M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

52 
 
Quraqlıq  kənd  təsərrüfatına  ən  çox  ziyan  vuran  təbii  hadisələrdən  biridir. 
1963,  1972,  1975-ci  illərdə  keçmış  SSRİ-nin  Avropa  hisəsində,  1974,  1975-ci 
illərdə  Qazaxıstanda  baş  vermiş  quraqlığın  kənd  təsərrüfatına  vurduğu  ziyanları 
buna misal gətirmək olar. 
Yağıntıların  vegetasiya  dövründə  düşməməsi  də  əkin  sahələrində 
məhsuldarlığın  xeyli  aşağı  düşməsinə  səbəb  olur.  Ən  təhlükəli  hava  şəraiti  əkin 
sahələri  üçün  yazın  ortalarında  və  payızın  əvvələrində  şaxtaların  baş  verməsidir. 
Qışda sərt şaxtaların baş verməsi bir sıra bitkilərin sıradan çıxması ilə nəticələnir. 
Qeyd    olunan  xoşagəlməz  hadisələrin  törədə  biləcəyi  fəsadların  qarşısını  almaq 
məqsədi ilə bir sıra iqlim meliorativ tədbirlərinin görülməsi tələb olunur. Belə ki, 
mədəni  bitkilərin  becərilməsi  iqlim  əmələ  gətirən  amillərdən  biri  olmaqla  Yer 
səthində iqlimin yaxşılaşmasını təmin edir. Bitkilərin  becərilməsi albedonun aşağı 
düşməsinə, radiasiya və istilik balansının özünəməxsus formalaşmasına səbəb olur. 
Mədəni  bitkilərin,  xüsusi  ilə  ağac  bitkilərinin  becərilməsi  mikroiqlim  sahələri 
yaratmaqla,  buxarlanmanı  azaltmaqla  torpaqda  rütubət  rejiminin  müsbət 
istiqamətdə dəyişməsinə səbəb olur. 
Beləliklə P.İ.Kalaskov (1947) müəyyən təbii prosesləri nəzərə almaqla iqlim 
meliorativ  tədbirlərinin  təsnifatını  vermişdir.  Təsir  etmə  sürətinə  görə  o,  iqlim 
meliorativ tədbirləri tədrici və sürətli  olmaqla iki yerə bölür. 
Əhatə  etdiyi  ərazinin  böyüklüyünə  görə  P.İ.Kalaskov  iqlim  meliorativ 
tədbirlərini aşağıdakı kimi təsnif edir. 
1. Mikroiqlim meliorasiyası – torpaq səthinə yaxın hava və torpaqda. 
2. Mezoiqlim  meliorasiyası  – müxtəlif iqlim rayonlarını və əyalətləri əhatə 
edir.  
3. Makroiqlim meliorasiyası – kifayət qədər böyük sahələri əhatə edir. 
Göstərilən  təsnif  daxilində  struktur  quruluşuna  görə  bölgü  aşağıdakı  kimi 
aparılır: 
1. Mütləq qənaətbaxış iqlim meliorasiyası. Bütün ərazini əhatə etməklə meşə 
massivlərinin yaradılması nəzərdə tutulur. 


53 
 
2. Ərazinin müəyyən bir hissəsini əhatə edir. İrriqasiya sistemləri  yaradılmış 
səhralar nəzərdə tutulur. 
3.  Müəyyən  vaxt  ərəfəsi  üçün  meliorasiya.  İlin  müəyyən  dövründə  şaxta, 
suvarma,  qardan  istifadə,  torpaqların  keyfiyyət  baxımından  yaxşılaşdırılması 
nəzərdə tutulur.  
A.İ.Voyeykova  görə  zəruri  meliorativ  tədbirlərə  suvarılma,  meşələrdə 
bataqlıqların qurudulması, tarlaqoruyucu və ya bütöv meşə zolaqlarının salınması, 
şaxtadan  qorunmaq  məqsədi  ilə  tonqalların  qalanması  kimi  tədbirlərin  həyata 
keçirilməsi aiddir.  
Havanın  temperaturu  iqlimin  vəziyyətini  xarakterizə  edir.  Hər-hansı  bir 
ərazinin temperaturu isə müxtəlif təbii amillərdən asılı olduğu halda insanlar onu 
mənfi  istiqamətdə  dəyişməsində  fəal  rol  oynayırlar.  Üç  milyon  il  bundan  geri 
havanın orta temperaturu 71°C olduğu halda  kaynozoy erasında temperatur aşağı 
düşməklə  17°C  təşkil  etmişdir.  Hazırda  isə  orta  temperatur 15°C  təşkil  edir, orta 
illik rütubət isə 50% təşkil edir. Nəmliyin 60%-ə qalxması, temperaturun isə 10 °C 
enməsi  nəticəsində  daha  bir  buzlaşma  dövrünün  başlanması  ilə  nəticələnəcəyi 
güman edilir. 
Tədqiqatlar  göstərir  ki,  sənayenin  sürətlə  inkişafı  nəticəsində  iqlimdə 
gələcəkdə qlobal problemə çevriləcək istiləşmə gedir. Son dövrlərdə temperaturun 
1°-yə  yaxın  artması  da  bunu  göstərir.  Son  dövrlər  nüvə  silahlarının  sınaqdan 
çıxarılması, getdikcə nüvə silahına malik olan dövlətlərin çoxalması da gələcəkdə 
temperaturun artmasına səbəb olacağından xəbər verir. Atmosferdə baş verən iqlim 
dəyişiklikləri  iqlim  qurşaqlarının  yerdəyişməsinə  səbəb  ola  bilər  ki,  bu  da  öz 
növbəsində ərazaq probleminin yaranması ilə nəticələnər. 
Deyilənlər  nəzərə  alınmaqla  iqlim  meliorativ  tədbirlərinin  aparılması 
günümüzün aktual problemlərindən biri sayılmalıdır. 
Meşə  zolaqlarının  salınması,  buludların  mərmi  ilə  dağıdılaraq  yağıntılara 
çevrilməsi,  hətta  tullantısız  istehsala  keçmək  iqlim  meliorativ  tədbirlər 
istiqamətində görülən işlər sayılır. 


54 
 
Səth  örtüyündə  iqlim  meliorativ  tədbirlərin  aparılmasına  dağ  buzlaqlarının 
süni əridilməsi aid edilir.  
İqlim  meliorativ  tədbirləri  torpaqlarda  istilik  və  rütubət  rejimini 
tənzimləməyə, aerasiya prosesinin yaxşılaşmasına, torpaqlarda mikroorqanizmlərin 
inkişafına kifayət qədər təsir göstərən tədbirlər sistemlərindən biridir. 
P.M.Borisovun  təklifinə  görə  Arktikanın  iqlimini  Atlantik  okeanının  suları 
hesabına  dəyişdirmək  imkanları  mövcuddur.  Onun  ideyasına  görə  müəyyən 
qurğular vasitəsilə Atlantik okeanının sularını Holfstrim cərəyanı ilə birlikdə Şimal 
Buzlu  okeana  daxil  etmək  imkanı  yaratmaq  olar.  Beləliklə  Arktika  buzlarını 
əritməklə  Avrasiya  və  Kanadanın  şimalında  meliorativ  tədbirlər  aparmaqla 
temperaturu yüksəltmiş olarıq. 
Nəticədə  Arktika,  Kanada  və  Avrasiyanın  Şimalı  iqlim  meliorasiyası 
baxımından tamamlanmış olar. 
İqlim  meliorativ tədbirləri səthin albedosunu dəyişməklə də həyata keçirilə 
bilər.  Suvarma,  qurutma,  müxtəlif  bitki  növlərinin  əkilməsi,  qartoplama,    yaxud 
əksinə  tədbirlərin həyata keçirməklə albedonun dəyişdirilməsi mümkündür. 
Qeyd  olunanlara  əsasən  iqlim  meliorasiyasının  aparılması  böyük  təcrübi 
əhəmiyyətə malik olmaqla yanaşı təsərrüfatda bir sıra məsələlərin həll edilməsində 
mühüm əhəmiyyət kəsb edir. 
Şimal  yarımkürəsində  bütün  iqlim  tiplərinə  təsadüf  edilir.  Bu  onun  ərazi 
baxımından  böyüklüyü  və  təbii  şəraitinin  müxtəlifliyə  ilə  bağlıdır.  A.İ.Voyeykov 
(1949)  kənd  təsərrüfatının  hərtərəfli  inkişafı  baxımından  iqlimləri  xarakterizə 
etməklə  dəniz  iqlimi  ilə  müqayisədə  materik  iqliminə  üstünlük  vermişdir.  O  bu 
iqlimləri  müqayisə  edərkən  yaz  və  yayda  materik  iqliminin  mövcud  olduğu 
ərazilərin daha çox işıq və istiliyə malik olmaları fikrinə əsaslanmışdır. 
Dünya  iqliminin  tədqiq  edilərək  öyrənilməsi  kənd  təsərrüfatının  daha  da 
inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən bütün dövlətlərin 
marağına səbəb olmuşdur. 
Kənd  təsərrüfatı  insanların  ən  qədim  fəaliyyət  sahələrindən  biri  sayılır. 
İnkişaf  səviyyəsindən  asılı  olmayaraq  kənd  təsərrüfatının  müxtəlif  sahələri  ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə