M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

43 
 
Bu təbəqələrin hər biri özünəməxsus funksiya daşıyır. Ozon qatı canlı aləmi 
ultrabənövşəyi,  termosfer  isə  rentgen  şüalarının  məhvedici  təsirindən  qoruyur, 
radiodalğaları  əks  etdirir.  Maqnitosfer  isə  yer  kürəsini  yüksək  elektrik  yükünə 
malik olan günəş plazmasından qoruyur.  
Qeyd  olunanlar  qısa  da  olsa  atmosfer  haqqında  bizdə  təəsürat  yaradır. 
Əhəmiyyəti  nəzərə  alınmaqla  onun  qorunmasının  nə  dərəcədə  əhəmiyyət  kəsb 
etməsi haqqında məlumatlarla bizi silahlandırır. 
Atmosferin  tərkibinin  şaquli  və  üfüqi  istiqamətdə  yekcins  olmaması  onun 
dəyişkən  hərəkətləri  ilə  nəticələnir.  Təzyiq  qurşaqlarının  yaranması  atmosferin 
hərəkətində  xüsusi  rol  oynayır,  iqlimin  formalaşmasında,  fauna  və  floranın 
yayılmasında əvəzolunmaz əhəmiyyətə malikdir. 
Yerin kürə formasında olması ilə əlaqədar olaraq günəşin düşmə bucağında 
yaranan  fərqlər  iqlim  qurşaqlarının  və  qurşaqlar  daxilində  təbii  zonaların 
yaranmasına səbəb  olur.  Hər  bir  zona  təbii  komponentlərinə  görə  biri  digərindən 
kəskin fərqlənir. Ekvatordan qütblərə doğru təbii zonalar (coğrafi zonalar) istilik və 
rütubətin miqdarından asılı olaraq tərkibcə fərqli landşaft bölgülərinə ayrılır. Fərqli 
təbii komponentlərə malik olan təbii zonalar aşağıdakı kimi bölünür: 
1.  Rütubətli  ekvatorial  meşə  zonası  –  Boniteti  yüksək  meşə  örtüyünə, 
qırmızı, sarı (laterit) torpaqlara malikdir. 
2.  Subekvatorial  meşələr  -  Boniteti  yüksək  meşə  örtüyünə,  qırmızı,  sarı 
(laterit) torpaqlara malikdir. 
3.  Savannalar  –  Yağıntılı  və  quraq  mövsümlərinin  bir-birini  kəskin  əvəz 
etdiyi  ərazilərdə  yayılır.  Cənubi  Amerika,  Hindistan,  Cənub  –  qərbi  Asiyada, 
xüsusilə Afrikada geniş sahələri əhatə edir. Torpaqları qırmızımtıl – qonurdur. 
4.  Tropik  səhra  və  yarımsəhralar  –  ilboyu  müsbət    iqlim  şəraitində 
formalaşması ilə mülayim qurşağın səhralarından fərqlənir. Ən yüksək temperatur 
amplitudaya  malik zonadır, ancaq  oazislərdə canlı aləmə rast gəlinir. Torpaqları 
boz, boz – qonur, şoran torpaqlardır.  
5. Subtropik kolluqlar və codyarpaqlı meşələr – Qəhvəyi torpaqlardır.  


44 
 
6.  Mülayim  qurşağın  səhra  və  yarımsəhraları  –  Müsbət  və  mənfi  iqlim 
şəraitinə malik olan sahələrdə əmələ gəlir. Torpaqları boz, boz – qonur, şorandır.  
7. Çöl zonası – yağıntılarla buxarlanmanın bir – birinə yaxın olduğu əraziləri 
əhatə  edir.  Ot  bitkiləri  altda  formalaşan  torpaqları  qara  torpaqlar  olub,  humusla 
zəngindir. 
8. Meşə - çöl - yağıntılarla buxarlanmanın bir – birinə yaxın olduğu əraziləri 
əhatə  edir.  Ot  bitkiləri  altda  formalaşan  torpaqları  qara  torpaqlar  olub,  humusla 
zəngindir. 
9.  Mülayim  qurşaqların  meşə  zonası  –  İynəyarpaqlı  və  yarpağını  tökən 
enliyarpaqlı meşələrdən ibarətdir. Küknar, şam, ağ şam, sidr ağac cinsləri yayılıb. 
Torpaqları podzol, qəhvəyi, qonur torpaqlardır.  
10. Meşə - tundra – Qonur, bataqlıq torpaqlar yayılıb.  
11. Tundra – Sərt iqlim şəraitinə malik olub tundra – qleyli, tundra bataqlıq 
torpaqlar yayılıb. 
12. Qütb səhraları və ya buzlu zona – torpaqları primitivdir. 
Bu  zonaların  hər  birində  təbii  komponentlərindən,  inkişaf  səviyyəsindən, 
yeraltı  və  yerüstü  inkişaf  səviyyələrindən  asılı  olaraq  atmosferdə  çirklənmə 
problemi yaranmışdır. 
Atmosferin  çirklənmə  həddi  təhlükəsizlik  baxımından  qiymətləndirilməsi 
zərərli  inqrediyentlərin,  yəni  müxtəlif  antropogen  mənşəli  qazların,  buxarların, 
bərk  və  maye  hissəciklərin  yol  verilə  bilən  konsentrasiyasının  (YVK)  müşahidə 
edilən konsentrasiyası ilə müqayisə edilməsi əsasında müəyyən edilir.  
Konsentrasiya  tənəffüs  zamanı  hava  ilə  birlikdə  orqanizmə  daxil  olan 
maddələrin  məcmusudur.  Hələ  1964-cü  ildə  Ümumdünya    Səhiyyə  Təşkilatı 
tərəfindən  atmosferin  çirklənmə  təhlükəsi  təsiretmə  dərəcəsinə  görə  4  səviyyəyə 
ayrılmışdır: 
A)  təsir  etmir;  B)  qıcıqlandırır;  C)  xroniki  xəstəliklər  törədir;  D)  ağır 
xəstəliklər törədir. 
Ə.Ə.Qorçiyevə görə (1980-1995) sənayemizin güclü inkişaf dövründə bütün 
çirklənmə mənbələrindən atmosferə atılan tullantıların 80%-i sənayenin, 20%-i isə 


45 
 
nəqliyyatdan  atmosferə  atılan  qazlar  təşkil  etmişdir.  Ümumilikdə  isə  Azərbaycan 
Respublikası  atmosferinə  atılan  tullantıların  illik  miqdarı  2  milyon  tondan  artıq 
olmuşdur.  Çirklənmə  iri  sənaye  şəhərləri  sayılan  Bakı,  Sumqayıt,  Gəncə,  Şirvan, 
Mingəçevir,  Naxçıvan  şəhərlərində  özünü  daha  qabarıq  şəkildə  göstərmişdir. 
Tullantıların  miqdarına  görə  sənaye  potensialımızın  70%-dən  çoxu  cəmləşən 
Abşeron  yarımadası  xüsusilə  fərqlənmişdir.  Başqa  sözlə,  ərazinin  7%  -  i  təşkil 
etməsinə  baxmayaraq  tullantıların  80%-ə  qədəri  Abşeron  yarımadasının  payına 
düşmüşdür.  
XX əsrin 90-cı illərinə qədər Sumqayıt respublikamızda kimya sənayesinin 
aparıcı  şəhəri  sayılırdı.  Hazırda  bu  sahənin  bir  qədər  zəifləməsinə  baxmayaraq 
yenə  də  kimya  məhsulları  istehsalına  görə  respublikamızın  digər  şəhərlərindən 
fərqlənir.  Kimya  sənayesinin  95%-i  bu  şəhərdə  yerləşdirilməsinə  baxmayaraq 
sənaye  müəssisələrinin  şəhərdən  şimal  –  qərb  və  qərb  hissədə  tikilməsində 
küləklərin istiqaməti nəzərə alınmamışdır. Nəticədə şəhər atmosferinin çirklənməsi 
və əlavə kapital qoymaqla meliorativ tədbirlərin aparılması zərurəti yaranmışdır.  
Aparılmış  elmi  –  tədqiqat  işlərinin  nəticələrinə  əsalanmaqla  Ə.Ə.Qorçiyev 
(1992) Bakı və Sumqayıt şəhərlərinin çirklənmə mənbələrindən atılan tullantıların 
əsasən 6 inqrediyentdən ibarət olduğunu göstərir. Bu inqrediyentlər – kükürd qazı, 
azot  oksidləri,  dəm  qazı,  karbohidrogenlər,  xlor  və  sənaye  mənşəli  tozlardan 
ibarətdir.  
İstər  Bakı,  istər    isə  Sumqayıt  şəhərləri  ərazisində  sənaye  müəssisələrinin 
normal  fəaliyyəti  dövründə  belə  kükürd  qazı  və  karbohidrogenlər  5-8,  azot 
oksidləri 9-11, dəm qazı 16-19 dəfə sanitar gigiyenik normadan artıq olmuşdur.  
Şəhərlər üzərində hava  hövzəsinin  çirklənmə  həddi  tullantı  parametrləri və 
meteoroloji  şəraitdən  kifayət  qədər  asılıdır.  Bu  xüsusiyyət  küləkli  şəhərlər  olan 
Bakı və Sumqayıt şəhərlərinə daha xas cəhətlər sayılır.  
Metereoloji  istiqamətdə  meliorativ  tədbirlərin  görülməsini  düzgün  həyata 
keçirmək  məqsədilə  profilaktik  tədbirlər  sistemini  hazırlamaq,  çirklənmənin 
həddini  əvvəlcədən  müəyyən  etmək  tələb  olunur.  Ona  görə  də  proqnoz  məqsədli 
üsulların  hazırlanması  xüsusi  əhəmiyyət  kəsb  edir.  Ancaq  bu  halda  metalların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə