MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə38/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   34   35   36   37   38   39   40   41   ...   46

www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
148 
148 
duyur.  Bizdə  bu  bəxtəvərlik  haçaq  olacaq,  Allah  bilir. 
Güneylilərə  kitablarımız  çatsaydı,  bəlkə  də  tirajın  hesabına 
pul  gələrdi.  Eləcə  də  Türkiyəyə.  Bu  anlamda  ruslar  yaxşı 
vəziyyətdədirlər,  gör  nə  qədər  adam  rusca  bilib  oxuyur. 
Ancaq  son  illər  rus  dili  bilənlərin  sayı  katastrofik  azalıb, 
deməli,  rus  ədəbiyyatını  da  maliyyə,  az  tiraj  problemi 
gözləyir.     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
149 
 
İlqar Əlfi: “Hər imkanlı yanında cadugər 
saxlayır
 
 
 
Müsahibimiz    uzun müddət  dövlət televiziyasında, hazırda 
isə  APA TV-də fərqli formatlı teleproqramla tamaşaçıların 
görüşünə gələn tərcüməçi-publisist İlqar Əlfioğludur. 
-  Sabirin  dövründəki  insanları  əsr  dindirə  bilməmişdi. 
Biz  indi  heç  olmasa  pıçıltı  ilə  də  olsa  əsrin  səsinə  səs 
verə bilirikmi? 
-  ―Əsrin  səsi‖  deyirik...  Amma  fərqinə  varmırıq  ki,  bu  səs 
heç  də  yekcins  deyil,  onun  içində  səslər  çoxdur.  Əsrin 
mənfili-müsbətli, bütün notları mozaik parçalar kimi bir not 
dəftərinə  yazılır və onun canlı musiqisini  yaradır.  İndi  biz 
ilk  növbədə  bu  musiqinin  bizə  hansı  ismarıclar 
göndərdiyini  aydınlaşdırmalıyıq  ki,  sizin  təbirinizlə  desək, 
ona  heç  olmasa,  pıçıltıyla  cavab  verə  bilək.  21-ci  əsr  bizə 
hansı  ismarıclar  göndərir? Ümumiyyətlə, biz hansı  dövrdə 
yaşayırıq,  hansı  dövrə  gedirik?  Mənə  qalsa,  deyərdim  ki, 
bəşəriyyətin  bu  dərəcədə  çaşqın  və  çarəsiz  qaldığı  dövr 
bütün tarix boyu olmayıb. Özü də söhbət tək bizdən getmir. 
Bir  ətrafınıza  baxın,  baş  verənlərə  diqqət  yetirin. 
Bəşəriyyət  iflas  ərəfəsindədir.  Söykəndiyimiz  mənəvi 
dəyərlər  sarsılıb,  ideal  sandığımız  və  tətbiq  etdiyimiz 
tərbiyə  sistemlərindən  gözləntilərimiz  vardı  -  ala  bilmirik, 
hamısı  puça  çıxır...  20  il  bundan  qabaq  övladlarımız  dinə 
meylləndi  –  sevindik.  Elə  bilirdik  din,  inanc,  iman  onları 
hidayət  edəcək,  özlərini  tanıyacaqlar,  bu  dünyaya  niyə 
gəldiklərinin  fərqinə  varıb,  səhv  yola  qədəm  basmaqdan 
sığortalanacaqlar.  Amma  bir  də  onda  ayıldıq  ki,  həmin  o 
―Əsrin səsi ‖ içində onların eşitdiyi bizim eşitdiklərimizdən 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
150 
150 
tam  fərqli  imiş...  Təriqətçilik,  cahillikdən  doğan 
barışmazlıq,  haqq  bildiyini  zor  gücünə  qəbul  etdirmək, 
yalançı  mənəvi  dəyərlər  uydurub,  onların  həyata  keçməsi 
naminə  vuruşmaq,  hətta  qan  tökmək...  Yaş  artdıqca  insan 
dərk edir ki, biz faili-muxtar yaradılsaq da, bir alətik. Özü 
də  elə  özümüz  kimilərin  aləti.  Biz  Yaradanın  ümidlərini 
doğrultmadıq,  qulağımıza  çalınan  həmin  o  musiqinin 
içindəki  səsləri  saf-çürük  etməyə,  həqiqətə  doğru  fəhmlə 
getməyə  özümüzdə  zəka,  güc,  təqva  tapmadıq  və  primitiv 
bir alətə çevrildik. Bu çox acınacaqlıdır. 
-  Niyə  XXI  əsrin  azərbaycanlısı  hələ  də  XX  əsrin 
əvvəllərində  var  olan  “Molla  Nəsrəddin”  jurnalının 
səhifələrində yaşayır? 
- Bu mental məsələdi. Bəli, 20-ci əsrin ―Molla Nəsrəddin‖ 
jurnalının səhifələrindən 21-ci əsrə boylanan yenə bizik və 
burda  təəccüblü  heç  nə  yoxdur.  100  ilə  xalq  fundamental 
səviyyədə  dəyişə  bilməz.  Empirik  yolla,  min-min  illər 
ərzində  qazandığımız  yüzcə  ildə  necə  dəyişə  bilər?  Və 
dünyada  kim  dəyişdi,  biz  qaldıq  ki?..  İnsan  ömrü  çox 
qısadır. 100 il ona görə bizə çox gəlir. 100 il ona görə bizə 
çox  gəlir  ki,  həyatımızı  dəyişən  kəşflərin  çoxu  son 
yüzilliklə bağlıdır. Amma mentalitet məsələsində 100 il bir 
neçə  əhəmiyyətsiz,  ötəri  ştrix  artırıb-azalda  bilər  –  başqa 
heç nə. 
-  XXI  əsrin  yeriyən  azərbaycanlısı  ibtidai  icma  və 
quldarlıq  dövrünün  stereotipləri  ilə  düşünəndə  ən  çox 
nəyə və kimə zərbə vurur? 
-  Stereotiplərlə  düşünmə  insanı  həmişə  gücsüz  edir  –  istər 
ibtidai icma, istər quldarlıq, feodalizm, sosializm, istərsə də 
kapitalizmin  stereotipləri  olsun.  Bu  formasiyaların  hamısı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
151 
həyat  tərzinə  gətirilən  yeniliklərlə  bağlı  üstqurumdur  və 
ilkin deyil. Düşünən insanda ilkin olan həyatının mənasını 
axtarmaqdır.  Yəni  məhz  bu  axtarışdır  onu  heyvandan 
fərqləndirən.  Yaradan  bizə  də,  heyvanlara  da  düzgün 
yaşamaq,  həyatda  uğur  qazanmaq  üçün  nə  lazımdırsa 
 hamısını  verib.  Amma  bizə  üstəlik  şüur  da  verib  və 
bununla  da  sınağa  çəkib.  Biz  içimizdə  olan  İlahi  ədalət 
hissini  məhz  şüurumuzun  ucbatından  itirmişik.  Və  indi 
düşünənlərimiz  demək  olar  ki,  hər  gün  heyvanlara  heyran 
qalır,  onların  həyat  harmoniyasına  həsəd  aparır.  Niyə 
heyvanlar  ədalətsizlik  etmir?  Niyə  yırtıcılar  yeyə 
biləcəyindən  artıq  ovlamır?  Niyə  heyvanlar  bizdən 
mərhəmətlidirlər? Niyə insanların böyük bir qismi öləndə, 
heyvan kimi asan can verə bilmir? Niyə həyatın məntiqi və 
ən  gözəl  nəticəsi  olan  ölümü  bir  bəla,  bir  haqsızlıq  kimi 
qəbul  edir?  Niyə  heyvandan  fərqli  olaraq,  insan  öz 
həyatından  daim  narazı  qalır  və  bu  narazılığına 
baxmayaraq,  yenə  ölmək  istəmir?  Bax,  bunların  üzərində 
düşünməyə  dəyər...Və  düşünənlər  bəşəriyyətin  bütün 
dövrlərində olub. 
- Ümumiyyətlə, düşüncə nədir? İnsan onunla ən çox nə 
edir: sürünür, uçur, yoxsa üzür? 
- Düşüncə şüuru formalaşdıran, insanı qat-qat güclü etmək 
potensialına malik yeganə alətdir. Biz əslində, Yaradanı da 
düşünərək tapmışıq, tanımışıq. Düşüncə bizə deyir ki, indi 
sivilizasiya  özünün  tamam  fərqli  dövrünə  qədəm  basıb. 
Əgər  indiyədək  insan  maddiyyat  dalınca  qaçaraq,  təcrübə 
toplayırdısa,  artıq  bu  maddi  resursları  mənəviyyatın 
kamilləşməsinə  yönəltmək  zamanıdır.  Bütün  tariximiz 
sübut  edir  ki,  maddiyyat  insanın  heç  bir  mənəvi  tələbatını 
ödəmək  gücündə  deyil.  Mənəvi  tələbatın  ödənməsi  sırf 
mənəvi kamilliklə bağlıdır. Yaradanın da bizdən gözləntisi 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə