www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
27
Böyüdülən böyüklər var,
Kiçildilən kiçiklər var...
DiĢlərimdə sıxdığım vaxt,
Xatırlanan ölülər var...
Unudulan dirilər var...
Ulduzlar axan zaman
Hara düĢər- kimsə bilməz,
BoĢluqların dərinliyi
Harda bitər,kimsə bilməz...
Öz içimə yuvarlanan
Çapıq daĢam,
Ya boyumdan qoparılan
Kəsik baĢam,
Divarlara dəyə-dəyə uçuluram...
Özüm ilə uçurduğum
uçqunların altındayam,
Mən bilirdim divarları,körpüləri,uçqunları...
Göz iĢləməz,iĢıq düĢməz
Yarğanın iç qatındayam...
Hər kəsin bir bəhanəsi,
Hər kəsin bir səbəbi var...
Hər dağılan uçqunlarda,
Hər açılan boĢluqlarda
Gedər –gəlməz uçurum var...
***
Günlər də mənə oxĢayır...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
28
BaĢlayanda hər kəsə
dost kimi gülümsəyər...
böyüyə- kiçiyə də
“salam ,günaydın “– deyər,
Günorta qaça-qaça
Sözlərinə tələsər,
Gün boyu yortduğundan
AxĢamlar yorğun düĢər,
Gecələr adam kimi
Dərdini bölmək istər,
QarĢılığında
üz görməyincə
səssizcə çəkib gedər...
***
Yuxudan sənə yazdım,
Görüm mənim vaxtımdan
Sənin yeni erana
Məndən mesay gedirmi?
Çağırdım,eĢitmədin,
Aramızda görünməz
Səs keçməyən ĢüĢə var,
Burda səs qulaq deĢir,
Orda buzdan köĢə var...
Burda ürəkdən çıxan
Göz yaĢı isti...acı,
Damır xatirələrə...
Orda buzdan əriyən,
Soyuq su damcıları...
Hopur kül sətirlərə...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
29
Yəqin,qan da dəyiĢmiĢ,
Dəliqanlı yerinə
Indi qan qrupuna
Soyuqqanlı yazılmıĢ...
Qaynar ürəyi acıq,
Qəddarlıq əvəz etmiĢ...
Hətta vampirlərin də
Qana həvəsi sönmüĢ,
Həzz almır soyuq qandan,
Hər Ģey boyata qalmıĢ,
Sevgilər çıxan candan...
Nə külək var,nə çöl var,
günəĢ də kölgələnmiĢ,
aydın səhərlərin də
baxıĢı ləkələnmiĢ...
Yollar uzanır səssiz,
Göylər qərib,nəfəssiz,
UzaqlaĢan doğmalıq
küskün,qəmli,nigaran,
çatlamıĢ cadar-cadar,
solub-soluxmuĢ Aran...
Deyirlər, xeyirin də,
Gəliri – çıxarı var...
Bu dünyada hər Ģeyin
Sonu var...axırı var...
Gördüyüm yuxunun da
Sonu xeyirli olsun,
Bu dünyada hər kəsin
Yolu xeyirli olsun...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
30
19 dekabr 2011
***
Yıxdın körpüləri...
Qırdın bağları...
Qar,qırov töküldü al çiçəklərə...
Yandırıb çəhrayı xatirələri...
Külünü sovurdun sərt küləklərə...
Səni uzaqlığın ovsunu çəkdi,
Yollar uzandıqca sən də uzandın...
Nə
tez qərar verdin uçub getməyə,
Nə tez doğmalıqdan bezib usandın?
Unutdun bir Ģeyi,neyləsən belə,
Göz yaĢı qurumur qəbahətlərin...
Sən hara getsən də,hara qaçsan da,
YaddaĢı silinmir həqiqətlərin...
Arada rüzgarın acı sınağı,
Indi ayrılığa yağıĢlar yağır...
Ümiddən qovulan soyuq günlərin
Qəmli gözlərindən ağrılar baxır...
Indi uçuqların daĢı ağrıyır,
Yıxılan inamın yolları fəryad...
Səni saxlayacaq çox səbəb vardı,
Biri də qarĢına çıxmadı,heyhat...