www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
41
Bəzən də qanadlandım
Sonsuz azadlığında...
Uzadıb hər anımı ,
Ulduzlara bağladım,
QarıĢıb buludlara,
Göz yaĢımı ağladım...
Ürəyimlə,qanımla
Söz doğurdum,
Söz əkdim,
Bu dünyanın yükünü
QoĢub Ģeirimlə çəkdim...
***
BaĢımız yerə dikilər,
Ağlımız göydə qalar...
Ayağımızın altından
Yer qaçan zaman,
Bizi göy üzü saxlar...
Doğulan yer dərdimizə
Göydə buludlar ağlar...
Yerlə göyün cazibəsi
Özümüzdən xəbərsiz,
Bizi göy üzü saxlar...
***
Hardansa yol tapıb gəlir,
Ya dünəndən,ya sabahdan,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
42
Ya çəkdiyin ahdan gəlir...
Ya düĢməndən,ya
bir dostdan,
Ya quru böhtandan gəlir...
BaĢ qatırsan baĢdan gəlir,
DaĢ atırsan daĢdan gəlir,
Qəlb yıxmağa,ev yıxmağa ,
Çaparaq obaĢdan gəlir...
Ya əyridən,düzdən baxır,
Ya ürəkdən ,gözdən baxır,
Qurunu bir yana qoyub,
YaĢı da yandırıb – yaxır,
Yerdə çaxır,göydə çaxır,
Heç bilmirsən,hardan çıxır,
Harda olsan ,gəlib tapır,
Dibi çürüsün bu dərdin!
Kökü qurusun bu dərdin!
***
Get-gedə ağırlaĢır dünya...
çoxalır heykəlləri...
üstündə dərdləri artır,
altında ölüləri...
ağıllılar hasar çəkir,
daĢ atır dəliləri...
dünya içindən çökür...
çəkəmmir zülmləri...
***
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
43
Ən son –
Ölüm – öləcək...
əllərini yuyacaq,
qüsl edib...
dua oxuyacaq,
sonra hökm ilə-ölüm
özünü öldürəcək...
Tək qalan Allah
ölümə ağlayacaq,
Sonra da...
üzünə ağ olan,
günahkar
dünyanı bağıĢlayacaq...
***
Alov – heykəl
Alov dilləri ucaltdılar
Yerin təkindəki atəĢin Ģərəfinə...
MöhtəĢəm bir qurur tikdilər,
ġöhrətin Ģərəfinə...
Neftin ,qazın,dənizin,
Sərvətin Ģərəfinə...
Bu alovun Ģöləsi
Uzaq kənd evlərində
Soyuqdan sümükləri sızlayan qocaları
isidirmi ,görəsən?
Uca göydələnlərə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
44
baxaraq köks ötürən
gəncliyin ümidsizliyi
azalırmı,görəsən?
Bu,odlar ölkəsinin
sinəsinə vurulan ayrılığın səsimi?
Köksündə nakam yatan Ģəhidlərin
Ruhunun nigaran nəfəsimi?
Bu- kimin əlləridir göy üzünə açılır?
Bəlkə,Qız Qalasının itən daĢ qeyrətidir
ĢüĢələrə yazılır?
Məğlub xalqın illərlə
sağalmayan yarası
dil-dil olub dillənir,
Ġçimizə gömülən harayımız,ahımız
qərar tutub,uyumur,
alov-alov ucalır,
göy üzünə millənir...
Bu dənizə,torpağa,
Bu vətənə acıyıb
dərdi ilə yanıram...
Belə bir məmləkətdə
ġair olduğum üçün
Özümdən utanıram...
***
Haqsızlıqdır hər kəsə -
Bu dünya unutduğu
kimsə üçün darıxmaz...
YadlaĢar,qəribləĢər,
Soyuyar vaxtın üzü...