M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

31 
 
keyfiyyətcə  tədricən  sıradan  çıxmasına  və  məhsuldarlığın  azalmasına  səbəb  olur. 
A.R.Qovertin tədqiqatlarına əsaslanaraq keçmişdə bu səbəbdən Azərbaycanda 2,5 
min  hektar  torpaq  sahəsinin  keyfiyyətcə  xarab  olduğunu  göstərir.  Şoranlaşmış 
torpaqlarda  məhsuldarlıq  aşağı  olmaqla  yanaşı  onun  keyfiyyətinə  də  mənfi  təsir 
göstərir.  Azərbaycanda  şoranlaşmış  torpaqlar  əsasən  Kür  –  Araz  ovalığında 
yayılmışdır.  Bunun  səbəbi  qrunt  sularının  səthə  yaxın  olması  və  suvarma 
nəticəsində  səviyyənin daha da  yuxarı  qalxmasıdır.  Respublikamızda  şoranlaşmış 
torpaqlar  Zaqafqaziya  ölkələri  ilə  müqayisədə  daha  geniş  yayılmışdır.  Orta 
Asiyanın  pambıqçılıq  rayonlarında  isə  şoranlaşmış  torpaqlar  daha  geniş  əraziləri 
əhatə  edir.  Əkinçilikdə  böyük  əhəmiyyətə  malik  olan  bu  torpaqlardan  səmərəli 
istifadə  etmək  üçün  yüksək  səviyyədə  meliorativ  tədbirlərin  görülməsi  tələb 
olunur. 
BMT  –  nin  hesablamalarına  görə  qurunun  70%-i  kənd  təsərrüfatına 
yararsızdır.  Qurunun  20%-i  səhra,  20%-i  yüksək  meyilliyə  malik  olan  yamac, 
30%-i  soyuq  sahələr,  10%-i  yuxa,  30%-i  sə  kənd  təsərrüfatına  yararlı  sahələrdən 
ibarətdir.  Bu  rəqəmlər  torpaqlarda  meliorativ  tədbirlər  istiqamətində  aparılası 
işlərin nə dərəcədə əhəmiyyət kəsb etməsini göstərir.  
Torpaqları  meliorativ  tədbir  olaraq  duzlardan  təmizləmək  üçün  kollektor  – 
drenajlar  çəkilir,  sahələr  meyillikdən  asılı  olaraq  0,1-0,5  hektara  bərabər  ləklərə 
bölünür. Sahələr yuyulmadan əvvəl şumlanaraq səthi hamarlanır və suyun sərbəst 
axımı  üçün  şərait  yaradılır.  Yuma  əsasən  payızda  başlamaqla  yazın  əvvəllərinə 
kimi  qurtarılması  məsləhətdir.  Yuma  üsulu  ilə  aparılan  meliorativ  tədbirlər  qida 
maddələrinin bir hissəsinin də itirilməsinə səbəb olmasına baxmayaraq, hələlik bu 
əlverişli tədbir sayılmaqdadır.  
Torpaqların  müəyyən  hissəsi  dağ-mədən  sənayesinin  inkişafı,  müxtəlif 
faydalı  qazıntıların  çıxarılması,  neft  çıxarılan  regionlarda  mədən  –  sənaye 
tullantıları  altında  qalmaqla  təsərrüfatın  dövriyyəsindən  çıxır.  Belə  torpaqları 
yenidən dövriyyəyə qaytarmaq üçün görülən tədbirlər rekultivasiya adlanır. Bu gün 
Qərbi  Sibirdə,  Şimali  Qafqazda,  Qazaxıstanda,  Ukraynada,  Azərbaycanda,  o 
cümlədən  dünyanın  dağ-mədən  sənayesi  inkişaf  edən  ölkələrində  rekultivasiyaya 


32 
 
ehtiyacı olan böyük sahələr mövcuddur. Neftlə çirklənmiş ərazilər də bu meliorativ 
tədbirlərin aparılmasını tələb edir. Abşeron yarımadası və Daşkəsən rayonu ərazisi 
respublikamızda rekultivasiyaya ən çox ehtiyac duyan ərazilər sayılır. 
Torpaqlarda meliorativ tədbirlərin aparılma yollarından biri də bataqlıqların 
qurudulmasıdır. Rusiya, Belorusiya, Ukrayna kimi MDB ölkələrində belə ərazilər 
geniş  sahələri  tutur.  Bataqlıqlaşmış  torpaqlar  kənd  təsərrüfatı  üçün  ehtiyat 
torpaqlar  sayılır.  Bu  torpaqlarda  meliorativ  tədbirlər  apararkən,  tədbirlərin  digər 
sahələrə  mənfi  təsirini  nəzərə  alaraq  ondan  qaçmağa  çalışmaq  lazımdır.  Başqa 
sözlə  bataqlıqlar  qurudularkən  çayların  qidalanmasını,  qrunt  sularının  aşağı 
düşməsinin meşələrə edə biləcək  mənfi təsiri nəzərə alınmalıdır. 
Suvarma  istiqamətində  kənd  təsərrüfatında  əkinçilikdə  istifadə  olunan 
torpaqların bir hissəsi şoranlaşmaya məruz qalmış sahələrə çevrilmişdir. 
Keçmiş SSRİ ərazisinin  2,4%-i, yəni 52 milyon hektardan çox ərazisi şoran 
torpaqlara çevrilmiş sahələrdən ibarət idi.  Qazaxıstan, Qərbi Sibir, Orta və Aşağı 
Volqa,  Cənubi  Ukrayna,  Orta  Asiya,  Ön  Qafqaz,  Zaqafqaziya  əraziləri  şoran 
torpaqların  arealına  görə  daha  çox  fərqlənən  ölkələr  sayılır.  Bu  torpaqların 
yaranma  amilləri  aerob  şəraitdə  quraq  ərazilərdə  bitkilərin  çürüməsində,  qrunt 
sularının  səthə  yaxın  ərazilərində  suvarmanın  düzgün  aparılmasında  görmək 
lazımdır. 
Şoran torpaqlar duz tərkibinə görə dörd qrupa bölünür : 
1.  Sulfatlı-sodalı:  Dneprsahili,  Oka-Donun  cənubu,  Qərbi  Sibirin  cənubu,  Amur, 
Lena və Vilyuy ovalıqlarında geniş yayılmışdır. 
2. Xloridli-sulfatlı: Volqanın cənubunda, Xəzərsahili ovalığın şərqində, Qazaxıstan 
xırda  təpəliyində,  Turan  ovalığı,  Fərqanə  vadisi,  Amudəryanın  deltasında  daha 
geniş əraziləri əhatə edir. 
3.  Sulfatlı-xloridli:  Turan  ovalığının  bir  hissəsi,  Qaradənizsahili  ovalıqlarında 
yayılmışdır. 
4. Xloridli: əsasən Xəzərsahili  ovalıqda yayılmışdır. 
Bitkinin  tərkibinə  asanlıqla  daxil  olan  duzlar  daha  təhlükəli  olduğu  nəzərə 
alınarsa sodalı şoran torpaqlar daha zərərli sayılır. 


33 
 
Tədqiqatlara  əsasən  xlorun  faizlə  miqdarına  görə  yarma  0,04;  şəkər 
çuğunduru 0,04; pambıq 0,03; taxıl 0,03; arpa 0,03; balqabaq 0,02; pomidor 0,02; 
kələm  0,02;  yemiş  0,015;  qarpız  0,008;  xiyar  –  0,007%  olduğu  halda  onların 
becərilməsi mümkün sayılmır. 
Qeyd  olunanlardan  göründüyü  kimi  şoran  torpaqlarda  kənd  təsərrüfatının 
əkinçilik üzrə inkişafı meliorativ tədbirlər görülməsindən son dərəcə asılıdır. Ona 
görə də şoran torpaqların yuyulması üçün, başqa sözlə süni surətdə duzların kənara 
çıxarılması üçün drenaj üsulundan istifadə olunması vacibdir (Şəkil 3,4). 
Drenaj üsulu şoran torpaqları yumaq və bataqlıqları qurutmaq istiqamətində 
aparılan  yaxşılaşdırma  üsuludur.Bu  üsulu  həyata  keçirmək  üçün  açıq  və  qapalı 
kanallardan, yeraltı borular və quyuların qazılmasından istifadə edilir.  
Tarixi  məlumatlara  əsasən  drenaj  üsulundan  qədim  zamanlardan  istifadə 
olunmuşdur.  Bu  drenajlardan  biri  də  Teymurləng  dövründə  tikildiyindən  həmin 
kanal indi də “Əmir Teymurun”  adını daşıyır. 
 
Bu kanal Buxara düzənliyində çəkilmişdir. Amudərya çayının orta və aşağı 
axınından  su  götürən,  3  min  il  əvvəl  tikilmiş  suvarma  sisteminin  suvarma  ilə 
yanaşı, həm də drenaj vəzifəsini yerinə yetirdiyi müəyyən edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə