M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

24 
 
P  –  illik  yağıntının  mm-lə  miqdarı,  ∑d  –  il  ərzində  orta  sutkalıq  rütubət 
çatışmamazlığının mm-lə cəmidir. 
D.İ.Şaşko təklif etdiyi düstura əsaslanmaqla 5 – rütubətlənmə zonası ayırır. 
1. İfrat rütubətlənmə zonası        > 0,60% 
2. Rütubətli zona                        = 0,45 – 0,60 
3. Mülayim rütubətli zona          = 0,25 – 0,45 
4. Quraq zona                             = 0,15 – 0,25 
5. Quru zona                               < 0,15 
A.M.Alpatyev  (1969)  buxarlanmanın  buxarlanma  qabiliyyətinə,  yəni 
mümkün  buxarlanmaya  olan  nisbətinə  əsaslanmaqla  ərazinin  təbii  rütubətlənmə 
şəraitini müəyyən etmək təklifini vermişdir. 
A=
E
l
 
- illik mm-lə buxarlanmadır 
- mm-lə  mümkün buxarlanmadır. 
Bitkilərin  rütubətlə  təmin  olunma  dərəcələrini  müəyyən  etmək  üçün  Bleyn 
və  Kridlanın  metodundan  ABŞ-da geniş istifadə olunur.  Metod təbii  faktorlardan 
temperatura, günün uzunluğuna, vegetasiya dövründə yağıntıya, bitkilərin rütubəti 
istifadə etmə intensivliyinə əsaslanır. 
Yuxarıda göstərilən disturlardan istifadə etməklə S.A.Mirkin həm Avrasiya, 
həm  də  Rusiya  üçün  meliorativ  rayonlaşma  aparmışdır.  O  yeddi  təbii  zonalar 
daxilində    36-rayon  ayırmışdır.  Rayonlaşmanın  əhəmiyyəti  kompleks  iqlim 
amilləri  ilə  yanaşı  fiziki-coğrafi  amillər,  həmçinin  ərazinin  təsərrüfatda  istifadə 
şəraiti baxımından rütubətlənmə əmsalının nəzərə alınmasıdır. 
Meliorativ  tədbirlərin  həyata  keçirilməsində  rütubətlənmə  ilə  yanaşı 
temperatur rejiminin də nəzərə alınması mühüm  əhəmiyyət kəsb edir. Ona görə də 
meliorativ tədbirlər  həyata  keçirilərkən  əkilən  bitkilərin  temperatura  olan tələbatı 
mütləq nəzərə alınmalıdır. 
D.İ.Şaşkonun  tərtib  etdiyi  xəritəyə  əsasən  yem  bitkisi  vələmirin  əkin 
sahələrinin şimal sərhəddi-fəal temperaturun cəmi 1200° izoxəttinə, əsas əkinçilik 


25 
 
zonalarının  şimal  sərhəddi    1600°,  çəltiyin  sərhəddi  3000°,  pambıq  əkinlərinin 
şimal sərhəddi 4000° izoxətlərinə uyğun gəlir. 
Bütün  bunları  nəzərə  almaqla  meliorativ  tədbirlər  sistemi  hazırlayarkən 
meliorativ rayonlaşdırmanın aparılma əhəmiyyəti çox böyükdür. Belə ki, bitkilərin 
istiliyə tələbatı  müxtəlif olduğu kimi suya olan tələbatlarına görə də kifayət qədər 
fərqlənirlər. Çəltiyin suya maksimal tələbatı 1200-1500mm, şəkər qamışının 1200-
2000mm, tropik və subtropik zonalarda 2-3 dəfə məhsul götürməklə suya tələbat 
2000mm, savannalarda  1000-1700 mm-dir. 
Ümumiyyətlə,  bitkilərin  suya  olan  tələbatını  müəyyən  etmək  üçün 
ümumiləşdirilmış aşağıdakı düstur qəbul edilmişdir. 
E
f
 = RY 
E

- vegetasiya
 
müddətində hər hektara sərf olunan m
3
-la suyun miqdarıdır. 
R  – bitki kütləsinin hər vahidinin suya  olan tələbatının  əmsalı  (buxarlanma 
və transpirasiya nəzərə alınmaqla).  
Y – hər hektardan yığılan məhsul sentnerlə. 
Suvarılan  sahələrdən  yüksək  məhsul  əldə  etmək  üçün  bitkilərin  tələbatı  və 
təbii şərait nəzərə alınaraq aşağıdakı suvarma növlərindən istifadə edilir: 
1. Selləmə suvarma (çəltik sahələrində istifadə olunur). 
2. Çiləmə (süni yağış) suvarma. 
3. Torpaqaltı suvarma – 40-60sm dərinə basdırılmış borularla suvarma. 
4. Arata qoyma – payız və yay suvarması. 
Göstərilən  suvarma  növlərini  tətbiq  etmək  üçün  bitkilərin  becərildiyi 
ərazilərin    su  –  istilik  rejimi,  torpağın  mexaniki  tərkibindən  asılı  olaraq  rütubət 
ehtiyatı, bitkilərin fizioloji xüsusiyyətləri, fazalar üzrə suya olan tələbatı müəyyən 
etmək tələb olunur. Bu baxımdan ən çox işlədilən düstur aşağıdakıdır: 
                                                          E
f
 = KY 
Burada  E
f   
-  vegetasiya  dövründə  1hektar  sahəyə  sərf  olunan  m
3
-la  suyun 
miqdarıdır. 
K – hər vahid bitki kütləsinin rütubətlənmə əmsalı. 
Y – bir hektar sahədə sentnerlə məhsuldarlıqdır. 


26 
 
Qeyd olunanlarla yanaşı bitkilərin suya tələbatı yayıldığı iqlim zonasından, 
bitkilərin  fazalar  üzrə  böyüməsi  ilə  əlaqədar  olaraq  kütlə  və  həmçinin 
məhsuldarlığından  asılıdır.  Başqa  sözlə  kütlə  və  məhsuldarlıq  artdıqca  suya  olan 
tələbat yüksəlir. 
Aparılmış təcrübələr göstərir ki, ağır gillicəli torpaqlarda rütubət 65% təşkil 
edirsə suya olan optimal tələbat ödənmiş olur. 
Meliorativ  tədbirlər  suvarma    istiqamətində  aparılarkən  yenidən  meliorativ 
problemlər    yaratmamaq  məqsədilə  ərazinin  relyef  quruluşu  mütləq  nəzərə 
alınmalıdır.  Suvarma  şəraitində  istifadə  edilən  sahələrdə  optimal  meyillik  0,1- 
0,5%  olmalıdır.  Meyillik  0,05%-dən  aşağı  olarsa  suların  təbii  axımı  baş 
vermədiyindən  suvarmanın  aparılması  mümkün  olmur.  Meyillik  1-2%  arasında 
tərəddüd edərsə suvarılan torpaqlarda səthi yuyulma getdiyindən məhsuldar qatdan 
məhrum olmuş olar. 
Ümumiyyətlə  su  meliorasiyası  bütün  təbii  komplekslərə  yüksək  səviyyədə 
təsir edən tədbirlər sistemindən biri sayılır. Səhra və yarımsəhra şəraitində suvarma 
nəticəsində  torpağın  rənginin  tündləşməsi  hadisəsi  baş  verir,  radiasiya  balansı 
60%- artır və nəticədə atmosferə istilik axımı iki dəfə aşağı düşür. Beləliklə, torpaq 
səthinə  yaxın  hissədə  havada  rütubət  40%-çatır.  Suvarma  səthdən  2m  yüksəkliyə 
qədər  havanın  temperaturunda  kəskin  dəyişiklik  yaradır.  Bu  dəyişiklik  üzümün 
məhsuldarlığını iki dəfə artıra bilər. 
Bataqlıq sahələrdə aparılan qurutma meliorativ tədbirləri digər tədbirlərdən 
az əhəmiyyət kəsb etmir.  Bu tədbir müxtəlif dövrlərdə böyük torpaq sahələrinin     
təsərrüfatın dövriyyəsinə qaytarılmasına səbəb olur. Estoniyada qurutma meliorativ 
tədbirlərin aparılması buğdanın məhsuldarlığını 16-dan 45 sentnerə, kartofun 135-
dən 350 sentnerə qalxmasını misal göstərmək olar. 
Hesablamalar  göstərir  ki,  qurutma  istiqamətində  meliorativ  tədbirlərə 
qoyulan kapital orta hesabla 4-5 il müddətində öz xərcini ödəyir. 
Qeyd  olunanlar  göstərir  ki,  su  meliorativ  tədbirlərinin  aparılması  kənd 
təsərrüfatı baxımından yüksək əhəmiyyətə malik olmaqla vacibdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə