M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   11   12   13   14   15   16   17   18   ...   32

46 
 
korroziyaya  uğramasının,  binaların,  tikinti  materiallarının,  sənaye  məhsullarının 
yararsız hala düşməsinin qarşısını almaq və yaxud onlara qarşı meliorativ tədbirlər 
aparmaq mümkündür. 
Atmosferin  çirklənməsi  bitki  və  insan  orqanizmləri  üçün  daha  təhlükəli 
sayılır. Çünki bu proses qısa müddət ərzində öz təsirini göstərir. Belə ki, iri sənaye 
şəhərlərində  ekoloji  baxımdan  təmiz  şəhərlərlə  müqayisədə  xəstəliklər  30%-ə 
qədər  yüksək  olur.  Qeyd  olunanlar  Abşeron  yarımadasında  yerləşən  yaşayış 
məntəqələrinin də yüksək gərginlik çərçivəsi arasında olduğunu göstərir. 
Antropogen  çirklənmənin  qarşısını  almaq  və  yaxud  aradan  qaldırmaq 
məqsədi ilə aşağıdakı meliorativ tədbirlərin görülməsi məqsədəuyğun sayılmalıdır: 
a)  Müəssisələrdə  toz  və  kültutucu  qurğuların  faydalı  iş  əmsalını  100-ə 
yaxınlaşdırmaq; 
b) Metallurgiya kombinatlarında sobaların alovsuz yanmasını təmin etmək, 
maye yanacağın miqdarını mümkün qədər azaltmaq 
c) Müəssisələri müasir daha güclü qurğularla təmin etmək
d) Tullantısız texnologiyaya keçmək
e)  Yaşıllıqları  artırmaq  məqsədilə  xiyabanlar  və  yeni  meşə  zolaqları 
yaratmaq. 
Bu  gün  atmosferin  çirklənməsi  səbəbindən  mövcud  təbii  zonaların  hər 
birində  ekoloji  şərait  gərginləşmiş,  meliorativ  tədbirlərin  həyata  keçirilməsi 
zərurəti yaranmışdır. 
Atmosfer çeşidli mənbələrdən çirklənir. Çirklənmə təbii və antropogen yolla 
olmaqla  iki  yerə  bölünür.  Bəşəriyyət  yarandığı  gündən  təbii  sərvətlərdən  istifadə 
etməklə daim ona bu və ya digər səviyyədə mənfi təsir göstərmişdir. Bu təsir elm 
və  texnikanın  inkişafı  nəticəsində  XX  əsrin  ikinci  yarısından  daha  böyük  sürət 
almışdır.  Nüvə  silahının  əldə  edilməsi  və  onun  sınaqdan  çıxarılması  nəticəsində 
yaranan təzadlar qarşısında meliorativ tədbirlər belə təsirsiz qalmaqdadır. 
Kükürd  oksidi,  hidrogen  sulfid,  azot  oksidi,  karbohidrogenlər,  dəm  qazı, 
həmçinin  mexaniki  qarışıqlar  ətraf  mühiti,  atmosferi  çirkləndirən  əsas 
komponentlərdir. 


47 
 
Kükürdün  miqdarı  yüksək  olan  kömür,  neft  və  neft  məhsullarının  yanması 
ərəfəsində  atmosferin  kükürd  qazları  ilə  çirklənməsi  prosesi  gedir.  Kükürd  (SO
2

az  müddətdə  atmosferdə  asılı  vəziyyətdə  qaldıqdan  sonra  on  saat  ərzində 
kontinental  şəraitdə  adətən  sulfat  turşusuna  çevrilir.  Havada  nəmliyin  artması 
kükürd turşusunun çoxalması ilə nəticələnir. 
Uzunmüddətli tədqiqatların nəticəsi ağ ciyər, xərcəng, dəri və bir sıra digər 
xəstəliklərin  atmosferin  çirklənməsi  ilə  əlaqədar  olduğunu  göstərir.  Kükürd  
qazının konsentrasiyasının artması uşaq xəstəliklərinin çoxalması ilə nəticələnir. 
Dəm  qazı  da  həyat  üçün  təhlükəli  qazlardan  sayılır.  Karbon  qazı  (CO
2

oksigenə  nisbətən  daha  yüngül  olmaqla  qanın  hemoqlobini  ilə  əlaqəyə  girməklə 
orqanizmdə  oksigen çatışmamazlığına səbəb  olur.  Ürək – damar  xəstəliyi olanlar 
üçün CO

oldürücü xassəyə malikdir. 
ABŞ-da ildə 100mil.t. avtomobillərdən karbon atmosferə daxil olur. Karbon 
qazı (CO
2
) çox olan sahələrdə Günəşin ultrabənövşəyi şüaları atmosferi asanlıqla 
keçir.  Yer  səthindən  əks  olunan  infraqırmızı  şüalar  əks  olunarkən  karbon  qazı 
yüksək  olan  atmosferin  troposfer  qatında  saxlanılır,  nəticədə  isə  temperatur  artır. 
1950-1980-ci illərdə orta illik temperatur artımı 0,4 °C artmışdırsa, 2050-ci ildə bu 
rəqəmin 2-4°C təşkil edəcəyi və 25 il müddətində buzlaqların əriməsi nəticəsində 
dünya  okeanında  suyun  səviyyəsinin  qalxacağı  güman  edilir.  Kömürün 
yandırılması da atmosferdə CO

artmasına səbəb olan amillərdəndir. 
Azot oksidləri. Meşə  massivlərinin yanması, sənaye  müəssisələri ətrafında, 
metaləritmə və azot turşusu istehsalı ilə məşğul olunan sahələrdə atmosferdə azot 
oksidinin  sürətlə  artımı  müşahidə  edilir.  Bunlar  da  ürək-damar  xəstəliyi  olan 
adamlar üçün təhlükəlidir. 
Qeyd olunanlarla yanaşı tikinti materialları istehsalı dağ-mədən sənayesinin 
fəaliyyəti  nəticəsində  atmosferə  atılan tozlar  və  aerozollar  da  yerdə  istilik  effekti 
yaradır və iqlimin dəyişməsinə səbəb olurlar. 
Sənaye  müəssisələrində  istifadə  olunan  soyuducu  və  kondisionerlərdən 
atılan  freon  qazları  ozon  qatını  deşməklə  Günəşin  ultrabənövşəyi  şüalarının  yer 
səthinə çatmasına şərait yaradır. 


48 
 
Atmosferin  çirklənməsinə  səbəb  olan  amillərin  hamısını  xarakterizə  etmək 
çətindir. Məqsəd bu mənbələri bilməklə onların aradan qaldırılması istiqamətində 
meliorativ tədbirlər aparılma üsullarını müəyyən etməkdən ibarətdir. 
Hazırda  atmosferdə  oksigenin  azalma  prosesi  gedir.  Aparılmış  tədqiqatlara 
görə  ildə 7  milyard  ton  yanacağın  yandırılmasına  görə 14  milyard  tondan  yuxarı 
oksigen sərf olunur. İnsan isə il müddətində 1,5 ton oksigen mənimsəyir. BMT-nin 
hesablamalarına  görə  hazırda  istehsal  sahələrində  istifadə  olunan  oksigenin 
miqdarı 50 milyarddan artıq adamın tənəffüs etməsinə kifayət edər. Avtomobillərin 
yanacaqdan istifadəsində də kifayət qədər oksigendən istifadə olunur. Yüz kilometr 
getməklə  bir  avtomobilin  yanma  üçün  istifadə  etdiyi  oksigen  bir  nəfərin  bir  ildə 
istifadə etdiyi oksigenin miqdarına bərabərdir. 
Robbins  (1972)  qeyd  edir  ki,  1qram  oksigen  yandırmaqla  4  qram  karbon 
qazının yaranmasına səbəb oluruq. 
Son  dövrün  məlumatlarına  əsasən  ozon  qatı  yanma  nəticəsi  olaraq    yayda 
1%, qış fəslində 6-8%-ə qədər azalır.  
Nüvə  silahlarının  sınaqdan  çıxarılması  daha  təhlükəli  çirklənmə  sayılır.  5-
sutka  ərzində  radioaktiv  maddələrin  80%-i  yer  səthinə  çökür,  19%-i  stratosferə 
daxIl  olur,  1%-i  isə  troposferə  qarışır.  1960-cı  ildə  Böyük  səhrada    nüvə  silahı 
sınaqdan  çıxarılarkən  dörd  gündən  sonra  Krımda,  1976-cı  ildə  Çində  sınaqdan 
çıxarılarkən  qısa zamanda təsiri ABŞ-ın qərb sahillərində müşahidə edilmişdir. 
Nəzərə alsaq ki, insan bir ildə 1,5 ton oksigendən istifadə edir, çirklənmənin 
qarşısını almaq, meliorativ tədbirlərin nə qədər vacib bir məsələ olmasının izahına 
ehtiyac qalmır. 
Atmosfersiz Yer səthində sutkalıq temperatur 200°C-yə çatardı . Bu isə Yer 
səthinin Ayla oxşarlığına səbəb olardı. 
Atmosferin  çirklənməsinin  qarşısını  almaq  bu  gün  bəşəriyyət  üçün  qlobal 
problemlərdən  birinə  çevrilmişdir.  Bu  problemlərin  qarşısını  almaq  üçün  istehsal 
sahələrinə  təmizləyici    qurğuların    tətbiqini  genişləndirmək  və  təkmilləşdirmək, 
həmçinin tullantısız texnologiyaya keçmək tələb olunur. əks halda atmosferdə ozon 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə