Allahi Razi Salan İman



Yüklə 367,03 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix24.12.2017
ölçüsü367,03 Kb.
#17764
  1   2   3   4   5   6   7   8   9   ...   16


Allahi Razi 

Salan İman



Gözə Görünməyəni sanki 

görmüş kimi...

Əbdülhənnan




Allahi Razi 

Salan İman



Gözə Görünməyəni sanki 

görmüş kimi...

Əbdülhənnan

2014



Ayələr Müqəddəs Kitabdan götürülüb. 

Müqəddəs Kitab © MKŞ 2009 

Əhdi-Cədid © MKŞ 2009 (yeni tərcümə)

Allahı razı salan iman © 2014




4

Giriş


İman olmadan Allahı razı salmaq qeyri-mümkündür... 

(İbranilərə məktub 11:6)

Allahı yalnız imanla razı salmaq olar. Mən özümü Allahı razı 

salmaq istəyən adamlardan biri hesab edirəm. Bu araşdırmamın 

yeganə məqsədi də uca Yaradanı razı salmağın yolunu öyrənmək və 

ömür boyu bu yolla getməkdir. Əgər siz də Allahı razı salmağa can 

atırsınızsa, bu araşdırmamı maraqla oxuyacaqsınız. Mən Müqəddəs 

İncil Kitabına əsaslanaraq yazmağa çalışmışam. Şəxsən tanıdığım 

möhtərəm ağsaqqallar Menis Əbdünnur və Devid Adams və həmçinin 

bir neçə il əvvəl dünyasını dəyişib Rəbbimizin yanına getmiş Derek 

Prins və Lester Samral kimi imanlı Allah adamlarının Müqəddəs 

Kitabdan iman barədə öyrətdikləri təlimləri diqqətlə araşdırmışam 

və onların mülahizələrindən də burada istifadə etmişəm. Bu 

araşdırmamda mənə kömək edən Pavel və digər qardaşlarıma da 

minnətdarlığımı bildirirəm. Bütün bu inamlı adamların köməyi 

olmasaydı, bu kitab yazılmazdı.

İbranilərə məktubun 11-ci fəslinə “İman qəhrəmanları fəsli” də 

deyilir. Habil, Nuh, İbrahim, Musa kimi adamlar öz imanları ilə 

Allahı razı saldıqları üçün iman qəhrəmanı adına layiq görüldülər. 

İmanla yaşamağın ən parlaq nümunəsi İsa Məsih Özüdür. İsa Məsihin 

Bəşər  Oğlu  gələndə  yer  üzündə  iman  tapacaqmı?

[1]


 sualı bu 

gün bizə yönəlmişdir. O istəyir ki, biz də iman qəhrəmanları olaq. 

Qeyri-adi şücaəti, mərdliyi göstərənlərə qəhrəman deyirlər. Allaha 

imanımız da beləcə qeyri-adi olmalıdır. Gəlin, biz də cəsarətlə iman 

yolunu tutaq! İmanımız artsın və Rəbbimiz bizdən razı qalsın!

Əbdülhannan 

2008–2014

[1]


  Luka Müjdəsi 18:8


5

İman nədir?

İncil kitabı yunan dilində yazılmışdır. İncildə işlənən yunanca 

pistis kəlməsini isim şəklində iman, feil şəklində isə inanmaq deyə 

tərcümə etmək olar. Bundan əlavə, yunanca pistis azərbaycanca iki 

anlayışı: iman və sədaqəti özündə birləşdirir. İmanlı adam Allahın 

sədaqətinə inanır və özü sadiq olur. Buna görə də iman müəyyən 

yaxınlığı, dostluq münasibətini, Allahı tanımağı tələb edir. Ona 

inanmaq, etibar etmək və sadiq qalmaq iman üçün zəruri bir şərtdir.

İman sözünün bir mənası da inancdır, əqidədir. Allah, insan və s. 

haqqındakı düzgün təlimlərə də “iman” deyirlər. Lakin əqidə əməllə 

birləşməsə “ölü iman

[2]


 adlana bilər, çünki iman ancaq əqlən Allahla 

razılaşmaqdan ibarət deyildir. İman həm də Allaha sadiq qalmaq, 

özünü Ona həsr etmək deməkdir.

Bəzi insanlar deyirlər ki, “iman qüvvədir”. Bəzi müəllimlər 

imandan varlı və sağlam olmaq üçün bir alət kimi istifadə etməyi 

məsləhət görürlər, lakin biz iman haqqındakı bu fikri Müqəddəs 

Kitaba zidd sayırıq. İman, üç-beş qəpik atanda bir stəkan limonad 

verən avtomata bənzəməz — iman, yaşayan Allahla münasibətdir! 

Yalnız Allahla yaxınlıqdan, Rəbbimizin ayaqları altında oturub 

sözlərinə qulaq asmaqdan iman yaranır. İmanı magiyaya bənzətmək 

yalnışdır. İman sadəcə olaraq Allahın sədaqətinə ümid bağlayaraq 

Ona inanmaq deməkdir.

İman bütün qorxulara, şübhələrə və çətinliklərə baxmayaraq 

Allaha güvənmək deməkdir” (Selvin Hyus).

Demək  olar  ki,  bütün  günahlarımız,  zəifliklərimiz  Rəbbə 



güvənməməkdən meydana gəlir” (Hadson Teylor, Çində müjdəçi).

[2]


  Yaqubun məktubu 2:19–20


6

İman insanın özünə arxayın olmasının əksidir, çünki iman bir-



birinə güvənməyə və bir-birindən asılı olmağa əsaslanır” (Veyn 

Qrüdem).


İman əslində çox sadədir. Allah bir işi görəcəyini söyləyirsə, 

həmin  işi  etməmək,  Allahın  onu  edəcəyinə  inanmaq  iman 

deməkdir” (Con Makkey).

İbranilərə Məktubun 11-ci fəsli bu cümlədən başlayır: “İman ümid 



edilənlərə  etibar  etmək,  görünməyən  şeylərə  əmin  olmaqdır” 

(İbranilərə Məktub 11:1).

İman və ümid məhəbbət kimi əbədidir

[3]


. İman, ümid edilənlərə 

etibar etməkdir. Demək, iman ümidlə bağlıdır. İncildə “ümid” kəlməsi 

xüsusi məna daşıyır. Biz gündəlik həyatımızda arzu etdiyimiz, 

amma tam əmin olmadığımız bir iş haqqında “ümid edirəm” deyirik, 

İncildə isə hələ görünməyən və baş verməyən işlərin tam əminliklə 

gözlənilməsinə ümid deyilir. “Çünki biz ümidlə xilas olduq. Amma 



gözə görünən ümid ümid deyil. Axı kim gördüyü şeyə ümid edər? 

Amma görmədiyimiz şeyə ümid edəndə onu səbirlə gözləyirik

[4]


İbrahim peyğəmbər imanda “hamımızın atası

[5]

 sayılır. O, Allahın 



vədini aldıqdan sonra hələ görmədiyi şeyə ümid etdi, onu səbirlə 

gözlədi. O, Allahın “ölülərə  həyat  verən,  yoxluqdan  varlıq 



yaradan

[6]


 Rəbb olduğuna inandı; “heç bir ümid olmadığı halda 

İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı

[7]


. İbrahim 

ümidlə inandı” sözləri o deməkdir ki, onun həm ümidi, həm də 

imanı var idi. O, Allaha inandı, Allahın vədlərinin həyata keçəcəyinə 

ümid etdi. Bu gün bizim imanımız da belədir: biz Allaha inanır, 

Onun bizə verdiyi vədlərin həyata keçəcəyinə ümid edirik.

[3]


  1-ci Korinflilərə 13:13 “İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma 

bunların arasında məhəbbət üstündür.

[4]


  Romalılara 8:24–25

[5]


  Romalılara 4:16

[6]


  Romalılara 4:17

[7]


  Romalılara 4:18


Yüklə 367,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə