MahirəNərimanqızı



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə33/134
tarix20.09.2017
ölçüsü3,17 Mb.
#1078
1   ...   29   30   31   32   33   34   35   36   ...   134

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

102 



2)  Multikulturalizm  –  cəmiyyətin  mədəni  müxtəliflik  əleyhinə 

etirazını səngitmək üçün alternativ siyasət kimi meydana gəlmişdir; 

 

3)  Demokratiya  multikultural  cəmiyyətin  formalaşmasında  ən 



mühüm amillərdən biridir; 

 

4)  Bölgələrin  tarixi  inkişafının  xüsusiyyətləri  multikulturalizmin    



fərqli modelininin yaranmasını müəyyən etmişdir

 

5)  Multikulturalizmin  müxtəlif  modelləri  arasında  bəzi  fərqlərin 



olmasına  baxmayaraq,  heç  şübhəsiz  ki,  multikultural  cəmiyyətinin 

formalaşmasında  və  multikultural  ətraf  mühitin  dəstəklənməsində 

aparıcı rol dövlətə məxsusdur. 

 

 



Yusif ŞÜKÜRLÜ, 

AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi

Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının müəllimi, 

fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent  

 

 

  



 

 

 



 

 

 



 

 

 



 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

     Azərbaycan multikultiralizmi  

Elmi toplu 

103 


 

Mədəni siyasət strategiyasında multikulturalizm 

ideyalarının dinamikası 

 

Yalnız  Rusiya  və  MDB  ölkələri  üçün  deyil,  bütün  dünya  üçün 



aktual  olan  problemləri  müzakirəyə  çıxaran  Humanitar  Forum 

iştirakçılarını  salamlamağa  çox  şadam.  Belə  ki,  bunlar  mürəkkəb 

sosial-mədəni dəyişikliklər şəraitində yanaşı yaşama problemləri ilə 

bağlıdır. Zaman və məkan anlamına, həyatın mənası anlayışına təsir 

edən  bu  dəyişikliklər  bizi  öz  doğma  mədəniyyətimizlə    yaxınlığa 

yenidən  baxmağa  və  digər  mədəniyyətlərlə  təmas  axtarışına  sövq 

edir. 

 

Bu  ünsiyyət,  bu  mədəniyyətlərarası  dialoq  ideyası  yaşadığımız 



qeyri-sabit  və  kifayət  qədər  dəyişkən  olan  müasir  dünya  üçün 

mərkəzi rola çevrilir. 

 

Hörmətli  həmkarlar,  məni  bu  gün  işlədiyimiz  baza  terminləri  və 



kateqoriyalarının  məna  anlayışlarına  qayıtmaq  məcburiyyətindən 

azad  etdilər.  Bu,  olduqca  mürəkkəb  və  dinamik  anlayış,  lakin  bu 

gün  dünyada  fərqli  modellər  şəklində  ziddiyyət  doğuran 

multikulturalizm  kateqoriyasıdır.  Bu  modellərin  bir  ölkəyə 

uyğunlaşsması  mümkündür,  ancaq  onlar  digər  şəraitdə  heç  cür 

tətbiq  edilə  bilməz,  çünki  istənilən  model  əsrlərlə  formalaşmış 

müəyyən  dəyər-məna  bazasına oturuşur  və  ona  aid  olur.  Bu  və  ya 

digər  modelin  tətbiqi  üçün  belə  əsasların  axtarılması  çox  çətin 

vəzifədir, belə ki, yanaşı yaşamanın dünya konsepsiyasının ümumi 

strategiyasının  konkret  etnomədəni  və  milli-mədəni  inkişaf 

konsepsiyası ilə uzlaşması prinsipindən ibarətdir. 

 

Yanaşı yaşama  – məhz elə dünyada mədəni siyasət strategiyasının 



axtarılması  problemidir.  Lakin  mənim  fikrimcə,  mədəni  siyasət 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

             Azərbaycan multikultiralizmi  

Elmi toplu

 

104 



anlayışı  bu  gün  daha  genişdir,  çünki  öz  mədəni  özəlliklərinin, 

mədəni  sərvətlərinin  bu  və  ya  digər  şəkildə  təzahürü  ilə  əlaqədar 

baxdığımız bütün problemlər çox vaxt sosial konfliktlər sırasından 

olan problemlərlə bağlıdır. Buna görə, multikulturalizm mövzusu – 

dissiplinar  problemdir,  müasir  dünyada  sosial  bərabərsizlikdən 

qurtulma  cəhdlərinin  mədəni  bərabərsizliklə  toqquşduğu  və  bunun 

da  münaqişəli    situasiyalar  doğurduğu  sosiomədəni  strategiya 

problemidir. Ola bilər ki, bir ölkəyə uyğunlaşmış modellərin digər 

ölkələrdə tətbiq edilməzliyinə gətirib çıxaran da elə məhz budur. Və 

tənqid, siyasi tənqid bizi multikulturalizmə yeni nəzərlərlə baxmağa 

məcbur  edir.  Yeni  nəzərlərlə  baxmaq  nə  deməkdir?  Hər  şeydən 

əvvəl  bir  məsələni  anlamaq  lazımdır  ki,  biz  multikulturalizmə 

mövcud mühitin demokratikləşdirilməsi, sərbəst qarşılıqlı təsirin və 

mədəni plüralizmin yaranması tendensiyası ilə səciyyələnən yeganə 

mümkün strategiya və ya çoxsaylı strategiyalardan biri kimi baxırıq. 

 

Şübhəsiz,  ilk  növbədə  insanların  mədəniliyi  anlayışının  özünün 



davamlılığı  ilə  bağlı  problem  əmələ  gəlir.  Əgər  mədəni  mühit  lap 

qədimlərdən,  uzun  əsrlər  boyu  müxtəlif  mədəniyyətlərə,  müxtəlif 

dinlərə açıq olan bir muhit kimi formalaşıbsa, onda bu mühitə digər 

mədəniyyətlərin inteqrasiyasının bütün digər prosesləri də tamamilə 

keçərli olur. Bu, mədəni rəngarənliyin təbii genişlənməsi, vəhdətin 

mürəkkəbləşməsi  prosesidir.  Mənə  belə  gəlir  ki,  hazırkı  günümüz 

üçün  multikulturalizm  modellərinin  mürəkkəbləşməsinin  məhz  bu 

səciyyəsi  nümunəvidir.  Bizdən  digər  mədəni  dəyərlər  sferasında 

sadəcə  mədəniləşdirmə  prosesi  deyil,  həm  də  müəyyən 

transkulturasiyalar prosesi olan adaptasiya konsepsiyalarına yenidən 

baxmaq  tələb  olunur.  Bu  prosesdə  nəinki eyni  tipli  mədəniyyətlər, 

həm  də  ümumiyyətlə,  yaxın  keçmişdə  mədəniyyətəqabil  və  dialoq 

üçün  açıq  kimi  baxıla  bilməyəcək  digər  mədəniyyətlər  də  qəbul 

edilir.  Ona  görə  də  adaptasiya  problemi  –  insanlara  ən  çətin 

situasiyalarda  belə  uyğunlaşmağa  kömək  edə  biləcək  müasir 

institutların vasitələr axtarışı problemidir. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə