Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə22/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   18   19   20   21   22   23   24   25   ...   71

56 
 
onun şərhinə ehtiyac var (baxın: o cümlədən Başkaya və Okçuoğlu Türkiyəyə 
qarşı  [GC],  No.  23536/94  və 24408/94,  §  39,  ECHR  1999-IV).    Hansı 
qanunun  hansı  hallarda  tətbiqi  barədə  qərarın  verilməsi  qanuna  fərdi 
yanaşmanın mühüm hissəsidir. 
86.  Bu,  o  deməkdir  ki,  hər  biri  öz  səlahiyyətləri  daxilində  fərqli 
işləri  araşdıran  iki  məhkəmə  eyni  faktlardan  irəli  gələn  hüquqi  məsələ 
barədə  fərqli,  ancaq  şüurlu  və  əsaslı  qərarlar  qəbul  edə  bilər.  Biz  bunu 
qəbul  etməliyik  ki,  məhkəmələrin  yanaşmalarında  yaranan  fərq  hüquqi 
mətnlərin şərhi və bu mətnlərin konkret işin faktlarına tətbiqinin qaçılmaz 
bir nəticəsidir.  
87.   Milli  hüquq  sistemi  bu  fərqlərin  birlikdə  mövcudluğunu 
məqbul  hesab  etdikdə  onları  qəbul  etmək  olar.  Hazırkı  işdə  Məhkəmə 
hesab  edir  ki,  hər  iki  ali  məhkəmə  –  Ali  İnzibati  Məhkəmə  və  Ali  Hərbi 
İnzibati  Məhkəmə  –  fərqləri  eyni  mövqeyə  riayət  etmək  barədə  qərar 
qəbul  etməklə  və  ya  özlərinin  müvafiq  yurisdiksiyalarının  hədlərini 
gözləməklə  və  biri  digərinin  baxdığı  hüququn  sahəsinə  aid  olan  işlərə 
baxmamaqla özləri aradan qaldıra bilərlər.    
88.  Bu  məhkəmənin  rolu  üçüncü  və  ya  dördüncü  instansiya 
məhkəməsi  kimi  çıxış  etmək  olmadığı  və  bu  rolda  milli  məhkəmələrin 
qərarlarına  və  şərhlərinə  nəzarət  etmək  olmadığı  üçün  məhkəmə 
vurğulamaq  istərdi  ki,  o,  sadəcə  məhkəmələrin  qərarlarında  ziddiyyət 
olduğuna görə müdaxilə etməli deyil. 
89.  Açıq-aşkar əsassız qərarın olmadığı yerdə məhkəmə tərəfindən 
qərarların  mövcudluğuna  və  onların  təsirinə  nəzarət  etməsi  milli 
məhkəmələrin  mövqeyinin  mahiyyət  etibarilə  düzgün  və  ya  müdrik 
olmadığına  nəzarət  demək  deyil  (istinad  buraxılmışdır).  Yuxarıda  qeyd 
olunduğu  kimi  (istinad  buraxılmışdır),  Konvensiyanın  6.1-ci  maddəsinin 
tətbiqi əsassız qərarlar tətbiqi ilə məhdudlaşır. 
90.  Nəticə olaraq, Ali Hərbi Məhkəmə tərəfindən 3713-cü Qanunun 
21-ci maddəsinin şərhi ərizəçilərin xeyrinə olmasa da, bu şərh adi inzibati 
məhkəmələrin  mövqeləri  ilə  müqayisədə  ərizəçilərə  nə  qədər  ədalətsiz 
gəlsə  də,  özü-özlüyündə  Konvensiyanın  6.1-ci  maddəsinə  gətirib 
çıxarmamışdır. 
91....    Yurisdikisya  Mübahisəsi  Məhkəməsinin  qərarını  nəzərə 
alaraq  (baxın:  31-32-ci  paraqraflar)  bu  cür  məsələlərə  baxmaq  səlahiyyəti 
Ali Hərbi İnzibati Məhkəməyə məxsus olmuşdur və bu baxımdan Ankara 
İnzibati  Məhkəməsinin  4-cü  Palatasının  ərizəçilərin  iddiasına  baxmaq 
səlahiyyəti olmadığı barədə qərarı əsassız deyil.     
92.   Eyni  zamanda  ərizəçilər  iddia  edə  bilməzlər  ki,  Ali  Hərbi 
İnzibati  Məhkəmənin  işə  baxması  və  ya  bu  məhkəmənin  qərarı 


57 
 
nəticəsində  onların  ədalətli  araşdırma  hüquqları  məhdudlaşdırılmışdır. 
Ali Hərbi İnzibati Məhkəmə öz yurisdiksiyası daxilində  işə baxmışdır və 
bu 
da 
özü-özülüyündə 
[Avropa 
Məhkəməsinin] 
müdaxiləsini 
əsaslandırmır.    
93...    Ərizəçilərin  işi  ilə  bağlı  verilən  qərar  lazımi  şəkildə  istər 
faktiki məsələlər, istərsə də hüquqi məsələlər baxımdan əsaslandırılmışdır 
(istinad buraxılmışdır) və demək olmaz ki, Ali Hərbi İnzibati Məhkəmənin 
gəldiyi  nəticə  əsassız,  tutarlı  səbəblərə  əsaslanmayan  və  məhkəmə 
prosesinin  ədalətli  olmasına  mənfi  təsir  göstərən  olmuşdur  –  o,  burada 
milli qanunvericiliyi tətbiq etmişdir.     
94.  Yuxarıdakıları nəzərə alaraq məhkəmə təkrarən qeyd edir ki, o, 
dövlətin  məhkəmə  hakimiyyətinin  həyata  keçirilməsinə  və  ya  bu 
hakimiyyətin  təşkilinə  əsassız  müdaxilə  etməməlidir.  Məhkəmə 
qərarlarının  biri-birilərinə  uyğun  olmasının  təmin  edilməsinə  görə 
məsuliyyət ilk növbədə və əsasən, dövlətin üzərinə düşür və bu məhkəmə 
tərəfindən müdaxilə istisna hallarda edilə bilər.  
95.  Məhkəmə  hesab  edir  ki,  hazırkı  işdə  bu  cür  müdaxiləyə  əsas 
yoxdur  və  onun  rolu  Konvensiyanın  6.1-ci  maddəsinə  əsaslanaraq 
məhkəmə  qərarları  arasında  iddia  edilən  ziddiyyətləri  həll  etmək  deyil. 
Hər  bir  halda  məhkəməyə  fərdi  şikayətlər  milli  qanunvericiliyin  tətbiqi 
üzrə məhkəmə qərarlarının uzlaşdırılması və ya fərqli milli məhkəmələrin 
çıxardığı  qərarlar  arasında  olan  ziddiyyətlərin  aradan  qaldırılması  üçün 
olan mexanizmə nəzarət etmək məqsədilə istifadə oluna bilməz.      
96.  Müvafiq olaraq, Konvensiyanın 6.1-ci maddəsi pozulmamışdır. 
 
 
Siz məhkəmənin qərarı ilə razısınız?  Avropa Məhkəməsi qərarını konkret 
olaraq necə əsaslandırır?   
 
Elə  qərarı  qəbul  edən  Avropa  Məhkəməsinin  Böyük  Palatasının  17 
hakimindən  7-si  bu  qərarla  razı  olmayaraq,  öz  xüsusi  rəylərini  qərara  əlavə 
etdilər: 
 
Hakimlərdən Bratza, Casadevall, Vajic, Spielmann, Rozakis, Kovler və Mijovic-in 
qərarla razılaşmayan rəyləri: 
 
 
1.  Hakimlərin  əksəriyyətindən  fərqli  olaraq,  biz  hesab  edirik  ki, 
burada Konvensiyanın 6.1-ci maddəsi pozulmuşdur. 
2.   Hesab  edirik  ki,  bu  işin  kökündə  Türkiyə  məhkəmə-hüquq 
sisteminin  “kobud  səhv  işlətməsi”  durur  və  bu  da  Konvensiyanın  6-cı 
maddəsinin pozulmasına səbəb olmuşdur.    


58 
 
3.  Həqiqətdə  məhkəmə  qərarlarının  uyğunlaşdırılması  üçün 
mexanizmin  olmaması  nəinki  “özbaşınalıq”  təəssüratı  yaradan  halı 
(konkret  bu  işdə)  ortaya  gətirən  adi  və  hərbi  məhkəmələrin  qərarları 
arasında  ziddiyyətə  səbəb  olmuş,  hətta  bu  ziddiyyətləri  daha  da 
kəskinləşdirmişdir. Əlavə olaraq məhkəmə qərarları arasında ziddiyyətlər 
hazırda adi məhkəmələrin daxilində də mövcuddur.  [...] 
6.   Hazırkı  işdə  ərizəçilər  ilk  olaraq  eyni  məhkəmə  hakimiyyəti 
daxilində  kobud  ziddiyyətlərlə  üzləşmişlər.    Ərizəçilər  Ankara  İnzibati 
Məhkəməsinin  4-cü  Palatasının  bu  işə  baxmaq  səlahiyyətinin  olmadığı 
barədə  qərarından  şikayət  etmişlər  –  ancaq  həmin  məhkəmənin  digər 
palataları  eyni  cür  işlərə  baxmaq  səlahiyyətlərinin  olduğu  barədə  qərar 
qəbul etmişlər. Eyni inzibati məhkəmə strukturu daxilində onun ayrı-ayrı 
bölmələrinin  müstəqilliyi  və  işlərin  başqa-başqa  struktur  bölmələrə 
təhkim  edilməsi  məhkəmənin  səlahiyyətinə  dair  biri-birindən  kəskin 
fərqlənən qərarların qəbul olunmasına gətirib çıxarmışdır.  
7.  Bəli, üç halda – onun biri də ərizəçilərin işində – Ankara İnzibati 
Məhkəməsinin 4-cü və 5-ci Palataları 3713-cü Qanunun 21-ci  maddəsi  ilə 
qaldırılan iddialara baxmaq səlahiyyətinin olmadığı (qərarın 14, 28, 29-cü 
paraqrafları)  və  bu  məsələlərin  Ali  Hərbi  İnzibati  Məhkəmənin 
səlahiyyətinə  aid  olduğu  barədə  qərarlar  qəbul  etmişlər.    Həmin 
məhkəmənin  digər  palataları  bu  yanaşmanı  qəbul  etməmişlər  – 
ərizəçilərin  işləri  ilə  eyni  olan  on  dörd  işdə  həmin  məhkəmənin  digər 
palataları  16  may  2001-ci  il  tarixində  baş  verən  eyni  qəzada  həlak  olmuş  
hərbçilərin  ailə  üzvləri  tərəfindən  verilən  şikayətlərə  baxmış  və  onların 
xeyrinə qərar qəbul etmişlər.  Bu hazırkı işdə əsas məqamdır...     
8.  Biz  hesab  edirik  ki,  oxşar  faktlardan  irəli  gələn  mahiyyət 
etibarilə  eyni  olan  işlərə  baxmaqda  məhkəmələrin  səlahiyyətlərinə  dair 
fikir  ayrılıqları  (buraxılmışdır)  Konvensiyanın  6-cı  maddəsi  baxımından 
problematikdir.       
9.   İşin  son  olaraq  necə  həll  olunması  baxımından  yurisdiksiya 
məsələsi həlledici olmuşdur [yəni  işin hansı məhkəmədə – inzibati və ya 
hərbi  –  baxılması  həmin  işin  demək  olar  ki,  necə  həll  olunacağını 
müəyyən  etmişdir]:  inzibati  məhkəmələrin  qərarlarının  əksəriyyətində 
təyyarə  qəzası  ilə  terrorizmlə  mübarizə  arasında  nəticə-səbəb  əlaqəsi 
təsdiq  edilmişdir;  ona  görə  də  əgər  ərizəçilərin  işi  Ali  Hərbi  İnzibati 
Məhkəməyə  göndərilməsə  idi,  həmin  təyyarə  qəzasında  həlak  olan 
ailələrin  işində  olduğu  kimi,  onların  da  iddiaları  təmin  olunardı.    Ali 
Hərbi İnzibati Məhkəmənin 16 may 2001-ci il tarixində baş verən təyyarə 
qəzasının hallarına dair verdiyi şərh ərizəçilərin işlərinə oxşar işlərə fərqli 
münasibətin 
olmasına 
gətirib 
çıxarmışdır. 
Ərizəçilər 
inzibati 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə