M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

67 
 
Ekoloji baxımdan respublikamız problemli ölkələr sırasına daxildir. Abşeron 
yarımadası və Sumqayıt xüsusilə ekoloji problemlər kompleksi olan zonaya aiddir. 
Sənaye  potensialımızın  70%-dan  çoxu  Bakı  və  Sumqayıt  şəhərlərində 
cəmləşmişdir. Son dövrlərdə 80-dən artıq böyük, 270 orta və 2000-dən artıq kiçik 
müəssisələr  yaradılmışdır.  Ona  görə  də  respublika  ərazisində  atmosferə  atılan 
tullantıların  2/3  hissəsindən    çoxu  Abşeron  zonasının  payına  düşür.  Abşeron 
rayonu  üzrə  tullantıların  ən  yüksək  miqdarı  1990-cı  ildə  1,5  milyon  tona  yaxın 
qeydə alınmışdır. Sənaye  müəssisələrinin əksər hissəsinin işləməməsi ilə əlaqədar 
olaraq bu rəqəm təqribən 15 dəfə azalmışdır. Sumqayıt şəhərində isə bu göstərici 6 
dəfə aşağı düşmüşdür. 
Respublikamızın  qərbində  yerləşən  Gəncə  və  Mingəçevir  şəhərlərinin 
havasının çirklənməsində payları 6,5% təşkil etsə də, hər il bu zona Gürcüstan və 
Ermənistan  ərazisindən  hava  axımları  vasitəsilə  20-30  min  ton  tullantıya  məruz 
qalır. Bu şəhərlərin müəssisələri tərəfindən isə atmosferə il ərzində 14 min tondan 
artıq tullantı daxil olmuşdur. Şirvan şəhərində 2002-ci ildə bu rəqəm daha yüksək 
olub, 20,5 min ton təşkil etmişdir. 
Ümumiyyətlə,  sənaye  müəssisələrinin  ətraf  mühitə  atdığı  tullantılar 
içərisində  karbon,  kükürd  və  azot  oksidləri  üstünlük  təşkil  edir  ki,  bu  qazlar  bir 
neçə saat ərzində daha ağır nəticələr verə biləcək formalara keçirlər. Misal olaraq 
kükürd  oksidlərinin  havadakı  su  buxarı  ilə  reaksiyaya  girərək  sulfid  və  sulfat 
turşularına  çevrilərək  turş  yağışların  düşməsinə  səbəb  olmalarını  göstərmək  olar. 
Bu  yağışlar  torpağa,  torpaqdan  bitki  və  insan  orqanizmlərinə  keçməklə  ağır 
fəsadlar törədə bilər. 
Bütün  bunlar  meşə  meliorativ,  daha  doğrusu  fitomeliorativ  tədbirlərinin 
görülməsinin mühüm əhəmiyyət kəsb etməsini göstərir. 
Meşə meliorasiyası təsirinə görə iki qrupa bölünür: 
1-ci küləyə qarşı (küləksındıran),  
2-ci sutənzimləyici. 
Qoruyucu meşə zolaqları isə əhəmiyyətinə görə aşağıdakı vidlərə bölünür: 


68 
 
1)  tarlaqoruyucu;  2)  sutənzimləyici;  3)  yarğan  və  qobulara  qarşı;                 
4) dövlətmeşə qurşağı; 5) çaykənarı və müxtəlif su hovzələri; 6) qumsal sahə meşə 
zolağı;  7)  suvarma  kanalları  ətrafı  zolaqlar;  8)  əkin  sahələrində  meşə  zolaqları;   
9)avtomobil  və  dəmiryol  kənarı  meşə  zolaqları;  10)  yaşayış  məntəqələrində 
salınmış meşə zolaqları. 
Tarlaqoruyucu  meşə  zolaqlarının  salınması  ilk  növbədə  ərazidə 
proyektləşdirmə  işi  aparmağı,  meşə  cinslərini  seçmək  və  ağac  cinsləri  seçilərkən 
ərazinin fiziki-coğrafi şəraiti nəzərə alınmalıdır. 
Keçmiş  SSRİ-nin  meşə-çöl  və  çöl  zonasında  iqlimin  quraqlıq  dərəcəsi 
nəzərə alınaraq 16 aqromeliorativ rayona bölünmüşdür. 
Tədqiqatlar  göstərir  ki,  tarlaqoruyucu  meşə  zolaqlarının  eni  8-15m  olarsa 
daha  effektli  olur.  Bu  halda  cərgələr  arası  3-7m  olması  məqsədə  uyğundur.  Su 
eroziyasına qarşı meşə zolaqları su axımını tənzimləmək üçün eni 12-20m olması 
daha əhəmiyyətlidir. Sahədən maşınların keçə bilməsi üçün yol keçidi salınmalıdır. 
Keçidlər  salınarkən  küləyin  birbaşa  sahələrə  daxil  ola  bilməməsi  üçün  ziqzaqlı 
yolun çəkilməsinə fikir verilməlidir.  
Suların  udulmasını  təmin  etmək  üçün  salınan  meşə  zolaqları  arasındakı 
məsafə 200-400m təşkil etməlidir.   
Eroziyaya  qarşı  meliorativ  tədbir  məqsədi  ilə    salınmış  meşə  zolaqları  eni 
20-50m-dir.  Bu  məqsədlə  salınmış  meşə  zolaqları  çox  yaruslu  və  aşağı  yarusda 
kolluqların yaradılması eroziyaya qarşı daha effektli olur. Eroziyaya qarşı görülən 
meliorativ tədbir  digərlərindən daha effektli sayılır. 
Meliorasiya  məqsədi  ilə  yaradılmış  meşə  zolaqlarının  cins  tərkibi  xüsusi 
əhəmiyyətə  malikdir.  Belə  ki,  çətirli  ağacların  salınması  daha  məqsədəuyğundur. 
Çünki  çətirli  ağaclar  torpağı  kölgələməklə  rütubəti  tənzimləyir,  həm  də  ot 
bitkilərinin  inkişafına  təsir  göstərir.  Meşə  zolağı  salınarkən  axırıncı  cərgəyə 
yerləşdiyi en dairəsindən asılı olaraq meyvə ağacları salınmalıdır.  
Qarışıq  cinslərdən  ibarət  meşə  zolaqları    salınarkən  üç  ağac  cinsi  xüsusilə 
nəzərə alınır. 
1. Kölgəli ağac - əsasən iki yarusdan ibarət ağac cinsindən ibarət olur. 


69 
 
2. Kol-ağac – ağac və kol cinslərinin nisbəti bir-birinə bərabər olur. 
3. Qarışıq – sahənin 75%-i ağac cinslərindən ibarət olur. 
Dağlıq ərazilərdə meşə meliorativ tədbirləri yağıntılar nəticəsində torpaqda 
baş verən səthi yuyulmaya qarşı yönəldilmişdir. Dağ yamaclarında salınmış meşə 
zolaqları  terraslanmaya  əsaslanır.  Belə  ki,  salınmış  terraslar  rütubətin 
saxlanmasında və torpaqların yuyulmasında meliorativ tədbir  kimi bir müddət öz 
rolunu  görür,  sonra  böyümüş  ağac  cinsləri  öz  funksiyasını  yerinə  yetirir.    Dağ 
meliorativ  tədbirlər  əsasən  Krımda,  Qafqazda,  Orta  Asiya  və  Zaqafqaziya 
ərazilərində aparılır (13°-dən çox meyilli yamaclarda). 
Suvarma  əkinçiliyi  inkişaf  etdirilən  sahələrdə,  yəni  arid  ərazilərdə  meşə 
meliorasiyası buxarlanmanın miqdarını 15-25% aşağı salır, sahələrin mikroiqlimini 
yaxşılaşdırır, torpaqları kök sistemi ilə bərkidir, filtrasiyanı azaldır və torpaqlarda 
təkrar şorlaşmanın qarşısını alır. 
İri  magistral  kanallar  ətafında  10-15m  enində,  paylayıcı  kanallar  ətrafında 
isə  5-10m  enində  meşə  zolağının  salınması  suyun  buxarlanma  faizinin  aşağı 
düşməsinə səbəb olur. 
Yer kürəsinin böyük bir hissəsi qumlu səhralardan ibarətdir. Saxara, Namib, 
Böyük Nefud, Kiçik Nefud, Qaraqum, Qızılqum və s. kimi səhralarda,  həmçinin 
Aşağı  Dnepr,  Aşağı  Don,  Xəzərsahili,  Volqa  və  Ural  çayları  arası  qumlaq 
ərazilərdə  meşə  meliorasiyası  xüsusi  əhəmiyyət  kəsb  edir.  Sistemsiz  istifadə 
qumsal  ərazilərdə  qumların  hərəkəti  ilə  nəticələnir  və  küləklər  vasitəsi  ilə 
sovrularaq  kənd  təsərrüfatının  müxtəlif    sahələrinə  ziyan  vurur.  Ona  görə  də 
qumların hərəkəti istiqamətində iki qrupa bölünməklə mübarizə aparılır: 
1.  Xəbərdarlıq  tədbirləri  –  otarılmanı  nizama  salmaq,  müxtəlif  sahələrdə 
otarmanı qadağan etmək, otlaqlara aparılması üçün xüsusi yol ayırmaq.  
2.  Fəal  tədbir  –  qumların  hərəkətini  fitomeliorativ  tədbirlərlə  qarşısını 
almaq, yəni ot bitkilərinin əkilməsini təmin etmək, kol və yaxud quraqlığa davamlı 
ağac  bitklərinin  geniş  sahəsini  yaratmaq  kimi    fəal  tədbirləri  həyata  keçirmək 
lazımdır (saksaul, sarı akasiya ağaclarından istifadə). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə