MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə42/46
tarix22.11.2017
ölçüsü2,89 Kb.
#11609
1   ...   38   39   40   41   42   43   44   45   46

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
163 
UNESCO  Rəssamlar  İttifaqının  üzvü  olan  rəssam  həm  də 
dünyada nüfuza malik olan Rusiya Rəssamlıq akademiyasının 
da  üzvü  seçilib.  Qeyd  edək  ki,  həmin  akademiyanın  1757-ci 
ildən bu günə qədər yalnız 112 üzvü var. 
Əzizə Mustafazadə 
1969-cu  ildə  Bakıda  məşhur  cazmen  Vaqif  Mustafazadənin 
ailəsində  dünyaya  gələn  Əzizə  Mustafazadə  hazırda  anası 
Eliza  xanımla  birgə  Almaniyada  yaşayır.  ―Dünya  caz 
kraliçası‖  musiqilərində  atasının  qoyduğu  cığırla,  yəni  cazla 
muğamı birləşdirməklə uğur qazanıb. Bu fərqli ifa səbəbindən 
Əzizə Mustafazadə həm Amerika, həm də Avropada sevilir. 
Fərəc Qarayev 
Bəstəkarın Qarayev soyadı elə onun ilk ―pasport‖udur. Dünya 
səviyyəli  bəstəkar  Qara  Qarayevin  oğlu  olan  Fərəc  gənc 
yaşlarından 
atasından 
musiqinin 
sirlərini 
öyrənib. 
Konservatoriyada  da  atasının  sinfini  bitirib. Elə  bitirən  ildən 
(1966)  də  Аzərbаycаn  Kоnsеrvаtоriyаsındа  dərs  dеməyə 
bаşlаyıb.  1991-ci  ildən fаsilələrlə  Bаkı  və Mоskvаdа  yаşаyır. 
1999-cu  ildən  Mоskvа 
Kоnsеrvаtоriyаsının  nəzəriyyə 
kаfеdrаsının prоfеssоrudur.  
Teymur Rzayev   
Xarici 
ölkələrdə 
yaşayan 
azərbaycanlı 
rəssamların 
koordinatoru,  tanınmış  rəssam  Teymur  Rzayev  1959-cu  ildə 
Bakıda  anadan  olub.  Əzim  Əzimzadə  adına  Azərbaycan 
Dövlət  Rəssamlıq  Akademiyasını  bitirib.  Onun  yaratdığı  bir 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
164 
164 
əsər  İstanbul  bələdiyyəsinin  keçmiş  sədri,  Yeditəpə 
Universitetinin  rektoru  Bədrəddin  Dalan  tərəfindən  böyük 
rəğbətlə qarşılanıb. 1993-cü ildən T. Rzayev Bədrəddin Dalan 
tərəfindən  İstanbula  dəvət  edilib.  1994-2006-cı  ilədək  İstək 
Kamal  Atatürk  Gözəl  Sənətlər  Liseyinin  rəsm  bölümündə 
çalışıb.  2005-ci  ildə  Türkiyə  Ulusal  Komitəsi  Rəsm 
Bölümünün  üzvüdür.  2006-cı  ildən  etibarən  Yeditəpə 
Universiteti gözəl sənətlər fakültəsində müəllim kimi fəaliyyət 
göstərir.  
Cahangir Novruzov 
Azərbaycanın gülüş kraliçası Nəsibə Zeynalovanın oğlu, xalq 
artisti  Cahangir  Novruzovu  yəqin  ki,  hamı  tanıyır. 
Azərbaycanın əməkdar incəsənət xadimi olan Novruzov 1995-
ci ildən qardaş Türkiyə Cümhuriyyətində dərs deyir. O, Adana 
şəhərinin Çukurova Universitetinin müəllimidir. 
Əli Herisçi 
Əslən Güney Azərbaycandan olan rəssam tanınmış alim Qafar 
Kəndli-Herisçinin  oğlu,  yazıçı  Həmid  Herisçinin  qardaşıdır. 
Bakıda Mədəniyyət və İncəsənət universitetini bitirib. 1990-cı 
ildən  isə  qardaş  Türkiyədə  yaradıcı  və  pedaqoji  fəaliyyətini 
davam  etdirir.  Herisçi  1992-ci  ildən  Qazi  Universitetinin 
müəllimidir 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar 
165 
Firəngiz Rəhimbəyova 
 
 
―Bəxt  üzüyü‖nün  Sedası  kimi  vətəndə  tanınmağa  başladığı 
vaxt  ölkəni  tərk  etməli  olub.  Uzun  müddətdir  Amerikada 
yaşayan  aktrisa  həm  müğənni,  həm  də  aktrisa  kimi  fəaliyyət 
göstərir. 
Xədicə Abbasova  
Emin  Sabitoğlunun  əsrarəngiz  musiqilərinin  əsas  ilham 
mənbəyi olan Xədicə Abbasova  bəstəkarın ölümündən sonra 
musiqidən  tamamilə  ayrılıb.  Onunla  evləndikdən  sonra 
bəstəkarın  həyatı  dəyişib.  1994-cü  ildə  isə  onlar  yenicə 
müstəqillik qazanmış Azərbaycanı tərk edərək qardaş ölkəyə - 
Türkiyəyə 
çalışmağa 
gediblər.  
Bəstəkar  1994-cü  ildən  ömrünün  sonunadək  Türkiyədə 
pedaqoji  fəaliyyətini  davam  etdirərək  İstanbul  Texniki 
Universitetinin  ―Türk  xalq  musiqisi‖  şöbəsində  işləyib.  
Xədicə xanım isə universitetlərin birində ingilis dili müəllimi 
kimi  çalışıb.  2000-ci  ildə  bəstəkarın  vəfat  etməsi  Xədicə 
Abbasovanı  da  tədricən  musiqi  aləmindən  uzaq  salıb.  
Emin  Sabitoğlunun  vəfatından  bir  müddət  sonra  Xədicə 
Abbasova  müğənniliyi  ataraq  biznes  fəaliyyəti  ilə  məşğul 
olmağa başlayıb. Bu gün artıq o, işgüzar xanım kimi fəaliyyət 
göstərir.  
 
 


www.elmler.net
 - 
Virtual İnterne
t Resurs M
ərkəzi
 
         
Elmin Nurizadə             Sufizm: gizli elmlərə haqqında araşdırmalar
 
166 
166 
 
Əlixan Səmədov 
Azərbaycan  Pedaqoji  İnstitutunu   bitirən  Əlixan  Səmədov 
nəfəs  alətlərini  Türkiyədə  daha  da  tanıdan  ifaçıdır.  1993-cü 
ildə  musiqi  sənətini  daha  da  inkişaf  etdirmək  məqsədi 
ilə Türkiyəyə   köçən  Səmədov  balabanı  ilə  qısa  müddətdə 
böyük  dinləyici  kütləsi  qazanıb.  ―Balaban  metodu‖  kitabının 
müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb.  
Fərhad Hüseynov 
Hazırda  Rusiyada  yaşayan  Fərhad  Hüseynov  ―Mosfilm‖in 
aktyorudur.  Rusiyanın  məşhur  ―Yasmin‖  seriyalında  da 
çəkilib. Hüseynov vətəndə ―Uzun ömrün akkordları‖, Gümüşü 
furqon‖,  ―Gürzə  ‖,  ―Şeytan  göz  qabağında‖  filmlərində 
çəkilib. 
Bunlar  təbii  ki,  xaricə   ―axan  yaradıcı  ruhların‖  kiçik  bir 
hissəsidir. Onu demək kifayətdir ki, təkcə Türkiyədə vətəndə 
uğur  qazana  bilməyib  çalışan  rəssamlarımızın  sayı  30-dan 
çoxdur: 
Ədalət  Qara,  Arif  Ələsgərov,  Asim  Rəsuloğlu,  Elçin 
Mustafayev,  Fatma  Dəmir  Quliyeva,  İsmail  Hüseynov,  Lalə 
Avşar,  Lətafət  Məmmədova,  Mənsur  Cəfərov,  Məhəmməd 
Yüzbaşıyev,  Məhər  Bayramov,  Məhəmməd  Şirzad,  Məzahir 
Ərtuğ  Avşar,  Məhəmməd  Əliyev,  Nazim  Məmməd,  Pərvanə 
Əlizadə, Rafiq Əziz, Rahim Məhmədov, Rəsul Rzayev, Sabir 
Mehdiyev,  Sadiq  Babayev,  Səid  Rüstəm,  Sənan  Eynullayev, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə