M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

40 
 
Respublikamız  da  eroziyadan    ziyan  çəkən  ölkələrdəndir.  Su  eroziyası 
nəticəsində dağlıq ərazilərdə səthi və xətti eroziya, düzənlik- Kür-Araz ovalığında 
isə  külək  eroziyası  intensiv  olaraq  gedir.  Respublika  ərazisinin  çöl  zonasının   
70%-ə qədəri bu və ya digər dərəcədə eroziyaya məruz qalmışdır. 
Dünya  ölkələrinin  bir  çoxu  əlverişsiz  torpaq-iqlim  şəraitinə  malik 
olduğundan  meliorativ  tədbirlərin  aparılması  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Meliorativ  tədbirlər  torpaq  -  iqlim  şəraitinə  müvafiq  olaraq  aparılmalıdır.  Şimali 
Qafqaz,  Ukraynanın  cənubu,  Moldoviya,  Zaqafqaziya,  xüsusilə  Orta  Asiya 
suvarma  əkinçiliklə  əlaqədar  irriqasiya  sistemlərinin  yaradılması  istiqamətində 
meliorativ  tədbirlərin  aparılmasına  ehtiyac  duyur.  Fitomeliorasiyanın  tətbiqi  isə 
ərazinin  iqlim  xüsusiyyətlərindən  asılı  olmayaraq  bütün  torpaq  tiplərində  aparıla 
bilər. 
Rekultivasiya kimi meliorativ tədbirlərin aparılması dağ-mədən sənayesinin, 
neft  sənayesinin  inkişaf  etdiyi  ərazilərdə  aparılır.  Daşkəsən,  Abşeron  yarımadası 
xüsusilə bu meliorativ tədbirlərin aparılmasına ehtiyac duyur. 
Rekultivasiya  sıradan  çıxmış  və  ya  yararsız  hala  salınmış  torpaqların 
təsərrüfatın  dövriyyəsinə  qaytarmağa  imkan  verir.  Bu  istiqamətdə  aparılan 
meliorativ  tədbirlərə  bütövlükdə  MDB  ölkələrinin  göstərməsinə  baxmayaraq 
Belorus  respublikası  xüsusilə  fərqlənmişdir.  Bu  respublika  10  il  müddətində 
rekultivasiya olunan sahələri 120 min hektara çatdırmaqdır. 
Meliorasiyanın  inkişafı  ilə  əlaqədar  olaraq  Orta  Asiyanın  bağ  və 
üzümlüklərinin  96%-i,  Qazaxıstanda  82%-i,  Zaqafqaziyada  62%-i,  Rusiyada   
17%-i,  Ukraynada  və  Moldovada  10%-i  meliorativ  tədbirlər  keçirilən  torpaqlar 
üzərində inkişaf etdirilir. 
Orta Asiyada və Qazaxıstanda texniki bitkilərin 92%-i meliorasiya aparılmış 
torpaqlarda becərilir. Suya ən çox tələbkar olan pambıq 100% suvarma şəraitində 
becərilən texniki bitkidir. Bu bitki becərmə ərəfəsində suya, yetişmə dövründə isə 
istiliyə daha çox tələbkardır. 


41 
 
Mülayim  qurşaqlarda  suya  ən  çox  tələbat  səhralarda  olub  1300  mm-dən  
böyükdür. Çöl zonasında 550-900 mm, meşə çöldə 450-650 mm, tayqada 250-450 
mm-dir.  
Türk  dövlətləri  ərazilərindən  Özbəkistan,  Türkmənistan  ən  çoxu  su 
meliorasiyasına,  başqa  sözlə  irriqasiya  sistemlərinin  yaradılmasına  tələbkardır. 
Fərqanə,  Zərövşan,  Qaraqum  (1500  km),  Böyük  Qissar,  Böyük  Əndican 
kanallarının  çəkilməsi  bununla  əlaqədardır.  Qumların  bərkidilməsi  istiqamətində 
aparılan  meliorativ  tədbirlər  həmçinin  Orta  Asiya  üçün  vacib  meliorativ 
tədbirlərdən  biri  sayılır.  Abşeron  yarımadasında  da  bu  istiqamətdə  meliorativ 
tədbirlər aparılır. 
Dünya  torpaq  ehtiyatlarının  20%-nin  səhralardan  ibarət  olmasını  nəzərə 
alsaq  (cədvəl  2)  meliorasiyanın  nə  dərəcədə  əhəmiyyət  kəsb  etməsini  təsəvvür 
etmək çətin olmaz. 
Hazırda  suvarılan  torpaqların  60%-ə  qədəri  şoranlaşmış  hesab  olunur.  Yer 
kürəsinin bütövlükdə 50 milyon km
2
 sahəsi yaşayış üçün yararlı sayılır. 
Qeyd  olunanlar  ekoloji  gərginliyin  getdikcə  artdığını  və  onların  aradan 
qaldırılması  istiqamətində  aparılacaq  meliorativ  tədbirləri  günün  ən  aktual 
problemlərindən birinə çevirmişdir.      
Cədvəl 2 
Yer kürəsinin iri səhraları  
 
Adı 
 
Yeri 
Səthin litoloji 
xarakterinə görə 
tipi 
Təqribi 
sahəsi, 
km
2
-la 
Saxara 
Şimali Afrika 
Daşlı, qumlu, gilli  7mln-dan 
çox 
Qobi 
Monqolustan və Çin 
Daşlı, qumlu 
2mln 
Liviya 
Şimali Afrika  
Daşlı 
2mln 
Alaşan 
Mərkəzi Asiya 
Daşlı 
1mln 
Suriya  
Cənub-Qərbi Asiya 
Qumlu 
1mln 
Kalaxari  
Cənubi Afrika  
Yarımsəhra 
1mln 
Rub-əl-Xali 
Ərəbistan  yarımadası 
Qumlu  
600min 
Nubiya  
Şimal-Şərqi Afrika  
Qumlu 
550min 


42 
 
Böyük Qumlu  
Şimal-qərbi Avstraliya 
Qumlu, gilli 
360min 
Qaraqum  
Türkmənistan  
Qumlu, gilli 
350min 
Qızılqum 
Özbəkistan, Qazaxıstan  
Qumlu, gilli 
300min 
Təklə-Məkan 
Mərkəzi Asiya 
Qumlu 
300min 
Tar  
Şimal-qərbi Hindistan 
Qumlu 
300min 
Böyük Viktoriya  Cənubi Avstraliya 
Qumlu 
300min 
Böyük Nefud 
Ərəbistan yarımadası 
Qumlu 
70min 
Kiçik Nefud 
Ərəbistan yarımadası 
Qumlu 

Dəşt-i- Kəvir 
İran 
Qumlu 

Dəşt-i-Lüt 
İran 
Qumlu 

Namib 
Afrikanın Cənub-qərbi 
Qumlu, daşlı 
uzunluğu 
2100km, 
eni 130km 
Atakama 
Cənubi Amerika 
Qumlu, daşlı 
uzunluğu 
1000km 
Maxava 
Şimali Amerika 
Daşlı, qumlu 

Xila  
Şimali Amerika 
Daşlı, qumlu 

 
II.3. Atmosferin çirklənməsi və onun meliorasiyası problemləri 
Atmosfer  Yer  kürəsinin  qaz  təbəqəsidir.  Balıqlar  suda  yaşadığı  kimi, 
insanlar  da  hava  okeanının  dibində  yaşayır.  Canlı  orqanizmlərin  həyat  və 
fəaliyyətini  təmin  edən  bu  hava  okeanının  troposferinin  qaz  tərkibi  quru  halda 
78%-i  azot,  21%-i  oksigen,  0,9%-i  arqon,  0,03%-i  karbon,  qalan  hissəsi  isə 
hidrogen, neon, helium, kripton, radon, azon, metan və s. qazlardan ibarətdir.  
Yer  kürəsini  əhatə  edən  atmosfer  tərkibindən  və  istilik  paylanmasına  görə 
aşağıda göstərilən təbəqələrə ayrılır. 
___________ Ekzosfer   800-300km 
t-220°-1500°   Termosfer  80-800km 
____________ Mezosfer  80-800km 
____________ Stratosfer  50-55km 
t -70°C                     t - 65°C 
Ekv. 16-18km                 qütb. 8-10km 
T  r  o  p  o  s  f  e  r 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə