Magиstrатура mяrkяzи hüseynzadə FƏrrux yasəF



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix08.04.2018
ölçüsü0,52 Mb.
#36643
1   2   3   4   5   6   7   8   9   ...   21

12 

 

melxior və neyzilber ərintisindən, bürüncdən, paslanmayan poladdan, sümük-dən, 



buynuzdan,  çinidən  və  şüşədən  istifadə  olunur.  Bunlarm  əksəriy-yəti  hətta  qızıl 

suyuna çəkilir. 

Yazı ləvazimatları 3 yarımqrupa ayrılır: 

1. 


yazı və rəsm üçün olan ləvazimatlar

2. 


yazı ləvazimatlarmm saxlanılması üçün olan ləvazimatlar; 

3. 


yazı dəstləri. 

 

Bu  qrup  zərgərlik  məmulatlarımn  haznlanmasmda  gümüşdən,  melxiyor, 



neyzilber ərintilərindən, sümükdən, şüşədən və s. istifadə edilir. Buraya mürəkkəb 

qabları,  suçəkən  sıxıcıları,  kağız  kəsmək  üçün  bıçaq'lar,  qələmdanlar,  stolüstü 

bloknotlar, bir və ya iki ruçkalı stolüstü yazı dəstləri aid edilir. 

Saatlar üçün olan ləvazimatlar 2 yarımqrupa ayrılır: 

1. 

qol saatları üçün olan zərgərlik məmulatları; 



2. 

cib saatları üçün olan zərgərlik məmulatlan. 

Bu  qrupa  gövdəsi  qiymətli  metal  ərintilərindən  olan  saatlar,  qiymətli 

daşlardan istifadə edilməklə platindən və qızıldan hazırlanan saatlarda daxil edilir. 

Buraya  kişi  və  qadmlar  üçün  bilərziklər,  saat  üçün  kəmərlər,  cib  saatları  üçün 

zəncirlər, saat qutuları və digər İəva-zimatlar aiddir. 

Papiros üçün ləvazimatlar 4 yarımqrupa ayrılır: 

1. 


tütün və tütün məmulatlarım saxlamaq üçün olan ləvazimaüar

2. 


tütün məmulatlarmı tutmaq üçün olan ləvazimatlar; 

3. 


alov yaratmaq üçün ləvazimatlar; 

 4. papiros üçün olan sair ləvazimatlar. 

Buraya  portsiqarlar,  papiros,  kibrit  qabları,  tütün  qabları,  kül-qabıları, 

müştük, qəlyan və s. məmulatlar aid edilir. 

Alov  yaradanlara  isə  alışdırıcılar,  çaxmaq  daşı  üçün  qutular,  qazla 

doldurulmuş  balonlar  və  s.  aiddir.  Portsiqarları  qızıldan,  gü-müşdən,  mis 

ərintüərdən,  anodlaşdırılmış  alüminiumdan  və  digər  ma-teriallardan  istehsal 

edirlər.  Portsiqarı  açan  hissə  isə  yaşma,  lazurit,  malaxit,  aqat  və  s.  daşlardan 

hazırlamr. Portsiqarları bəzəmək üçün brilyantdan da istifadə olunur. 



13 

 

Papiros  qabları  da  eynilə  portsiqarlar  hazırlanan  materialdan  olur.  Lakin 



bunlarm ölçüləri portsiqarlardan kiçik olur. 

Tütün qabları tütün məmulatlarım saxlamaq üçün olurlar. Bun-larm forması 

düzbucaqlı  qutulardan  ibarətdir,  bunlar  dərin  gövdəli  olmaqla,  qapağı  şarnirlə 

bağlanan olur. Tütün qabları, adətən qızıl və gümüşdən hazırlanır. Arayışlanmasma 

görə onlar saya, tutqun, cila-lannıış və bədii emalla istehsal edilmiş olurlar. 

Külqabıları  çini,  billur  məmulatlardan  olmaqla  gümüş  və  melxi-yor 

ərintisindən çərçivəli olurlar. 

Kibrit  qabları  bir  növ  futlyar  rolunu  oynayır.  Onlar  gümüşdən,  bürüncdən, 

tompak,  melxiyor,  anodlaşdırılrmş  alüminiumdan  hazır-lanır.  Səthi  bədii 

araşlandırılır. 

Müştük  və  qəlyanlar  kəhrəbadan,  sümükdən,  buynuzdan  və  digər 

materiallardan hazırlamr. Formasma görə onlar dairəvi, oval, kvadrat, romba oxşar 

olurlar.  Bəzən  çərçivəsiz, bəzən  isə gümüş  və bürünc  çərçivəli  olurlar. Müştüklər 

kombinə  edilmiş  halda  olurlar.  Onlarm  üst  hissəsi  kəhrəba,  sümük,  buynuzdan, 

papirosu tutan hissəsi isə gümüş, bürünc, qızıl suyuna çəkilmiş tompakdan olur. 

Forma  və  digər  əlamətlərinə  görə  qəlyanlar  balıqçılar,  ovçular,  təyyarə 

sürücüləri, kapitanlar, sürücülər və çəkməçilər üçün olur. 

Yadigar əşyaları 6 yarrmqrupa ayrılır: 

1. 

xatirə medalları; 



2. 

döş nişanları; 

3. 

gerblər, açarlar, breloklar, hədiyyələr; 



4. 

kiçik formah heykəltəraşhq nümunələri; 

5. 

xalq yaradıcıhğı yolu ilə əldə olunan hədiyyə məmulatlar; 



6. 

sair yadigar əşyaları. 

Yadigar əşyaları xatirə əlamətlərinə görə bağlı olub, bir növ bu xatirəni uzun 

müddət  yadda  saxlamaq  üçün  olan  yaddaş  əşyaları  adlanır.  Yadigar  əşyalarmı 

əlamətdar  hadisələr  naminə,  o  cümlədən  olimpiada,  spartakiada,  kosmik  uçuşlar, 

ölkənin  görkəmli  ictimai  xa-dimlərinin  xaptirəsi  üçün,  incəsənət  məqsədilə 




14 

 

hazırlayırlar.  Yadigar  əşyalar  utilitar,  dekorativ,  utilitar-dekorativ  funksiyaları 



yerinə yeti-rirlər. 

 Xatirə  medalları  ilk  dəfə  I  Pyotrun  dövründə  rus  xalqmın  Poltava 

yaxınlığında  əldə  etdiyi  hərbi  qələbə  ilə  əlaqədar  olaraq  qızıl-dan  hazırlanmışdır. 

Medallar qızıl,  gümüş,  əlvan  metal  ərintilərindən, həmçinin sümük,  çini,  ağac və 

plastik kütlədən də hazırlanır. 

Şəxsi  bəzək  əşyalarma  aiddir  -  üzük,  sırğa,  yaxa  sancağı,  qol-baq, 

muncuqlar,  kulon,  medalyon,  zəncirlər.  Bu  əşyalar  bir-birindən  müxtəlif  növlü, 

fasonuna görə fərqlənirlər. Müxtəlif tərtibata və xam-mala malik olmaqla, hamısı 

geyimləri tamamlayaraq onlara uyğun olmahdır. Ədədi zərgərlik məmulatları dəst 

hahnda buraxıhr ki, bunlar eyni kompozisiyaya malik olurlar. 

Üzüklər 375, 383, 750 və 958 əyarda qızıldan, 875 və 916 əyarda gümüşdən 

və həmçinin əlvan metaldan (latundan, tompokdan, melxi-yordan və s.) hazırlanır. 

Üzüklər, həmçinin 950 əyarh platindən də hazırlanır. 

Eyni  zamanda  üzüklər  iki  metal  ərintisindən,  yəni  qızıl  və  platin-dən  və 

yaxud qızıl və palladiumdan hazrrlanır. Üzüklər üçün ölçülər onun içəri diametri 

ilə  təyin  edilir  (15-25  mm-ə  kimi).  Hər  bir  ölçü  arasmda  fərq  0,5  mm  götürülür. 

Metaldan  olan  üzüklər  nişan üzüyü  adlanır.  Lakin  qaşla,  emallı, şəbəkəli üzüklər 

bəzək üzükləri adlamr. 

Qədimdə  tünd  rəngli  daşdan  qaşı  olan  üzüklər  kişilər,  açıq  rəngli  qaşdan 

olan üzüklər qadmlar üçün hesab edilirdi. 

Qədim  zamanlar  qaşlı  üzüklər  taxardılar.  XV  əsrdə  üzüklərə  daşlarm 

hazırlanması Avropada meydana çıxdı. Rusiyada isə XIX əsrdə daşlarm  müxtəlif 

formada yonulması başladı. 

Sırğa  çox  geniş  yayılmış  bəzək  əşyasıdır.  Qızıldan,  platindən,  gümüşdən, 

əlvan metal qatışığmdan olub, müxtəlif forma və konfiqu-rasiyaya malikdir. 

Sırğalar  qulağa  taxılan  və  taxılmayan  olurlar.Sırğalara  üzüklər  kimi 

cilalanmış,  ştamplama  naxışlı,  emallı  və  yaxud  müxtəlif  qiymətli,  yarımqiymətli, 

süni  və  ya  aldadıcı  daşlarla  bəzədilmiş  olurlar.  Daşlar  sırğalara  da  üzüklərə 

bərkidilən üsulla bərkidilir. 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə