Азярбайжан республикасы апеллйасийа мящкямясинин



Yüklə 37,54 Kb.
tarix06.02.2018
ölçüsü37,54 Kb.
#26598

AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN PLENUMUNA

Ünvan: Bakı şəhəri, __________________________


IDDIAÇI: _________________ Şirkəti tərəfindən

Ünvan: Bakı şəhəri, _________________________



ƏLAVƏ KASSASIYA ŞİKAƏTİ
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının _________________ saylı, _____________________ il tarixli Qərarından
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası (hakimlər Ə.Ə.Əliyev, Ə.M.Rüstəmov və G.M.Xudaverdiyeva) 27 aprel 2009-cu il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının (hakimlər H.İ.Xəlilov, Ə.İ.Qasımov və E.Q.Nəbiyev) _________________-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətini təmin etməyərək, qətnaməni dəyişdirmədən saxlamışdır.

Belə ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsi tərəfindən (hakim M.S.Kazımov) _____________________ Şirkətinin _____________________ qəzeti redaksiyasına və qazetin əməkdaşı S.ƏSGƏRLİYƏ (Elşad Paşa Əlihüseyn oğlu) qarşı qaldırılmış «İşgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsinə dair» iddiası üzrə _____________________ saylı mülki işə mahiyyəti üzrə baxaraq iddiaçı barəsində yayılmış həqiqətə uyğun olmayan, yalan və alçaldıcı məlumatların cavabdehlər tərəfindən həmin qəzetin növbəti sayının eyni səhifəsində, eyni şriftli başlıq və mətnlə təkzib olunması, işgüzar nüfuzunu ləkələyən yalan və alçaldıcı məlumatların yayılması nəticəsində dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlər tərəfindən _____________________ Şirkətinin hesabına qaytarılmasına dair iddia tələbinin rədd edilməsinə dair ______________-ci il tarixli qətnamə qəbul edildiyindən, qətnamədən tərəfimizdən Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası (sədrlik edən H.İ.Xəlilov) _________________-cu il tarixli qətnamə ilə apellyasiya şikayətini əsassız olaraq təmin etməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin iş üzrə 29 oktyabr 2008-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır.

_____________________ Şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Məhkəmə Kollegiyasının _________________-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir.

Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası (sədrlik edən Ə.Ə.Əliyev) Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının _________________-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və qeyd edilən qətnamənin dəyişdirilmədən saxlanılması barədə 27 aprel 2009-cu il tarixli Qərar qəbul etmişdir.

Qeyd edilən məhkəmə Qərarı aşağıdakılar ilə əsaslandırılmışdır:

İş materiallarından görünür ki, _____________________ Şirkəti _____________________ qəzetinin 13 may 2008-ci il tarixli sayının 7-ci səhifəsində dərc edilmiş “Hərbi nazir aparat rəhbərinə qarşı” başlıqlı məqalədə “Burada televiziyaya yaxın şirkətin istehsalı olan “Dadlı” makaronu da rol oynayır. Bu makaron ordunun şəxsi heyəti, o cümlədən hərbi məktəblərin müdavimlərinin qida rasionina daxildir və s. ifadələrin işlədildiyini, həmin məlumatların _____________________ Şirkətinin işgüzar nüfuzunu ləkələdiyini əsas göstərərək cavabdeh _____________________ qazeti redaksiyasına qarşı işgüzar nüfuzun müdafəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldırılmışdır.



_______________________________________________________________________________________________________________________________________________________________'>______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________
Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr göstərilən ekspertiza rəyini, məqalədə əsaslanan diğər söz və cümlələrdə şərəf və ləyaqəti ləkələyən ifadələrin olmadığını əsas tutaraq iddia rədd etməkdə haqlı olmuşdur.

Belə ki, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinin 1-ci hissəsinə görə hər kəs ifadə etmək azadlığı hüququna malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə görə hər kəsin fakir və söz azadlığı vardır.

Şərəf və ləyaqətin müdafəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında Aərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun 14 may 1999-cu il tarixli qərarının 3-cü bəndinə görə məhkəmələr şərəf və ləyaqətin müdafəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatların vətəndaşların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması.”

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini kassasiya qaydasında ləğv olunması üçün əsaslar olduğu halda, əsassız olaraq qüvvədə saxlamışdır.

1) Belə ki, apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin əsassız olması ilk növbədə onunla sübut olunur ki, məhkəmə Binəqədi rayon məhkəməsinin qəbul etdiyi 29 oktyabr 2008-ci il tarixli qətnamənin AR MPM-nin 172.1.-ci maddəsinə zidd olaraq qəbul edilməsi məsəsləsinə hüquqi qiymət verməmisdir.

________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

Göründüyü kimi 29 oktyabr 2008-ci il tarixli məhkəmə qətnaməsi AR MPM-nin 172.1.-ci maddəsinə zidd olaraq qəbul edilmişdir.

AR MPM-nin 172.1-.ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra üç aydan gec olmayan müddətdə işə baxılmalı və qətnamə çıxarılmalıdır.

Yuxarıda qeyd edilən fakt təsdiq edir ki, Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi _________________-cu il tarixli qətnamə AR MPM-nin 372.7-ci maddəsinin tələblərinin pozulması ilə və birinci instansiyasının maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamadan qəbul edilib.

Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsasdır.

2) Məhkəmə qəbul etdiyi qərarın əsaslandırılması üçün 03.10.2008-ci il tarixli məhkəmə-linqvistik ekspertizasının rəyinə istinad edərək, ______________________________________________________________________________



______________________________________________________________________________

______________________________________________________________________________

Halbuki, iddia tələbinin özünün, habelə cavabdehlərin yaydığı məlumatların mahiyyəti və məzmunu nəzərə alınmaqla hər hansı «məhkəmə-linqvistik ekspertiza»sının təyin olunmasında heç bir zərurət olmamışdır. Çünki işin materialından açıq

Ekspretizanın keçirlilməsi üçün məhkəmə tərəfindən ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur.

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________
Belə ki, işgüzar nüfuz istehsal, ticarət və ya digər fəaliyyət sahələrində şəxsin işgüzar, peşəkar keyfiyyətləri haqqında müsbət ictimai rəy, əmlak dövriyyəsinin digər iştirakçıları tərəfindən verilən qiymət, şəxsin peşəkar üstünlükləri və çatışmazlıqlar haqqında formalaşmış ictimai fikir, başqa sözlə kontraqentləri, müştəriləri qarşısında şəxs barədə assosiasiya doğuran və müvafiq sahədə fəaliyyət göstərən digər peşəkarlar arasında onu fərqləndirən keyfiyyət və qiymətlərin məcmusudur.

______________________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

Eyni zamanda, cavabdehlərin nümayəndələrinin məhkəmə prosesi zamanı iddianı qismən qəbul edilməsi, iddia tələbinin təkzib vermə hissəsi ilə razı olması, habelə iddiaçının nümayəndələrinə qəzet səhifələrində təkzib üçün şərait yaradılmasına tam hazır olması haqqında rəsmən bildirilməsinə baxmayaraq, hakim tərəfindən nəinki bu hallara hüquqi qiymət verilməmiş, hətta müvafiq məhkəmə iclasının protokolunda bu barədə, ümumiyyətlə qeyd etməmişdir. Bununla əlaqədar _____________________ Şirkətinin 04 noyabr 2008-ci il tarixində rəsmən verdiyi məhkəmə iclasının protokolu barədə yazılı qeydlər 07 noyabr 2008-ci il tarixli Qərardadla hakim tərəfindən tam təsdiq edilmişdir.

Bakı Apellyasiya məhkəməsinin mülki işlər üzrə kollegiyası isə, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün kifayət qədər qanuni əsaslar olduğu halda, Binəqədi rayon məhkəməsinin qanunsuz qətnaməsinin əsassız olaraq qüvvədə saxlamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.1.1.,385.1.3.,385.1.4-cü maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə görə Binəqədi rayon məhkəməsinin qanunsuz qətnaməsi ləğv olunmalı idi.

Yuxarıda göstərilənlərlə iş üzrə özü-özünə zidd olan məhkəmə qətnaməsinin tamamilə əsassız və qanunsuz olması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması sübuta yetirilir və bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının _________________-cu il tarixli qətnaməsi ləğv edilməli, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 422-423, 424 - 429-cu maddələrinin tələblərini rəhbər tutaraq,

XAHİŞ EDİRİK:
1. Bakı Apellyasiya məhkəməsinin mülki işlər üzrə kollegiyasının _________________-cu il tarixli Qətnaməsinin ləğv olunmasına və iddia tələblərinin tam təmin edilməsinə dair qərar qəbul edəsiniz.
Qoşma:
1. AR Ali Məhkəməsinin MİÜMK-nın _________________-cu il tarixli qərarının surəti;

2. Vəkillin orderinin əsli.



İmza
tarix



Yüklə 37,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə