Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə25/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   21   22   23   24   25   26   27   28   ...   71

65 
 
dünyanın  ən  böyük  ictimai  hüquq  ixracatçısı  olmuşdur  və  bunun  da  bəlli 
səbəbləri  var
40
,  ancaq  hazırda  Amerika  hüquqşünasları  və  alimləri  öz 
təcrübələrinə  nümunə  kimi  deyil,  xüsusi  diqqətəlayiq  bir  təcrübə  kimi 
baxmalıdırlar.
41
               
Bir çox konstitusion prinsiplərin konkret ölkələrin hüdudlarından çıxaraq 
beynəlxalq status qazanması konstitusiya hüququnun müqayisəli öyrənilməsinə 
olan  marağın  digər  bir  səbəbi  kimi  göstərilir
42
.    Bu,  xüsusən  insan  hüquq  və 
azadlıqları  sahəsinə  aiddir.  1948-ci  ildə  Ümumbəşəri  İnsan  Hüquqları 
Deklarasiyasının,  Mülki  və  Siyasi  Hüquqlar  haqqında  Beynəlxalq  Paktın, 
İqtisadi,  Sosial  və  Mədəni  Hüquqlar  haqqında  Beynəlxalq  Paktın,  o  cümlədən 
İnsan  Hüquqları  və  Fundamental  Azadlıqların  Qorunması  üçün  Avropa 
Konvensiyasının  yaradılması  bunun  bariz  nümunəsidir.  İnsan  hüquq  və 
azadlıqlarının beynəlxalq status almasının  ən bariz göstəricisi bəlkə də, Avropa 
İnsan  Hüquqları  Məhkəməsinin  fəaliyyətidir.  Bu  məhkəmənin  yaratdığı 
presidentlər  və  hüquqi  standartlar  konkret  bir  ölkənin  hüdudlarından  kənara 
çıxaraq  digər  ölkələrdə  tətbiq  olunur  və  onların  hüquq  sisteminin 
təkmilləşməsinə təkan verir
43

 
Hüququn  müqayisəli  analizi  xüsusi  olaraq,  post-Sovet  ölkələri  və 
inkişafda olan digər ölkələr üçün mühüm əhəmiyyət kəsb edir.  Sovetlər birliyi 
süquta yetdikdən sonra Azərbaycan da daxil olmaqla, onun tərkibindəki bir çox 
ölkələrdə “Qərbləşmə” prosesi başladı: bu  prosesin tərkib hissəsi olaraq bir çox 
kommunist  dəyərləri  Qərb  dəyərləri  ilə  əvəz  olundu.  Misal  üçün,  Sovet 
konstitusiyalarında  “kollektiv  mülkiyyət”  və  ya  “sosialist  mülkiyyəti”  sosialist 
cəmiyyətinin  fundamental  əsası  kimi  yer  aldığı  halda,  yeni  qəbul  olunan 
konstitusiyalarda fərdi mülkiyyət mühüm insan hüququ kimi qorunur.  
 
Təəssüf  ki,  Sovetlər  dövründə  konstitusiya  hüququnun  inkişafı  və 
xüsusən  də  onun  müqayisəli  öyrənilməsi  imkanları  məhdud  olmuşdur.    Nəticə 
olaraq,  ABŞ  və  Avropada  baş  verən  bir  çox  yeniliklər  Sovet  konstitusiya 
hüququna gec daxil olurdu.  Müəlliflər V.Börnham və G.Danienko qeyd edirlər 
ki, Sovetlər İttifaqı süquta yetdiyi dövrdə Rusiya hüquq sistemi Avropada 19-cu 
əsrdə mövcud olmuş hüquq sisteminə bənzəyirdi.  Bu, xüsusən də konstitusiya 
hüququna aiddir
44
. Konstitusiya hüququnun müvafiq məhkəmələrin qərarlarının 
analizi  vasitəsi  ilə  öyrənilməsi  konstitusiya  hüququ  sahəsində  müasir  dövrün 
                                                 
40
 Bruce Ackerman, The New Separation of Powers, 113 Har. L. Rev. 634 2000 
41
 B.Ackerman, The Rise of World Constitutionalism yuxarı qeyd 8, səh. 775 
42
 Baxın: Michel Rosenfeld, Andaras Sajo, Susanne Baer, Norman Dorsen, Comparative 
Constitutionalism Chap. 1 (2003) 
43
 Məhkəmənin fəaliyyəti haqda ümumi məlumat üçün baxın: L.J.Clement, Nuala Mole, Alan 
Simmons, European Human Rights, Taking a Case under the Convention, 1999 
44
 Daha geniş müzakirə üçün baxın: W. Burham, G. Danieko, Russian Law 3rd Ed. 2004, səh., 3-6 


66 
 
tələblərindən  birinə  çevrilmişdir.  Konstitusiya  hüququnun  bu  cür  tədrisi  və 
öyrənilməsi Anqlo-Sakson hüquq sisteminin özəlliyi kimi deyil, istənilən hüquq 
sistemində  konstitusionalizmin  tətbiqi  üçün  zəruri  bir  proses  kimi  qəbul 
olunur
45
.   
      
Qeyd  olunanların  fonunda  digər  ölkələrin  konstitusiyalarının  və  bu 
sahədə  mövcud  olan  qərarların  öyrənilməsi,  təhlili  və  tədrisi  Azərbaycan 
konstitusiya hüququnun inkişafına xidmət edə bilər. Bunun praktiki əhəmiyyəti 
də  nəzərə  çarpır:  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  bir  sıra 
qərarlarında xarici ölkələrin təcrübələrinə istinad etmişdir
46
.   
Konstitusiya hüququnun müqayisəli öyrənilməsinin müsbət nəticələri çox 
zaman  qeyd  olunsa  da,  burada  da  fikir  ayrılığı  mövcuddur.  Bir  çoxları  haqlı 
olaraq, hər bir ölkənin konstitusionalizminin özündə müəyyən tarixi prosesləri, 
mübarizələri  və  nailiyyətləri  əks  etdirdiyi  fikrindədirlər
47
.  ABŞ  konstitusiya 
hüququ  sahəsində  araşdırma  aparan  məşhur  alim  Daniel  Levinin  “nə 
konstitusiya, nə də konstitusionalizm ötürülə bilməz” sözləri konstitusionalizmə 
bu  cür  yanaşmanı  ifadə  edir.    Belə  yanaşmanın  da  tutarlı  əsasları  var:  istər 
konstitusiyanın  yazılmasında,  istərsə  də  onun  şərh  olunmasında  ölkənin  tarixi-
mədəni  özəllikləri  nəzərə  alınır,  bəzən  isə  əsas  götürülür.  Bu  səbəbdən  bəzən 
formaca eyni olan prinsiplərin mahiyyəti bir ölkədən digərinə dəyişə bilər
48

Ancaq 
bu 
cür 
fərqlərin 
və 
müxtəlif 
yanaşmaların 
olması 
konstitusionalizmin  müqayisəli  yolla  öyrənilməsinin  əhəmiyyətini  heç  də 
azaltmır.  Əksinə,  bu  elm  məhz  bu  cür  müxtəlifliyin  sayəsində  daha  da 
zənginləşir  və  praktiki  məsələlərin  həll  olunmasında  yardımçı  vasitə  kimi  çıxış 
edir.  "Comparative  Constitutionalism"  kitabının  müəlliflərinin
49
  qeyd  etdikləri 
                                                 
45
 Helmut Goerlich, The Role of Constitutional Court in Resolution of Constitutional Disputes – A 
Critical Outline Guided By the German Example, J. Indiana Law Inst. Vol. 44, Jan. – March 2002 
(Almaniya Federal Konstitusiya Məhkəməsinin fəaliyyətini müzakirə edərkən müəllif qeyd edir 
ki, Alman hüquq universitetlərində konstitusiya hüququ fənni Federal Konstitusiya 
Məhkəməsinin qərarlarının təhlili üzərində qurulur.) 
46
 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Cinayət 
Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cımaddəsinə 
uyğunluğunun yoxlanılmasına dair Qərarı, 29 yanvar 2004; ARKM-in Cinayət-Prosessual 
Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Qərarı, 12 may 2009-cu il.  
47
 Misal üçün baxın: Bruce Ackerman, The Generation of Betrayal, 65 Fordham L. Rev. 1519 (Müəllif 
tarixi proseslərin və hərəkatların ABŞ konstitusiyasının dərk olunmasında aparıcı rol oynadığını 
vurğulayır.)    
48
 Misal üçü baxın: Wiktor Osatyinski, Paradoxes of Constitutional Borrowing, 1 Int’l J Con Law 244 
(2003). Müəllif Şərqi Avropa ölkələrində konstitusiyanın yazılması prosesində bir sıra 
prinsiplərin ayrı-ayrı ölkələrdə fərqli başa düşüldüyünü qeyd edir.  
49
 Baxın: Michel Rosenfeld, Andaras Sajo, Susanne Baer, Norman Dorsen, Comparative 
Constitutionalism (2003), səh., 3 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə