www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
57
Içi doldurulmuĢ hava Ģarı tək,
Bir tikan ucunda məhv olub gedər...
Bir damla göz yaĢı dərya tək dərin,
Böyük gəmiləri çəkər dibinə...
Dünyanın ən uzaq ulduzları da...
Bir damla yaĢ ilə çökər dərinə...
Ayıra bilməzsən...biri-birindən,
Bir damla yağıĢla böyük dənizi...
Bir damla göz yaĢı axarsa qəlbdən,
Günaha bürünər bütün yer üzü...
***
Atdın yalanını...
BaĢımın iĢığında bir otaq var- qaranlıq...
Açsam, məğlub gözlərin qanı sıçrar
üzünə...
Divarlarda gizlənir qorxuların döyüĢü...
Hər kəs yorğun ,üzülmüĢ,
Yox olmaqdan usanmıĢ...
Haqsızlıqlar çəkilir günahların içinə...
Yazıq...
çarəsi yoxmuĢ qəsd edənin özünə...
Sən bəsit yalanını sürüdün
dolambaclara...
Gizlənmək istədin görünməz qalaçada...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
58
Nə qapı,nə pəncərə,
Nə yol qoydun çıxmağa...
Hörüldün baĢ daĢı tək
Yoxluğunun üstünə...
Bəlkə də , sorğulardan,
gizlənməkdən yoruldun...
Qurtulmaq istədin sən
arxanca qovan haqdan...
Kölgələr böyüdükcə
Qorxdun sərt döngələrdən...
Bəlkə də ,atıb qaçdın yalanını üstümə ...
Bəlkə də...atıb qaçdın yalanını üstümə
...
Sən ölməyi bilmirsən,
Heç zaman ölməmisən...
Əcəlin zəhərini heç zaman
dadmamısan...
Yaralı ürəyini qoparıb udmamısan...
Bilmirsən ölüm nədir...
Görməmisən damardan
Necə axıb gedir qan...
Bilmirsən necə çıxır...ayrılıb ağrıyır
can...
Sən əzabın heç
zaman zövqünü
duymamısan...
Sən ölümü heç zaman sevib kam
almamısan...
Yalanını yarıda atıb getdin üstümə...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
59
Günahının sığdığı tabut yox idi , - deyə
...
Kimsə qoyub getməzdi yerdə yiyəsiz
ahı,
Kimsə bağıĢlamazdı etirafsız günahı...
Sən heç xatırlamadın...
qeyb etdiyin Allahı...
***
Dua...
Gecə səcdəgahda...
dualarımı
dodaqlarım deyil..gözlərım oxudu...
Nə fərqi,
sözlər də , göz yaĢları da
könül iĢgəncəsidir...
Bəlkə,dünyanın deyil,
tək mənim ruhumun
qiyamət gecəsidir...
Bəlkə..mənim əzabım
uzaqdan xəlvət baxan iblis
əyləncəsidir...
Allahı belə incitmək olmaz...
Ağrıtmaq olmaz...
Günahdır bu qədər zülmə tablamaq...
özündə bu qədər ahı saxlamaq,
günahdır namaz üstə ağlamaq...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
60
Günahdır
ola bilməyəcəyin
duaların adamı olmaq...
Allahın götürə bilməyəcəyi dərdi
daĢımaq...
Günahdır bu yaradan ölüb yaĢamaq...
***
Metroda...
Qapılar bağlandı...
qəfil önündə...
Don vurmuĢ sifətlər min bir çeĢiddə...
Qalın,səs keçməyən ĢüĢələr kimi,
DaĢlaĢan üzlər də itdi keçiddə...
Səni götürmədi, keçdi bu qatar...
Yəqin,gözləyən var son duracaqda...
Səndən əvvəl minən səhv ümidlərin...
DüĢəcək növbəti dayanacaqda...
Üzülmə...bu qatar sənin deyildi...
Bəlkə,hikməti var bu gecikməyin...
Səni yarı yolda atıb gedərdi,
DüĢüb qəhr olardı zülüm çəkməyin...
Bəlkə,heç mənzilə çata bilmədi...
Bəlkə,onu qəfil qəza gözləyir...
Kim bilir,bəlkə də,onu arxadan