MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə40/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   36   37   38   39   40   41   42   43   ...   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
155 
halda  söylədiklərini  sonradan  yozaraq,  gələcəyi  bilməyə 
can  atırdılar.  Belə  nümunələr  bütün  dinlərin  ezoterik 
hissəsiylə  məşğul  insanlarda  olub.  Bəs  Nostradamusun 
katranları?  Məgər  onlar  şüurunu  itirmiş  adamın 
sayıqlamalarına  oxşamır?   Bəs  ruhi  xəstələrin  dedikləri? 
Niyə  ruhi  xəstələr  bütün  dinlərdə  toxunulmaz, 
xaçpərəstlərdə  isə  az  qala  müqəddəs  sayılır?  Heç  bunun 
fərqindəsiniz?  Psixiatriya  iki  yüz  ildir  ki,  belə  xəstələri 
müalicə  etməyə  çalışır  və  tətbiq  etdiyimiz  metodlar  orta 
əsrlər inkvizisiyasının üsullarından heç fərqlənmir... Bütün 
bunlar isbat edir ki,  şüurdan kənarda bütöv  bir dünya var. 
İnsan şüuru bizə rahat yaşamaq imkanı verən bir çərçivədir 
və  onun  sərhədləri  İlahi  iradəylə  zaman-zaman  genişlənir, 
amma  bu  çərçivədən  kənarda  daha  çox  şey  var.  Bəzi 
fantastların  da  yazdıqları  belədir.  Məncə  onlar  da 
təxəyyüllərini  coşdurmaqla  normal  insan  şüurunun 
çərçivələrindən çıxaraq yazırdılar. 
-  Bu  günün  Azərbaycanının  “Yeni  dalğa”  çısı  kimi 
lütfən  deyərdiniz  -  bu  intellekt  ilə  bu  gün  biz  hara 
gedirik
– ―Yeni Dalğa‖ bir televiziya verilişidir və biz APA TV-yə 
minnətdar olmalıyıq ki, oxuyub öyrəndiklərimizi, düşünüb 
tapdıqlarımızı  bölüşmək  üçün  bizə  bir  imkan  yaradıb. 
Mənim  elə  bir  iddiam  yoxdur.  Sadəcə  olaraq,  istəyirəm 
insanlarımız  girdabında  boğulduqları  bəşəri,  amma  bəsit 
problemlərə  bir  az  fəlsəfi  baxsınlar,  çünki  daha  əzəmətli 
şeylər  var.  O  ki  qaldı  bu  şüurla  hara  getməyimizə,  bircə 
onu bilirəm ki, Yaradan hara aparırsa, ora da gedirik. Bizim 
şüurumuz  yalnız  özümüz,  öz  idrakımız  üçündür.  Hara 
getdiyimizi  müəyyən  etmək  üçün  nədən,  hansı 
zəruriyyətdən  və  necə  yarandığımızı  bilməliyik.  Bu  nə 
təcrübədir?  Yaradanın  bizdən  gözləntisi  nədir?  Bunları 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
156 
156 
bilmədən, hara getdiyimiz bilinməz. Çarəsizlik bizi sıxır  – 
bu bir faktdır. Amma çarə axtaran, onu tapmaq şansı olan 
insanları  ciddi  qəbul  etmirik.  Əvəzində  hər  imkanlı  adam 
özünü  müdafiə  etmək  üçün  yanında  sortbasort  cadugər 
saxlayır. Özü  də  bu  yalnız  bizim  bəlamız  deyil  –  bütün 
dünya  bu  gündədir.  Ağrılı  burasıdır  ki,  insanlar  mənəvi 
kamilləşmə baxımından son min ildə böyük deqradasiyaya 
uğrayıblar.  Elə  bu  səbəbdən  də  böyük  elmi  nailiyyətlər 
belə,  heç  bir  dərdimizə  çarə  olmur.  Tükənməz  nüvə 
enerjisini  atom  bombasına,  ziyanvericilələ  mübarizə  üçün 
tapdığımız  qazla  konslagerlərdə  insanları  məhv  edirik. 
Ezoterik  bilgilərlə  rəqiblərimizin  dilini-ağzını  bağlayırıq. 
Və  hər  seçkidə  dua  yazdırmaq  üçün  ceyran  dərisi 
axtarırıq... 
-  Ən  sonda  XXI  əsrin  azəri  gənclərinə  məsləhətlərinizi 
eşitmək istərdik 
-  Gənclərə  məsləhət  həmişə  verilir,  amma  onlar  daim 
düzgün  saydıqlarını  edirlər.  Odur  ki,  məsləhət  deməzdim, 
arzu  deyərdim.  Çox  oxusunlar  –  oxumaqdan,  bilməkdən 
ziyan  tapan  olmayıb  hələ.  Həm  də  düşünsünlər.  Həyatın 
mənası  barədə,  bu  həyatda  özlərinin  yeri  haqda 
fikirləşsinlər.  Yaratmağa  can  atsınlar.  Yaradan  insan 
Yaradana yaxınlaşır və çoxları üçün qapalı qalacaq qapılar 
yaradıcı  insanlar  üçün  açılır.  Yalançı  dəyərlər  uydurub, 
ömürlərini  puç  eləməsinlər.  Dünyamızı  gözəlləşdirməyə 
çalışsınlar.  Bir  fərd  olaraq,  bir  xalq  olaraq,  bir  millət 
olaraq,  özlərinə  rəva  bilmədiklərini,  kimsəyə  rəva 
bilməsinlər.  Bir  də  mərhəmətli  olsunlar  –  dünyanı  yalnız 
mərhəmət xilas edəcək. 
  
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
157 
 
 
 
 
 
IV Bölüm 
 
 
 
Maraqlı elmi məlumatlar 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
158 
158 
 
 
“Müəlliflik hüququ” pozulan məşhur 
Azərbaycan alimləri 
Orta  əsr  Azərbaycan  elm  və  mədəniyyətinin  bir  sıra  
yetirmələri  var  ki,  onlar  Şərq  intibahını  yaratmaqla  yanaşı, 
Qərb dünyasını da elmi boşluqlardan xilas etməyə çalışıblar. 
Doğrudur,  sonradan   ildırım  sürətilə  irəli  gedən  Avropa 
özünə  gələndən  sonra  bu  alimləri  bəyənməsə  də,  öz  təməl 
elmi  bünövrələrini  məhz  Şərq  (Azərbaycan)  dühalarının 
hesabına qurdular. 
Biz  elmi  yaradıcılıqları  ilə  Şərqlə  kifayətlənməyib,  Qərb 
dünyasına  da  töhfə  verən  Azərbaycan  alimlərinin  bir 
neçəsini təqdim edir: 
1.
 
Bəhmənyar 
 
Azərbaycani imzası ilə yazıb yaradan ilk alimdir. Şərq 
elminin bayraqdarı sayılan İbn Sinanın ən yaxşı 
tələbələrindən olan Bəhmənyarın fəlsəfəyə gətirdiyi yeni 
yanaşmalar, idrak metodları və dialektika formaları uzun 
müddət Qərb fəlsəfə nəzəriyyəçiləri və fəlsəfə tarixçiləri 
tərəfindən tədris obyekti olub. İbn Sina onun barəsində 
deyirdi: O mənə oğuldan artıqdır. Mən ona təlim tərbiyə 
vermiş və bu səviyyəyə gətirib çıxarmışam. Bəhmənyarın 
dialketikanın səbəb- nəticə, təsadüf-zərurət, materiya – 
forma əlaqələri bəhsində etdiyi yeniliklər hətta orta çağın 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə