"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 0,62 Mb.
səhifə14/20
tarix20.10.2023
ölçüsü0,62 Mb.
#128415
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
конспект К.Г на азерб.языке

ƏSAS NƏTİCƏLƏR
l.Rəng həm şüalanma, həm də əks etdirmə prosesində alına bilər.
2.Monitorlarda istifadə edilən additiv rəng modeli (RGB) üç əsas (qırmızı, yaşıl, göy) rəngə əsaslanır.
3.Qrafik redaktorlar adətən rəngi qırmızı, yaşıl və göy rənglərin hər birinin 256 çaları ilə formalaşdırmağa imkan verir. Odur ki kompüterin ekranında alina bilən rəng çalarlarının sayı 16 milyondan çoxdur.
4.Təsvirlərin çap edilməsi üçün nəzərdə tutulan subtraktiv rəng modeli əsas dörd rəngə (mavi, al-qırmızı, sarı və qara) əsaslanır.
5.Məlumatları RGB modelindən CMYK modelinə çevirmək üçün rəngayırma proqramı tətbiq edilir.
6.RGB və CMYK modellərində rəngin alınma təbiəti fərqlidir. Ona görə də ekranda görünən rənglərin hamısını olduğu kimi çap etmək olmur. Rənglər adətən kağıza nəzərən ekranda daha parlaq görünür.
7.Rəng əhatəsi rəng modeli ilə yaradıla bilən rənglərin məcmuyuna deyilir. Ən geniş rəng əhatəsi gözlə görünən bütün rənglər daxil olan natural əhatədir. Natural rəng əhatəsinə nəzərən RGB rəng əhatəsi daha dar, CMYK rəng əhatəsi isə RGB rəng əhatəsinə nəzərən daha dar əhatədir.
8.Adobe Photoshop, CorelDRAW və s. kimi bir sıra qrafik redaktorlar çap zamanı çap oluna bilməyən üç rəng çalarları haqqında informasiya verir.
9.Təsviri ekranda CMYK modeli ilə yaratmağa imkan verən grafik redaktorlar da mövcuddur. İO.RGB və CMYK rəng modelləri aparat təminatı ilə müəyyən edilən məhdudiyyətə əsaslanır. Rəngin şərh edilməsi üçün ən intuitiv üsul rənglərin çalar (Hue), dolğunluq (Saturation) və parlaqlıq (Brightness) formasıdır. Belə rəng sistemi üçün HSB abbreviaturasından istifadə edilir.

QRAFİK FAYLLARIN FORMATLARI
Qrafik təsvirlərlə iş prosesində onların sonrakı mərhələlərdə işlənməsi üçün kompüterin yaddaşında saxlanması ən vacib problemlərdən biridir. Bu problemlə ixtiyari qrafık sistem istifadəçiləri daim qarşılaşmalı olur. Təsvir son formasını alana qədər o, bir neçə qrafik proqram vasitəsi ilə emal prosesini keçməlidir.
Məsələn, fotoşəkil əvvəlcə skanerə edilir və komputerə köçürülür, sonra Adobe Photoshop proqramından istifadə edilməklə görünüş qüsurları aradan qaldırılır və rənglərin korreksiyası aparılır. Bundan sonra alınan təsvir iş prosesində qurulacaq təsvirlərə əlavə edilmək üçün CorelDRAW və Adobe Illustrator kimi təsvirlərin yaradılması üçün nəzərdə tutulan proqramlara eksport edilir.
Jurnal məqaləsi və ya kitab üçün hazırlanan təsvir adətən QuarkXPress və ya Adobe PageMaker kimi mətbəə sistemlərinə import edilməli olur.
Multimedik təqdimat üçün hazırlanan təsvir isə çox güman ki, Microsoft PowerPoint və Macromedia Director kimi proqramlardan istifadə edilməklə hazırlanır və yaxud da Web-səhifəsində yerləşdirilir.
Qrafik faylın formatı - qrafik məlumatların xarici daşıyıcıda təsvir edilməsi üsuludur.
Standartlar hələ mövcud olmayan vaxtlarda qrafika proqramlarını hazırlayanların hər biri öz əlavələri üçün təzə format yaradırdılar. Ona görə də müxtəlif proqramlar (mətn prosessorları, mətbəə sistemləri, illüstrativ qrafıka paketləri, CAPR-avtomatlaşdırılmış layihələndirmə sistemləri) arasında məlumat mübadiləsi zamanı ciddi problemlər yaranırdı. Keçən əsrin 80-ci illərin əvvəllərindən başlayaraq inkişaf etmiş ölkələrin rəsmi qrumları əwəlcə müxtəlif əlavələr üçün ümumi formatlar yaratmaq haqqında qərar qəbul etdilər və müvafiq qurumlara bu barədə tapşırıqlar verdilər. Qərara uyğun olaraq sahə mütəxəssisləri işə başladılar.
Qeyd etmək lazımdır ki, təsvirə ediləcək bütün əlavələr üçün yararlı olan vahid format yoxdur və ola da bilməz. Lakin bəzi formatlar bir sira predmet sahələri üçün standart formatlara çevrilmişdir.
Qrafık redaktorun istifadəçisindən grafik məlumatların hansı formatda saxlandığını bilmək tələb edilməsədə, onun üçün təsvirlərin lazımı səviyədə (səmərəli istifadə məqsədi ilə) saxlanmasından və müxtəlif əlavələr arasında sərfəli məlumat mübadiləsinin təşkil edilməsindən ötrü qrafik formatların xüsusiyyətlərini bilmək mühüm əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, kompüter qrafıkasında vektor və rastr formatları fərqləndirmək qəbul edilmişdir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə