M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

49 
 
qatının  dağılmasına  səbəb  olan  xlorflorkarbon  (XFK)  birləşmələrinin  miqdarı 
çoxalmaqla daha böyük fəsadlar törədər. 
Xlorflorkarbon  birləşmələrinin  ozon  qatına  təsir  etməsi  nəticəsinə  ilk  dəfə 
gələn  Ş.Roulend  və  M.Molina  olmuşdur.  Qeyd  olunan  bu  amerikan  alimləri 
gəldikləri nəticəyə görə Nobel mükafatına layiq görülmüşlər. 
XFK  atmosferin  yuxarı  hissələrinə  qalxaraq  qısa  dalğalı  şüalar  tərəfindən 
tərkibində  olan  xloru  ayırır  və  ayrılmış  xlor  ozonla  (O
3
)  reaksiyaya  girərək  onu 
dağıdır. Nəzərə alsaq ki, bir atom xlor (Cl) 100000 molekul ozonu (O
3
)  dağıtmaq 
qabiliyyətinə  malikdir,  onda  təhlükənin  dərəcəsinin  başa  düşmək  çətin  olmaz. 
Ozonun  dağılması  nəticəsində  insanlarda  dəri  xərçəng  və  katarakt  xəstəliklərinin 
yaranması  ilə  nəticələnən  bu  günkü  xəstəliklərdəndir.  BMT-nin  hesablamalarına 
görə  ozon qatının  1%  azalması  100000  katarakt,  10000  dəri xərçəng  xəstəliyinin 
yaranması ilə nəticələnir. Bununla yanaşı amerikan alimlərinin tədqiqatlarına görə 
ozonun azalması nəticəsində ekvatorial zonada xəstəliklər 5-%-ə qədər artır, digər 
tərəfdən xəstəliklərə qarşı immunitet azalır. 
1985-ci  ildə  Vyanada    ozon  qatının  mühafizəsi  haqqında  konvensiya  qəbul 
edilmiş,  1987-ci  ildə  Monrealda  ozondağıdıcı  maddələrin  atmosferə  atılmasının 
heç olmasa azaldılması barəsində protokol imzalanmışdır. Lakin buna baxmayaraq 
xüsusilə inkişaf etmiş ölkələr verilmiş qərarlara biganə yanaşmaqdadırlar. 
Amerika  mütəxəssislərinə  görə  əgər  qəbul  olunmuş  qərarlara  riayət  edilsə 
ozon XXI əsrin ortalarında özünübərpa nəticəsində 30 il əvvəlki qatını bərpa edə 
bilər. 
Beləliklə, atmosferin çirklənməsinin qarşısının alınması dövrümüzün aktual 
problemlərindən  birinə  çevrilmişdir.  Atmosferdə  meliorativ  tədbirlərin  aparılması 
günün  aktual  məsələlərindən  biridir.  Çirklənmənin  qarşısını  almaq  üçün  isə  ilkin 
meliorativ tədbir tullantısız texnologiyaya keçməkdən ibarətdir. 
Təsadüfi  deyil  ki,  son  zamanlar  istiliyin  artması  əsasən  karbon  qazının 
atmosferdə  çoxalması  ilə  əlaqədardır.  BMT-nin  “iqlimin  dəyişməsi  üzrə 
dövlətlərarası ekspertlər qrupu”-nun məlumatlarına görə 1750-ci ildən 2006-cı ilin 


50 
 
sonunadək atmosferə atılan karbon qazının miqdarı 315milyard tondan artıq olub. 
Bu rəqəmin təxminən yarıya qədəri 1970-ci ildən sonrakı dövrə düşür.  
Atmosferə atılan qazların 80%-ə qədərini daş kömür və neftin yanmasından 
əmələ gələn qazların payına düşür.  
Statistik məlumatlara əsasən meşələrin yanması nəticəsində ildə 1,5 milyard 
tona  qədər  karbon  qazı  atmosferə  daxil  olur.  İstər  üzvi  mənşəli  yanacaqlardan, 
istərsədə digər yanacaq növlərindən atmosferə atılan karbon qazının illik miqdarı 6 
milyard  tondan  artıq  təşkil  edir.  Bu  qaz  tullantılarının  əsas  hissəsi  “səkkizlər” 
qrupuna  daxil  olan  ölkələrin  hesabına  daxildir.  Ümumi  götürdükdə  isə  ildə 
atmosferə  22  milyard  tondan  artıq  tullantı  qazlar  daxil  olur.  Bütün  bunlar  Yer 
kürəsində  intensiv  istiləşmə  prosesinin  getməsinə  səbəb  olur.  Belə  ki,  2080-cı 
ilədək temperaturun 7°C-dək  artması güman edilir.  
İnsanların  təsərrüfat  fəaliyyəti  nəticəsində  iqliməmələgətirən  fəal  səthin 
dəyişilməsi  də  iqlimin  dəyişməsinə  təsir  edən  amillərdən  biri  sayılır.  Belə  ki, 
meşələrin  sıradan  tədricən  çıxması  ayrı-ayrı  sahələrdə  mikroiqlimin  dəyişməsinə 
səbəb olur ki, bütövlükdə Yer kürəsində kifayət qədər iqlim təzadları yaradır. 
 Respublikamızdan  da  bu  hadisə  yan  keçmir.  1,3  milyon  hektara  yaxın 
meşələrimizin  90%-i  təşkil  edən  dağ  meşələrimizin  qırılması,  işğal  olunmuş 
ərazilərimizdə  meşə  sahələrinin  məhv  edilməsi  albedonun  2  dəfə  artmasına, 
radiasiya  balansının  isə  20%-ə  qədər  azalmasına  səbəb    olur.  Bu  isə  gündüzlər 
temperaturun 2- 4°C, rütubət çatışmamazlığını isə 4-7% artırır. 
Son  100  ilin  müşahidələrinə  əsasən  ölkəmizin  ərazisində  orta  illik 
temperatur 0,5-0,6°C artıb. Bu artım 1961-1990-cı illərdə 0,3-0,6°C təşkil etmişdir. 
Artım  XXI  əsrdə  də  davam  etməklə  əsrin  sonunadək  orta  illik  temperaturun  2-
5,8°C təşkil edəcəyi gözlənilir. 
İqlim dəyişmələri kənd təsərrüfatı  bitkilərinin arealına və keyfiyyətinə də öz 
təsirini göstərəcəkdir. Bu təsiri biz ilk növbədə taxılçılıq, üzümçülük, pambıqçılıq 
və sitrus meyvəçiliyində hiss edəcəyik. 
 
 


51 
 
II.4. Ġqlim meliorasiyasının  zərurətə çevrilmə səbəbləri  
54 mIlyon km
2
 sahəyə malik olan Avrasiya materikində bütün iqlim tiplərinə 
rast  gəlinməsi  materikin  böyüklüyü  və  onun  müxtəlif  təbii  şəraitə  malik 
olmasından xəbər verir. Materikdə ümumiyyətlə müxtəlif iqlim tiplərinin yaranma 
səbəbləri  bir  çox  amillərdən  asılıdır.  Okeanlarla  əhatə  olunması,  relyefi,  dağların 
müxtəlif  hündürlüyə  malik  olması,  Alp-Himalay  dağ  qurşağının  paralel  üzrə 
yerləşməsi,  müxtəlif  hava  kütlələri  Avrasiya  materikinin  iqlimini  formalaşdıran 
əsas amillərdir. 
Tədqiqatların  nəticələrinə  əsaslanan  A.İ.Voyeykovun  fikrinə  görə  kənd 
təsərrüfatının inkişafı üçün materik iqlim tipinə malik olan sahələr dəniz iqliminə 
malik  olan  ərazilərə  nisbətən  daha  əlverişlidir.  Yazın  sonu  və  yayda  bol  günəş 
enerjisinin  yaratdığı  istilik  kənd  təsərrüfatının  çoxsahəli  inkişafına  şərait  yaradır. 
Kartof,  tərəvəz,  taxıl  kimi  bitkilərin  becərilməsi  deyilənləri  təsdiq  edən 
faktorlardır. 
Rusiyanın  şimal  və  şimal-qərb  hissələrinin  mülayim  isti  iqlimə  malik  olan 
ərazilərinin  kifayət  qədər  yağıntılı  olması  geniş  otlaq  sahələrin  yaranmasına  və 
heyvandarlığın inkişafına şərait yaradır. Nisbətən quraq olan çöl zonası su qıtlığını 
aradan qaldırmaqla taxıl bitkilərinin yetişdirilməsinə imkan verir. 
Rusiya  və  Ukraynanın  meşə  çöl  zonası  mülayim  iqlim  şəraitində  
çuğundurun becərilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Yağışlı yaz, isti yay və 
yağmursuz  payız  Orta  Asiyanı  pambıqçılığın  inkişafı  üçün  ən  əlverişli  sahələrə 
çevirir.  Lənkəran  və  Qara  dəniz  sahillərinin  rütubətli    və  isti  iqlimi  sitrus 
meyvələrinin,  çayın,  Uzaq  Şərq  bir  sıra  texniki  bitkilərin;  Zaqafqaziya  və  Orta 
Asiya  üzümçülüyün  inkişaf  etdirilməsinə  müsbət  şərait  yaradır.  Azərbaycan  və 
Orta  Asiya  pambıqçılığın  inkişafı  üçün  dünyanın  ən  əlverişli  iqlim  sahələrindən 
biri sayılır. 
Qeyd  olunanlarla  yanaşı  Yer  kürəsinin  elə  yerləri  də  var  ki,  iqlim  şəraiti 
kənd  təsərrüfatının  inkişafına  maneçilik  törədir.  Belə  ki,  şimal  rayonlarında  ifrat 
rütubətlənmədən,  cənub  rayonlarında  isə  yüksək  temperatur  və  rütubətin 
çatışmamazlığından bitkilər əziyyət çəkirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə