MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə46/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   38   39   40   41   42   43   44   45   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
179 
  
Arılar  130  min  növ  bitkidə  tozlanma  prosesini  yaradaraq, 
Yer  kürəsində  bəsit  desək,  həyatın  varlığını  təmin  etmiş 
olurlar.  Çünki  həmin  130  min  bitki  bütün  Yer  kürəsinin 
oksigen  tələbatını  ödəməklə  yanaşı,  ekoloji  tarazlığın 
bərpasını  da  təmin  edir.  Tozlanma  prosesinin  ildən-ilə 
yavaşlaması  isə  sosial  terminologiyada  ekoloji  böhran 
adlanan, əslində isə ekoloji natarazlığı əmələ gətirir, kütləvi 
istiləşmə və havada maqnit induksiyasının artmasına gətirib 
çıxarır. 
“Missioner” arılar 
Özündə  xüsusi  və  hər  bir  incəliyinə  qədər  peşəkarlıq 
meyarlarına  cavab  verən  ―laboratoriya‖ya  sahib  olan  arı 
gündəlik  uçuşu  zamanı  iki  önəmli  işi  görür.  Hər  gün  də 
olmasa,  ara-sıra  qarşılaşdığımız  çiçəyə  qonan  arı  səhnəsi 
əslində bəşəriyyət üçün o anda oksigen balansını qorumaqla 
yanaşı,  öz  ―fabrik‖inin  məhsulu  olan  balı  da  hazırlayır.  
Hər  bir  bal  arısı  dayanmadan  gün  ərzində  20  min  çiçəyə 
qonur. Bir arı isə orta hesabla həyatı boyu 2 milyon kvadrat 
kilometr  qət  edir.  Arı  bir  çiçəyə  qonduqda  yapışqan,  sıx 
tükləri  çiçək  tozuna  bulaşır.  Sonra  həmin  bitkinin  başqa 
fərdinə  qonaraq  çiçək  tozlarını  ona  bulaşdırır.  Bu  vəzifənin 
icrasında  isə  maraqlı  bir  səhnə  meydana  gəlir.  Bal  arısı 
qızılgülə  qonsa,  ətrafdakı  qızılgül  çiçəkləri  bitənə  qədər 
başqa  növə  qonmur.  Bunun  səbəbi  isə  budur:  əgər  fərqli 
çiçəklərə  qonsaydı,  çiçək  tozları  fərqli  gül  növlərinə 
daşınacağına  görə  döllənmə  meydana  gəlməz  və  çiçəklərin 
nəsli kəsilərdi. Çiçək nəslinin var olması sırf estetik anlamda 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
180 
180 
qavranmamalıdır.  Arılar  onlarda  instinkt  kimi  formalaşan 
tanıma  qabiliyyəti  sayəsində  çiçək  növlərini  bir-birindən 
ayırd  edə   bilir.  Bu  ayırdetmə  bacarığı  çiçək  tozlanmasını 
pozmamaqla  yanaşı,  balın  tərkibinin  də  stabil  qalmasını 
təmin  edir.  Bəşəriyyətin  mövcudluğu  müddətində  əsrlərdir 
ki,  öz  mənəvi-elmi  aktuallığını  itirməyən  Quranda  da 
tozlanma,  bal,  ekoloji  tarazlığın  səbəbkarları  olan  arıların 
xüsusi missiyanı yerinə yetirmələri qeyd olunur. 
“Ən-Nəhl” surəsi 
―Rəbbin bal arısına belə vəhy etdi: ―Dağlarda, ağaclarda və 
(insanların)  qurduğu  yerlərdə  özünə  yuva  tik.  Sonra  bütün 
meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get! 
(O  arıların)  qarınlarında  insanlar  üçün  şəfa  olan  müxtəlif 
rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər 
üçün 
bir 
ibrət 
vardır!‖. 
Qurani-Kərimin  ―Ən-Nəhl‖  surəsi  bal  arılarının  Allah 
tərəfindən  hesablanmış  missionerlik  funksiyasını  çox  gözəl 
şəkildə  həyata  keçirir.  Təkcə  bunu  demək  kifayətdir  ki, 
dünyada  balın  azalması  belə,  bir-çox  fiziki  problemlərə 
gətirib  çıxara  bilər.  Təsadüfi  deyil  ki,  nanotexnologiyaların 
xüsusilə  də  tibb  sahəsində  surətlə  inkişaf  etməsinə 
baxmayaraq,  bal  ilə  müalicə  üsulu  günü-gündən  öz 
aktuallığını  artırır.  Apiterapiya  adlanan  bu  üsul  təkcə  bal 
deyil,  həmçinin  arı  südü,  arı  qonmasından  sonra  yaranan 
çiçək  tozu  və  arı  zəhəri  vasitəsilə  həyata  keçirilən  terapik 
metoddur. 
   
Dərmanların  müalicə  edə  bilmədiyini  arı  ilə  müalicə  etmək 
olur.  Arı  ilə  qabırğalararası  nevralgiyada,  üçlü sinir 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
181 
nevralgiyasında,  fəqərə  sütununun  osteoxandrozunda,  ürək-
damar 
xəstəliklərində, 
andrologiyada, 
urologiyada, 
ginekologiyada, 
pulmanologiyada, 
burun-boğaz 
xəstəliklərində,  oynaq  hərəkat  aparatı  xəstəliklərinin 
müalicəsində, 
dermotologiyada, 
ankologiyada, 
virus 
hipatitlərində  effektiv  müalicə  vasitəsi  kimi  istifadə  olunur. 
Hələ  eramızdan  əvvəl  IV  əsrdə  Makedoniyalı  İsgəndər 
Hindistanda 
vəfat 
etdiyi 
zaman 
onun 
meyitini 
Yunanıstanadək  uzaq  yolda  xarab  olma  və  iylənməkdən 
qorumaq üçün, bir müdrikin məsləhəti ilə təmiz balın içində 
aparıblar. Nəticədə meyit öz təzəliyini qətiyyən itirməyib.  
 
 
Arı ilə digər müalicə üsulu 
Arı ilə müalicə üsulunu ən çox tətbiq edən həkim Seyfəddin 
Əsəd arı balı ilə müalicə ilə yanaşı, arı sancmasının da çox 
vacib 
terapik 
metod 
olduğunu 
qeyd 
edir:  
 
―Arı  ilə müalicənin  ən  güclü  növü arı sancması ilə aparılır. 
Çünki  arı  zəhəri  xüsusilə  qiymətli  və  əvəzedilməz 
dərmandır.  Hətta  xeyli  sayda  iynənin  verdiyi  xeyirdən  arı 
sancması  daha  üstündür.  Misal  üçün,  beli,  ayağı  tutulmuş, 
ürəyində güclü ağrı ilə gələn xəstənin təkcə bir arı sancması 
bizdə  pristupu  dayanıb,  ağrı  kəsib.  Təmiz  balla  hazırlanan 
dərmanlarla  müalicə  metodu  da  mövcuddur.  Xüsusi 
hazırlanmış  bu  məlhəmlərə  mədə,  onikibarmaq  bağarsaq  
yarasını,  qastriti,  kaliti,  eroziyaları  yüz  faiz  müalicə  etmək 
olur.  Bədənin  gücü  bərpa  olunur.  Arı  məhsullarından 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
182 
182 
hazırlanan iynə və mazların çox güclü ağrı kəsici effekti var. 
Sevindirici  haldır  ki,  arı  ilə  müalicə  üsulunu  başa  düşən, 
qiymətləndirən adamlar günbəgün artır. ― 
Arıların məhvi bəşəriyyətə hansı “hədiyyə”ni verəcək 
Artıq  dünyanın  bir  çox  universitetlərində  və  elmi  tədqiqat 
müəssisələrində   arıların  kütləvi  yoxa  çıxması  qlobal 
problem  müstəvisində  araşdırılır.  Türkiyənin  də  bir  çox 
universitetləri  Albert  Eynşteynin  qoyduğu  yolla  getməklə 
arıların  qorunması  və  artırılmasına çalışır.  İngiltərə Arıçılar 
Birliyi hər il arıların yoxa çıxmasının fəsadlarını özündə əks 
etdirən hesabatla çıxış edir. Son hesabatda arıların məhvinin 
ekoloji  böhranla  yanaşı,  ərzaq  qıtlığına  da  gətirib  çıxacağı 
vurğulanır. Artıq Braziliya, Kanada, Hindistan, Çin, İngiltərə 
kimi böyük ölkələr arı qıtlığının fəsadlarını yaşamaqdadırlar. 
Azərbaycanda  da  dağ  və  dağətəyi  rayonlarda  ildən-ilə  bal 
ehtiyatının  azalması  arıların  kütləvi  şəkildə  azalmasına 
səbəb olur. 
Azalan tək bal olsa idi nə var idi ki?! 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
183 
 
 
Kəşfləri ilə dünya elminə töhfə vermiş 5 
Azərbaycan alimi 
Dünya elmində Azərbaycanın öz payı var. Kəşfləri ilə dünya 
elminə  töhfə  vermiş  müasir  Azərbaycan  alimlərinin  ilk 
beşliyini oxuculara təqdim edir: 
Yusif Məmmədəliyev    
Azərbaycan  SSR  EA  yarandıqdan  (1945)  sonra  onun  ilk 
prezidentlərindən  biri,  1954-1958-ci  illərdə  ADU-nun 
(indiki BDU) rektoru olub. Kəşfləri ilə dünya kimya elminə 
yeniliklər  gətirən  akademikin  adına  hətta  ixtirası  olduğu 
reaksiya  da  var.  ―Molotov  kokteytli‖ndən  tutmuş  SSRİ-də 
istehsalınadək bir çox böyük layihələrdə onun əməyi var. 
Lütfi Zadə 
Süni  intellekt  nəzəriyyəsinin,  eləcə  də  qeyri-səlis  məntiqin 
banisi  olan  dünya  şöhrətli  alim  Kaliforniyanın  Berkli 
Universitetinin  professorudur.  Qeyd  edək  ki,  həmin 
universitetin  ömürlük  professoru  seçilmiş  yeganə  şəxsdir. 
Süni  intellekt  nəzəriyyəsinin  banisi  kimi  tanınsa  da  onun 
digər  5  kəşfi  modern  dünya  üçün  əsil  inqilab  olub.  Həmin 
kəşflər  bunlardır:   təəssüratlar  nəzəriyyəsi,  sistemlər 
nəzəriyyəsi,  sözlə  işləyən  kompüter  nəzəriyyəsi,  optimal 
süzgəclər  nəzəriyyəsi  və  ―soft  kompyutinq‖.  Hazırda 
əsərlərinə ən çox istinad edilən alimdir. Təkcə 1990-2000-ci 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
184 
184 
illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib. 
Kərim Kərimov    
Dünyanın  raket  texnikasını  dərindən  bilən  tək-tük 
alimlərindən  biri.  Ali  məktəbə  sənəd  verərəkən  savadı 
yoxlanılaraq birdən-birə beşinci kursa qəbul edilən Kərimov 
müharibə  vaxtı  hərbi  sursatların  və  döyüş  mərmilərinin 
hazırlanması ilə məşğul olsa da, sonradan ömrünü tamamilə 
elmə həsr edib.  O ballistik  raketlərin radioölçmə sahəsində, 
kosmik parametrlərin və aparatların hazırlanmasında mühüm 
elmi  kəşflərə  imza  atmışdır.  ―Baykonur―  kosmodromu  və 
NASA  bəzi  işlərində  akademik,  general-leytenant  Kərim 
Kərimova çox minnətdardır. 
Xudu Məmmədov  
Dünya  şöhrətli  Azərbaycanlı  kristalloqraf,  geologiya-
mineralogiya 
elmləri 
doktoru, 
professor 
Xudu 
Məmmədovun  əsərlərindən  Amerika  ,  bütün  dünyada 
istifadə olunur. Mərhum alim bəzi əsərlərini hətta özü ingilis 
dilində  yazmışdı.  İndi  həmin  nəzəriyyələr  kristalloqrafiya 
elmi sahəsində əsas mayak rolunu oynayır. 50-dən çox üzvi 
liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu 
öyrənib,  tədqiqatlarında  elektronoqrafiya,  rentgen-spektral 
analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. 
O  həm  də  estetika  ilə  intellektuallığın,  fəlsəfə  ilə  elmin 
sintezini yaradanlardan biridir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
185 
Rafiq Əliyev   
Hazırda  həyatda  olan  Azərbaycan  alimləri  içərisində 
dünyada ən tanınmışıdır. Onun ali riyaziyyat , süni intellekt, 
kibernetika,  sinergetika  elmləri  sahəsində  apardığı 
fundamental  araşdırmalar  modern  dünya  təfəkkürünün 
formalaşmasında  əsaslı  rol  oynayıb.  Onun  dünya  çaplı 
kəşflərindən bir qisminin adını çəkirik: 
•  AL11,  AL12  və  AL13  qeyri-səlis  məntiqlərinin 
yaradılması 
• 
Qeyri-səlis 
modellərin 
adekvatlıq 
şərtlərinin 
formalaşdırılması 
•  Qeyri-səlis  intellektual  robotların  nəzəriyyəsi  və  qurulma 
prinsiplərinin işlənməsi 
•  ESPLAN  da  daxil  olmaqla  qeyri-səlis  ekspert  sistemlərin 
işlənməsi 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
186 
186 
 
Qərb elminin baniləri olmuş 10 İslam-Şərq alimi 
Hazırda  elmin  inkişafı  tam  olaraq  Qərb  dünyasının  adıyla 
bağlıdır. Şərq aləmində isə Yaponiya, Hindistan, Koreya və 
Çindən başqa digər ölkələrin elmi inkişafı isə demək olar ki, 
sıfır  səviyyəsindədir.  Amma  Orta  əsrlərin  İslam-Şərq 
ölkələrində  elə  bir  elmi-mədəni,  həmçinin  fəlsəfi  intibah 
olmuşdu  ki,  onların  yazdığı  əsərlər  və  etdikləri  kəşflər 
hazırkı Qərb elminin təməlini qoyub. Sizi həmin alimlər və 
onların  dünyanı  hələ  də  silkələyən  və  sonradan  Qərb 
dünyasının oğurladığı kəşflərlə tanış edirik: 
10. Fəxrəddin Razi 
XII əsr görkəmli fars filosofu tibb elminin dühalarından biri 
olub.  O,  məntiq,  riyaziyyat,  astronomiya  sahəsində  bir  sıra 
kəşflər  edib.  Əsas  və  oğurlanmış  kəşfləri:  cazibə  qanunu 
(Sonradan  İsaak  Nyutonun  adı  ilə  bağlanıb)  insan 
orqanizmində qızılca və çiçək xəstəlikləri. 
9. Qütbəddin Şirazi 
XII  əsrin  böyük  filosof,  təbib  və  diplomatı  olan  Qütbəddin 
Şirazi  1263-cü  ildə  İranın  Şiraz  şəhərində  anadan  olub. 
Nəsirəddin  Tusinin  ən  yaxın  silahdaşlarından  və 
tələbələrindən  sayılan  Qütbəddin  Şirazinin  Qərb  elminə 
təkan  vermiş  ixtirası:  göy  qurşağının  varlığı  və  onun  elmi 
yöndən təsnifatı.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
187 
8. Ağ Şəmsəddin 
XV əsrdə yaşamış alim Osmanlı imperiyasının mənəvi atası 
hesab  olunurdu.  Zamanının  böyük  övliyalarından  və 
filosoflarından  olan  Ağ  Şəmsəddin  tibb  və  astronomiya 
sahəsində  ən  çətin  kəşflərə  imza  atıb.  O,  əsasən  mikrobu 
kəşf etməklə Qərb elminə səs salmışdı. 
7. Ömər Xəyyam 
Onu  əsasən  şair  olaraq  tanısaq  da,  Ömər  Xəyyam  böyük 
alim kimi də dünyaya səs salıb. Aşiqanə rübailəri və eşqə aid 
qəzəlləri  onun  yaradıcılığının  ikinci  planında  yer  alır.  O, 
əslində  çox  böyük  riyaziyyatçı  və  astronomdur.  Dünya 
elminə təsir etmiş  kəşfləri:  həndəsədə  Binom düsturu, səma 
cisimləri barədə helosentrik nəzəriyyə (Kopernikdən əvvəl) 
6. Əl Fərabi 
X  əsrdə  yaşayan  türk  əsilli  filosof  ,  riyaziyyatçıdır.  Elmdə 
Aristoteldən  sonra  ―İkinci  müəllim‖  adını  qazanıb.  Onun 
dövlətçiliyə  və  məntiqə  aid  kəşfləri  indi  də  Avropa  elmi 
nəzəriyyəsində  aktuallığını  qoruyub  saxlayır.  Lakin  o  , 
modern  fizikada  səs  tezlikləri  və  səs  dalğalarının  fiziki 
şərhini verən alim kimi daha çox yadda qalır. 
5. İbn Rüsd 
Xİ  əsrin  böyük  ensiklopedik  alimi  Qərbdə  Averros  kimi 
tanınır.  Belə  ki,  onun  tibb  ,  fiqh,  məntiq  elmlərinə 
gətirdikləri  yenilik  Avropa  alimlərinin  bilik  mənbəyinə 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
188 
188 
çevrilib. O zamanında elə tibbi kəşflərə imza atıb ki, onları 
ancaq  çağdaş  texnologiya  ilə  yerinə  yetirmək  mümkün  idi. 
Ən böyük kəşfi isə  gözdəki torlu qişanın ixtirasıdır.  
4. Mövlana Cəlaləddin Rumi 
XII əsrin böyük övliyası , mövləvilik cərəyanının banisi olan 
Rumi  hazırda  dünya  təfəkkür  tərzinə  təsir  etmiş  5  böyük 
insan  sırasındadır.  O,  fəlsəfə,  psixologiya  sahələrində  elə 
kəşflərə  imza  atıb  ki,  Avropa  ancaq  XİX  –  XX  əsrlərdə 
onları tətbiq edə bilib. Ziqmund Freydin psixoanalizini buna 
aid etmək olar. 
3. Məhəmməd Əl Xarəzmi 
IX  əsrdə  yaşamış  alim  dəqiq  elmlər  sahəsində  əsil  inqilab 
edib.  Sıfır  rəqəmindən  istifadə  onun  adı  ilə  bağlıdır.  Ali 
riyaziyyatın  da  təməl  nöqtəsini  o  qoymuşdur.  Etdiyi  riyazi 
kəşflər  və  hesablamalar  modern  texnologiyanın  təməl 
nöqtəsi sayılır. 
2. Nəsirəddin Tusi 
XIII  əsrin  dahi  zəkası  və  Azərbaycan  elminin  bayraqdarı 
olan Tusi Avropanı indi də elmi nəzəriyyələrlə ―təmin edir‖. 
Həndəsə, cəbr, astronomiya və ali riyaziyyat sahəsində etdiyi 
kəşflər qərb elminin inkişaf səbəbi olub. Ən böyük kəşfi isə 
triqinometriyanın nəzəriyyəsidir. 
1. İbn Sina 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
189 
Nəinki  Şərq,  eləcə  də  dünya  tibbinin  atası  sayılan  İbn  Sina 
Avropanı  700  ildir  ki,  özünə  məftun  etməklə  məşğuldur. 
Avropada  Avissena  kimi  tanınan  alim  ―Şəfa―  kitabında 
yalnız  hazırkı  texnologiya  ilə  tətbiq  edilən  elmi  kəşflərə 
imza  atıb.  Zəmanəsinin  dahi  təbibi  adlandırılan  İbn  Sina 
müasir cərrahi metodların təməl nöqtəsini qoyub. Həmçinin 
daxili xəstəliklərin profilaktika və müalicəsi də onun adı ilə 
bağlıdır.  
 
 
 
 

Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə