Sobolla  bağlı  konkret  fikir  söyləmək  mənim 
üçün  çətindir.  Lakin  düşünürəm  ki,  Sobolun  düşdüyü 
burulğan  (televiziya  kameraları  bunu  çəkiblər)  qayığı 
çayın  dibinə,  yerin  qabığına  çırpıb.  Lakin  biz  bunun  lap 
dəqiqini çayın suyunu qurudandan sonra biləcəyik ". 
 
Maksimka  tanınmış  xilasedicinin  mülahizələri 
barədə düşünərkən təsəvvür etməyə çalışırdı: görəsən indi 
idmançı nə edir? Bəlkə elə o, özü çayın dibindən çıxmağa 
cəhd  edir,  ya  da  yerin  dərin  qatlarından  çıxmağa  çalışır? 
Əlbəttə,  Sobol  qeyri-adi  fiziki  gücə  malik  bir  adamdır. 
Buna  qətiyyən  şübhə  ola  bilməz.  Axı  torpaq  və  su  da 
inanılmaz  gücə  malikdir.  İnsan  heç  də  hər  zaman  onları 
ram edə bilmir. 
 
  
Bilici Babanın söylədikləri 
 
Ptiç Belarusda çaydır, suları 421 kilometrlik uzunluqda bir 
məsafədə- Minsk vilayəti, Mogilyov, Qomel boyunca axır. 
Ptiç Pripyat çayının sağ qoludur, öz növbəsində Dneprə 
tökülür. Çay Minsk vilayətinin Dzerjinsk rayonundakı 
Noreyka kəndindən bir kilometr qərb tərəfdən başlayır. 
Yaz daşqınları zamanı Ptiç sularının bir hissəsi Titovka 
və Treml vasitəsi ilə Svisloç çayına tökülür. 
 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə