12
I.2. Meliorasiyanın prinsipləri, tədqiqat
metodları və təsnifatı
Torpaqların meliorasiyası haqqında əsas teoretik fikirlər Rusiyada əsasən
XIX əsrin sonunda V.İ.Voyeykov tərəfindən formalaşdırılmağa başlanmış, 1960-cı
illərdən isə fiziki coğrafiyanın bir sahəsi kimi meydana çıxmışdır. O insanın təbiətə
təsiri tədqiqatı işində bu coğrafi problemlərin müxtəlif mürəkkəb və aktual
sahələrinə toxunmuş, onun həll olunma yollarını göstərmişdir. Pambıqçılığın
inkişafında suvarma meliorasiyası, Polesiya, Vasyuqan kimi bataqlıqların qurutma,
səhralarda
isə
meşə
meliorasiyasının
aparılmasının
əsaslandırılması
V.İ.Voyeykova məxsusdur.
1910-cu ildə V.İ.Voyeykov çap etdirdiyi “Təbii şərait və iqlimlə əlaqədar
torpaqların yaxşılaşdırılması” məqaləsində MDB ölkələrinin müxtəlif rayonlarında
torpaqların yaxşılaşdırılması istiqamətində məsələlərə aydınlıq gətirmişdir. O,
yaxşılaşdırma anlayışında meşə, su, bitki, torpaq, iqlim komponentlərinə üstünlük
vermişdir. V.İ.Voyeykov hər bir meliorativ tədbirin görülməsinin nəticəsini
insanların tələbatında görürdü.
Bitki və su (rütubət) həm insanların xeyrinə, həm də ziyanına olan şərait
yaratmaqla fərqlənirlər. Belə ki, sıx meşə sahələrində ifrat rütubətlənmə,
bataqlıqların yaranmasında, alaq otlarının əmələgəlməsində mühüm rol oynamaqla
kənd təsərrüfatına yararsız sahələrin genişlənməsinə, əkin sahələrinin isə
azalmasına səbəb olur. Ona görə də meliorativ tədbirlər aparılan işlər elmi əsaslara
söykənməli və inkişaf etdiriləcək təsərrüfat sahələrinin xarakter xüsusiyyəti nəzərə
alınmalıdır. V.İ.Voyeykov qeyd olunanları nəzərə almaqla Rusiyanın Avropa
hissəsinin cənub-şərqini, Qərbi Sibiri, Orta Asiyanı və Qafqazı suvarmaya ehtiyacı
olan ərazilər kimi ayırır. O, ifrat rütubətlənmə rayonlarına şimal və şimal-qərbi
Rusiyanı aid etməklə qurutma meliorativ tədbirlərin görülməsi sahələr kimi
qiymətləndirir. Lakin bu meliorativ tədbirlərin ancaq yaşayış məntəqələrinə yaxın
ərazilərdə aparılmasını məqsədəuyğun sayır.
13
Hal–hazırda su-termik, hava və torpaqların yaxşılaşdırılması istiqamətində
aparılan tədbirlər əsas meliorativ tədbirlər sayılır. Orta Asiya, Cənubi Ukrayna və
Şimali Qafqazda suvarma aparılan sahələrdə drenaj, qumlu sahələrdə defilyasiyaya
qarşı mübarizə tədbirlərinin görülməsi vacib sayılır.
V.V.Dokuçayev çöl zonasında quraqlığa qarşı mübarizə tədbirlərini
tarlaqoruyucu meşə zolaqlarının salınmasında, qumsal sahələrin meşəliklərə
çevrilməsində, su hövzə və anbarlarının yaradılmasında görür.
İstər V.İ.Voyeykovun, istərsə Dokuçayevin torpaqlarda meliorativ
tədbirlərə aid fikirləri əsasən 1920-ci illərdən sonra həyata keçirilməyə başlandı.
Məşhur meşəşünas Q.F.Morozov (1922) meliorasiyanın aparılmasında
tətbiqi coğrafiyaya üstünlük verməklə onu bəşəriyyətin tələbi istiqamətinə
yönəltməyi məsləhət görmüşdür.
XX əsrin 50-70-ci illərində bir sıra elmi ekspedisiyalar nəticəsində
tarlaqoruyucu meşələrin proyektləri, suvarma, qurutma və iqlim meliorativ
tədbirləri layihələndirilmişdir.
Uzunmüddətli tədqiqatlar aşağıdakı nəticələrə gəlməyə əsas verir:
1. Təbii hadisələrin dinamikliyi meliorativ tədbirlərin həyata keçirilməsini
aparıcı faktora çevirir.
2. Təbii komponentlərin qarşılıqlı əlaqə və təsiri bir komponentin
dəyişməsinin digərinin dəyişməsinə səbəb olur (bütövlük qanunu). Belə ki,
səhralarda suvarma istiqamətində aparılan təsərrüfat işləri torpaqların təkrar
şoranlaşmasına səbəb olduğundan kollektor-drenaj işlərini unutmaq olmaz. Şimal
rayonlarında isə bir dəfə kübrələnmənin aparılması turşuluğun torpaqlardan
kənarlaşdıra bilinmədiyindən kübrə ilə yanaşı əhəngləmə işlərinin də aparılmasını
tələb edir.
3. Kənd təsərrüfatı sahələrinin düzgün yerləşdirilməsi meliorativ
tədbirlərin görülməsini asanlaşdırır və daha effektli edir.
4. Meliorativ tədbirlər kompleks şəkildə aparılmalıdır.
5. Fiziki-kimyəvi və mexaniki meliorasiyanın təsirinin müəyyən
müddətdən sonra itməsini nəzərə alaraq onu dövrü olaraq aparmaq lazımdır.
14
Yuyulma rejiminə malik olan torpaqlarda tez-tez əhəngləmə işlərinin
aparılmasını misal göstərmək olar. Meliorativ tədbirlərin birtərəfli aparılması çox
vaxt mənfi təsirlə nəticələnir. Orta Asiya və Kür - Araz ovalığında drenajsız
suvarma torpaqların şoranlaşması ilə nəticələnir. Ona görə də bu sahələrdə
drenajsız əkin sahələrinin yaradılması məqsədəuyğun sayılmır. Qeyd etmək
lazımdır ki, drenajların dərinliyinin düzgün müəyyən edilməməsi torpaqlarda
rütubətin arzu olunduğundan çox çıxması, nəticədə ərazilərin quraq sahələrə
çevrilməsinə səbəb olur.
Yamaclarda meşə meliorasiyasının düzgün aparılmaması sonda
yarğanların yaranması ilə nəticələnir və s.
Meliorativ coğrafiyanın əsas vəzifələrindən biri də tədqiqatın metodunu
müəyyənləşdirməkdən ibarətdir.
Torpaqda qida maddələrinin azlıq etməsi normal suvarma şəraitində belə
yüksək məhsul vermədiyindən meliorativ tədbirlərin kübrələnmə istiqamətində
aparılması zəruri sayılır.
Meliorativ tədbirlərin aparılmasında təbii şərait kompleks şəkildə yox,
aparıcı faktor nəzərə alınmalıdır. Yəni o, faktor ki, bitkilərin inkişafında daha
mühüm rol oynayır. Başqa sözlə, meliorativ tədbirlərə ekoloji yanaşmada obyektə
daha yüksək təsirə malik olan amillərə üstünlük verilir.
Suvarma üsulu, suvarmanın vaxtı, suyun həcmi bitkinin növündən asılı
olaraq müəyyən edilməsi ekoloji yanaşma metoduna əsaslanaraq aparılır.
Meliorativ coğrafiyaya sistemli yanaşma, ekoloji duruma bağlıdır.
Sistemin xarakter cəhətləri olan bütövlük, sistemin vahidliyi, mühitin vahidliyi,
şaquli və üfüqi zonallıq, informasiyanın verilməsi və idarəolunma məsələlərinə
təbii meliorativ sistem cavab verir.
Meliorasiyanın həddini müəyyən etmək üçün təbii prosesləri, hadisələri,
başqa sözlə, eroziya, quraqlıq, küləklər, iqlim, bitkilərin qışlaması, qar örtüyünün
qalınlığının araşdırılması tələb olunur.
Göstərilənlərin hər biri təbii komponentlərə bu və ya digər dərəcədə təsir
edən amillərdir. Su meliorasiyası su resurslarının, torpaq meliorasiyası torpaqların,
Dostları ilə paylaş: |