M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

34 
 
Hazırda pambıqçılıq rayonlarında bu təsərrüfat sahəsinin inkişaf etdirilmək 
üçün  qrunt  sularının  səviyyəsinin  2,5-3m  dərində  yerləşməsi  tələb  olunur.  Əks 
halda meliorativ tədbirlərin aparılması pambıqçılığın inkişafında əsas şərtdir. 
Səth  sularının  aşağı  salmaq  və  şoran  torpaqların  yuyulmasında  çəkilən 
kanallar (cədvəl 1) səth  sularını ötürən kiçik  kanallardan  daha  dərin  olması  tələb 
olunur.  Şoranlaşma  səviyyəsi  yüksək  olan  sahələrdə  texnikanın  sərbəst  işləməsi 
üçün  qapalı,  drenlərarası  600-700m  olan  halda  isə  açıq  drenaj  şəbəkələrindən 
istifadə  olunur.  Çəkilmiş  əsas  drenlərin  dərinliyi  2,5-3  metrdən  dayaz  olmaması 
məsləhətdir.  
Qapalı  drenajlar  (borularla)  yaradılarkən  basdırılmış  boruların  kanallardakı 
suyun  səviyyəsindən  aşağı  olması  nəzərə  alınmalıdır.  Qapalı  drenlərdə  işlədilən 
borular adətən 10-20 sm diametrə malik olan saxsıdan hazırlanır. Boruların tezliklə 
lillənməməsi  üçün  meyillik  çox  aşağı  olmalı,  axım  sürəti  0,30-0,80  m/san  təşkil 
edilməlidir. 
Torpaqlarda  aparılan  meliorativ  tədbirlərdən  biri  də  drenaj  quyularının 
qazılmasıdır.  Əlverişli  susızdırma  qabiliyyətinə  malik  olan  ərazilərdə  bu  üsul 
məsləhət görülür. Su ilə dolmuş quyulardan nasoslar vasitəsilə kənarlaşdırılır. İlk 
dəfə  drenaj  quyuları  1918-ci  ildə  Kaliforniya  ştatında  (ABŞ)  belə  quyular 
qazıldığından bu tip quyular bəzən Kaliforniya quyuları adlanır. Belə quyular 5-6 
düyümlük  borularla  təchiz  olunur  və  dolmuş  quyulardan  su  nasosları  vasitəsi  ilə 
çıxarılır.Özbəkistan ərazisində ilk dəfə belə quyu “Ac çöl” sahəsində salınmışdır.  
 
Cədvəl 1 
Ən böyük kollektorlar 
Kollektorların 
adı 
Ġstifadə olunduğu ərazilər 
Uzunluğu, 
km-lə 
Ġstismara 
verildiyi il 
Baş Şirvan 
Ağdaş,  Ucar,  Kürdəmir,  Bərdə, 
Sabirabad, Salyan 
216 
1963 
Mil Qarabağ 
Yevlax, 
Bərdə, 
Ağcabədi, 
Kürdəmir, İmişli 
152 
1965 
Muğan-Salyan  Sabirabad, 
Saatlı, 
Salyan,  101 
1963 


35 
 
Cəlilabad, Neftçala, Biləsuvar 
Aşağı Şirvan 
Kürdəmir, Zərdab 
70 
1963 
Cənubi Muğan  Biləsuvar,Cəlilabad, Neftçala 
15 
1985 
Əzizbəyov 
Saatlı, Sabirabad  
75 
1962 
Sabir 
Saatlı, Sabirabad 
38 
1962 
Saatlı 
Saatlı, Sabirabad 
25 
1962 
Sağ Sahil 
Saatlı, Sabirabad, İmişli 
56 
1962 
 
Araz  çayının  sol  sahilində  Arazdəyəndə  isə  bu  tip  quyular  1927-1930-cu 
illərdə qazılmışdır. 
1952-ci  ildə  Azərbaycan  elmi  –  tədqiqat  Hidrotexnika  və  Meliorasiya 
İnstitutu  tərəfindən  Muğan  meliorasiya  təcrübə  stansiyasında  da  belə  quyular 
qazılmış və aparılmış hesablamalara əsaslanaraq drenaj quyusunun açıq və qapalı 
drenajdan 10 dəfə ucuz başa gəlməsi müəyyən edilmişdir. 
Dənavər strukturun yaradılması üçün torpaqlara gipsin verilməsi, həmçinin 
üzvi  kübrələrin  verilməsi,  yonca  otlarının  əkilməsi  də  torpaqların  keyfiyyətcə 
yaxşılaşdırılması istiqamətində görülən meliorativ tədbirlərə aid edilir. 
Şoran  torpaqlarının  yuyulmasını  çəltik  əkin  sahələrinin  yaradılması  ilə 
yanaşı aparmaq daha əlverişli meliorativ tədbir sayılır. Hər hektar torpaq sahəsinə 
10-15  min  m
3
    su  verməklə  çəltikçiliyi  inkişaf  etdirməklə  torpaqları  duzlardan 
yumaq mümkün sayılır. Belə olan halda dərin drenaj kanallarından başqa hər 100 
m-dən bir 1m dərinlikdə əlavə kiçik drenlər çəkilir. Bu kiçik kanallarda artıq suları 
ötürməklə torpaqlar duzlardan azad olunur. Ona görə də kollektor-drenaj şəbəkəsi 
olmadan  çəltiyin  becərilməsi  məqsədəuyğun  sayılmır.  Meliorasiyanın  çəltik 
əkilməsi ilə yanaşı aparılmasının ən böyük əhəmiyyəti ondan ibarətdir ki, bu üsul 
şoranlaşmış  torpaqlardan  hətta  birinci  il  kənd  təsərrüfatında  istifadə  etməklə 
kifayət qədər məhsul götürülməsi mümkündür. 
Tərkibində natrium-sulfat  duzları çox olan torpaqlarda yuma istiqamətində 
meliorativ tədbirlərin aparılması payız və qışda məsləhət görülmür. Çünki, suyun 
temperaturu  aşağı  olduğundan  natrium-sulfat  duzları  suda  ərimir  və  torpaq 


36 
 
profilinin  aşağı  qatlarında  toplanır.  Yazda  isə  bu  istiqamətdə  aparılan  meliorativ 
tədbirlər tam müsbət nəticə verir. 
BMT – nin hesablamalarına görə dünya torpaqlarının 60%-ə qədəri bu və ya 
digər  dərəcədə  şoranlaşmaya  məruz  qalmışdır.  Su  itkisi  və  ətraf  sahələrin 
şoranlaşmasının qarşısını almaq məqsədilə meliorativ tədbir olaraq kanallara beton 
üzlər  çəkilir.  Betonların  birləşdiyi  yerlərin  su  keçirməməsi  üçün  qalınlığı           
0,2-0,8mm  olan  polimer  klyonkalardan  üzlüklər  çəkməklə  hidroizolyasiya 
tədbirləri  həyata  keçirilir.  Təkrar  şoranlaşma  daha  təhlükəli  olduğundan  bu 
tədbirlərin həyata keçirilməsi daha əhəmiyyətlidir.  
CaCl  və  MgCl  duzlarından  şorlaşmaya  məruz  qalmış  sahələrdə 
hidromeliorativ  tədbirlər  lazımi  səmərə  vermədiyindən  kimyəvi  meliorasiyaya 
üstünlük verilir. Belə ki, torpağa gips verməklə sodanı reaksiyaya cəlb edərək suda 
həll olan duzlara çevirmək olur, sonradan torpaqlardan uzaqlaşdırılır.  
Torpaqda mühit reaksiyasını dəyişməklə də kimyəvi meliorasiya üsulundan 
istifadə olunur. pH-ın miqdarı 7-dən aşağı olan turş torpaqları əhəngləməklə mühit 
reaksiyasını neytrallaşdırmaq olur. Qələvi torpaqlarda isə gipsləşdirmə üsulundan 
istifadə edərək meliorativ tədbirlərin aparılması məsləhət görülür.  
Şoran  torpaqlarda  elektromeliorasiya  üsulu  ilə  də  meliorativ  tədbirlərin 
aparılması  məsləhət  görülür.  Bu  məqsədlə  torpağa  yüksək  gərginlikli  elektrik 
cərəyanı  verməklə  duzları  parçalanmaya  məruz  qoymaq  olar.  Meliorativ 
tədbirlərdən  sonra  sahələrə  duza  davamlı  şəkər  çuğunduru  və  günəbaxanın 
əkilməsi  natriumun  torpaqlarda  azalmasına,  yoncanın  əkilməsi  ilə  isə  azotun 
artmasına səbəb olduğundan bu bitkilərin əkilməsi də meliorativ tədbir kimi qəbul 
edilə bilər. 
Torpaqları  qiymətləndirmə  yolu  ilə  də  aparılacaq  meliorativ  tədbirlərin 
növünü  müəyyən  etmək  mümkündür.  Bunu  aşağıdakı  düsturla  həyata  keçirmək 
məsləhətdir: 
                                                  
m
f
Z
Z
B
100


 
                   
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə