www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
45
Bir gün üzünə durar –
Səni yaxın buraxmaz –
Bir – birini tanımaz
əlin,gözün,ürəyin...
incidiyin ömür də
bu yadlığın içində
olmaz daha gərəyin...
Hər Ģey unudular
xatirələrdə...
Bu qədər uzaqlığa
kimsənin əli çatmaz...
Yuxular da ,yollar da
bir də dönməz geriyə,
Hisslərin kölgəsində
zaman arxayın yatmaz...
Hərdən vaxtdan oğurlanan
Göz yaĢları səslənər,
Qapını döyər xəlvət...
Gözü arxada qalan
ömrü yalnız buraxmaz...
Haqsızlıqdır hər kəsə -
Bu dünya unutduğu
Kimsə üçün darıxmaz...
******
Yalan söylədim...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
46
Özüm – özümə ...
Qorxdum
Yıxılan ümidlərin gözünə baxmağa,
Məni dəfn edənlərin arasında özüm də
vardım...
Gözlərim açıq idi,
Ehtiyac yox idi daha kimsəni
aldatmağa...
Göz yaĢları intihar etmiĢ
Etirafından öncə...
Çata bilmədim arxasınca,
Deyəcəkdim əfv olunduğunu...
Vəfatından öncə...
***
Dostlarıma
Dostlarım da özüm kimi...
Sadə,kasıb...
Üzümüzdə vətən Ģəkli...
Bir az qırıq,bir az sınıq...
Könlümüzdə vətən dərdi
Bir az yazıq,bir az yanıq...
Nə vəzifə zəncirimiz,
Nə kreslo kəndirimiz,
Nə mükafat dərdimiz var,
Ağlımız hələ yerində,
Qəlbimiz hələ yerində...
Nə ortaqlıq,nə Ģəriklik,
Nə də oyun Ģərtimiz var...
Kimdən kimə gileylənək,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
47
Təsəlliyə bizə möhtac
dünənlərin,sabahların
ağrısını kimə deyək?
Qarnı dolu,cibi dolu,
qafası boĢ nakəslərmi
bizə bir yol göstərəcək?
Mənliyinin ləyaqəti
adındakı pulu qədər
olanlarmı dərd çəkəcək?
Kasıb dostlar,sıxılmayın,
Üst-baĢınız nimdaĢ,culaz,
Təmtəraqlı eviniz yox,
Pul kisəniz kiçik, dayaz...
Ġmkanınız bir nahara
çatmaz bəzən,
utanarsız...
manatları,qəpikləri
bir-birinə calamaqdan
usanarsız...
Haqqımızı əlimizdən alanların
baxmayın dik yeriĢinə,
Ac gözlərin nəfsləri
çıxıb final yürüĢünə...
Bir-birindən tuta-tuta,
Bir -birini uda-uda ,
Bir- birinə ata-ata...
DırmaĢırlar
heçliklərdə yox olmağa,
DırmaĢırlar yoxluqlardan yıxılmağa...
Kasıb dostlar,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
48
Üzülməyin kasadlığın boz üzünə,
Bərkin-boĢun sərtliyinə,
Üzülməyin,
Bu torpağın bünövrəsi, təməl daĢı,
dağı,daĢı,düzü bizik,
bu torpağın suyu bizik,duzu bizik,
Bətnindəki Ģirəsindən qüvvət çəkən
əzmi bizik,gücü bizik,
Vətən bizik,
Bütün bizik,
Dərdi bizim dərdimizdir,
Köksündəki çarpaz dağlar bizimkidir,
Sağalmayan yaraları bizimkidir,
Axıdılan qızıl qanı bizimkidir,
Incidilən Ģirin canı bizimkidir...
Vətən bizik,
Bütün bizik,
Vətən-bizim gözümüzdə göz yaĢımız,
Gövdəmizin üzərində mərd baĢımız...
Uca tutun baĢınızı,mətin dostlar ,
ağır dostlar,çətin dostlar,
Torpaqla qan qarıĢdırıb,
Vətənlə can yaĢayırıq,
Uca tutun baĢınızı,
Çiynimizdə Azərbaycan daĢıyırıq!
***
Əhval...
Payızla qaldım göz-gözə...
Dumanına çəkildim...