Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə18/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   14   15   16   17   18   19   20   21   ...   71

44 
 
Azərbaycan  Konstitusiya  Məhkəməsi  heç  bir  qərarında  president  sisteminin 
əhəmiyyətini birbaşa təsdiq etməmişdir. Ancaq məhkəmənin bır sıra qərarlarının 
mahiyyət  etibarilə  bu  mövqeyi  əks  etməsini  demək  olar.  Onlardan  biri 
Ombudsmanın sorğusu əsasında çıxarılan qərardır (səh., 22).  Aşağıdakı qərar da 
bu nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir: 
 
V. Q. Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsinin 
Qərarı, 15 yanvar 2010-cu il
29
 
 
[İşin  faktları:  Mahiyyət  üzrə  bu  iş  daşınmaz  əmlaka  mülkiyyət  hüququ 
barədədir. V.Teryoxin adlı Azərbaycan vətəndaşı Bakının M.Ə.Rəsulzadə 
qəsəbəsində alqı-satqı aktına əsasən bələdiyyədən torpaq sahəsi almışdır.  
Sonradan  N.İsmaylova  adlı  digər  vətəndaş  bu  aktı  bələdiyyə  qarşısında 
mübahisələndirmişdir. 
N.İsmaylovanın 
müraciəti 
əsasında 
M.Ə.Rəsulzadə  bələdiyyəsi  öz  aktını  ləğv  etmişdir.  Bələdiyyə  qərarını 
onunla əsaslandırmışdır ki, V.Teryoxinin aldığı torpaq sahəsi ona məxsus 
olan  mənzilin  yanında  yerləşmişdir  və  bələdiyyə  də  bu  əsasla  torpağı 
Teryoxinə  satmışdır,  ancaq  V.Teryoxinin  bu  mənzilə  hüququ  etibarsız 
olduğu üçün torpağın ona satılması da ləğv olunmalıdır.     
V.Teryoxin  bundan  məhkəməyə  şikayət  etmişdir.    Birinci 
instansiyada  V.Teryoxin  işi  uduzmuşdur.  Torpaq  məsələsi  ilə  əlaqədar 
V.Teryoxinin  əleyhinə  qərar  çıxarmış  məhkəmə  onun  torpaq  sahəsinin 
yanında  yerləşən  mənzilinə  olan  hüququnu  da  etibarsız  saymışdır. 
Apellyasiya  Məhkəməsi  də  V.Teryoxinin  əleyhinə  qərar  qəbul  etmişdir. 
Kassasiya  instansiyası  olan  Ali  Məhkəmə  isə  işə  birinci  dəfə  baxanda 
Apellyasiya  Məhkəməsinin  qərarını  ləğv  etmişdir.  Ali  Məhkəmə qərarını 
onunla  əsaslandırmışdır  ki,  işin  predmeti  V.Teryoxinin  mənzilə  olan 
hüquqdur və bələdiyyənin öz qərarını ləğv etmək səlahiyyəti yoxdur.     
İşə  yenidən  baxan  Apellyasiya  Məhkəməsi  Ali  Məhkəmənin  bu 
qərarına  uyğun  olan  qərar  qəbul  etmişdir.  Ancaq  işə  yenidən  baxan  Ali 
Məhkəmə  bu  dəfə  digər  mövqe  tutaraq  əvvəlki  qərarına  uyğun  olaraq 
Apellyasiya  Məhkəməsinin  qərarını  ləğv  edir.  Ali  Məhkəmə  mahiyyət 
etibarilə bu dəfə V.Teryoxinin əleyhinə qərar qəbul edir. İşə üçüncü dəfə 
baxan Apellyasiya Məhkəməsi Ali Məhkəmənin 2-ci qərarına uyğun qərar 
qəbul etmiş və sonra Ali Məhkəmə bu qərarı təsdiq etmişdir.] 
                                                 
29
 V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər  üzrə 
məhkəmə kollegiyasının 02  iyun  2009-cu  il  tarixli  qərarının Azərbaycan Respublikasının 
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 
Qərarı, 15 yanvar 2010-cu il.  


45 
 
           
 
Məhkəmələr  tərəfindən  müəyyən  edilmişdir  ki,  M.Ə.Rəsulzadə 
bələdiyyəsi  500  m2  torpaq  sahəsini  V.Teryoxinə  satarkən  həmin  torpaq 
sahəsinin  sonuncunun  mülkiyyətində  olan  M.Ə.Rəsulzadə  qəsəbəsi, 
H.Ağamalıyev  küçəsi  9  nömrəli  evin  11  saylı  mənzilinin  qarşısında 
yerləşməsinə  əsaslanmışdır.  Lakin  Azərbaycan  Respublikası  Apellyasiya 
Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 dekabr 2005-ci il 
tarixli  qətnaməsi  ilə  V.Teryoxin  həmin  evdən  çıxarılmaqla  onun  qeyd 
olunan mənzilə dair mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi 
etibarsız  hesab  edilmiş,  həmin  mənzilə  N.İsmayılovanın  mülkiyyət 
hüququ  bərpa  edilmişdir.  V.Teryoxinin  mənzilə  mülkiyyət  hüququnun 
itirilməsinə  əsaslanaraq  M.Ə.Rəsulzadə  bələdiyyəsi   29  aprel  2005-ci  il 
tarixli 98 saylı qərarla özünün əvvəlki 05 avqust 2004-cü il tarixli 265 saylı 
qərarını  ləğv  etmiş,  mübahisəli  torpaq  sahəsini  N.İsmayılovanın 
mülkiyyətinə  vermiş,  sonradan  20  sentyabr  2005-ci  il  tarixli  225  saylı 
qərarla isə N.İsmayılovanın razılığı nəzərə alınmaqla bu sahədən 400 m2 
hissəni E.Məmmədovun mülkiyyətinə vermişdir.  
 
[...] 
 
 
Konstitusiya  Məhkəməsinin  Plenumu,  həmçinin  aşağıdakıların 
nəzərə alınmasını zəruri hesab edir. 
Ali  Məhkəmənin    [...]  05  fevral  2008-ci  il  tarixli  qərarı  ilə  Bakı 
Apellyasiya Məhkəməsinin  [bu] mülki iş üzrə 03 oktyabr 2007-ci il tarixli 
qətnaməsini ləğv edərək işi yeni apellyasiya baxışına göndərərkən istinad 
edilən  məhkəmə  qərarları  ilə  yalnız  mənzilə  olan  mülkiyyət 
münasibətlərinin  işin  predmeti  olduğunu,  torpaq  sahəsinin  isə 
mübahisələndirilmədiyini  və  vətəndaşın  mülkiyyətində  olan  torpağın 
alınıb  başqa  şəxsə  verilməsi  səlahiyyətinin  bələdiyyədə  nəzərdə 
tutulmadığını  qeyd  etmiş  və  Mülki  Məcəllənin  146.1-ci  maddəsinə 
istinadən  belə  nəticəyə  gəlmişdir  ki,  ərizəçinin  mübahisəli  torpaq  sahəsi 
üzrə sahiblik və istifadə hüququ yaranmışdır.  
Lakin [Ali Məhkəmənin bu birinci qərarına]  uyğun çıxarılmış Bakı 
Apellyasiya Məhkəməsinin [ikinci] 05 iyun 2008-ci il tarixli qətnaməsi Ali 
Məhkəmənin  [ikinci]   24  sentyabr  2008-ci  il  tarixli  qərarı  ilə  ləğv 
olunmuşdur.  Yuxarıdakı  hüquqi  mövqeyin  əksinə  olaraq  Torpaq 
Məcəlləsinin  67  və  68-ci  maddələrinə  əsasən  həmin  qərarda  kassasiya 
instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, V.Teryoxinin mülkiyyət 
hüququ  dövlət  qeydiyyatına  alınmadığı  üçün  onun  torpaq  sahəsi  üzrə 
hüquqları  yaranmamışdır.  Bu  mövqeyə  riayət  olunmaqla  çıxarılmış  Bakı 


46 
 
Apellyasiya  Məhkəməsinin    [...]   20  fevral  2009-cu  il  tarixli  qətnaməsinin 
dəyişdirilmədən saxlanılmasına dair Ali Məhkəmənin  [...] 02 iyun 2009-cu 
il  tarixli  qərarında  da  mahiyyət  etibarilə  eyni  hüquqi  münasibət 
bildirilmişdir.  
Bununla  da  [Ali  Məhkəmə] bir  iş  üzrə  qəbul  etdiyi  qərarlarda  işin 
müəyyən  edilmiş  faktiki  hallarına  qanunun  tətbiqi  və  təfsiri  üzrə  müxtəlif 
mövqelər  ifadə  etmişdir    [kursiv  müəllifindir].    Halbuki,  belə  yanaşma 
Konstitusiyanın  131-ci  maddəsinin  I  hissəsindən  və  "Məhkəmələr  və 
hakimlər  haqqında"  Azərbaycan  Respublikası  Qanununun  79-cu 
maddəsinin  3-cü  hissəsinin  1-ci  bəndindən  irəli  gələn  vahid  məhkəmə 
təcrübəsinin formalaşdırılması tələblərinə cavab vermir.  
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Beian Rumıniyaya qarşı işi 
üzrə  06  dekabr  2007-ci  il  tarixli  qərarında  xatırlatmışdır  ki,  öz  təbiətinə 
görə  məhkəmə  təcrübəsindəki  ziddiyyətlər  ərazi  yurisdiksiyasına  malik 
olan  məhkəmələr  şəbəkəsinə  əsaslanan  hər  hansı  hüquqi  sistemin 
qaçılmaz nəticəsini təşkil edir. Bununla belə, Ali Məhkəmə instansiyasının 
rolu məhkəmə təcrübəsində olan bu ziddiyyətləri dəqiq tənzimləməkdən 
ibarətdir.  Milli  Ali  Məhkəmə  instansiyasında  belə  təcrübənin 
formalaşdırılması  özü-özlüyündə  Konvensiyanın  bütün  maddələrinə  xas 
olan  və  hüquqi  dövlətin  fundamental  prinsiplərindən  birini  təşkil  edən 
hüquqi müəyyənlik prinsipinə ziddir (§§ 37-39).   
Konstitusiya  Məhkəməsinin  Plenumu  qeyd  olunanları  nəzərə 
alaraq  belə  nəticəyə  gəlir  ki,  Bakı  Apellyasiya  Məhkəməsinin    [...]   20 
fevral  2009-cu  il  tarixli  qətnaməsi  ilə  birinci  instansiya  məhkəməsinin 
qanunvericiliyin  tələblərinə  uyğun  olmayan  qətnaməsi  dəyişdirilmədən 
saxlanılmış,  Ali  Məhkəmənin    [...]   isə  iş  üzrə  əvvəlki  qərarında  ifadə 
olunmuş  fərqli  mövqeyinə  baxmayaraq,  apellyasiya  instansiyası 
məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla MPM-in 416, 417 və 418-
ci maddələrinin müddəalarına uyğun olmayan, ərizəçinin Konstitusiyanın 
29  və  60-cı  maddələrində  nəzərdə  tutulan  mülkiyyət  hüququnu  və 
məhkəmə müdafiəsi təminatını pozan qərar qəbul edilmişdir.   
Yuxarıda  göstərilənlərə  əsasən  Konstitusiya  Məhkəməsinin 
Plenumu  hesab  edir  ki,  Ali  Məhkəmənin  [...] 02  iyun  2009-cu  il  tarixli 
qərarı  Konstitusiyanın  13,  29,  60-cı  maddələrinə,  127-ci  maddəsinin  VII 
hissəsinə  və  129-cu  maddəsinin  III  hissəsinə,  MPM-in  416,  417  və  418-ci 
maddələrinə  uyğun  olmadığından  qüvvədən  düşmüş  hesab  edilməli  və 
işə  Azərbaycan  Respublikasının  mülki  prosessual  qanunvericiliyi  ilə 
müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 
 
President sistemi – Avropa İnsan Haqları Məhkəməsinin mövqeyi 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə