Multikulturalizm Azərbaycanın həyat tərzidir



Yüklə 97,87 Kb.
tarix04.11.2017
ölçüsü97,87 Kb.
#8248

Ədəbiyyat

Azərbaycan multikulturalzminin ədəbi-bədi qaynaqları / elmi red. Abdulla Kamal; tərt.: M.Nağısoylu, F.Ələkbərli, ƏşBağırov, İ.Quliyev; rəy. T.Kərimli, N.Qasımzadə. –Bakı: BBMM, 2016.-Kitab I.-288 s.-(Azərbaycan multikulturalzminin qaynaqları seriyası).

Azərbaycanda ənənəvi din / A.Şirinov [və b.]; red. N.Məmmədov; elmi red. A.Şirinov; ön söz müəl. M.Qurbanlı; Azərbaycan Respublikası Dini Qurumları iş üzrə Dövlət Komitəsi. –Bakı: Elm və təhsil, 2014.-442 s.

Hüseynov, S. Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik / S.Y.Hüseynov; elmi red. A.Əlizadə. –Bakı: Təknur, 2012.-175, [1] s.

Rəhimzadə, V. Multikultural dəyərlərin qorunmasında və təbliğində mətbuatın rolu [Mətn]; / V.Rəhimzadə // Xalq qəzeti.-2016.-14 may.-S.5.

Məhərrəmov, A. Multikulturalzm milli dəyərlərimizin təzahürüdür [Mətn]; / A.Məhərrəmov // Səs qəzeti.-2016.-14 may.-S. 8-9.



AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT VƏ

TURİZM NAZİRLİYİ

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodiki və biblioqrafiya şöbəsi

Multikulturalizm Azərbaycanın həyat tərzidir


(Metodiki vəsait)

Qazax 2016

Tərtib edən: Fatma Hüseynova –metodika və biblioqrafiya şöbəsinin müdiri

Redaktor: Solmaz Babanlı- MKS-in direktoru

Komputer S. Cəfərova- İnformasiya – resurs şöbəsinin müdiri, Günel Yusifova

ənənəvi kitabxana- biblioqrafiya xidmətləri ilə yanaşı, İnternetdən istifadə, müxtəlif təqdimatlar keçirilməsi, məsləhətlər, əlavə xidmətlərdən də istifadə etmək olar. Məsləhətlər ədəbiyyat axtarışı zamanı kitabxanaçının (biblioqrafın) verdiyi məsləhətlərdir. Oxuculara məsləhət adətən kataloq və kartotekadan, yardımçı göstəricilərdən istifadə qaydaları, lazım olan terminlər lüğəti, ensiklopediyalardan müvafiq məlumatları tapmaq, kitab rəflərindən istifadə zamanı həyata keçirilir. Məsləhətlər fərdi və ya qrup halında aparıla bilər. Bu zaman kitabxanaçının məqsədi oxucuya sorğunu dərk etmək müstəqil ədəbiyyat axtarışı üçün ən rasyonal yollar təklif etməkdir.

Məktəblər arasında multikulturalizm mövzusunda “Multikulturalizm uşaqların gözü ilə” devizi altında rəsm sərgiləri və rəsm müsabiqələri təşkil etmək olar. Azərbaycanımızı- doğma məmləkətmizi əsl svilizasiya və tolerantlıq mərkəzi kimi dünyaya tanıtmaqda keçirilən tədbirlərin, layihələrin rolu böyükdür. Bu istiqamətdə kitabxanalarda həyata keçirilən hər hansı tədbiri, layihələrin sayını artırmaqla, müntəzəmliyini təmin etmək, yenilərini hazırlamaqla daha da böyük uğurlar əldə etmək olar. Bu da kitabxana xidmətinin kefiyyətinin qalxmasına və oxucuların sayının artmasına səbəb olacaqdır.


  1. Multikulturalizmin Azərbaycan modeli haqqında nə bilirsiniz?

  2. Multikulturalizm və vətənpərvərlik deyəndə nə başa düşürsünüz?

  3. Tolerantlıq deyəndə nə başa düşürsünüz, toleterantlıq günü nə vaxtdan qeyd olunur?

  4. Multikulturalizm haqqında hansı rəsmi sənədlər var?

  5. Respublikamızda yaşayan azsaylı xalqlar kimlərdir?

Hazırlıq prosesi bitdikdən sonra sual- cavab gecəsinin keçiriləcəyi yer və vaxt göstərilən elan hazırlanır. Cavabların gecədə iştirak edənləri nə dərəcədə qane etdiyini öyrənməklə tədbiri yekunlaşdırmaq olar. Verilən suallara daha məzmunlu cavab vermək üçün sual- cavab gecələrində sərgi hazırlamaq, sənədli film nümayiş etdirmək, tövsiyə ədəbiyyat siyahıları hazırlamaq lazımdır.

Kitabxanada vaxtaşırı söhbətlərin aparılması tövsiyyə olunur. Söhbəti kiçik qrup ilə və ayrı- ayrı şəxslərdə (fərdi) keçirmək olar. Söhbətin əsas xüsusiyyəti qarşılıqlı danışıq, məsələnin birgə müzazkirəsidir. Söhbətin müvəffəqiyyəti söhbəti aparmanın savad və hazırlığından, problemin birgə müzakirəsində iştirakçıları cəlb etmək bacarığından asılıdır. Söhbətin əsas məqsədi oxucuların multikulturalizm dəyərlərindən, ayrı seçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillərdən baş çıxaramasına kömək etməkdir. Söhbəti qəzet və jurnal məqaləsinin oxunuşundan, kiçik söhbətdən, hər hansı bir sualın qoyuluşundan başlamaq olar. Mövzunun müzakirəsinə daha çox dinləyici cəlb etmək üçün oxuculara veriləcək suallar diqqətlə düşünülməlidir. Söhbət zamanı mövzuya uyğun sənədli filmlərə baxış, slaydlar nümayiş etdirmək və s. olar. “Multikulturalizm ili” adlı kartoteka yaradılmalı, kitabxananın fondunda olan multikulturalizmə tolerantlığa dair çap məhsullarının “Yeni kitablar” adlı bülleteni tərtib edilməli, tövsiyə siyahıları, fonda daxil olan dövri nəşrlərdəki ən əhəmiyyətli məqalələrin biblioqrafik təsvirləri elektron kataloqun tərkibinə daxil edilməlidir. Kitabxanada multikulturalizm təəbliğinə kömək üçün biblioqrafiq vasitələr də tərtib olunmalıdır. Xüsusi oxucu qruplarına elektron poçt (E mail) vasitəsi ilə də biblioqrafik informasiya xidməti göstərilməlidir. Kitabxanada


2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm

ili” elan edilməsi haqqında Azərbaycan Respublikası

Prezidentinin Sərəncamı
Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. 

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qərara alıram:

1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2016-cı il
Multikulturalizm Azərbaycanın həyat tərzidir
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkalarda yerləşməklə dinlər və sivilzasiyalararası anlaşmada aparıcı rol oynayıb. Bu gün dünya üçün multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan bu dünya üçün multikultural dəyərlər sisteminə - yəni, eyni bir ölkədə yaşayan müxtəlif xalqların hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə min illərdir bəşəriyyətə nümunə göstərir. Azərbaycanın dünya ölkələrinə təqdim etdiyi multikultural model xalqların dostluq və mehriban şəraitdə birgə yaşamasını təmin edən modeldir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək Azərbaycanda Multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016- cı ili “Multikulturalizm ili ” elan etmişdir. Bununla əlaqədar kitabxanalar multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənməli və təbliğ etməlidirlər.



Multikulturalizmin Azərbaycan modeli
Multikulturalizm, multikultural cəmiyyət son vaxtlar tez –tez müracət olunan mövzulardan biridir. Multikulturalizm (ingilis dilində tərcümədə “çoxlu mədəniyyətlər deməkdir”) sosial- mədəni davranışın və müvafiq siaysi strategiyanın modeli kimi də nəzərdən keçirilir.

Multikulturalizm- ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir.

Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirlməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarix və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX –
ənənələrə və mədəniyyətə malik bir ölkədir” və s. mövzularda mühazirələr keçirilməsi tövsiyyə olunur.

Biz bu gün milli - mənəvi dəyərlərimizin təbliğ və təşviqindən danışanda milli - mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərimizə və müasirliyə diqqət yetirməliyik. Buna görə milli - mənəvi dəyərlərimizin qorunması dedikdə, eyni zamanda islamın əsl mahiyyətini, əsl dəyərini olduğu kimi gənc nəslə çatdırmaq lazımdır. Milli –mənəvi, o cümlədən dini dəyərlər insanlara olduğu kimi çatdırılmalıdır. “Heydər Əliyev fenomeni və Azərbaycan multikulturalizmi, “Azərbaycan- tolerantlığa nümunə ölkə”, “Tolerantlıq fərqliliyə hörmətdir”, “Multikulturalizm və vətənpərvərlik”, “Dünya xəritəsində tolerantlıq mərkəzi- Azərbaycan” və s. adlarda dəyirmi masa təşkil etmək olar. Dəyirmi masada əsasən multikulturalizmə, tolerantlığa aid məsələlərin diskussiyası, mütəxəssislərin bu mövzuya uyğun fikirlərinin çatdırılması, şəxsi münasibətləri, təcrübələri, konkret proqramlarla çıxışları nəzərdə tutulur. Dəyirmi masanın keçirilməsi üçün suallar öncədən hazırlanır. Hər hansı bir sulalın müzakirəsini öz öhdəsinə götürmək üçün kitabxanaçı əvvəlcədən bir qrup oxucu ilə razılaşmalı, onlara lazım olan kitablar, dövri mətbuat nümunələri, mövzu ilə bağlı filmlər barədə məsləhət verilməlidir.

Kitabxanada Azərbaycandakı dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli - mənəvi dəyərlərimizin düzgün təbliği, Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları haqda və digər mövzularda müzakirələrin aparılması tövsiyə olunur. Ərazidə yerləşən Hərbi hissələrdə, məktəblərdə birgə “Bu Vətən bizimdir”, “Multikulturalizm və vətənpərvərlik”, “Milli mənsubiyyət-qürur, Azərbaycanlı olmaq-fəxarətdir” və s. adlarda sual-cavab gecəsi təşkil etmək olar. Bu tədbirin əsasən məktəblilərlə keçirilməsi məqsədəuyğun olardı. Sual-cavab gecəsinin mahiyyətini və əhəmiyyətini açmaqdan ötrü əsas mənbə hesab olunan kitablar seçilməlidir.

Məsələn, aşağıdakı suallar qoyula bilər:



  1. Multikulturalizm nədir?

son sözdə kitabın əhəmiyyətindən bir daha danışılır, kitabın qiyməti, necə əldə etməyin mümkünlüyü haqqında məlumat verilir. Tədbirdə müəllifin iştirak etməsi daha yaxşı olar, çünki ortaya çıxan bir çox sualları yalnız o cavablandıra bilər. Tədbirdən əvvəl elan və dəvətnamələr hazırlanmalı, əlaqədar təşkilatlara göndərilməlidir.

Kitabxanada mövzu icmalı təşkil etmək olar. Hazırlanacaq icmala yalnız multikulturalizm və tolerantlıqla bağlı son illərdə nəşr olunmuş bir neçə kitab və dövri mətbuatda dərc edilmiş məqalələr daxil edilməlidir. İcmalın əvvəlində mövzunun adı, sonra məqsədi qeyd edilməlidir. Bu prosesdə təkcə biblioqrafik təsvir və müəllif haqqında məlumat deyil, həm də kitabın və məqalələrin məzmunu, onun keyfiyyətlərindən də yığcam şəkildə danışılmalıdır. Mövzu icmallarının ətraflı planını, mətnini bu sahənin mütəxəssisi ilə əvvəlcədən müzakirə etmək məqsədəuyğun olardı. Kitabxanada olan multikulturalizmə dair kitablar, qəzet, jurnal məqalələri və digər sənəd növləri (CD/DVD və s.) haqqında yerli və dövlət qəzetlərində icmalın verilməsi multikulturalizmin təbliğində məqsədəuyğun olardı.

Azərbaycan – tolerantlığa nümunə ölkə”, “Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir” və s. adlarda məruzələrin edilməsi və ya disput keçirmək tövsiyyə olunur.

Terrorizmin baş alıb getdiyi dünyada, İslama qarşı hücumların artdığı və islamafobiyanın gücləndiyi bir vaxtda kitabxanada Azərbaycanda islamı və onun digər dinlərə münasibətini, ümumbəşəri və humanist ideyalarını təbliğ edən tədbirlər həyata keçirilməlidir. İslamın tarixi, dini adət- ənənələr, Ramazam bayramı, Qurban bayramı haqqında tədbirlər keçirilməli, ən zəruri ədəbiyyatlar oxucuya çatdırılmalıdır.

Azərbaycanda dini tolerantlıq ənənələrinin təbliği məqsədilə “Multikulturalizm - Azərbaycan respublikasının dövlət siyasəti kimi”, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, “Müasir dövrdə Azərbaycan Respublikasında dövlət - din münasibətləri”, “Azərbaycan qədim dini

XX əsərlər maarifçilik dalğası, istərsə də Xalq Cumhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevirilmişdir.

Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmiş, adət- ənənələrinə qayğı göstərmişdir. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı bildirmiş, indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük verilmişdir.

Müstəqil Azərbaycan multikultural dəyərlərin formalaşmasında azərbaycançılıq ideologiyası əvəsiz rol oynayır. 1993- cü ildə Azərbaycan dövlətini parçalamadan qurtarmış ümumilli liderin uğurlarının kökündə məhz azərbaycançılıq ideyası dayanırdı. Həmin dövrdə respublikada milli- etnik ixtilaf, bölücülük tendensiyası ayrı-ayrı bölgələrdə özünü daha qabarıq göstərirdi. Belə bir zamanda xalq dinindən, etiqadından və etnik bölgüsündən asılı olmayaraq Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən qüvvələr zərərsizləşdirildi.

Azərbaycan Respublikası polietnik dövəltdir. Xalq, dövəlti təşkil edən etnosdan –azərbaycanlılardan və bir sıra milli azadlıqlardan: udinlr, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və digərlərindən təşkil olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamış və buna görə də vahid polietnik Azərbaycan vətəndaşları hesab olunurlar. Bu millətlərdən başqa respublikamızda öz tarixi vətənləri olan ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar.

Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni - Qırmızı sloboda, Molokan kəndi İvanovka, udin kənddi Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məhşur olan Xınalıq kəndi və başqa milli azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur.

Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli formalaşmışdır. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir.

Hazırda Azərbaycanda müsəlman icmaları ilə paralel şəkildə qeydə alınmış 21 qeyri müsəlman dini icmaların fəaliyyətini təmin edən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanunun icrasını həyata keçirən Azərbaycan Respublikası Dini qurumlarla İş üzrə Dövlət Komitəsi mövcuddur. Komitənin əsas vəzifəsi isə ölkədə müxtəlif din və konfessiyalara bərabər imkanlar və şərait yaratmaqdan ibarətdir.

Azərbaycan Respublikasının milli siyasət konsepsiyası həmçinin aşağıdakı beynəlxalq sənədlərə əsaslanır:

BMT-nin İnsan hüquqları Haqqında Ümumi Bəyannaməsi;

İnsan Hüquqlarının və Əsas Azlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası;

BMT-nin “İqsadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq” Paktı;

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktı;

ATƏT-in insan meyarları üzrə Konfransının Kopenhagen sənədi;

Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilmiş “Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi haqqında” konvensiya.

Azərbaycan dünyada multikulturalizm ölkəsi kimi tanıdılaraq mövcud multikultural modelləri tədqiq və təşviq edir.

Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyir. Tarixdə ilk dəfə olaraq 2008- ci ildə Avropa Şurasına üzv ölkələri mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdur. Həmin tədbirin hər iki qurumun fəal üzvü olan Azərbaycanda baş tutması isə, təbii ki, böyük siyasi məna daşıyırdı. Respublikamız bu məsələdə liderliyini ötən illərdə də qoruyub saxlamışdır. 2009- cu ildə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri mədəniyyət nazirlərinin toplantısına isə Avropa

Kitabxanda Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə kütləvi tədbirin müxtəlif formalarından istifadə etmək olar.

MKS-in sayıtında tədbirin keçirilməsi haqda məlumat yerləşdirilməlidir. Reklam məlumatlarının hazırlanması, göndərilməsi (elan, dəvətnamə), fərdi dəvətlər, tədbirə aid buklet hazırlamaq, tədbirin keçirildiyi məkanlar haqqında elanlar da unudulmalıdır.

Tədbir ərəfəsində kitabxananın fondunda multikulturalizm ənənələrini təbliğ edən çap məhsulları haqqında oxucuları məlumatlandırmaq üçün sərgi-baxış, virtual sərgilər, biblioqrafik icmallar, söhbətlər, məsləhətlər, yeni kitabların təqdimatı, icmalı, tövsiyə ədəbiyyat siyahıları hazırlanmalı, tematik gecə, azsaylı xalqların yaşadığı yerlərə virtual ekskursiyaların təşkili, azsaylı xalqların əl işlərinə baxış, mövzu ilə bağlı hazırlanmış slaydların nümayişi, filmlərə (məsələn bölgələrdə tarixi tolerantlıq ənənələrini əks etdirən) “Fərqliliyimiz zənginliyimzdir”, “Azərbaycan-tolerantlıq məkanı”, “Əli və Nino”, “Mahmud və Məryəm”, “Azərbaycan-Tolerantlıq Merkezi” (türk dilində), “Azərbaycan dini dözümlülük üçün nümunə”, “Tolerantlıq və vətənpərvərlik”, “Azərbaycan- Alman dosluq əlaqələri”, “Azərbaycanı kəşf et” və s. filmlərə baxış və.s təşkil etmək olar.



Kitab təqdimatının başlıca məqsədi təqdimata yığışanları yeni kitab (multikulturalizm və tolerantlığa dair) haqqında məlumatlandırmaq, onun ictimai əhəmiyyəti haqqında təsəvvür yaratmaqdır. Təqdimat mərasimində aparıcı 3-5 dəqiqlik giriş sözü ilə iştirakçıları salamlayaraq, kitabın mövzusu, təqdimatın məqsədi haqqında məlumat verir. Aparıcı təqdim olunan kitabı, ya da fotoşəkilini nümayiş etdirir. Proyektorun köməyilə ekranda kitabın elektron variantı göstərilə bilər. 10-15 dəqiqə ərəzində kitabın kimlər üçün nəzərdə tutulduğu haqqında danışılır və elektron variantda kitabın içindəkilər (mündəricatı) göstərilir. İştirakçılara kitabla bağlı informasiyalar yerləşdirilmiş saytlar haqqında məlumat verilir. Oxucularla qısa dialoq aparılır. Kitabın əhəmiyyəti haqqında rəy və mülahizələr öyrənilir və mövzuya uyğun suallar verilir. 5-10 dəqiqəlik
Mövzu: “Kitabxanalarda tolerantlığın və mültikulturalizmin təbliği”

Qazax rayonu
Mərkəzi kitabxana 12-13 aprel 2016
Proqram


10.00

Seminar – müşavirə iştirakçılarının qeydiyyatı





Mövzu ilə bağlı təşkil edilmiş sərgi ilə tanışlıq

11.00

Giriş sözü- Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru




Çıxışlar:




“Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir”




“Azərbaycan multikulturalizmi bu gün”




“Heydər Əliyev və Azərbaycanda din siyasəti”




Multikulturalizm Azərbaycanın dövlət siyasəti, cəmiyyətin həyat tərzidir”




“Azərbaycan: beynəlxalq tolerantlıq və multikulturalizm nümunəsi”

12.30-13.30

Fasilə

13.30

Çıxışlar




“Azərbaycanın dövlət siyasətində tolerantlıq və multikulturalizm”




Kitabxanada multikulturalizm ənənələrinin təbliği




“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”




“Dünya xəritəsində tolerantlıq mərkəzi - Azərbaycan”




Diskussiya (çıxışların müzakirəsi)




“Azərbaycan –Tolerantlıq məkanı” filminə baxış

15.00

Yekunlaşdırılma, seminar- müşavirənin bağlanması

Şurasından mədəniyyət nazirləri qatılmışdır. “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi. 2010- cu ilin aprelində Bakı dünya dini liderlərinin sammitinin keçirilməsi, noyabrda isə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin ölkədə dini tolerantlığa xüsusi önəm verməsindən irəli gəlirdi.

Bir ölkədə yaşanan müsbət dəyərlərin dünyaya yayılması istiqamətində həmin dövlətdə təşkil olunan idman yarışlarının da böyük əhəmiyyəti var. Azərbaycan ilk Avropa oyunlarını təşkil etməklə həm də özünün tolerantlıq, dözümlülük dəyərlərini dünyaya bəyan etdi. Bu baxımdan “Formula - 1” avtoyarışları üzrə Avropa Qran – Prisi, şahmat Olimpiadası və 2017- ci ildə keçiriləcək IV İslam Həmrəylik oyunları böyük əhəmiyyət təşkil edir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, “Eurovision” mahnı yarışması, idman tədbirləri bir daha sübüt edir ki, dünyanın aparıcı beyin, düşüncə mərkəzləri ölkəmizdəki bu maraqlı modeli qəbul edərək, dünyaya nümunə olaraq göstərilər.

Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir.

Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir- bərpa işləri aparılır. Bakıda yahudi uşaqlar üçün təhsil kompleksinin isdifadəyə verlməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpası, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması, Bakıda yaşayan yahudi uşaqları üçün “Xabad-Or - Avner” Təhsil Mərkəzinin yaradılması, dünyanın müxtəlif ölkələrində dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini toloerantlığı əks etdirən fotoşəkillərinin sərgilənməsi məhz ayrı- ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərin genişləndirilməsinə xidmət edir. Fondun digər bir xidməti Azərbaycanın Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşməsidir. Bu isə bəşərin multikulturalizmin ən ali nümunələrindən biri kimi dəyərləndirlə bilər.
Multikulturalizmin təbliğində kitabxanaların rolu
Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi oilub, milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevirilib.

Multikulturalizm anlayışı Azərbaycanda əsərlər boyu mövcud olub, bu gün də mövcuddur və möhkəmlənməkdədir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi - bədii, elmi – fəlsəfi, siyasi - hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Ədəbiyyatmızda “Kitabi – Dədə Qorqud” dastanından bu günə qədər çoxmədəniyyətliliyə, orta əsrlər Azərbaycan poeziyası nümayəndələrinin əsərlərində ümumi bəşəri dəyərlərin təbliğinə rast gəlinir. Söz sərrafı olan və bədii yaradıcılığın ən gözəl nümunələrini yaradan Nizami Gəncəvinin əsərləri bu cəhədən xüsusi ilə fərqlənir. O, hələ XII əsrdə yeddi mədəniyyəti təsvir edən “Yeddi Gözəl” əsərini yaradır. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı - seçkiliyi qəbul etməyən bu şairin qəhrəmanları içərsində türk, fars, ərəb, hindli, çinli, həbəş, yunan, gürcü və başqa xalqların nümayədələrinə rast gəlirik.

Azərbaycan multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və təbliğ olunmasında kitabxanaların da özünəməxsus rolu vardır. Kitabxanalar həmişə milliyətinə, dininə, dilinə fərq qoymadan çoxsaylı oxucu ordusuna xidmət göstərir, müxtəlif xalqların etiqadını, mədəniyyətini, düşüncə tərzini, məişət və əxlaqını dünya ədəbiyyatının ən gözəl nümunələri vasitəsi ilə təbliğ edirlər.

nəşrinə məsul Ə. Ələkbərli.- Bakı: Səda, 2005.- C.XIII: Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, folkloru.-549 s.



  1. Azsaylı xalqların folkloru /AMEA, Folklor İn-tu; lay. Rəhbəri M. Kazımöğlu (İmanov); tərt. ed və ön söz. müəl.


III. Bölmə: Azərbaycan - dünyada sivilizasiyalararası dialoq və multikulturalizm mərkəzi
Sitat: Bu gün Azərbaycan multikulturalizm siyasəti və bu sahədəki uğurları ilə dünyanın bir çox ölkələrinə, o cümlədən tarixən zəngin təcrübəsi ilə tanınan Qərb dövlətlərinə nümunədir. Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisi məhz bunu istəyirdi.
Kamal Abdullayev,

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik

Kitabxanada “Fərqlilikləri birləşdirən dəyər -Azərbaycan: müasir çağırışlar və tolerantlıq”, “Kitabxanalarda tolerantlığın və multikulturalizmin təbliği” və s. mövzularda seminar-müşavirə təşkil etmək olar. Təşkil ediləcək seminar-müşavirənin iştirakçılar üçün əhəmiyyətli olmasını təmin etmək məqsədilə istifadə olunacaq iş üsulları –mühazirə, məruzə, dəyirmi masalar, qruplarda iş, tədqimatlar və s. öncədən müəyyən edilməli, söhbətlər, video və audio materiallar, slayd-təqdimatlardan istifadə edilməlidir. Məruzələr elə seçilməlidir ki, iştirakçılar “multikulturalizm nədir və onun təbliği ilə bağlı kitabxanalarda nə etmək olar?” suallarına cavab tapa bilsinlər.



I bölmə: Azərbaycanın dövlət siyasətində tolerantlıq və multikulturalizm

Sitat: Tolerantlıq, dözümlülük çox geniş anlayışıdır. O həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir – birinə dözümlülüyü deyil, həm də bir- birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük demekdir.

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri



Ədəbiyyat:

  1. Əhmədova, S. Müasir dünya mədəniyyətlərarası münasibətlər: [monoqrafiya] /S. A. Əhmədova; elmi məsl. A. Mustafayeva; elmi red. İ. Hüseynova (ön söz). –Bakı: Elm, 2014-347, [1] s.

  2. Heydər Əliyev siyasəti: Tolerantlıq: çıxışlar, nitqlər, görüşlər, təbriklər / [Azərb.Resp. Dini Qurumlar İş üzrə Dövlət Komitəsi]; ön söz M. Qurbanlı; burax. Məsul S. Salahlı (Aran).- Bakı: Elm və təhsil, 2015.-502, [2] s.


II bölmə: Fərqliliyimiz zənginliyimizdir

Sitat: Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumik da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır.

Heydər Əliyev,

Azərbaycan xalqının ümummilli lideri


İzahlı mətn: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatına görə Azərbaycan ərazisində 1802 məscid, 5 pravoslav, 1 katolik, 4 gürcü - pravoslav kilsəsi, 6 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərir. Ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə xristianlar, yəhudilər və digər dinlərin təmsilçiləri təşkil edir.

Ədəbiyyat:

  1. Azərbaycan folkloru antalogiyası / AMEA, Folklor İn-tu; tərt.ed.: İ. Abbaslı, O. Əliyev, M. Abdullayeva; elmi red. H. İsmayılov;

İl ərzində kitabxanalar Multikulturalizmin və tolerantlığın təbliği ilə bağlı aşağıdakı istiqamətlərdə öz işlərini qura bilərlər:

  • MKS-lər multikulturalizm ənənələrinin qorunub saxlanması və geniş təbliğ olunması məqsədilə geniş tədbirlər planı hazırlamalı və görüləcək işləri konkret olaraq göstərilməlidir;

  • Kitabxananın fondunu multikulturalizmə və tolerantlığa dair çap məhsulları ilə komplektləşdirmək; daxil olan sənədləri növündən (çap və ya elektron) asılı olmayaraq operativ şəkildə seçmək, azsaylı xalqların ədəbi və mədəni irsini, müxtəlif dini cərəyanlar haqqında ədəbiyyatı əks etdirən kitab fondunu təbliğ etmək;

  • Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini, azərbaycançılıq məfkurəsini, multikulturalizmi, tolerantlığı təbliğ etmək üçün elektron məlumat bazaları, ənənəvi və virtual sərgilər hazırlamaq, yeni ədəbiyyatın (eləcə də azsaylı xalqların nümayəndələrinin müəllifi olduqları kitablar, azsaylı xalqların dillərində olan jurnalların və digər nəşrlərin) təqdimatını keçirmək, Kitab müzakirələri, dəyirmi masalar, mühazirələr, seminar- müşavirələr, konfranslar, kitab bayramı, məktəblilər arasında sual- cavab gecələri, disputlar təşkil etmək, kitabxanası olmayan idarə və müəssisələrə, hərbi hissələrə səyyar xidmət etməklə əhalini multikulturalizmin mahiyyəti və əhəmiyyəti haqqında məlumatlandırmaq;

  • Tolerantlıq mövzusuna həsr olunmuş çap əsərlərinin tam mətnini hazırlayıb saytda-elektron kitabxanada yerləşdirmək, sosial şəbəkələrdə təbliğ etmək;

Kitabxanalar xalqımızın zəngin multikulturalizm və tolerantlıq ənənələrini tədbirlər vasitəsilə oxucu kütləsinə çatdırmalı, kütləvi informasiya vasitələrindən heç də geridə qalmamalıdırlar. Son illərdə din pərdəsi altında baş verən müxtəlif təxribatlara qarşı mübarizə məqsədi ilə İnternetdə yerli və xarici müəlliflərin dəyərli əsərləri barədə geniş məlumatların, dini mövzuda elmi əsərlər və maqalələrdən ibarət elektron topluların hazırlanması və elektron kitabxanada, sosial şəbəkələrdə yayımını təşkil etmək məqsədəuyğundur.
Azərbaycan multikulturalizm diyarıdır.
Rəsmi sənədlər

Heydər Əliyev fonomeni və multikulturalizm

Azərbaycanda multikulturalizmin tarixi


  • Sivilizasiyalararası və mədəniyyətlərarası dialoq

  • Milli- mədəni müxtəliflik

  • Etnik-dini dözümlülük. Tolerantlıq

  • Sitatlar

Ədəbiyyat

  • Kitablar

  • Məqalələr

Azərbaycanda azsaylı xalqlar:

  • Adları

  • Tarixi

  • Coğrafiyası

  • Mədəniyyətləri və adət-ənənələri

  • Tanınmış simalar

Videofilmlər

Fotoqalereya

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə hər il respublikanın şəhər və rayon mərkəzi kitabxanaları tərəfindən Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş kitab bayramları keçirilir.

Açıq havada keçirilən bu tədbirdə əhalinin çox hissəsi iştirak edir, nümayiş olunan sərgilərlə tanış olur, bu sahəyə aid olan çap məhsullarını görür və onlarda maraq yaranır.



  • Ümummilli lider Heydər Əliyevin ölməz həyat yolunu əks etdirən kitabların sərgisinin hazırlanması;




  • Milli – mənəvi dəyərlərimizin və vətənpərvərlik tərbiyəsinin təbliği ilə bağlı ədəbiyyatın sərgisinin təşkil edilməsi;

  • Azərbaycançılıq məfkurəsini, multikulturalizmi, tolerantlığı təbliğ edən çap məhsullarının sərgisinin (“Heydər Əliyev Azərbaycan multikulturalizminin banisidir”), “Azərbaycan multikulturalizmi bu gün” və s. adlarda nümayiş etdirilməsi;

  • Yeni kitabların sərgisinin təşkili

  • Mövzu üzrə kitabların və dövri mətbuat materiallarının icmalının oxucuların diqqətinə çatdırılması;

  • Müəlliflərlə oxucuların görüşünün təşkil edilməsi;

  • Yazıçıların (azsaylı xalqların nümayəndələri daxil olmaqla) yeni əsərlərinin təqdimatı və müzakirəsinin keçirilməsi;

  • Azərbaycan Milli Ordusunun hərbi hissələrində səyyar xidmətin təşkil edilməsi;

  • Kitab bayramı günlərində rayonda yaşayan azsaylı xalqlara aid maraqlı, qədim əşyaların, onların əl işlərinin, adət-ənənələrininə dair sərgilərin hazırlanması və s. “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir”, “Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir”, “Azərbaycan qədim tolerantlq örnəyidir” və s. adlarda elmi- praktik konfrans keçirə bilər.

Kitabxanada multikulturalizmin təbliği ilə bağlı digər maraqlı bir tədbir kitab sərgisinin təşkilidir.

Nümunə:

Başlıq: “2016-cı il multikulturalizm ilidir” və ya “Multikulturalizm Azərbaycanın həyat tərzidir.

Rəsmi sənədlər:

- Multikulturalizm ili haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Sitat: Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir...

Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir.

İlham Əliyev,



Azərbaycan Respublikasının Prezidenti
Yüklə 97,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə