"kompüter qrafikasi" FƏNNİNİn predmeti


FAYLLARIN BİR VEKTOR FORMATDAN DİGƏR VEKTOR FORMATA ÇEVRİLMƏSİ



Yüklə 0,62 Mb.
səhifə19/20
tarix20.10.2023
ölçüsü0,62 Mb.
#128415
1   ...   12   13   14   15   16   17   18   19   20
конспект К.Г на азерб.языке

FAYLLARIN BİR VEKTOR FORMATDAN DİGƏR VEKTOR FORMATA ÇEVRİLMƏSİ
Vektor formatlarda xətlərin, qövslərin, rənglənmiş sahələrin, mətnlərin və i.a. şərhi saxlanır. Müxtəlif vektor formatlarda bu obyektlər müxtəlif cür şərh edilir. Faylı bir vektor formatdan digər vektor formata çevirən proqram sanki tərcüməçinin işini görür:
•obyektlərin şərhini bir vektor dildə oxuyur;
•onları digər formatın dilinə çevirməyə cəhd edir.
Tərcüməçi proqramla oxunan obyektin şərhinə yeni formatda dəqiq uyğun gələn şərh olmayanda həmin obyekt ya yeni dilin oxşar əmrləri ilə şərh edilir, ya da ümumiyyətlə şərh edilmir. Ona görə də çevirmə zamanı təsvirin müəyyən hissələri ya təhrif edilə bilər, ya da görünməyə (itə) bilər. Hər şey ilkin təsvirin mürəkkəbliyindən asılıdır.
FAYLLARIN VEKTOR FORMATDAN RASTR FORMATA ÇEVRİLMƏSİ
Təsvirin vektor formatdan rastr formata (piksellər yığımına) çevrilməsi tez-tez istifadə edilən proseslərdən biridir. Bu prosesi bəzən vektor təsvirlərin rastrlaşdırılması ycvoses/adlandırırlar.
Vektor təsviri fotoqrafiyaya yerləşdirmək üşün onu əvvəlcə rastr formata import etmək lazımdır. Tutaq ki, pəncərənin şəkli skanerə edilib və JPEG formatı ilə faylda saxlanıb. Ördək şəkli isə CorelRDAW vektor qrafik redaktoru ilə yaradılıb, sonra isə TIFF formatlı fayla eksport edilib .Hər iki rastr təsvirin montajı Adobe Photoshop qrafik redaktorunda yerinə yetirilir. Vektor təsvir hər dəfə çıxış qurğusuna (monitora və ya printerə) ötüruləndə rastrlaşdırmaya (videopiksellər və nöqtələr yığımına çevrilməyə) məruz qalır. Vektor fayllar rasrt formata eksport ediləndə ilkin təsvirdəki rənglərlə bağlı olan informasiya itkisi ola bilər. Buna əsas səbəb odur ki, bir sıra rastr formatlarda məhdud sayda rənglərdən istifadə edilir.
Məsələn, GIF formatinda istifadə edilən rənglərin sayı 256 rəngdən çox deyil.
FAYLLARIN BİR RASTR FORMATDAN DİGƏR RASTR FORMATA ÇEVRİLMƏSİ
Faylın bir rastr formatdan digər rastr formata çevrilməsi çevirmənin ən sadə üsuludur. Üsulun mahiyyəti ondan ibarətdir ki, informasiya ilkin fayldan oxunur, təsvirin ölçüsü, hər bir videopikselin rəngi və rəng dərinliyi haqqında informasiyalar başqa üsulla yeni faylda saxlanır.
Köhnə format daha çox rəngdən istifadə etməyə imkan verən halda informasiya itkisi baş verə bilər.
Rəng dərinliyi 24 bitə (16 777 216 rəngə) malik olan fayl rəng dərinliyi 8 bitə (256 rəngə) bərabər olan fayla çevriləndə demək olar ki, hər bir pikselin rəngi dəyişdirilməli olur. Sadə halda bu proses aşağıdakı kimi yerinə yetirilir:
•ilkin faylın hər bir pikseli üçün yeni məhdud rənglərdən daha çox uyğun gələni seçilir.
Bu üsuldan istifadə ediləndə arzu edilməyən effektlər yarana bilər. Belə ki, ilkin təsvirdəki çoxsayli elementlər eyni rəngli sahəyə çevrilər və ya tədrici rəng keçidləri kəskin rəng keçidləri ilə əvəz edilə bilər.
Faylı bir formatdan digər formata çevirmək üşün xüsusi proqramlardan - format konvertorlarından istifadə edilir. Lakin qrafik redaktorların əksəriyyətində (CorelDRAW, Adobe Illustrator, Adobe Photoshop və s.) format çeviriciləri mövcuddur. Belə redaktorlar müxtəlif formatlı faylları oxumaqla yanaşı faylları yarada da bilir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə