M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   2   3   4   5   6   7   8   9   ...   32

18 
 
      Rayonlaşdırmanın aparılmasında əsas məqsəd aşağıdakılardan ibarətdir: 
a) kənd təsərrüfatının meliorasiyaya olan tələbat dərəcəsini müəyyən etmək, 
b)  məhsuldarlığı  artırmaq  üçün  təbii  faktorların  aqroekoloji  rolunu 
müəyyənləşdirmək. 
c)  meliorativ  tədbirlərin  aparılma  imkanlarını  və  məqsədəuyğunluğunu 
müəyyənləşdirmək. 
      Rayonlaşdırma  zamanı  ayrılmış  taksonometrik  vahidlər  istənilən  rayon 
üçün  meliorativ  tədbirlərin  aparılma  metodlarını,  əlverişsiz  şəraitin  aradan 
qaldırılma  yollarını  və  tətbiq  olunacaq  meliorativ  tədbirlər  növünü 
müəyyənləşdirməyə  imkan  verir.  Suvarma  normasını  Q  =  E-(X+W)  düsturu  ilə 
müəyyən  edirlər.  Q-suvarma  norması,  E-vegetasiya  müddəti  bitkinin  suya  olan 
tələbatı,  X-vegetasiya  müddətində  yağıntı,  W-torpaqda  mənimsənilə  bilən 
rütubətdir. 
İnsanların təsərrüfat fəaliyyəti yer kürəsinin müxtəlif sahələrində meliorativ 
tədbirlərin aparılmasını günün aktual məsələlərindən birinə çevirmişdir. Ona görə 
də  meliorativ  xəritələrin  tərtib  edilməsi  kimi  vacib  məsələnin  həll  edilməsi 
problemi qarşıya çıxmışdır. 
Meliorativ  xəritələr  meliorativ  tədbirlərin  elmi  əsaslara  söykənməklə  həlli 
yollarını  göstərir, təbii şəraitin  dəyişmə  proqnozunu verməklə onun  perspektivini 
müəyyənləşdirir. 
Məzmununa görə meliorativ xəritələr sahəvi və kompleks olmaqla iki yerə 
bölünür. 
Təyinatına  görə  elmi-sorğu,  tanışlıq-təbliğat  və  məlumat  (proqnoz) 
xəritələri kimi ayrılır. 
Meliorativ xəritələrin işıq üzü görməsi XX əsrin 30-cu illərinə təsadüf edilir. 
XX  əsrin  60-cı  illərində  tərtib  olunmuş  ümumittifaq  və  regional  xəritələr  daha 
dəqiq  olmaları  ilə  fərqlənirdilər.  1971-ci  ildə  keçmış  SSRİ-də  torpaqların 
meliorasiyasına  aid  çəkilmiş  sxematik  xəritə  QUQK  tərəfindən  tamamlandı. 
Qazaxıstan,  Ukrayna,  Şimali  Qafqaz,  Volqaboyu,  Zaqafqaziya  ölkələrinə  aid 


19 
 
regional  meliorativ  xəritələrin  tərtib  olunması  meliorativ  xəritəşünaslığın 
inkişafında sıçrayışa səbəb oldu. 
Başqırdıstanın  atlasında  çəkilmiş  meliorasiya  xəritəsində  rəng  və  işarələrə 
əsaslanmaqla  torpaqlarda  qurutma  və  suvarma,  çoxillik  otlaq,  turş  torpaqların 
əhənglənməsi  kimi  meliorativ  tədbirlərin  həyata  keçirilmə  yolları  göstərilmişdir. 
Belorusiya  bataqlıqlarının  qurudulmasına  həsr  olunmuş  xəritədə  onun  qurudulma 
yolları  öz  əksini  tapmışdır.  Daha  sonra  Ukraynanın  qərb  hissəsinin  müxtəlif 
sahələrinin  landşaft  meliorativ  xəritələri  tərtib  olunmuş  və  tədbir  metodları 
müəyyənləşdirilmişdir. 
Son  zamanlar  meliorativ  xəritələrin  tərtib  olunmasında  distansion,  yəni 
aerofotoçıxarış və kosmik çıxarışdan istifadə edilməsi tədbirlərin görülməsini xeyli 
sürətləndirmişdir.  Bu  üsul  meliorativ  tədbirlər  aparılan  və  aparılma  perspektivi 
olan torpaq fondlarını müəyyən etməyə imkan verir. 
Meliorativ  fond  dedikdə  artıq  tədbirlərin  aparıldığı  sahələr  başa  düşülür. 
Perspektiv  fond  dedikdə  isə  meliorativ  tədbirlərin  görülməsi  üçün  perspektivdə 
sahələr başa düşülür. 
Su,  meşə,  qar,  eroziyaya  qarşı  meliorativ  tədbirlərin  görülməsində  və 
meliorativ      rayonlaşmanın aparılmasında aerofotoçıxarışlar və kosmik çıxarışlar 
bu  gün  də  meliorativ  tədbirlərin  görülməsində  son  dərəcə  böyük  əhəmiyyət  kəsb 
edir.  Qeyd  olunan  üsullarla  çıxarışlara  əsaslanan  xüsusi  xəritələr  meliorativ 
tədbirlər  görüləcək  sahələrin  planlaşdırılmasında  və  layihələşdirilməsində  son 
dərəcə qiymətli sayılır. 
Yuxarıda  qeyd  olunanlara  baxmayaraq  təbii-meliorativ  tədbirlərin  gələcək 
proqnozunun  verilməsi  və  ərazilər  üzrə  kompleks  meliorativ  tədbirlərin  aparılma 
istiqamətlərinin müəyyənləşdirilməsi bu gün də bir problem olaraq qalmaqdadır. 
 
 
 
 


20 
 
II Fəsil 
TƏBĠĠ KOMPONENTLƏR VƏ ONLARIN MELĠORASĠYASI 
II.1. Su meliorasiyası 
Su  bu  gün  planetimizin  bol  nemətlərindən  biri  olmasına  baxmayaraq,  onun 
2,5%-ə  qədərini  şirin  su  təşkil  edir.  Onun  72,2%-i  buzlaq,  22,4-i  yeraltı  sular, 
0,35%-i atmosfer, 5,05%-i çaylarda toplanmışdır. Təbiətdə mövcud olan hər-hansı 
bir şeyin əvəzedicisi olduğu halda su əvəzolunmazdır. Okean və dənizlər, həmçinin 
şirin  su  mənbələri  ərzaq  və  xammal  xəzinəsidir.  Hesablamalara  görə  dünya 
okeanında   30 milyard tondan yuxarı biokütlə vardır. Bunun 3 milyard tona qədəri 
balıq,  1,5  milyard  tonunu  bəzi  ölkələrdə  qida  məhsulu  kimi  istifadə  olunan 
yosunlardan ibarətdir. Okean bitkilərində zülalın miqdarı qurudakından 4 dəfə çox 
olduğunu nəzərə alsaq onun əhəmiyyətini başa düşmək çətin deyil. Bu gün dəniz 
və  okeanlar  40  milyarddan  yuxarı  insanı  qida  maddələri  ilə  təmin  etmək 
iqtidarındadır.  10  milyon  ton  qızıl,  170  milyon  ton  gümüş,  800  milyon  ton 
molibden,  100  milyon  ton  brom  və  bir  sıra  digər  elementlər  də  dünya  okeanının 
zəngin  sərvətləridir.  180 000-dən  yuxarı  bitki  və  heyvan  növü  dünya  okeanının 
çirklənməsi  ilə əlaqədar artıq sıradan tədricən çıxmaqdadır. 
Su əvəzolunmaz qiymətli sərvətdir. İnsan orqanizminin 65-70%-i, bitkilərin 
cinsindən asılı olaraq 10-95%-ni su təşkil edir. İnsan 70 yaşına qədər 70 tona qədər 
su içir. Orqanizm  25% su itirməklə məhv olur. Hər adam sutka ərzində 2 litrdən 
yuxarı  su  içir,  gün  ərzində  300-500  litr  su  işlədir.  Bütün  bunlar  su  hövzələrinin 
təmiz saxlanılmasının nə dərəcədə əhəmiyyətli olmasını göstərən rəqəmlərdir. 
Suların  çirklənməsi  onun  fiziki,  kimyəvi  və  bioloji  xüsusiyyətlərinə  güclü 
təsir  göstərir.  Suyun  temperaturu,  şəffaflığı,  rəngi,  dadı  fiziki  xassələridir.  Mühit 
reaksiyası  (pH),  codluluq,  minerallar,  xloridlər,  sulfatlar  və  s.  kimyəvi  xassələri 
sayılır;  canlılar  isə  bioloji    xassələri  sayılır.  Bütün  bunlar  suların  çirklənmə 
dərəcəsindən asılıdır.  
Hesablamalara  görə  ildə  30  milyard  tondan  yuxarı  çirkab  su  ətraf  mühiti 
çirkləndirir.  ABŞ-da  saniyədə  10000  tondan  çox  çirkab  su  şirin  su  hövzələrinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə