Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə23/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   19   20   21   22   23   24   25   26   ...   71

59 
 
məhkəmələrin  oxşar  işlər  üzrə  mövqeyini  hərbi  məhkəmənin  diqqətinə 
çatdırsalar  da  (buraxılmışdır),  hərbi  məhkəmə  bu  mövqeyi  heç  bir  səbəb 
göstərmədən və fərqli yanaşmanın yaradılması riskinə baxmadan  – hətta 
formal  olsa  belə  –  müzakirə  etməmişdir.  Həmçinin  [Hərbi  Məhkəmə] 
ərizəçilərin  işlərinin  əsasını  təşkil  edən  faktların  onların  məhkəmənin 
diqqətinə  təqdim  etdikləri  işlərin  əsasını  təşkil  edən  faktlardan  nə  cür 
fərqli olduğunu izah etməmişdir (buraxılmışdır). Nəticə olaraq, eyni faktlar 
və  eyni  qanunvericilik  aktları  iki  növ  məhkəmə  tərəfindən  fərqli  şərh 
olunmuşdur.             
10.   Düzdür,  o  cümlədən  adi,  inzibati  və  hərbi  məhkəmələr 
arasında  səlahiyyətləri  müəyyən  etmək  üçün  yaradılan  Yurisdiksiya 
Mübahisələri Məhkəməsi adi inzibati məhkəmələrin və Ali Hərbi İnzibati 
Məhkəmənin  səlahiyyət  çərçivələri  barədə  qərar  qəbul  etmiş  və  [Hərbi 
Məhkəmənin]  məhkəmə  işi  üzrə  səlahiyyətinin  müəyyən  edilməsi 
meyarını təsdiq etmişdir.    
11.    [Ancaq]  Yurisdiksiya  Mübahisəsi  Məhkəməsinin  həlli  sadəcə 
nəzəri və əhəmiyyətsiz olmuşdur.  
12.  Yurisdiksiya  Mübahisəsi  Məhkəməsinin  məsələyə  qarışmasına 
və  bu  cür  işlərin  Ali  Hərbi  İnzibati  Məhkəmənin  səlahiyyət  çərçivəsində 
olması  barədə  qərarına  baxmayaraq,  inzibati  məhkəmələr  bu  cür  işləri 
icraatlarına  götürməkdə  və  belə  işlər  üzrə  qərarlar  verməkdə  davam 
etmişlər... 
13.  Yurisdiksiya  Mübahisəsi  Məhkəməsi  tərəfindən  ziddiyyətlərin 
həllinə dair verilən qərarın təsiri olmamış, o, 3713 saylı Qanunda nəzərdə 
tutulan  təzminatların  verilməsi  üzrə  inzibati  məhkəmələrin  öz 
səlahiyyətlərinə  dair  verdikləri  şərhlər  arasında  uyğunsuzluğu  və  qeyri-
müəyyənliyi  aradan  qaldırmamışdır....  Bu,  o  deməkdir  ki,  Yurisdiksiya 
Mübahisəsi  Məhkəməsinin  müdaxiləsinə  baxmayaraq,  adi  inzibati  və 
hərbi inzibati məhkəmələr arasında səlahiyyətlərin bölgüsünə dair qeyri-
müəyyənlik davam etmişdir.      
15.    Nəticə  olaraq,  biz  hesab  edirik  ki,  məhkəmələrin 
səlahiyyətlərinə  dair  ziddiyyətləri  və  mübahisələri  həll  etmək  üçün 
mövcud  olan  mexanizmin  öz  funksiyasını  yerinə  yetirə  bilməməsi  və 
buna  əlavə  olaraq,  eyni  faktlar  əsasında  verilən  iddialar  üzrə  çıxarılan 
məhkəmə  qərarlarının  fərqli  olması  ədalətli  məhkəmə  araşdırması 
hüququnu pozmuşdur...    
17.  Əgər  ədalət  sadəcə  lotereya  səviyyəsinə  düşməli  deyilsə, 
məhkəmə  prosesi  iştirakçılarının  hüquqları  onların  işinə  hansı 
məhkəmənin  baxmasından  asılı  olmalı  deyil.    Məhkəmə  prosesi 
iştirakçılarının  eyni  cür  faktlara  əsaslanan  hüquqi  məsələləri  üzrə  rəylər 


60 
 
hansı  növ  məhkəmənin  işə  baxmasından  asılı  olan  halda,  ictimaiyyətin 
məhkəmələrə və məhkəmə sisteminə olan etimadı azalır.  
18.  Bu  səbəblərə  görə  hesab  edirik  ki,  Konvensiyanın  6.1-ci 
maddəsi pozulmuşdur.  
  
Qeydlər, suallar və tapşırıqlar 
 
1.
 
V.Teryoxinin  işi  üzrə  qərarın  yuxarıda  istinad  etdiyimiz  hissəsini 
əsaslandırmaq  üçün  Konstitusiya  Məhkəməsi  Konstitusiyanın  130.1-ci 
maddəsinə istinad edir. Siz məhkəmənin bu istinadı ilə razısınız?  
Konstitusiyanın  25.1-ci  maddəsinə  əsasən  hər  kəs  qanun  və  məhkəmə 
qarşısında  bərabərdir.  Sizcə,  bu  maddə  president  sisteminin  tətbiqini  zəruri 
edirmi? 
 
 
2.
 
Avropa 
İnsan 
Haqları 
Məhkəməsi 
qərarlarında 
ölkənin 
“ali 
məhkəməsinin”  qərarlarında  olan  uyğunsuzluqlara  toxunur  və  çox  hallarda 
məhz  bunları  Konvensiyanın  pozuntusu  hesab  edir.  Avropa  Məhkəməsinin 
leksikonunda  “ali  məhkəmə”  konkret  ölkədə,  misal  üçün  Azərbaycanda,  yalnız 
adında  “Ali  Məhkəmə”  sözləri  olan  məhkəmə  demək  deyil.    Burada  ölkənin 
yuxarı  instansiya  məhkəməsi  nəzərdə  tutulur  –  bu  mənada  “ali”  daha  çox 
“yuxarı” və ya “yüksək” deməkdir.  Azərbaycanda Ali Məhkəmədən yüksəkdə 
duran  Konstitusiya  Məhkəməsi  mövcuddur.  Sizcə,  Azərbaycanın  Ali 
Məhkəməsinin  qərarları  arasındakı  uyğunsuzluq  Avropa  Konvensiyasının  və 
Azərbaycan Konstitusiyanın pozulması kimi dəyərləndirilə bilərmi?  Nəzərə alın 
ki,  Konstitusiya  Məhkəməsi  işləri  icraata  götürməkdə  diskresion  səlahiyyətə 
malikdir. Yuxarıda qeyd olunan Stefanika və başqaları Rumıniyaya qarşı işinə baxın
Müraciət No. 38155/02, 2 noyabr 2010. 
 
3.
 
Avropa  İnsan  Haqları  Konvensiyasında  diskriminasiyanı  qadağan  edən 
maddə  olsa  da  (Konvensiyanın  14-cü  maddəsi),  bu  maddəni  tam  olaraq 
Azərbaycan  Konstitusiyasının  25-ci  maddəsi  kimi  “bərabərlik”  maddəsi 
adlandırmaq olmaz.  Nejdet Şahin işində Avropa Məhkəməsi yeni test müəyyən 
edir  –  biri-biri  ilə  iyerarxik  tabelikdə  olmayan  məhkəmələrin  bir  məsələ  üzrə 
fərqli qərarlar qəbul etmələri (hətta bu məhkəmələr ölkənin ali məhkəmələri olsa 
belə) hüquqi müəyyənlik prinsipini pozmur, ancaq bu qərarlar şəxsin əsas ədalət 
mühakiməsi hüquqlarını pozmalı deyil (81-84-cü paraqraflara baxın). Məhkəmə 
bunu  qeyd  etməsə  də,  qərardan  görünür  ki,  “ədalət  mühakiməsi  hüququ” 
dedikdə  prosessual  hüquqlar  nəzərdə  tutulur.  Bərabərlik  hüququ  adətən 
prosessual  hüquq  deyil.  Sizcə,  Avropa  Konvensiyasında  Azərbaycan 
Konstitusiyasının 25-ci maddəsi (və ya ona oxşar) maddə olsaydı, Avropa İnsan 


61 
 
Haqları Məhkəməsi Nejdet Şahinin lehinə qəbul edə bilərdi? O cümlədən qərarın 
81-ci paraqrafına baxın. 
 
Tapşırıq:  Alfa  ölkəsinin  qanununa  əsasən  müharibə  şəraitində  həlak  olan 
şəxsə Alfa dövləti 1 milyon müavinət ödəyir. Betta dövləti Alfa dövlətinin 
ərazisinin bir qismini işğal etdikdən sonra bu ölkələr arasında atəşkəs elan 
olunmuşdur, ancaq rəsmi sülh anlaşması mövcud deyil. Vəli cəbhə boyu 
xidmət  keçərkən  minaya  düşmüş  və  həlak  olmuşdur.  Onun  valideynləri 
Alfa  dövlətinin  Müdafiə  Nazirliyindən  1  milyon  müavinət  istədikdə 
nazirlik  imtina  etmişdir.  Nazirlik  imtinanı  onunla  əsaslandırmışdır  ki, 
qanunda  “müharibə  şəraiti”  sözü  fəal  müharibə  atışmasına  istinad  edir. 
Vəli isə atışma zamanı həlak olmamışdır.   
Alfa  ölkəsində  ümumi  yurisdiksiyalı  və  inzibati  yurisdiksiyalı 
məhkəmələr  var  –  hər  yurisdiksiya  məhkəmələri  birinci  və  apellyasiya 
məhkəmələrindən  ibarətdir:  ümumi  işlər  üzrə  1-ci  və  apellyasiya 
instansiyası  və  inzibati  işlər  üzrə  ayrıca  1-ci  və  apellyasiya  instansiyası 
məhkəmələri.    İnzibati  məhkəmələr  o  işlərə  baxırlar  ki,  orada  hər  hansı 
fiziki  və  hüquqi  şəxslərlə  dövlət  orqanları  arasında  mübahisə  olsun.  
Ümumi məhkəmələr qalan digər işlərə baxırlar.   
Alfa  ölkəsində  Ali  Məhkəmə  də  var  və  bu,  son  instansiya 
məhkəməsidir.    Ancaq  Ali  Məhkəmə  hər  şikayət  əsasında  işləri  icraatına 
(baxışa) götürmək məcburiyyətində deyil – yəni Ali Məhkəmə hansı işlərə 
baxıb-baxmamaqda  seçim  edə  bilər.  Bununla  belə,  Ali  Məhkəmə  kifayət 
qədər ciddi məsələləri icraatına qəbul edir və rəsmi statistikaya əsasən Ali 
Məhkəmə verilən hər 3 şikayətdən 1-ni icraatına qəbul edir.   
Vəlinin  valideynləri  ümumi  yurisdiksiyalı  məhkəməyə  Müdafiə 
Nazirliyin  qərarından  şikayət  verirlər.    Ümumi  yurisdiksiyalı 
məhkəmənin  həm  1-ci,  həm  də  apellyasiya  instansiya  məhkəmələri 
Vəlinin  valideynlərinin  şikayətini  icraata  götürməkdən  imtina  etmişlər. 
Onların  qərarına  əsasən  bu  işlərə  inzibati  məhkəmələr  baxmalıdır.  
Halbuki, ümumi yurisdiksiyalı məhkəmələr bu cür işlərə əvvəllər baxmış 
və Vəlinin valideynləri kimi şəxslərin xeyrinə qərarlar qəbul etmişlər.   
Vəlinin  valideynləri  inzibati  məhkəmələrə  müraciət  edirlər  və  hər 
iki  instansiyada  –  1-ci  və  apellyasiya  instansiyasında  –  işi  uduzurlar. 
İnzibati  məhkəmələr  Nazirliklə  razılaşırlar  ki,  “müharibə  şəraiti”  sözü 
atışma şəraiti deməkdir. 
Vəlinin valideynləri inzibati apellyasiya məhkəməsinin qərarından 
Ali  Məhkəməyə  şikayət  verirlər.  Ali  Məhkəmə  bu  işi  icraatına  qəbul 
etməkdən imtina edir. 
 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə