"kompüter qrafikasi" FƏNNİNİn predmeti


TƏSVİRLƏRİN STANDART FORMATLARDA VƏ GRAFİK REDAKTORLARIN MƏXSUSİ FORMATLARINDA SAXLANMASI



Yüklə 0,62 Mb.
səhifə18/20
tarix20.10.2023
ölçüsü0,62 Mb.
#128415
1   ...   12   13   14   15   16   17   18   19   20
конспект К.Г на азерб.языке

TƏSVİRLƏRİN STANDART FORMATLARDA VƏ GRAFİK REDAKTORLARIN MƏXSUSİ FORMATLARINDA SAXLANMASI
Adətən grafik redaktorlar təsvirləri xarici yaddaş qurğusunda saxlamaq üçün özlərinin məxsusi formatlarından istifadə edirlər.
Konkret qrafik əlavənin (proqramın) faylları saxlamaq üçün istifadə etdiyi xüsusi və daha səmərəli formata məxsusi fayl' formatı deyilir: Məsələn, CorelRDAW üçün - CDR, Adobe Photoshop üçün - PSD, Fractal Design Painter üçün - RIFF, Paint (standart Windows program) üçün - BMP məxsusi formatlardır.
Müxtəlif qrafik əlavələr üçün nəzərdə tutulan ümumi formata standart qrafik formatdeyilir.
Faylı xarici yaddaşda saxlayarkən faylın formatı mütləq göstərilməlidir.
CorelRDAW proqramında istifadə edilən Export (3KcnopT-Eksport) dialoq pəncərəsi şəkil 24-də göstərilən kimidir.
Hər bir standart qrafik format üçün əlavə dialoq pəncərəsi açılır. İstifadəçi əlavə pəncərədən istifadə etməklə seçilən formatın parametrlərini (istifadə edilən rənglərin sayını, BMP və TIFF formatları üçün sıxma zərurətini, JPEG formatı üçün sıxma əmsalını və s.) müəyyən edə bilir.
FAYLIN FORMATININ DƏYİŞDİRİLMƏSİ
Qrafik faylların formatının dəyişdirilməsinə zərurət müxtəlif səbəblərdən yarana bilər. Məsələn, istifadəçi işlədiyi proqram faylın formatını qəbul etməyə bilər və ya digər istifadəçiyə təgdim edilməli olan məlumatlarin xüsusi formatda təqdim edilməsi lazım ola bilər. Belə hallar müşahidə ediləndə qrafik faylın formatını dəyişmək zərurəti yaranır.
FAYLLARIN RASTR FORMATDAN VEKTOR
FORMATA ÇEVRİLMƏSİ
Faylın rastr formatdan vektor formata dəyişdirilməsinin iki üsulu mövcuddur:
• rastr faylın vektor təsvirin rastr obyektinə çevrilməsi
•vektor obyekt yaratmaq üçün rastr obyektin trassirovkası (çevrilməsi).
Birinci üsuldan CorelRDAW programında istifadə edilir. Bu programla müxtəlif rastr fayllar asanlıqla import edilir. Məsələn, CorelRDAW proqramına import edilən 16 milyon rəngə malik olan şəkil kifayət qədər yüksık keyfiyyətlə görünür. Lakin nəzərə almaq lazımdır ki, ilkin fayl çox da böyük olmasa belə, import edilən rastr obyekt kifayət qədər böyük yer tuta bilər. Buna əsas səbəb odur ki, vektor formatlar grafik məlumatları sıxa bilmir.
Rastr təsviri vektor təsvirə çevirmək üçün istifadə ediıən ikinci üsulun mahiyyəti aşağıdakı kimidir.Rastr təsviri trassirovka edən program (məsələn, CorelTRACE) təsvirdəki eyni rəngə malik olan piksellər qruplarını tapır, sonra da həmin gruplara uyğun gələn vektor obyektlər yaradır. Trassirovkadan sonra vektorlaşmış təsviri ixtiyari qaydada redaktə etmək olar.
Aşağıda, vektor təsvirə yaxşı çevrilən rastr obyekt göstərilmişdir.Təsvirdə yeni rəngli piksellər qrupu arasında dəqig sərhədd olduğuna görə belə rastr təsvir vektor təsvirə rahat çevrilir.
Nəzərə almaq lazımdır ki, mürəkkəb rəng keçidləri olan fotoqrafiya keyfiyyətinə malik təsvir trassirovka ediləndə nəticə orjinaldan xeyli pis görünür.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə