Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə30/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   26   27   28   29   30   31   32   33   ...   71

76 
 
müəyyənləşdirdi.  Ali  Məhkəmə  bu  qərarı  ilə  təsdiq  etmişdir  ki,  məhkəmənin 
qanunvericinin qəbul etdiyi qanunu yoxlamaq və ləğv etmək səlahiyyəti var.           
 
**** 
 
Müstəqillik əldə etdikdən sonra ABŞ ştatları bir müddət "Konfederasiya şərtləri" 
(ingiliscə:  Articles  of  Confederation)  adlanan  sənəd  əsasında  konfederasiya 
formasında mövcud olmuşlar. Bu konfederasiyada subyektlər (yəni ştatlar) daha 
çox müstəqil, mərkəzi hökumət isə zəif idi. Ancaq uzun müddət keçmədi ki, bu 
cür  birliyin  qeyri-effektiv  olması  məlum  oldu.  Xüsusən  hər  hansı  qərarın  qəbul 
olunmasında  ayrı-ayrı  ştatlar  bütün  konfederasiyanın  deyil,  ancaq  öz 
maraqlarını  güdərək  qərar  verirdilər.  Mərkəzi  hakimiyyət  isə  bunun  mənfi 
nəticələrinin aradan qaldırılmasında zəif idi – başlıca olaraq ona görə ki, mərkəzi 
hakimiyyətin səlahiyyətləri məhdud idi.  Bu kimi problemləri aradan qaldırmaq 
üçün  1787-ci  ildə  Filadelfiya  şəhərində  on  üç  ştatın  on  ikisinin  iştirakı  etdiyi 
Federal  Yığıncaq  (ingiliscə:  Federal  Convention)  toplandı.    İlk  olaraq  yığıncağın 
məqsədi  "Konfederasiya  şərtləri"nə  bir  sıra  düzəlişlər  etmək  idi,  ancaq  sonra 
yığıncaq üzvləri qərara gəldilər ki, yeni bir sənəd tərtib etsinlər.  Bu proses sonda 
ABŞ Konstitusiyasının qəbul olunmasına gətirib çıxardı. Konstitusiyanın bir çox 
müddəalarının  əsası  elə  həmin  vaxt  tərtib  olunan  "Virciniya  planı"  adlı  bir 
sənəddə öz əksini tapmışdır.  Bu planda bir sıra mühüm prinsiplər, xüsusən də 
hakimiyyətin  üç  qola  –  qanunverici,  icra  və  məhkəmə  –  bölünməsi  prinsipi  öz 
əksini tapmışdır.  
"Virciniya  planı"nın  hazırlanmasında  Marburi  Medisona  qarşı  işdə  tərəf 
kimi  göstərilən  Ceyms  Medison  (ingiliscə:  James  Madison)  fəal  iştirak  etmişdir.  
Ümumiyyətlə,  Ceyms  Medison  ABŞ  Konstitusiyasının  əsasını  qoyan  şəxs  kimi 
qəbul edilir.  Medison qədər fəal olmasa da, hakim Con Marşal da (ingliscə: John 
Marshall)  "Virciniya  planı"nın  tərtib  olunmasında  iştirak  etmişdir.  Ancaq  onun 
iştirakı  məhdud  olmuşdur.  Medison  ABŞ  Konstitusiyanı  yazan  şəxslərdən  biri 
olaraq  onun  şərh  olunmasında  böyük  nüfuza  malik  idi.  Şübhəsiz,  o  da  qəbul 
edirdi  ki,  məhkəmə  hakimiyyəti  qanunverici  və  icra  hakimiyyəti  kimi 
hakimiyyətin  bir  qanadıdır.  Ancaq  demək  olar  ki,  ABŞ  Konstitusiyası  yazılan 
zaman  məhkəmənin  konkret  hansı  rol  oynayacağı  tam  bəlli  deyildi.  Bu,  elə 
Konstitusiyanın  strukturundan  da  görünür.  Konstitusiyanın  3-cü  maddəsi 
məhkəmə  hakimiyyətinə  aiddir.  Bu  maddə  qanunverici  və  icra  hakimiyyətinə 
aid  olan  1  və  2-ci  maddələrə  nisbətən  daha  qısadır.  Bunu  tarixçilər  məhz  o 
zamanlar  məhkəmə  hakimiyyətinin  rolu  haqda  yekdil  fikir  olmaması  ilə  izah 
edirlər.  Hakim  Marşal  isə  öz  qərarı  və  əsaslandırmaları  ilə  bu  maddəyə  və 
ümumiyyətlə,  ABŞ  məhkəmə  hakimiyyətinə  nüfuz  və  müstəqillik  verdi. 


77 
 
Cəsarətlə demək olar ki, bu yeni tarix “əsaslandırmanın gücü” (ingiliscə: power of 
reasoning) hesabına yazıldı.   
 
Konstitusiya icraatı: ümumi 
 
 
Fərqli  dövlətlərdə  mövcud  olan  konstitusiya  icraatının  özünəməxsus 
xüsusiyyətləri var. Misal üçün, ABŞ Ali Məhkəməsi heç bir məhkəmə mübahisəsi 
olmadığı  yerdə  hər  hansı  hüquqi  suala  cavab  vermək  hüququna  malik  deyil. 
Almaniyanın  Federal  Konstitusiya  Məhkəməsinin  isə  bu  cür  səlahiyyəti  var.  
“Konstitusiya  icraatı”  termininin  universal  tərifini  verməyə  çalışmaq  əbəs  bir 
cəhd  olardı.  Bununla  belə,  Konstitusiya  Məhkəməsi  və  ya  oxşar  məhkəmələrin 
bir sıra mühüm funksiyaları və ya səlahiyyətləri var ki, bunlar məhkəmələri adi 
məhkəmələrdən səciyyələndirir. Bu xüsusiyyətləri ümumiləşdirərək deyə bilərik 
ki,  biz  konstitusiya  icraatı  dedikdə  səlahiyyətli  məhkəmə  (Ali  Məhkəmə, 
Konstitusiya Məhkəməsi və ya Tribunalı və s.) tərəfindən hər hansı dövlət orqanı 
və ya məhkəmənin qərarının Konstitusiyaya və ya ona bərabər tutulan mühüm 
sənədlər və ya prinsiplər əsasında yoxlanması səlahiyyətini nəzərdə tuturuq.    
Əlbəttə,  bu  yoxlama  səlahiyyəti  o  vaxt  effektiv  olar  ki,  məhkəmə 
yoxlamanın  nəticəsi  kimi  Konstitusiyaya  zidd  olan  qanunun  və  ya  qərarın 
qüvvədə düşmüş hesab edilməsi barədə qərar çıxara bilsin. 
Konstitusiya icraatını həyata keçirməkdə səlahiyyətli olan məhkəmə və ya 
digər qurumlar bir sıra ölkələrdə digər mühüm funksiyaları da yerinə yetirirlər.  
Bunlardan ilk növbədə hakimiyyətin qanadları arasında olan mübahisələrin həll 
olunması  funksiyasını  qeyd  etmək  mümkündür.  Bu  mühüm  bir  funksiyadır, 
demokratiya  və  hüquqi  dövlət  prinsiplərinin  qorunmasında  böyük  rol  oynayır. 
Əgər  bu  cür  müstəqil  mübahisəni  həll  edən  üçüncü  tərəf  olmasa,  o  zaman 
hakimiyyətin  qolları  bir-biri  ilə  sonsuz  mübahisə  apara  və  nəticədə  isə,  bütün 
cəmiyyət əziyyət çəkə bilər. Azərbaycanın Konstitusiya Məhkəməsi Milli Məclisə 
seçkilərin  nəticələrinin  düzgünlüyünü  yoxlayır  və  təsdiq  edir
64
.  Beynəlxalq 
təcrübədən  digər  bir  misal  olaraq,  Fransa  Konstitusiyasına  əsasən  ölkədə 
fövqəladə hal elan edildikdə Fransa prezidentinin səlahiyyətləri genişlənir və o, 
bir  sıra  addımlar  ata  bilir;  ancaq  Konstitusiya  tələb  edir  ki,  bu  səlahiyyətlərdən 
istifadə etməzdən əvvəl prezident Konstitusiya Şurası ilə məsləhətləşsin – bu da 
xüsusi bir səlahiyyətdir
65

Konstitusiya icraatı konstitusiya hüquq elmi üçün böyük  əhəmiyyət kəsb 
edir.  Biz  konstitusiya  icraatı  mövcud  olan  bir  çox  ölkələrin  təcrübəsinə  nəzər 
salsaq, görərik ki, bu ölkələrdə konstitusiya hüququ məhz konstitusiya icraatının 
                                                 
64
 AR Konstitusiyası, maddə 86. 
65
 Baxın: 1958-ci il Fransa Konstitusiyasının 16-cı maddəsi 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə