Konstitusiya hüququnun müqayiSƏLİ Əsaslari



Yüklə 4,84 Kb.
Pdf görüntüsü
səhifə20/71
tarix06.02.2018
ölçüsü4,84 Kb.
#26775
1   ...   16   17   18   19   20   21   22   23   ...   71

50 
 
Konvensiyanın  bütün  maddələrinin  əsasında  durur  və  hüquqi  dövlət 
prinsipinin əsas prinsiplərindən birini təşkil edir (baxın: mutatis mutandis
Baranovski  Polşaya  qarşı,  No.  28358/95,  §  56,  ECHR  2000-III).  Məsələ  üzrə 
digərlərinin  riayət  etməli  olduğu  hüquqi  mövqeyi  təsdiq  etmək  əvəzinə 
AKƏM-nin  özü  hüquqi  qeyri-müəyyənliyi  yaratmışdır,  bu  da  öz 
növbəsində  cəmiyyətin  məhkəmə  sisteminə  qarşı  etibarının  zəifləməsinə 
şərait  yaradır  (baxın:  mutatis  mutandis,  Sovtransavto  Holdinq  Ukraynaya 
qarşı,  No.  48553/99,  §  97,  ECHR  2002-VII,  və  Păduraru,  yuxarıda  qeyd 
verilmişdir,  §  98;  baxın:  həmçinin  müqayisə  üçün:  Pérez  Arias  İspaniyaya 
qarşı, No. 32978/03, § 27, 28 iyun 2007).    
40.     Nəticə  olaraq  məhkəmə  belə  qənaətə  gəlir  ki,  məhkəmə 
qərarları arasında uyğunsuzluq ərizəçini 309-2002 saylı Qanunda nəzərdə 
tutulan  müavinətləri  əldə  etmək  imkanından  məhrum  etmişdir,  ancaq 
onunla eyni statuslu digər şəxslərə bu müavinətlər verilmişdir.  
  
Müvafiq olaraq Konvensiyanın 6.1-ci maddəsi pozulmuşdur. 
    
Beian  işində  uyğunsuzluq  ölkənin  ali  məhkəməsi  səviyyəsindədir.  Yuxarıda 
qeyd  etdiyimiz  Avropa  Məhkəməsinin  3  meyarının  birincisində  ölkənin  yuxarı 
(ali) məhkəməsində olan hər hansı uyğunsuzluqdan söhbət gedir.  Bunun səbəbi 
o,  ola  bilər  ki,  aşağı  məhkəmələrdə  olan  uyğunsuzluqlar  son  olaraq  yuxarı 
instansiya  (ali)  məhkəməsində  həll  olunur.  Ancaq  yuxarı  (ali)  məhkəmənin 
özündə uyğunsuzluqlar yarandığı halda, adətən vətəndaş digər məhkəmə və ya 
orqana  effektiv  həll  üçün  üz  tuta  bilmir  və  bu  hal  vətəndaşın  hüquqlarının 
pozulmasına gətirir.   
 
Avropa  Məhkəməsinin  meyarlarında  yuxarı  (ali)  məhkəməyə  istinada 
baxmayaraq,  Avropa  Məhkəməsi  uyğunsuzluğun  aşağı  məhkəmələrdə  olduğu 
hallarda  da  Konvensiyada  təsbit  olunan  “hüquqi  müəyyənlik”  prinsipinin 
pozulmasını  qət  edən  qərar  qəbul  etmişdir.  Stefanika  və  başqaları  Rumıniyaya 
qarşı
33
 işi bu barədədir.  Bu işdə bir məsələ ilə bağlı Rumıniyanın aşağı instansiya 
məhkəmələri  fərqli  qərarlar  qəbul  etmişlər.  Bu  uyğunsuzluğu  Rumıniyanın  Ali 
Ədalət  Məhkəməsi  həll  edə  bilərdi,  ancaq  adi  vətəndaşlar  üçün  bu 
uyğunsuzluğu  Ali  Ədalət  Məhkəməsinin  müzakirəsinə  çıxarmaq  çox  çətin 
olmuşdur.  
 
Müqayisə üçün Nejdet Şahin və Perihan Şahin Türkiyəyə qarşı işinə də nəzər yetirin:  
 
                                                 
33
 Müraciət No. 38155/02, 2 noyabr 2010 


51 
 
[İşin  faktlarına  giriş:  Nejdet  və  Perihan  Şahinlərin  oğlu  hərbi  xidmətdə 
olan  zaman  2001-ci  ildə  hərbi  təyyarənin  qəzaya  uğraması  nəticəsində 
vəfat  edir.    Türkiyənin  "Anti-terrorizm  haqqında"  Qanununa  əsasən 
“terrorizm  əməli”  nəticəsində  vəfat  edən  şəxslərin  vərəsələrinə  dövlət 
müəyyən  təzminat  ödəyir.    Nejdet  və  Perihan  Şahinlər  təzminatın 
ödənilməsi üçün dövlət orqanına və məhkəmələrə müraciət edirlər.] 
 
1.   10  may  2002-ci  ildə  hüquqşünasları  vasitəsi  ilə  ərizəçilər  "Anti-
terrorizm  haqqında"  3713  saylı  Qanunun  (bundan  sonra  “3713-cü 
Qanun”)  21-ci  maddəsində  nəzərdə  tutulan  təzminatın  ödənilməsi  üçün 
Türkiyə Pensiya Fonduna müraciət etmişlər.     
2.   23  may  2002-ci  tarixli  məktubu  ilə  cavab  verən  Pensiya  Fondu 
[təzminatın  ödənilməsindən 
imtina  etmiş  və  imtinanı 
onunla 
əsaslandırmışdır ki, ərizəçilərin övladı “terrorizm əməli” nəticəsində vəfat 
etməmişdir].  
 
3.   15  iyul  2002-ci  il  tarixində  ərizəçilər  hüquqşünasları  vasitəsi  ilə 
bu  qərardan  Ankara  İnzibati  Məhkəməsinə  şikayət  vermişlər....  Şikayəti 
əsaslandıraraq  qeyd  etmişlər  ki,  onların  oğlu  terrorizmə  qarşı  döyüşən 
hərbiçiləri  Şimali  İraqdan  daşıyarkən  həlak  olmuş  və  ona  görə  də  onun 
ölümü  terrorizmlə  mübarizə  çərçivəsində  həyata  keçirilən  hərəkətlərlə 
bağlı baş vermişdir. 
4.  1  aprel  2003-cü  il  tarixində  Ankara  İnzibati  Məhkəməsinin  4-cü 
Palatası  iddiaya  baxmaqdan  imtina  etmiş  və  onunla  əsaslandırmışdır  ki, 
bu məsələ onun yurisdiksiyasına aid deyil və daha çox Ali Hərbi İnzibati 
Məhkəmənin səlahiyyətinə aiddir.   
5.  3  iyun  2003-cü  ildə  ərizəçilər  Ali  Hərbi  İnzibati  Məhkəməyə 
iddia  ərizəsi  ilə  müraciət  etdilər.  Onlar  iddia  ərizələrinə  Ankara  İnzibati 
Məhkəməsinin 10-cu Palatasının 22 yanvar 2003-cü il qərarını (baxın: aşağı 
26-cı paraqrafa) daxil etdilər – ərizəçilərin fikrincə, bu qərar onların işinə 
bənzəyirdi.  
6.  10  iyun  2004-cü  il  tarixdə  Ali  Hərbi  İnzibati  Məhkəmə  onların 
iddiasını  təmin  etməkdən  imtina  etmişdir...  O,  qeyd  etmişdir  ki,  3713-cü 
Qanunun  21-ci  maddəsi  dövlətin  nümayəndəsinin  terrorizm  əməli 
nəticəsində  yaralandığı,  əmək  qabiliyyətini  itirdiyi  və  ya  öldürüldüyü 
hallara şamil edilir.  Zərərçəkənin terrorizmə qarşı mübarizə ilə bağlı olan 
hər hansı bir işdə öldürülməsi kifayət etmir...     
7. 6  iyul  2004-cü  il  tarixində  ərizəçilər  Ali  Hərbi  İnzibati 
Məhkəmənin  qərarından  şikayət  vermişlər.  Onların  hüquqşünası 
məhkəmədə qeyd etmişdir ki, o, 10 iyun 2004-cü il tarixində təqdim etdiyi 
sənədlərdə  və  eyni  gündə  baş  tutan  Ali  Hərbi  İnzibati  Məhkəmədə 


52 
 
keçirilən proses zamanı çıxışında Ankara İnzibati Məhkəməsinin 6-cı, 10-
cu  və  11-ci  Palatalarının  ərizəçilərin  işlərinə  oxşar  işlər  barədə  çıxarılmış 
qərarları təqdim etmişdir – bu işlər üzrə iddialar ərizəçilərin oğlu ilə eyni 
qəzada  həyatını  itirən  hərbi  qulluqçuların  valideynləri  tərəfindən 
verilmişdir  və  bu  məhkəmələr  onların  lehinə  qərarlar  qəbul  etmişlər.    O 
qeyd etmişdir ki, Ali Hərbi İnzibati Məhkəmə bu qərarlara heç bir istinad 
etməmiş  və  məhkəmə  tərəfindən  çıxarılan  qərar  konstitusiyada  əksini 
tapan  hər  kəsin  qanun  qarşısında  bərabərliyi  və  qanunların  uyğunluğu 
prinsipinə ziddir. [...]      
8.  30  sentyabr  2004-cü  ildə  Ali  Hərbi  İnzibati  Məhkəmə  şikayətin 
əsassız  olduğu  barədə  və  məhkəmənin  qərarının  müvafiq  maddi  və 
prosessual hüquq normalarına uyğun olduğu barədə qərar qəbul etmişdir. 
[...] 
 
 
 
II.   
Müvafiq milli qanunlar və praktika 
 
A.
 
Türkiyənin məhkəmə sistemi barədə qısa izah 
 
9.  Türkiyənin məhkəmə sistemi üç qrup əsas məhkəmədən ibarətdir: adi 
məhkəmələr  –  buraya  mülki  və  cinayət  işləri  üzrə  məhkəmələr  daxildir, 
inzibati  məhkəmələr  və  hərbi  məhkəmələr.    Öz  növbəsində  hər  bir  qrup 
məhkəmədə  baxılan  işlərdən  asılı  olaraq  alt qruplar  mövcuddur. Hər  bir 
məhkəmə  qrupuna  onların  müvafiq  Ali  Məhkəmələri  başçılıq  edir:  adi 
məhkəmələrin  Kassasiya  Məhkəməsi,  inzibati  məhkəmələrin  Ali  İnzibati 
Məhkəməsi və hərbi məsələlərdə Ali Hərbi İnzibati Məhkəmə. 
10.   Konstitusiyanın  157-ci  maddəsinə  əsasən  Ali  Hərbi  İnzibati 
Məhkəmə  birinci  və  sonuncu  məhkəmə  instansiyası  qismində  hərbi 
heyətə və ya hərbi xidmətə aid inzibati qərarlara və ya hərəkətlərə baxır, 
hətta  bu  qərarlar  və  ya  hərəkətlər  qeyri-hərbi  orqandan  gəlsə  belə.  
Mübahisə  məcburi  hərbi  xidmətlə  bağlı  olan  hallarda  hərbi  heyətin 
maraqlı tərəf olması şərt deyil.    
11.  Xüsusi 
məhkəmə 
olan 
Yurisdiksiya 
Mübahisələri 
Məhkəməsinin  adi,  inzibati  və  hərbi  məhkəmələr  arasında  onların 
yurisdiksiyasına və qərarlarına aid və bundan irəli gələn mübahisələri həll 
etmək səlahiyyəti var. [...] 
 
C.         Müvafiq milli presidentlər və praktika 
 


Yüklə 4,84 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə